Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-752/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçıxxxx cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, iddiaçı xxxvə vəkili Tofiq Seyidovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı xxx cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı işlədiyi müddətlərin sığorta stajına hesablanmaqla ona əlilliyə görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-40/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xxx Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı xx.xx.1986-cı ildən xx.xx.1987-ci il tarixədək 1 saylı İTKİ-də, xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə kimi PPTK-2 -də və xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə kimi Bakı Təcrübəvi Mexaniki Tökmə zavodunda işlədiyi müddətlərin əmək stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə rəsmi müraciət edərək, əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli məktubda onun xx.xx.1986-cı ildən xx.xx.1987-ci il tarixədək 1 saylı İTKİ-də, xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə kimi PPTK-2-də və xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə kimi Bakı Təcrübəvi mexaniki tökmə zavodunda işlədiyi müddətlərin qarşılıqlı yoxlanmasının mümkün olmamasını bildirərək, bu ba rədə məhkəməyə müraciət etməsini bildirmişdir. O qeyd etdiyi tarixlərdə həmin idarə və müəssisələrdə, eləcə də zavodda işləmişdir, əmək kitabçası vardır. Buna görə də cavabdehin xx.xx.2018-ci il tarixli imtina məktubunun əsassız hesab edilməsini, mübahisə predmeti olan müddətlərin onun sosial sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-391/2019 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddia tələbinin rədd edilməsi, qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “X3” Qanunun 21.1,22.1-ci maddələrinə, həmin Qanunla əlaqədar olan Qaydaların 1.1,3.1.1-ci maddələrinə, İPM-nin 4.1,12.1,68.1,68.2-ci maddələrinə, istinad etməklə belə hesab etmişdir ki, iddia əsassızdır.
5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-391/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-1(105)-288/2019 nömrəli (hakimlər Nazim Nəsibov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərarı ilə, birinci instansiya məhkəməsinin bu iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv olunması, iddianın təmin edilməsi, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1987-ci il tarixədək 1 saylı İTKİ-də, x x.xx.1987-ci ildən xx.xx.1992-ci ilə kimi PPTK-2-də və xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə kimi Bakı Təcrübəvi Mexaniki Tökmə zavodunda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının apelyasiya şikayətinin təmin olunması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normaları, eləcə də İPM-nin 73.1ci maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuna ziddir. kasasiya instansiyası məhkəməsindəki icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 21(102)-2110/2019 nömrəli (hakimlər Sevda Hüseynova - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlo v) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin müdiri T.S.Qasımlı tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2- 1(105)-288/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
9. Kasasiya instansiyası məhkəməsi “X3” Qanunun 21.1, 23.2-ci maddələrinə “Sosial Sığorta Haqqında” Qanunun 2, 12, 13, 18-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir. apelyasiya instansiyası məhkəməsində ki icraat
10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası işə təkrar baxarkan iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli 2-1(105)-40/2020 nömrəli (hakimlər Səyyad Qafari - sədrlik edən və məruzəçi, Rizalı Abasov və Telman Məmmədov) qərarı ilə iddiaçı X2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv olunması, iddianın təmin edilməsi, DSMF-nin Şamaxı rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli **********6 nömrəli imtinasının əsassız hesab olunması, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1987-ci il tarixədək 1 saylı İTKİ-də, xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə kimi PPTK-2-də və xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə kimi Bakı Təcrübəvi Mexaniki Tökmə zavodunda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialının üzərinə qoyulması qərara alınmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən “X3” Qanunun 23.2-ci maddəsinə,, həmin Qanunla olan Qaydaların 1.1,3.1.1-ci maddələrinə, “İnzibati İcraat Haqqında” Qanunun 19.1-ci maddəsinə, İPM-nin 13, 73.1-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
12. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.198 7-ci ilə qədər 1 saylı JTKL-də, xx.xx.1987-ci ildən xx.xx.1992ci ilə kimi PPTK-2-də və xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə kimi Bakı Təcrübəvi mexaniki tökmə zavodunda işləməsinin qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Həmin illərə dair əmək stajının olmasına dair iddiaçının əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlərin həqiqiliyinin voxlanılması vacibdir. İndiki halda isə qarşılıqlı şəkildə yoxlanılması mümkün olmayan dövrə dair əmək stajının müəyyən edilməsi qanuni deyildir. 13. "X3’' Azərbaycan Respublikası Qanununun 1.0.2- ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və el əcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
14. Eynilə, Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir.
15. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsa sında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
16. Hər üç normanın məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt — işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir.
17. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-40/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının ləğv edərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlillə ri
18. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili T.Seyidov kasasiya şikayətində qeyd edilənlə ri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən iddiaçı F.Qaraoğlanov da vəkili T.Seyidovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şi kayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə
24. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
27. Məhkəmə Kollegiyası cavabdehin kasasiya şikayəti ilə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayətində faktiki olaraq bir dəlil göstərilmişdir ki, o da ondan ibarətdir ki, iddiaçı Bakı Təcrübəvi mexaniki tökmə zavodunda işləməsinin qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Həmin illərə dair əmək stajının olmasına dair idiaçının əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlərin həqiqiliyinin voxlanılması vacibdir. İndiki halda isə qarşılıqlı şəkildə yoxlanılması mümkün olmayan dövrə dair əmək stajının müəyyən edilməsi qanuni deyildir.
28. Məhkəmə Kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı işin 31-ci səhifəsində cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda göstərir ki, İddiaçı1 Bakı Təcrübəvi mexaniki tökmə z avodunda işləməsini qarşılıqlı yoxlanılmasını mümkün olmadı. Odur ki, həmin illər üçün məhkəmə qərarı tələb olunur.
29. Yəni, faktiki olaraq cavabdeh qəti şəkildə öz etirazını bildirməməklə sözügedən məsələnin həll edilməsini məhkəmənin ixtiyarına buraxmışdır.
30. Həmçinin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin cavabdehin yuxarıda göstərilmiş dəlilini, eyni zamanda işin bütün hallarını tam, obyektiv və hərtərəfli araşdırmış və onlara maddi hüquq normalarını düzgün tətbiq etməklə, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir.
31. Belə ki, apelyasiya instasiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası “xxxx” ASC-nin xx xxxxxx 2020-ci il tarixli 01/206 saylı məktubuna əsasən, keçmiş “xxxx” dövlət şirkətinin strukturunda olmuş 1 saylı İstehsala t Tikinti Komplektləşdirmə İdarəsi və 30 saylı TTSMD-yə birləşdirilmiş 2 saylı İstehsalat Tikinti Komplektləşdirmə İdarəsi Dövlət Əmlak Komitəsinin xx xxxx 1998-ci il tarixli 1108 № li sərəncamı ilə DƏK-nin sərəncamına götürülmüşdür. Bakı Təcrübə Mexaniki Tökmə Zavodu isə “xxxx” Dövlət Şirkətinin bazasında yaradılmış “xxxx” ASC-nin strukturunda saxlanılmış və sonradan “xxxx” ASC-nin digər struktur vahidi olan Bakı Metal Konstruksiyaları filialına birləşdirilmişdir.
32. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən əmək kitabçası işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. İşəgötürən tərəfindən əmək kitabasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kont raktının) xitam olunması barədə məlumatlar yazılır.
33. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası sayılır. Həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etd iyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası”. 34. “X3” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, id arə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 35. “X3” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 1.1-ci maddəsinə əsasən bu Qaydalar “X3” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir. 3
6. Həmin Qaydaların 3.1.1-ci maddəsinə görə “X3” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 37. “X3” Azərbaycan Respublikası 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə ) ümumi qaydada sığorta stajına daxil edilir. 38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə qəlmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən onun xx.xx.1986-cı ildən xx.xx.1987-ci il tarixədək 1 saylı İTKİ-də, xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə kimi PPTK-2-də və xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə kimi Bakı Təcrübəvi mexaniki tökmə zavodunda işlədiyi dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməli, ona əlilliyə görə pensiya təyin olunmalı, cavabdehin həmin müəssisələrlə bağlı yoxlamaların aparılması qeyri-mümkünlüyü barədə dəlili tələblərə uyğun olmayan kimi hesab edilməlidir, ona görə ki, qarşılıqlı yoxlamanın qeyrimümkünlüyü iddiaçının təqsiri ucbatından baş verməmiş və onun sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz.
40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqaylt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-40/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.