Məhkəmə qərarları › İş №2-1(102)-752/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-752/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-752/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: məhkəmə qərarına izah verilməsi Hakimlər: Quliyev Zakir Müslüm oğlu (sədrlik edən və məruzəçi), Kərimov Səyyad Əli oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)1337/2020 nömrəli, 03 dekabr 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “pensiya təyinatı barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiyanın təyin edilməsi zamanı xidmət illərinə görə vəzifə maaşının 45%-i həcmində əlavə əmək haqqı, hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinətin, 2 aylıq əmək haqqı məbləğində müalicə xərcinin, əmək haqqının 2 qat misli qədər 3 dəfə maddi yardım (mükafat) qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavə ha qq və ixtisas dərəcəsinə görə 65 manat nəzərə alınmaqla, müəyyən edilmiş orta əmək haqqının 80% miqdarında təyin edilməsi, pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, ona pensiya təyin edilərkən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq 3 dəfə maddi yardımın, ixtisas dərəcəsinə görə haqq nəzərə alınmaqla, mü əyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.11.2018-ci il tarixli 2-1(81)3781/2018 nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbinin təmin edilməsi, iddiaçıya hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində müavinətin, 2 aylıq əmək haqqı məbləğində müalicə xərcinin, ikiqat misli qədər 3 dəfə maddi yardımın, ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

4. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-76/2019 saylı 27.02.2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi – İlham Əhmədov, hakimlər – Səriyyə Seyidova və Vidadi Məmmədov) apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.11.2018-ci il tarixli 2-1(81)-3781/2018 nömrəli qərarının ləğv edilməsi, iş üzrə iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi qərara alınmışdır.

6. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.06.2019-cu il tarixli, 2-1(102 )-1818/2019 nömrəli qərarına əsasən kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.02.2019-cu il tarixli 2-1(103)-76/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08.10.2019-cu il tarixli, 2-1(103)-2145/2019 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər – Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.11.2018-ci il tarixli 2-1(81)-3781/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir.

10. Azərbaycan Res publikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.02.2020ci il tarixli, 2-1(102)-465/2020 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08.10.2019-cu il tarixli, 2-1(103)-2145/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 21(103)-1337/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3781/2018 nömrəli 16.11.2018-ci il tarixli qərarının qismən, İddiaçı “ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmə k haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələblərinin rədd edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. İddiaçı 05.11.2020-ci il tarixində məhkəməyə ərizə təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İddiaçı X4 İdarəsinə qarşı pensiyanın yenidən hesablanmasına dair iş üzrə 10.08.2020-ci il tarixli 2-1(103)- 1337/2020 nömrəli qərarının nəticə hissəsində “ixtisasın dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinin yalnız “ixtisas dərəcəsinə görə” hissəsinə münasibətdə və yaxud əmək pensiyasına əlavə edilmiş digər əlavələrə (məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət, 2 aylıq əmək haqqı məbləğində müalicə xərci, əmək haqqının 2 qat misli qədər 3 dəfə maddi yardıma) şamil edilib-edilmədiyinə izah verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 21(103)-1337/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Vidadi Məmmədov və Namiq Cəfərov) ərizənin təmin edilməməsi qərara alınmış və qeyd edilmişdir ki, qərarın həm əsaslandırıcı, həm də nəticə hissəsində məhkəmənin mövqeyi aydın şəkildə ifadə olunmuşdur.

14. Az ərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2 - sədrlik edən və məruzəçi, X5, X1 ibarət tərkibdə) 16.06.2021-ci il tarixli, 2-1(102)-1106/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.02.2021-ci il tarixli, 2-1(103)-1337/2020 nömrəli qərardadı ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.08.2020-ci il tarixli, 2-1(103)-1337/2020 nömrəli qərarına izah verilərək qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 2-1(103)-1337/2020 nömrəli qərarı ilə “orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi” tələbinin rədd edilməsi yalnız ixtisas dərəcəsinə görə ödəniləcək məbl əğə; “fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinin rədd edilməsi isə bütövlükdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 2-1(103)-1337/2020 nömrəli qərarına əsasən ödəniləcək pensiya məbləğinə aiddir. Bu zaman yenidən hesablamadan sonra ödənilməli olan fərq məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.

15. Kassasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən iddia tələbi “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq 3 dəfə maddi yardımın, ixtisas dərəcəsinə görə haqq nəzərə alınmaqla, müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə hazırkı iddia tələbini “ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində rədd etmiş, qalan hissələrdə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Yuxa rıda qeyd edilənlərdən göründüyü kimi, iddia tələbi bir neçə hissədən ibarətdir. Məhkəmə qərarının əsaslandırıcı hissəsindən isə məlum olur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin məhz “ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi” və “pensiyanın birdəfəlik ödənilməsi” hissələrini əsassız hesab etmişdir. Məhkəmənin qənaəti belə olmuşdur ki, iddia tələbi “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il onların əmək h aqqının ikiqat həcmindən az olmayaraq 3 dəfə maddi yardım nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməsi” və “fərqin ödənilməsi” hissələrində əsaslıdır. Məhkəmə qərarının nəticəvi hissəsi isə məhkəmənin əsaslandırıcı hissədə gəldiyi nəticəni tam aydın əks etdirməmiş, beləliklə məhkəmə qərarın icra mərhələsində də maneələr yaratmışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi özünün əsaslandırılmış mövqeyini qərarın nəticəvi hissəsində aydın əks etdirə bilməmişdir. Ona görə də, məhkəmə tərəfindən qərara izah verilərək sözügedən ziddiyyət aradan qaldırılmalı, nəticəvi hissə əsaslandırıcı hissəyə uyğunlaşdırılmalıdır.

16. İddiaçl sonradan 22 sentyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 10 avqust 2020-ci il tarixli məhkəmə qərarına izah verilməsini xahiş etmişdir.

17. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin ona ünvanlanmış 16.09.2021-ci il tarixli məktubunda keçmiş dövr üzrə (son 3 il) 1274.69 manat olmaqla, 30.09.2025-ci il tarixədək ödəmənin aparılacağı qeyd edilmişdir. Cavabdehin keçmiş dövr üzrə ona borcu 138 ay olduğu halda, (48 ay üzrə 1274.69 AZN olmaqla) 61085.12 AZN ödəmə etmək istəyir. Bu da məhkəmə qərarının tələbləri ilə uzlaşmır. Bununla bağlı cavabdehin ona “ödənilməli olan fərq məbləğinin” borc öhdəliyinin əmələ gəldiyi bütün müddətə və ya yalnız son 3 il aid olubolmaması barədə izah verilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1337/2020 nömrəli, 03.12.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən v ə məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Mirzə Tağızadə və Həmid Həmidov) iddiaçı tətəfindən verilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1337/2020 saylı 10 avqust 2020-ci il tarixli qərarına izah verilməsinə dair ərizə təmin edilməmişdir.

19. Qərardadda qeyd olunur ki, sonuncu məhkəmə qərarına izah verən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1106/2021 saylı 16 iyun 2021-ci il tarixli qərarı ilə izah verilərək göstərilmişdi ki, “fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinin rədd edilməsi bütövlükdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 21(103)-1337/2020 nömrəli qərarına əsasən ödəniləcək pensiya məbləğinə aiddir.

20. Göründüyü kimi, iddiaçının “izahvermə barədə” sonuncu ərizəsində qeyd etdiyi“ödənilməli olan fərq məbləğinin” borc öhdəliyinin əmələ gəldiyi bütün müddətə və ya yalnız son 3 ilə aid olub-olmaması barədə məsələyə kassasiya instansiyası məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarında artıq tam olaraq münasibət bildirilmişdir. Qeyd olunan qərarda bir daha bildirilmişdi ki, iddiaçının “fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbi apellyasiya instansiyası məhkəməsinin müvafiq qərarı ilə ona ödəniləcək pensiya məbləğinə aid olub, bütünlükdə rədd edilmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)1337/2020 saylı 10 avqust 2020-ci il tarixli qərarının nəticəvi hissəsinin düzgün başa düşülməməsi və qərarın icrasında çətinlik yaratması üçün heç bir əsas mövcud olmadığından məhkəmə qərarına qeyd olunan hissədə izah verilməsi barədə iddiaçının ərizəsi təmin edilməməlidir.

21. İddiaçı qeyd olunan qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ödənilməli olan fərq məbləğinin borc öhdəliyinin əmələ gəldiyi bütün müddətə aid olub-olmaması barədə qanuni və ətraflı izahın verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Kassasiyaçı qeyd etmişdir ki, hakim Nigar xanım Rəsulbəyovanın sədrliyi ilə Azərbaycan Resublikası Ali Məhkəmənin İnzibati Kollegiyası mənim Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mülki işimə baxib Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2021-ci il tarixli 2-1 (103)-1337/2020 nömrəli qərardadına ədalətli dolğun izah verilmişdir.

23. Adı çəkilən 16.06.2021-ci il tarixli Qərarla cavabdehə izah edilmişdir ki, "orta əmək haqqının 80%-i miqdarında əmək pensiyasının təyin edilməsi" tələbinin rədd edilməsi yalnız ixtisas dərəcəsinə görə ödəniləcək məbləğə aiddir. Pensiya təyinatı zamanı yaranmış "fərq məbləğinin birdəfəlik ödənilməsi" tələbim qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.

24. Bu izahdan sonra cavabdeh təşkilat əmək pensiyamın ödənilməsi zamanı yaranmış fərq məbləğinin ödənilməsinə başlamışdır. Həmin məbləğin birdəfəlik ödənilməsi öz həllini tapmamışdır. Filialın rəhbərliyi rəsmi qaydada bildirmişdir ki, keçmiş dövr üzrə (son 3 il) 1274.69 AZN olmaqla, 30.09.2025-ci il tarixədək ödəmə aparılacaqdır. Cavabdehin keçmiş dövr üzrə borcu 138 ay olduğu halda cəmi 48 ay üzrə ödəmə et mək fikrindədir. Bu da sosial ədalətin pozulması deməkdir.

25. Azərbaycan məhkəmələri, məhkəmə aktları ilə cavabdehə sübut etmişdir ki, pensiya hüquqlarım pozulmuş, pensiya məbləğim düzgün hesablanıb verilməmiş və keçmiş dövr üzrə yaranmış borc ödənilməlidir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın rəhbərliyi 138 ay üzrə olan borcun yalnız 48 ayını ödəmə qərarına gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə Maddə 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitəl ərindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 69.6. məhkəmə qərarının icra qaydasının və müddətinin müəyyən edildiyi hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəriş nəzərdə tutulmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilm ədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

28. Mülki Prosessual Məcəllə Maddə 220.1. qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Maddə 220.5. qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Maddə 220.6. məhkəmə qətnamənin icra qa ydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Maddə 230.3 qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Maddə 230.5. qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən hazırkı qərarın 27-28-ci bəndlərində göstərilən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

30. Belə ki, iddiaçı “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmala rı ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq 3 dəfə maddi yardımın, ixtisas dərəcəsinə görə haqq nəzərə alınmaqla, müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçıya hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində müavinətin, 2 aylıq əmək haqqı məbləğində müalicə xərcinin, ikiqat misli qədər 3 dəfə maddi yardımın, ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

32. Apellyasiya instansiyası məhkəməsi isə hazırkı iddia tələbini “ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində rədd etmiş, qalan hissələrdə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

33. Sonradan iddiaçının qərara izah verilməsi barədə ərizəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 2-1(103)-1337/2020 nömrəli qərarına izah verilərək qeyd edilm işdir ki, “orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi” tələbinin rədd edilməsi yalnız ixtisas dərəcəsinə görə ödəniləcək məbləğə; “fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinin rədd edilməsi isə bütövlükdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 21(103)-1337/2020 nömrəli qərarına əsasən ödəniləcək pensiya məbləğinə aiddir. Bu zaman yenidən hesablamadan sonra ödənilməli olan fərq məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.

34. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş 16 sentyabr 2021-ci il tarixli, **********5 nömrəli arayışda qeyd edilmişdir ki, iddiaçının əmək pensiyası 3883,38 manat və 30.09.2025-ci il tarixədək keçmiş dövr üzrə 1274,69 manat (5158,07 manat) məbləğində olmaqla Xüs usi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür.

35. İddiaçı qeyd edilən arayışa istinad edərək cavabdehin ona “ödənilməli olan fərq məbləğinin” borc öhdəliyinin əmələ gəldiyi bütün müddətə və ya yalnız son 3 ilə aid olubolmaması barədə izah verilməsini xahiş edilmişdir.

36. İddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən cavabdehin keçmiş dövr üzrə borcu 138 ay olduğu halda cəmi 48 ay üzrə ödəmə etmək fikrindədir.

37. Məhkəmə tərkibi aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir.

38. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 2-1(103)-1337/2020 nömrəli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 -1(81)-3781/2018 nömrəli 16.11.2018-ci il tarixli qərarının qismən, İddiaçı “ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələblərinin rədd edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilən qərar kassasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və iş üzrə qəbul edilmiş məhkəmə qərarları qanuni qüvvəsini almışdır.

39. Qeyd etmək lazımdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli qərarının, eyni zamanda həmin qərarla qismən qüvvədə saxl anılmış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.11.2018-ci il tarixli qərarının əsaslandırma və nəticə hissələrində ödənilməli olan fərq məbləğinin son 3 ilə görə ödənilməsi nəzərdə tutulmamış və bu barədə hər hansı göstəriş olmamışdır. Buna baxmayaraq cavabdeh ödənilməli olan fərq məbləğinin son 3 ilə görə ödənilməsi ilə bağlı nəticəyə gəlmişdir.

40. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qərarının nəticəvi hissəsi ilə məhkəmənin əsaslandırıcı hissədə gəldiyi nəticə tam aydın əks etdirilməmiş, beləliklə məhkəmə qərarının icra mərhələsində də maneələr yaranmışdır.

41. Hazırkı qərarın 27-28-ci bəndlərində göstərilən normalardan göründüyü kimi, məhkəmə qərarının icra qaydasının və müddətinin müəyyən edildiyi hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəri ş nəzərdə tutulmalıdır.

42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qərarın nəticəvi hissəsinin yuxarıda qeyd edilən formada tərtib edilməsi isə pensiyanın hesablanma qaydası və müddəti ilə bağlı icra mərhələsində anlaşılmazlıq yaratmışdır.

43. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi özünün əsaslandırılmış mövqeyini qərarın nəticəvi hissəsində aydın əks etdirə bilməmişdir. Ona görə də, məhkəmə tərəfindən qərara izah verilərək sözügedən ziddiyyət aradan qaldırılmalı, nəticəvi hissə əsaslandırıcı hissəyə uyğunlaşdırılmalıdır.

44. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.12.2021-ci il tarixli, 2-1(103)-1337/2020 nömrəli qərardadı ləğv edilməli, Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 2-1(103)-1337/2020 nömrəli qərarına aşağıdakı məzmunda izah verilməlidir:

45. İzah edilir ki, “İddiaçı məhkəmə qərarına əsasən ötən dövr üçün hesablanmalı olan pensiyanın ümumi məbləği ona əmək pensiyasının təyin edildiyi 10 sentyabr 2009-cu il tarixdən başlanmaqla hesablanaraq ödənilməlidir.”

46. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1337/2020 nömrəli, 03 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1337/2020 nömrəli, 10.08.2020-ci il tarixli qərarına aşağıdakı məzmunda izah verilsin: “İddiaçı məhkəmə qərarına əsasən ötən dövr üçün hesablanmalı olan pensiyanın ümumi məbləği ona əmək pensiyasının təyin edildiyi 10 sentyabr 2009-cu il tarixdən başlanmaqla hesablanaraq ödənilməlidir.” Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar