Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-753/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Açar sözlər: inzibati orqanın qərarından şiayət vermə müddəti, yuxarı inzibati orqana şikayət edildikdə iddia müddətlərinin axımı Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı «xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsi» tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-713/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı MMC 2018-ci ildə təsis edilmişdir və xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı həmçinin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə "İddiaçı" MMC-də xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək operativ vergi nəzarəti həyata keçirilm işdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 58.8.2-ci və 58.7-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və araşdırmanın nəticələrinə əsasən İddiaçı MMC-nin Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 6792 manat məbləğdə cərimə olunması barədə xx.xx.2019-cu il tarixli **********7837 nömrəli və Vergi Məcəlləsinin 58.7-1ci maddəsinə əsasən 5198 manat məbləğdə cərimə edilməsi barədə xx.xx.2019-cu il tarixli **********7841 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarlar çıxarılmışdır. "İddiaçı" MMC-nin nümayəndəsi, 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi məsuliyyətinə cəlb olunmasından xx.xx.2019-cu ild ə Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət etmişdir. Sözügedən qərarlar xx.xx.2019-cu ildə iddiaçı "İddiaçı" MMC-yə təqdim olunmuşdur. "İddiaçı" MMC-nin nümayəndəsi xx.xx.2019-cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********7841 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar»ın ləğv olunmasını xahiş etmişdir. "İddiaçı" MMC-nin nümayəndəsinin müraciəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1 və 27-ci maddələrinin tələblərinə uyğun tərtib edilmədiyinə, yəni müraciət iddia ərizəsi formasında deyil, şikayət formasında tərtib edildiyinə, həmçinin, iddiaçının və cavabdehin prosessual statuslar ı, habelə tələbə cavab verməli cavabdeh müəyyən edilmədiyinə və cavabdehə qarşı yönəlməli olan tələb mövcud olmadığına görə həmin Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, sadalanan formal xətaların aradan qaldırılması məhkəmənin xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya təklif edilmiş və bunun üçün 30 gün müddət təyin edilmişdir. "İddiaçı" MMC məhkəmənin məktubunu xx.xx.2019-cu ildə almış və bundan sonra "İddiaçı" MMC-nin nümayəndəsi cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə Şəki İnziabti-İqtsadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Yəni iddiaçı əvvəlki şikayətində tələb etdiyindən fərqli olaraq, xx.xx.2019-cu il tarixli **********7841 nömrəli qərarının deyil, xx.xx.2019-cu il tarixli **********7837 nömrəli başqa bir qərarının ləğvi tələbini irəli sürmüşdür. Həmin iddia ərizəsi xx.xx.2019-cu ildə poçt müəssisəsinə verilmiş və xx.xx.2019-cu ildə məhkəməyə daxil olmuşdur. İddiaçının əsaslandırması: İddiaçı heç bir qanun pozuntusuna yol verməmişdir. Vergi orqanı tərəfindən qanunsuz yoxlama aparılmış, nəzarət jurnalına qeydiyyat aparılmamışdır. İddiaçının fəaliyyətinin nədən ibarət olması barədə vergi orqanının xəbəri yoxdur və qərar çıxarılarkən auditor rəyi nəzərə alınmamışdır. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən inzibati qərar iddiaçıya xx.xx.2019-cu il tarixdə təqdim olunmasın a baxmayaraq, iddia müddəti keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə iddia verilmişdir. Birinci instansiya məhkəməsində icraat: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-518/2019 nömrəli qərardadı ilə (hakim V.Qasımov) iddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsi" barədə iddiası mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli qərarları iddiaçıya xx.xx.2019-cu ildən gec olmayaraq təqdim olunmuşdur. "İddiaçı" MMC-nin nümayəndəsi xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinə yazılı izahat verərək bildirmişdir ki, "İddiaçı" MMC barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 004387 nömrəli aktı və onun əsasında çıxarılmış xx.xx.2019cu il tarixli **********7837 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı mübahisələndirmir, həmin akt və qərardan şikayəti yoxdur. "İddiaçı" MMC-nin nümayəndəsi xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinə yazılı ərizə verərək, "İddiaçı" MMC-nin cərimə edilməsi ilə bağlı Vergilər Nazirliyinə etdiyi şikayətlə əlaqədar bildirmişdir ki, aktın mal qalığı ilə bağlı hissəsindən heç bir şikayəti yoxdur. Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********934400 nömrəli "İnzibati şikayətin təmin edilməsi haqqınd a qərar"ına əsasən, "İddiaçı" MMC barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 004387 nömrəli akt və həmin aktın əsasında 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli **********7841 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" ləğv edilmişdir. İddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli qərarlarından xx.xx.2019-cu ildə inzibati qaydada şikayət vermişdir. O, xx.xx.2019-cu ildə verdiyi yazılı izahatda cavabdehin xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarından şikayətinin olmadığını bildirmiş və xx.xx.2019-cu ildə məhkəməyə həmin qərarın ləğvi barədə iddia ərizəsi vermişdir. Göründüyü kimi, iddiaçı cavabdehin **********7837 nömrəli qərarından şikayət instansiyasına verdiyi şikayəti xx.xx.2019-cu il tarixdə geri götürdükdən sonrakı 30 gün müddətində, yəni xx.xx.2019-cu ilədək iddia qaldıra biləcəyi halda, bunu xx.xx.2019-cu il tarixdə etmişdir və bununla da Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində müəyyən edilmiş iddia müddətini buraxmışdır. Birinci instansiya məhkəməsi həmçinin iddia müddətinin ötürülməsi və bunun səbəblərini tərəflərin iştirakı ilə araşdırmış və bu zaman iddiaçının nümayəndəsi iddianın məhkəməyə gec verilməsinin səbəbi kimi bildirmişdir ki, o, cavabdehin hər iki qərarından Vergilər Nazirliyinə şikayət etsə də, yoxlamanı aparmış müfəttişin cəzalanmasının qarşısını almaq üçün şikayəti geri götürmüş, sonra məhkəmədə iddia qaldırmaq üçün sənədləri Zaqatala ray onunda fəaliyyət göstərən vəkil X2 vermiş, lakin vəkil xx.xx.2019-cu ildə məhkəməyə göndərilmiş şikayətdə **********7837 nömrəli qərarın deyil, yalnız **********7841 nömrəli qərarın ləğvini tələb etmişdir. Müddətin buraxılmasının səbəbi vəkilin iddianı vaxtında verməməsi olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının bu dəlilini qəbul etməmiş, və hesab etmişdir ki, iddia müddətinin buraxılmasının səbəbi üzrlü sayıla bilməz. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 30 günlük iddia müddəti ərzində iddiaçının məhkəməyə iddia verməsinə mane olan heç bir qarşısıalınmaz, yaxud gözlənilməz hadisə baş verməmişdir. İddiaçının iddia sənədlərini hazırlamağı tapşırdığı vəkilin iddianı vaxtında hazırlamaması müddətin buraxılmasının üzrlü sayılmasına əsas vermir. İddiaçı vəkil Şaban Məmmə dova etibarnamə verməmişdir. Belə olan halda, vəkilin iddiaçının adından iddia ərizəsi vermək səlahiyyəti olmamışdır. Ona görə də iddia müddətinə riayət edilməsi öhdəliyi vəkilin deyil, iddiaçının üzərində olmuşdur. İddiaçının nümaynədəsi birinci instansiya məhkəməsinin dəlilləri ilə razılaşmamış və həmin qərardaddan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-713/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), G.Abbasov və R.Rəfiyev) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkməsinin qərardadı dəyişdirilmə dən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni birinci instansiya məhkəməsinin dəlillərinə uyğun əsaslandırmışdır. İddiaçının nümayəndəsi həmin qərardadın dəlilləri ilə də razılaşmamış, kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şəki Apelyasiya Məhkəməsinin qərardadı əsassızdır və iddiaçının məhkəməyə müraciət etmə hüquqlarını məhdudlaşdırır. İddiaçı tərəfindən cavabdehə qarşı xx xxxxxx 2019-cu il tarixli, **********7837 nömrəli qərarının ləğv edilməsi barədə ərizə xx xxxx 2019-cu il tarixdə olmuşdur. Bundan sonra vergi orqanının əməkdaşı iddiaçının nümayəndəsi X3 izahat almış və izahatın doğruluğunu əlyazma ilə təsdiqlədikdə izahatın tarixini və gününü əlyazma ilə de yil, özü tərəfindən bilərəkdən kompyuter vasitəsi ilə 06 fevral kimi qeyd edərək çap etmişdir. İşə baxmış məhkəmələr iddiaçının nümayəndəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş şikayət ərizəsinə hüquqi qiymət verməmişdir. Halbuki, bu ərizədə iddia müddətinin ötürülməməsi faktı təsdiq olunur. Həmçinin iddiaçı tərəfindən vəkil X2 iddia ərizəsi və digər prosessual səlahiyyətlərin verilməsi barədə mövcud etibarnamə təqdim edilməsinə baxmayaraq, bu sübut növü həmin qərardadda göstərilməmişdir. Əsaslandırıcı hissə: Tərəflər məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbu l edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunan hallarından göründüyü kimi 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli qərarı ilə "İddiaçı" MMC-də operativ vergi nəzarəti həyata keçirilmiş, müəyyən olunmuş qanun pozuntularına görə İddiaçı MMC-nin barəsində xx.xx.2019-cu il tarixli **********7837 nömrəli və xx.xx.2019-cu il tarixli **********7841 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarlar çıxarılmışdır. İddiaçının nümayəndəsi vergi məsuliyyətinə cəlb olunmasından xx.xx.2019cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət etmişdir. İddiaçının nümayəndəsi şikayət instansiyasına şikayət etməklə yanaşı, xx.xx.2019-cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.20 19-cu il tarixli **********7841 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar»ının ləğv olunmasını xahiş etmişdir. İddiaçının müraciəti İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilmədiyinə görə, birinci instansiya məhkəməsi iddiaçıya məktub göndərərək, yol verilmiş formal xətaların aradan qaldırılmasını təklif etmiş və bundan sonra iddiaçının nümayəndəsi cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə Şəki İnziabti-İqtsadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın müddətə görə mümkün sayılmaması barədə nəticəyə gələrkən məhkəmələr tərə findən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Çünki iddianın mümkün sayılmaması barədə qərar çıxararkən məhkəmələrin istinad etdiyi Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, iddia müddətlərinin hesablanması zamanı ilk növbədə müddətin axımının başlanğıcı müəyyən olunmalıdır. Çünki Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Bu baxımdan İPM-nin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın verilməsi üçün müddətin axımının başlanğıcı, işin hallarından asılı olaraq iki qaydada müəyyən edilib:
1. İnzibati aktın təqdim (elan) olunduğu vaxtdan;
2. Şikayət instansiyasına şikayət verildiyi hallarda şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı onun barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərardan şikayət instansiyasına şikayət etmişdir. Bu halda onun sözügedən qərarın mübahisələndirilməsi barədə iddia vermə müddətinin axımının başlanğıcı, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan hesablanmalıdır. Lakin iddiaçının həmin qərarda n şikayəti üzrə şikayət instansiyası qərar qəbul etməmişdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərardan məhkəməyə mübahisələndirmə iddiasının verilməsi üçün iddia müddətinin axımı başlanmamışdır və İPM-nin 38.1-ci maddəsində göstərilən müddətin ötürülməsi barədə nəticəyə gəlmək üçün əsas olmamışdır. Doğrudur ki, şikayət instansiyasında, yəni Vergilər Nazirliyində iddiaçının şikayəti araşdırılarkən iddiaçının nümayəndəsi xx.xx.2019-cu ildə verdiyi yazılı izahatında cavabdehin xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarından şikayətinin olmadığını bildirmişdir. Lakin bu hal, inzibati orqanı şikayət üzrə qərar qəbul etməkdən azad edən hal deyildir. Çünki «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 78.1-ci maddəsinin tələbinə görə qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Şikayətin maraqlı şəxs və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürülməsi isə, «İnzibati icraat haqqında» Qanunun 75.1.4-cü maddəsinə əsasən şikayətin baxılmamış saxlanması kimi hüquqi nəticə törədir. Bu halda da şikayət instansiyası, «İnzibati icraat haqqında» Qanunun 75.2-ci maddəsinin tələbinə əsasən şikayətin baxılmamış saxlanması haqqında qərar çıxartmalı idi. Göründüyü kimi şikayət instansiyası tərəfindən həyata keçirilən araşdırma hər bir halda qərar çıxarılmaqla yekunlaşmalıdır. Apelyasiya instansiyası iddia müddətinin ötürülməsinə əsasən iddianın mümkün sayılmaması barədə nəticəyə gələrkən prosessual hüquq normaları düzgün tətbiq edilmədiyinə görə kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və iş yenidən baxılması üçün həmin məhkməyə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-713/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş materialları işə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir.