Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-753/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina, döyüşlərdə iştirak barədə sübutun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tari xli, 2-N(N03)-N82N/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı 8 iyul N992-ci il tarixdən 28 yanvar N993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyini bildirmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.Cavabdeh N4 sentyabr 202N-ci il tarixli məktubla bildirmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin Siyahısı”na əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında N9 mart N992-ci il tarixdən 0N may N992-ci il tarixədək iştirak etmişdir. Bununla da, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə iddiaçının xidmət keçdiyi dövrdə, yəni N iyul N992-ci il tarixdən 28 yanvar N993-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmədiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı N992-ci ilin yanvar ayından könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Ağdam rayonunda yerlə şən könülü hərbi hissələrinin tərkibinə qatılmışdır. Könüllü olaraq Ağdam rayonun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş, dəfələrlə döyüşlərdə yüngül xəsarət almışdır. Özü mülki həyatda maşınların mühərrikinin təmiri üzrə usta olduğu üçün, ona bir gün döyüş texnikasının sıradan çıxmış hissələrinin təmiri tapşırılmış, həmin texnikanı tam təmir etdiyi üçün onu könüllü olaraq xx.xx.N992-ci il tarixdə N nömrəli hərbi hissənin təmir bölüyünə mexanik kimi qəbul etmişlər. İddiaçı orada döyüş texnikasının sıradan çıxmış mühərriklərinin, ötürücü qurğularının və digər vacib hissələrinin təmiri ilə məşğul olaraq texnikanı döyüşə yararlı vəziyyətə gətirmişdir. Bununla yanaşı, döyüş zamanı hücum əməliyyatlarında, eləcədə müdafiə istehkamlarının hazırlanmasında əsgərlərlə birlikdə fəal iştirak etmiş dir. Könüllülərin tərxis edilməsi ilə bağlı hərbi hissəyə daxil olmuş göstərişə uyğun olaraq hərbi hissə komandirinin müvafiq əmrinə əsasən 28 yanvar N993-cü il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Bu hal N saylı hərbi hissənin qərargah rəisi tərəfindən möhür və imza ilə təsdiq olunmuşdur. Ona görə də hesab edir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi cavadehə həvalə olunmalıdır.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 02 iyul 202N-ci il tarixli arxiv arayışında və cavabdeh tərəfindən məhkəməyə təqdim edilən arxiv çıxarışlarında iddiaçının N iyul N992-ci il tarixdən 28 yanvar N993-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət keçdiyi əks etdirilmişdir. “Azə rbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin Siyahısı”na əsasən N nömrəli hərbi hissə N9 mart N992-ci il tarixdən 0N may N992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla da iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə iddiaçının xidmət keçdiyi dövrlərdə yəni, N iyul N992-ci il tarixdən 28 yanvar N993-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmədiyindən, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanım N4 sentyabr 202N-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2933/2022 saylı, 7 fevral 2022-ci il tarixli qərarı ilə (hakim F.Mədətl i) iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, N nömrəli hərbi hissə yalnız xx.xx.N992- xx.xx.N992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etdiyindən, iddiaçının isə sözügedən N nömrəli hərbi hissədə xidmət keçərkən döyüş əməliyyatlarında iştirak etməsi əsaslı sübutlarla təsdiq olunmadığından iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir.
8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-N(N03)N82N/2022 nömrəli (hakimlər A.P.Oruczadə - sədrlik edən və məruzəçi, Raqib X.A.Cəmilova və M.N.Tağızadə) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilm əmiş, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2933/2022 saylı, 7 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. N0. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. NN. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri N2. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə əsaslanır. Şikayətdə qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarda obyektiv həqiqəti ifadə edən halları qətiyyən nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə qanunvericiliyin tələblərini kobu d surətdə pozaraq ədalətsiz və əsassız bir qərar qəbul etmişdir. Bundan başqa, apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N3. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N4. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və y a digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. N5. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. N6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əs asən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti v ə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. N7. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıq ları müvafiq komissiyaların rəyinə əsasən verilir. N8. İnzibati Prosessual Məcəllə Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməl idir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ N9. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 2N. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışın ın predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Bu Qərarın N2-N4-cü bəndində istinad edil ən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərl ə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
26. Hazırki mübahisəyə münasibətdə iddiaçıya müharibə veteranı adının verilməsi üçün zəruri olan və istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.
27. Belə ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının xidmət keçdiyi hərbi hissə onun xidməti dövründə hərbi əməliyyatlarda iştirak etməmişdir. N nömrəli hərbi hissənin yalnız xx.xx.N992-xx.xx.N992-ci il tarixlərində, yəni iddiaçının N nömrəli hərbi hissədə xidmət keçdiyi N iyul N992-ci il tarixdən 28 yanvar N993-cü il tarixədək olan dövrdən əvvəl döyüş əməliyyatlarında iştirak etdiyi “Azərbay can Respublikası Silahlı Qüvvələri yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”nda nəzərdə tutulmuş məlumatlarla da təsdiq olunur.
28. Nəzərə almaq lazımdır ki, iddiaçıya müharibə veteranı adının verilməsi üçün onun N iyul N992-ci il tarixdən 28 yanvar N993-cü il tarixədək olan dövrdə N nömrəli hərbi hissədə xidmət keçməsi yetərli sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəaları baxımından müharibə veteranı adının verilməsi üçün iddiaçının həmin dövrdə həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı tələb də ödənilmiş olmalıdır.
29. Beləliklə, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisi ya şərtləri iddiaçıya münasibətdə mövcud olmadığı üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan şikayət təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 3N. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2N(N03)-N82N/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.