Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-753/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: hündürmərtəbəli binada yaşayış sahəsinə çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri: Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ ləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-1(103)-565/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AA*******, FİN kod: xxxxxxx) 2 yanvar 1969-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə - "xxxx" MMC) ilə X3 arasında imzalanmış 22.05.2010-cu il tarixli müqavilənin notarial qaydada tə sdiq edilmiş surətinə əsasən "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının X mərtəbəsində, 2 otaqlı, 29 nömrəli, 90 kv.m mənzili tikib İddiaçı təhvil verilməsini, o isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 72.000 manat olmaqla dəyişməz olaraq qalır. 3. "xxxx" MMC tərəfindən verilmiş 22.05.2010-cu il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı tərəfindən 22.05.2010-cu il tarixli müqavilə üzrə 72.000 manat məbləğində ödəniş edilmişdir. 4. "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış 22.05.2010-cu il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının X mərtəbəsində, 2 otaqlı, 32 nömrəli, 94.2 kv.m mənzili tikib İddiaçı təhvil verilməsini, o isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 75.831 manat olmaqla dəyişməz olaraq qalır. 5. "xxxx" MMC tərəfindən verilmiş 22.05.2010-cu il tarixli, kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı tərəfindən 22.05.2010-cu il tarixli müqavilə üzrə 75.831 manat məbləğində ödəniş edilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.01.2020-ci il tarixli, e-2(004)866/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və "xxxx" MMC-yə qarşı «müqavilənin və mədaxil qəbzlərinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilmiş, "xxxx" MMC ilə X6 arasında Bakı ş əhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.m olan 32 nömrəli mənzilə dair bağlanmış 28.01.2015-ci il tarixli, 134 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və ödəmə barədə həmin mədaxil qəbzinin etibarsız hesab edilməsi, “İdeal-V" MMC ilə Topçubaşova Sevinc Cümşüd qızı arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 29 nömrəli mənzilə dair bağlanmış 28.01.2015-ci il tarixli, çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və ödəmə barədə həmin tarixli mədaxil qəbzinin etibarsız hesab edilməsi, İddiaçı "xxxx" MMC tərəfindən inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.m olan 32 nömrəli mənzilə və həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 29 nömrəli mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi və həmin mənzillərə köçürülməsi, “İdeal-V" MMC tərəfindən inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.m olan 32 nömrəli mənzil və həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 29 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və maneələrin aradan qaldırılmasının cavabdehlərin üzərinə qoyulması qət edilmişdir.
7. İddiaçı cavabdehlər X4 və "xxxx" MMC-yə qarşı «müqavilənin və mədaxi l qəbzlərinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(004)-866/2020 nömrəli qətnaməsi 19.03.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır.
8. İddiaçı ünvan 2 ünvanında yerləşən 29 saylı və 32 saylı mənzillərə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 17.02.2021-ci il tarixli **********22 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmiş və bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməlidir. Həmçinin bildirilmişdir ki, ərizəyə əlavə edi lən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.01.2020-ci il tarixli, e-2(004)-866/2020 saylı qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış, iş üzrə İdarə tərəf olmamış və əlavə olunan qətnamə İdarəyə daxil olmamışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılm asını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Yaşayış binasının tikintisi ilə bağlı işin halları
9. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 1 oktyabr 2004-cü il tarixli 0104/368 saylı razılıq məktubunu, "xxxx" Mənzil Tikinti Kooperativinin (bundan sonra mətndə - "xxxx" MTK) 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın q arşısındakı sahədə yeraltı avtodayanacağının layihələndirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. 10. 5 mart 2006-cı il tarixli "xxxx" MTK (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd - “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd - mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır.
11. Azərbaycan Respublikası Dövl ət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir.
12. Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubunuza baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "x xxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini birgə idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, tərəfimizdən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur.
13. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X1 Baş İdarəsi tərəfindən "xxxx" MMMC-yə ünvanlanmış 28 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin mürac iətiniz əsasında “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yaşayış binası” üzrə tikinti layihəsinə dair 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində texniki səhvə yol verilmişdir. Ekspertiza rəyində sifarişçi qismində "xxxx" MMC əvəzinə "xxxx" MTK oxunmalıdır.
14. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 09.09.2020-ci il tarixli məktubda qeyd olunur: ünvan 4 ünvan D.Əliyeva 198) 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından "xxxx" MMMC-nin adının çıxarılması ilə bağlı MTK-nın müraciətinə Komitədə baxılmışdır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünv anlanmış anoloji məzmunda müraciətə 21 avqust 2020-ci il tarixli cavab məktubunda "xxxx" MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA X1 Baş İdarəsinin təqdim olunan 28 avqust 2020-ci il tarixli 37/36-01251 nömrəli məktubunda bina üzrə 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində "xxxx" MMMC-nin yerinə "xxxx" oxunmalı olduğu bildirilm işdir. 09 dekabr 2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı barədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin 1 yanvar 2020- ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur. 15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MTK-ya qarşı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasın ın yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanılan «Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədə yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin» hissəd ə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-158/2019 saylı iş üzrə 9 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
18. İddiaçı 18.03.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona m əxsus ünvan 5 ünvanında yerləşən 29 və 32 saylı mənzillərə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə "xxxx" MMC-dən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, 90 kv.m-lik 29 nömrəli və həmin binanın 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, 94,2 kv.m-lik 32 nömrəli mənzilləri almışdır. Hər iki mənzilə dair 22 may 2010-cu il tarixdə onunla "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələr bağlanmışdır. Müqavilələrin şərtlərinə uyğun olaraq, “Sifarişçi”nin Bakı şəhəri ərazisində çoxmənzil li yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, 90 kv.m-lik 29 nömrəli mənzili və həmin binanın 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, 94,2 kv.m-lik 32 nömrəli mənzili tikib “Sifarişçi”yə təhvil verməsini və “Sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öhdəsinə götürürlər. O da öz növbəsində, müqavilələrin şərtlərinə əməl edərək birdəfəlik Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 2 otaqlı, 90 kv.m-lik 29 nömrəli mənzilə dair 72000 manat və həmin binanın 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, 94,2 kv.m-lik 32 nömrəli mənzi lə dair 75831 manat ödəniş etmişdir. Ödənişlərlə bağlı qəbzlər də mövcuddur. Sonradan ona məlum olmuşdur ki, göstərilən mənzillər təkrarən "xxxx" MMC tərəfindən qanunsuz olaraq digər şəxslərə satılmışdır. Bununla bağlı cinayət işi başlanmış və həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işində “İdeal-İ İnşaat” və "xxxx" MMC-lərinin direktoru X5 və “İdeal-İ İnşaat” və "xxxx" MMC-lərinin təsisçisi-faktiki rəhbəri X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşlar və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəza çəkirlər. Qeyd olunan mənzillərlə bağlı iddiaçı qismində çıxış edərək cavabdeh "xxxx" MMC-yə və digər cavabdehlərə qarşı “sahiblik, istifadə hüquqlarının bərpa edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)866/2020 nömrəli, 31.01.2020-ci il tarixli qətnaməsinə əsasən onun iddiası təmin olunaraq, İddiaçı "xxxx" MMC tərəfindən inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.m olan 32 nömrəli mənzilə və həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 29 nömrəli mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi və həmin mənzillərə köçürülməsi, həmin mənzillərin İddiaçı təhvil verilməsi və maneələrin aradan qaldırılmasının cavabdehlərin üzərinə qoyulması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra həmin m ənzillərə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir.
20. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı tərəfindən qeyd olunan ünvanda yerləşən mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. İddiaçının idarəyə müraciətində ərizəsinə əlavə etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.01.2020-ci il tarixli, e-2(004)866/2020 saylı qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış, iş üzrə İdarə tərəf olmamış və əlavə olunan qətnam ə İdarəyə daxil olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İddiaçının İdarəyə təqdim etdiyi müqavilələr isə "xxxx" MMC ilə bağlanmışdır. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya 17.02.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır.
21. Cavabdehin vəsatəti əsasında məhkəmənin 01.06.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
22. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı 29 saylı mənzilə və Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.metr olan 2 otaqlı 32 saylı mənzilə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə 12.08.2021-ci il tarixli qərardadla icraata qəbul edilmişdir.
23. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-5126/2021 nömrəli qərarı (hakim P.Hüseynov) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı 29 saylı mənzilə və Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.metr olan 2 otaqlı 32 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarları ilə iddiaçının "xxxx" MMC ilə imzaladığı müqavilələrin qanuniliyi və mötəbərliliyi tanınmış və qəbul edilmişdir. Öz növbəsində həmin müqavilələr hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir. İddiaçı həmin müqavilələr üzrə müvafiq mənzillərin dəyərini tam şəkildə ödədiyindən, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən onlara mülkiyyət hüququ əldə etmişdir, Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır. Üzərində m ülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzillərin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin m ümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Digər tərəfdən, müvafiq mənzillərin yerləşdiyi binanın “istismara icazə” sənədi Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qəbulundan sonra səlahiyyətli orqan tərəfindən 2019-cu ilin dekabr ayında verilmişdir. Qeyd olunanlara əsasən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur.
25. Üçüncü şəxs "xxxx" MTK həmin qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-5126/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd e dilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-1(103)-565/2022 nömrəli qərarı (sədrlik edən M.Tağızadə, hakimlər X.Cəmilova və A.Oruczadə) ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-5126/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
28. Üçüncü şəxs "xxxx" MTK apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qər arın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri
29. Üçüncü şəxs hesab edir ki, iddiaçı üçüncü şəxsə məxsus binanın mənzilinə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzilə dair heç bir hüququ olmayan "xxxx" MMC ilə bağladığı müqaviləyə və mənzilin dəyərini "xxxx" MMC-yə ödəməsinə dair sənədə istinad edir. Halbuki, "xxxx" MMC ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız olmuş və hüququ olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 mərtəbəli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativə məxsus olmuş, binada olan mənzillərin və digər sahələrin "xxxx" MMCnin ümumiyyətlə təkbaşına mənzillərin sa tmasına səlahiyyəti olmamışdır. Üçüncü şəxs onunla (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin müddəalarına istinad edərək hesab edir ki, mənzillərin satılması yalnız "xxxx" MTK tərəfindən aparılmalıdır.
30. Şikayət əsaslandırılarkən Mülki Məcəllənin 337, Mənzil Məcəlləsinin 112, Mülki Prosessual Məcəllənin 82 və 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinə etirazda göstərmişdir ki, sözügedən binanın tikintisinin aparıldığı bütün müddətdə "xxxx" MTK binanın tikintisində hər hansı formada iştirak etməmiş, "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış 05 mart 2006-cı il tarixli «Müştərək fəaliyyət üçün razılaşdırma» müqaviləsi əsasında "xxxx" MMC tərəf indən aparılan tikinti işlərinə heç vaxt müdaxilə etməmiş, binanın mənzillərinin "xxxx" MMC tərəfindən vətəndaşlara satılması məsələlərinə heç vaxt qarışmamış, "xxxx" MMC ilə mənzil sahibləri arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» müqavilələri və həmin müqavilələr əsasında "xxxx" MMC tərəfindən mənzil sahiblərinə verilmiş kassa mədaxil orderlərini, maliyyə arayışlarını keçən 16 il müddətində heç vaxt heç bir yerdə mübahisələndirməmişdir.
32. Digər tərəfdən "xxxx" MTK 13.08.2020-ci il, 24.08.2020-ci il və 21.09.2020-ci il tarixlərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərzilərlə müraciət edərək ünvan 2 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mər təbəli (+mansarda) yaşayış binasının 54 mənzili üzərində, o cümlədən həmin binanın 10-cu mərtəbəsində yerləşən 29 və 32 saylı mənzillərin üzərində də hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 07.10.2021-ci il tarixli **********44 nömrəli məktubla sözügedən yaşayış binasında yerləşən 12 ədəd mənzil və ümumi sahəsi 2116,3 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində ayrıayrı şəxslərin hüquqlarının məhkəmə qərarları əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını əsas gətirərək binanın qalan 54 mənzili, o cümlədən 29 və 32 saylı mənzilləri üzərində "xxxx" MTK-nın hüquqlarının dövlət qeydiyyatına alınma sından imtina etmişdir. Bundan sonra, "xxxx" MTK Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzillərin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə etmiş, məhkəmənin 2-1(112)-7440/2020 saylı, 24.11.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, iddiaçıya izah edilmişdir ki, qanunvericilikdə mənzil-tikinti kooperativinin deyil, onun üzvlərinin pay haqqını tam ödəmələri ilə onların yaşayış sahəsinə mülkiyyət hüququnu əldə etmələri nəzərdə tutulur, belə olan halda isə qeyd olunan mənzillər üzərində kooperativin mülkiyyət hüququnun qeydə alınmasını tələb e tməyə subyektiv hüququ yoxdur. Bakı İnzibati Məhkəməsinin həmin qərardadı qanuni qüvvəsini almışdır. Qeyd edilən inzibati iş üzrə, o cümlədən 29 və 32 saylı mənzillərin sahibi olaraq İddiaçı da üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və x itam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); (-); Maddə. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (-); 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qər arı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; (-). Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunverici liklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutl arla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Mə cəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.
1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instans iyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
38. İddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsi, 717-ci məhəlləsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 2 otaqlı 29 saylı və ümumi sahəsi 94,2 kv.m olan 2 otaqlı 32 saylı mənzillərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
39. Üçüncü şəxsin şikayətinin dəlillərinə görə iddiaçı üçüncü şəxsə məxsus binanın mənzilinə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzilə dair heç bir hüququ olmayan "xxxx" MMC ilə bağladığı müqaviləyə və mənzilin dəy ərini "xxxx" MMC-yə ödəməsinə dair sənədə istinad edir. Halbuki, "xxxx" MMC ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız olmuş və hüququ olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 mərtəbəli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativə məxsus olmuş, binada olan mənzillərin və digər sahələrin "xxxx" MMC-nin ümumiyyətlə təkbaşına mənzillərin satmasına səlahiyyəti olmamışdır.
40. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
41. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyriyaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələndirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən üçüncü şəxsə müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. 42. 5 mart 2006-cı il tarixli "xxxx" MTK (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd - “Sifarişçi”nin (üçüncü şəxsin) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha t orpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd - mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. 43. "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış 22 may 2010-cu il tarixli müqavilələrə görə "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının X mərtəbəsində, 2 otaqlı, 29 nömrəli, 90 kv.m mənzili və həmin mərtəbədə 2 otaqlı, 32 nömrəli, 94.2 kv.m mənzili tikib iddiaçıya təhvil verilməsini, iddiaçı isə tikilən mənzilləri qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilələrin qiyməti müvafiq olaraq 72.000 manat və 75.831 manat olmaqla dəyişməz olaraq qalır. 44. "xxxx" MMC tərəfindən verilmiş 22 may 2010-cu il tarixli kassa mədaxil orderlərinə əsasən iddiaçı tərəfindən 22 may 2010-cu il tarixli müqavilələr üzrə müvafiq olaraq 72.000 manat və 75.831 manat məbləğində ödəniş edilmişdir.
45. Azərbaycan Respublikası Dövlət Şəhərsal ma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir (istismara icazə sənədi).
46. Mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzillərin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlanmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibə tləri tənzimləyən 8.0.6-cı maddəsinin hazırkı iddiaya tətbiqini əsaslı hesab etmişdir.
47. Üçüncü şəxs şikayətin əsası kimi onunla (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin müddəalarına istinad edərək hesab edir ki, mənzillərin satılması yalnız "xxxx" MTK tərəfindən aparılmalıdır. Ona görə də iddiaçı ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 18 iyun 2013-cü il tarixli 84 nömrəli müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur.
48. Məhkəmə kollegiyası üçüncü şəxsin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, üçüncü şəxsin özünün də istinad etdiyi "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında bağlanmış 5 mart 2006-cı il tarixli m üştərək fəaliyyət müqaviləsinin 3.1.12-ci bəndi obyektin tikintisini 50% yerinə yetirdikdən sonra Podratçının öz 50% payı hesabına mənzil bağışlamaq və ya satışından nağd pul götürə bilmək hüququnu, 3.1.14-cü bənd isə mənzillərin satılması üçün alıcılarla müqavilələrin "xxxx" MTK tərəfindən aparılmasını nəzərdə tutur.
49. Hazırkı halda, iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi bağlanmış, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının X mərtəbəsində 2 otaqlı, 29 nömrəli, 90 kv.m mənzili və həmin mərtəbədə 2 otaqlı, 32 nömrəli, 94.2 kv.m mənzili tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə tikilən mənzilləri qəbul edib haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Podrat mü qaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan mənzil – yəni, əvəz edilən deyil, fərdi-müəyyən (əvəzedilməz) əşya olduğundan həmin müqaviləyə alqı-satqı qaydaları tətbiq edilə bilməz (Mülki Məcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin mənzili özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin mənzilə mülkiyyəti sifarişçiyə (iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər.
50. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
51. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyy ən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
52. İddiaçı müqavilə öhdəliyinə əməl edərək müqavilədə nəzərdə tutulan mənzillərin pay haqqını ödəmiş, mənzillərin yerləşdiyi tikinti obyektinin istismarına icazə verilmişdir. 53. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı və 8.0.10.1-ci maddələrinin tələbləri iddiaçı tərəfindən yerinə yetirildiyindən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuş, hüququn qeydə alınmasından imtina üçün həmin Qanunun 15ci maddəsində nəzərdə tutulmuş əsasların hər hansı biri mövcud olmamışdır.
54. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.01.2020-ci il tarixli, e-2(004)866/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və "xxxx" MMC-yə qarşı «müqavilənin və mədaxil qəbzlərinin etibarsız hesab edilməsi» tələbinə dair iddia sı təmin edilmiş, "xxxx" MMC ilə X6 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.m olan 32 nömrəli mənzilə dair bağlanmış 28.01.2015-ci il tarixli, 134 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və ödəmə barədə həmin mədaxil qəbzinin etibarsız hesab edilməsi, “İdeal-V" MMC ilə Topçubaşova Sevinc Cümşüd qızı arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 29 nömrəli mənzilə dair bağlanmış 28.01.2015-ci il tarixli, çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və ödəmə barədə həmin tarixli mədaxil qəbzinin etibarsız hesab edilm əsi, İddiaçı "xxxx" MMC tərəfindən inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.m olan 32 nömrəli mənzilə və həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 29 nömrəli mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi və həmin mənzillərə köçürülməsi, “İdeal-V" MMC tərəfindən inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.m olan 32 nömrəli və həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 29 nömrəli mənzillərin İddiaçı təhvil verilməsi və maneələrin aradan qaldırılmasının cavabdehlərin üzərinə qoyulması qət edilmişdir.
55. Məhkəmə qətnaməsində n görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 94,2 kv.m olan 32 nömrəli və həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 29 nömrəli mənzillərlə bağlı digər şəxslərlə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə iddia təmin edilmiş, həmin mənzillərə iddiaçının sahiblik və istifadə hüququ tanınmışdır.
56. İddiaçının "xxxx" MMC ilə mənzilə dair bağladığı müqavilə, ödəniş sənədi, mənzillərin olduğu binanın istismarına qəbul aktı olmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mənzillərə sahiblik və istifadə hüququ tanındığından kassasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.
57. Odur ki, kassasiya şikayəti təmin edi lmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
58. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 21(103)-565/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.