Məhkəmə qərarları › İş №2-1(102)-753/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-753/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-753/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı1 oğlunun, vəkili X1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron Rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2-1(105)-56/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 10.02.1955-ci ildə anadan olmuşdur və Abşeron şəhərində yaşayır.

2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 12 mart 2018-ci il tarixli, 5/386 saylı məktubuna əsasən ləğv olunmuş Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “Promstroymexanizasiya” Trestinin 12 nömrəli Tikinti İnşaat İdarəsinin və Azərbaycan SSR Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir- Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

3. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 may 2018-ci il tarixli 2(012)-2848/2018 saylı qətnaməsi ilə İddiaçı1 oğlunun 20.10.1971-ci il tarixdən 01.02.1973-cü il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “Promstroymexanizasiya” Trestinin 12 nömrəli Tikinti İnşaat İdarəsində fəhlə və 03.04.1973-cü il tarixdən 1999-cü il tarixədək Azərbaycan SSR Meşə-ağac Emalı Sənayesi Nazirliyinin Təmir-Tikinti İdarəsində elektrik qaynaqçısı işləməsi faktı təsdiq edilmişdir.

4. İddiaçı 14.03.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

5. Cavabde h iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya 10.10.2018-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifəni təsdiq edən güzəştli arayışın olmaması pensiya təyin edilməsini qeyri-mümkün edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 2018-ci il 22 oktyabr tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun 57 yaşı tamam olduğu tarixdən, yəni 10 fevral 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim İ.Quliyev) iddianın qismən təmin edilməsi, İddiaçı1 oğluna 10 oktyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiya məhkəməsindəki birinci icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarı ilə (sə drlik edən hakim Z.Məmmədov, hakimlər N.Nəsibov və H.Babayevadan) cavabdehin apelyasiya şikayəti təmin olunmamış, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 27 dekabr 2018-ciil tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. b. Kassasiya instansiya məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Hüseynova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və G.Quliyev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışd ır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. İddiaçının 01 sentyabr 1980-ci il tarixdən 01 dekabr 1988-ci il tarixədək işlədiyi müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir.... Müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahidlər ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmiş olsun. Lakin apelyasya məhkəməsi iddiaçının məhkəmə qərarı əsasında iş stajını müəyyən edərkən qanunvericiliyin bu müddəalarını nəzərə almamışdır. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qərarı ləğv edilməklə, göstərilmiş halın, yəni iddiaçının müvafiq müəssisələrdə işlədiyi qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməsi üçün iş yenidən ap elyasiya məhkəməsinə göndərilməlidir. c. Apelyasiya instansiya məhkəməsindəki ikinci icraat

14. Sumqayıt Apelyasiya Məhkəməsinin X5 Məhkəmənin yuxarıda qeyd olunan qərarına uyğun olaraq, İddiaçı1 oğlunun iş stajının müəyyən edilməsi barədə Abşeron Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsində şahid kimi göstərilmiş şahidlər X2 və X3 şahid qismində dindirmiş, R.Qarayevin və T.Qurbanovun Azərbaycan SSR Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsində işləmələrinə dair əmək kitabçalarının surətlərini işə əlavə etmişdir.

15. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli 2-1(105)-56/2020 nömrəli qərarı ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abbasov və T.Məmmədov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018 -ci il tarixli 2-1(085)-2901/2018 saylı qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin göstərmişdir ki, qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 oğlunun 20.10.1971-ci il tarixdən 01.02.1973-cü il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “Promstroymexanizasiyası” Trestinin 12 nömrəli Tikinti İnşaat İdarəsində fəhlə və 03.04.1973-cü il tarixdən 1999-cü il tarixədək Azərbaycan SSR Meşə-ağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsində elektrik qaynaqçı işləməsi faktı təsdiq edilmişdir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşə lərin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında” XXXİİİ “Ümumi peşələr” bölməsinin 23200000-19906 yarımbəndinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”nın güzəştli şərtlərlə pensiya hüququ var. Qeyd edilən vəzifə həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Ümumi peşələr” adlanan 35-ci bölməsində də güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə (peşə) kimi göstərilmişdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCR AATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlillərinə görə, “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün onun 1 yanvar 2006-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. b. Kasasiya şikayətinə qarşı etirazlar

20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi.

22. İddiaçı və onun vəkili kassasiya şikayətinin təmin olunmamasını x ahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

24. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslə r 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

30. Əmək pensiyasını təyin edən orqan 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 25. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun: Maddə 13. “b” bəndi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

27. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanl ar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

28. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş ş ikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs 01.01.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şə raiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun.

33. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

34. İddiaçının 10.02.2012-ci il tarixdə 57 yaşa çatması işin mübahisəsiz halıdır.

35. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini onunla izah edir ki, cavabdeh inzibati orqanın güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifəni təsdiq edən güzəştli arayışının olmamasıdır.

36. İşə baxmış məhkəmələr isə cavabdehin imtinasını əsassız hesab edərək, bildirmişlər ki, iddiaçının vaxtı ilə işlədiyi idarələrin hal-hazırda fəaliyyət göstərməməsi səbəbindən inzibati orqanın iddia etdiyi kimi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifəni təs diq edən güzəştli arayışın təqdim edilməsi mümkünsüzdür. Hətta, həmin idarələr fəaliyyət göstərsəydi belə, onlar tərəfindən verilən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifəni təsdiq edən güzəştli arayışın təqdim edilməsi (və ya təqdim edilməməsi) birmənalı şəkildə həqiqətən də vətəndaşın işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifə (peşə) olub-olmaması anlamına gəlmir.

37. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 oğlunun 20.10.1971-ci il tarixdən 01.02.1973-cü il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “Promstroymexanizasiya” Trestinin 12 nömrəli Tikinti İnşaat İdarəsində fəhlə və 03.04.1973-cü il tarix dən 1999-cü il tarixədək Azərbaycan SSR Meşəağac Emalı Sənaye Nazirliyinin Təmir-Tikinti İdarəsində elektrik qaynaqçı işləməsi faktı təsdiq edilmişdir.

38. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında” XXXİİİ “Ümumi peşələr” bölməsinin 23200000-19906 yarımbəndinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”nın güzəştli şərtlərlə pensiya hüququ var. Qeyd edilən vəzifə həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın “Ümumi peşələr” adlanan 35-ci bölməsində də güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə (peşə) kimi göstərilmişdir.

39. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır.

40. Məhkəmə kollegiyası kassatorun “iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olmaması” və “iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməməsi” barədə dəlillərini əsassız sayır.

41. Belə ki, hüquqi əhəmiyyətli fakt kimi iddiaçının 20.10.1971-ci il tarixdən 01.02.1973-cü il tarixədək Azərbaycan S SR Sənaye Tikinti Nazirliyinin “Promstroymexanizasiya” Trestinin 12 nömrəli Tikinti İnşaat İdarəsində fəhlə və 03.04.1973-cü il tarixdən 1999-cü il tarixədək Azərbaycan SSR Meşə-ağac Emalı Sənayesi Nazirliyinin Təmir-Tikinti İdarəsində elektrik qaynaqçısı işləməsi Abşeron Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(012)-2848/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Həmin işə baxılarkən maraqlı şəxs qismində DSMF-nin Abşeron rayon şəbəsi işə cəlb edilmiş, maraqlı şəxsin nümayəndəsinin iştirak ilə işə baxılmışdır.

42. Hüquqi əhəmiyyətli fakt dedikdə, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar başa düşülür.

43. Həmçinin MPM-nin 311-ci maddəsinə görə, Hüquqi əhəmiyyətli faktı müəyyən edən məhkəmə qətnaməsi, faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 44. “Məhkəmələr və hakimlər haqqında” qanuna görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası razisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və ye nidən sübut edilmir. İPM-nin 78-ci maddəsində də mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyi müəyyən edilmişdir.

46. Bu normaların mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə (qərar) ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki və ya inzibati məhkəmə icraatında təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

47. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxı lmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

48. Buna görə də kassatorun iddiaçının ümumi staja malik olmadığı barədə dəlil tamamilə əsassızdır.

49. Həmçinin iddiaçının işlədiyi qaynaqçı peşəsinin, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında” XXXİİİ “Ümumi peşələr” bölməsinin 23200000-19906 yarımbəndində nəzərdə tutulmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun olması açıqaşkardır.

50. Gö ründüyü kimi iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün həmin normada nəzərdə tutulan dispozisiya şərtləri mövcuddur və apelyasiya məhkəməsi də məhz bu əsasla iddianın təmin olunmasını qanuni hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarını tam müəyyən etmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli 2-1(105)-56/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar