Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-753/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; hüquqi şəxs tərəfindən icarəyə götürülmüş torpaq sahəsi vergitutma obyekti kimi; maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin “verg ilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)480/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2017-ci il tarixli, 16 nömrəli “Torpaq icarəsi müqaviləsi”nə əsasən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 183 nömrəli və xx.xx.2017-ci il tarixli 86 nömrəli sərəncamları əsasında 200 hektar torpaq sahəsi qəfəslərdə balıq yetişdirmək üçün 50 il müddətinə İddiaçı MMC-yə istifadəyə verilmiş, iddiaçının icarəçi hüquqları xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestr ində qeydiyyat alınmışdır.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********379700 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 159.600 manat vergi hesablanmışdır. Qərarda qeyd olunur ki, uçot-baza məlumatlarına əsasən cəmiyyətin istifadəsində 200 hektar torpaq sahəsi olmasına baxmayaraq, təqdim edilmiş 2019-cu il üçün torpaq vergisi bəyannaməsində torpaq sahəsi göstərilməmiş, nəticədə 159.600 manat torpaq vergisinin hesablanmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********379700 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********379700 nömrəli Qərar qəbul olunmuşdur. Sözügedən Qərarla 2019-cu il hesabat dövrünə “Torpaq vergisi” üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən olunmuş vergi və ya sığorta haqqı - 159.000 manat hesablanmışdır. Qərarda göstərilir ki, uçot-baza məlumatlarına əsasən cəmiyyətin istifadəsində 200 hektar torpaq sahəsi olmasına baxmayaraq təqdim edilmiş 2019-cu il üçün torpaq vergisi bəyannaməsində torpaq sahəsi göstərilməmiş, nəticədə 159.000 manat torpaq vergisinin hesablanmadığı müəyyən edilmişdir.
5. İddiaçı hesab edir ki, cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli, **********379700 nömrəli Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının müvafiq qanunvericliyinə uyğun olaraq kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış və Nizamnamə məqsədləri üzrə sahibkarlıq fəaliyyətini həyata keçirir. Müəssisə fəaliyyəti dövründə qanunvericiliklə üzərinə düşən vergi öhdəliklərini vaxtı-vaxtında tam şəkildə yerinə yetirir. Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi cavabdeh inzibati orqan MMC-nin istifadəsində 200 ha torpaq sahəsinin olduğunu və həmin sahəyə görə torpaq vergisinin ödənilməli old uğu qənaətinə gəlmişdir. Bununla bağlı iddiaçı qeyd edir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 86 saylı sərəncamına uyğun olaraq, iddiaçı MMC ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin arasında bağlanmış xx.xx.2017-ci il tarixli İcarə müqaviləsi əsasında 200 ha su fondu torpaq sahəsi MMC-nin icarəsinə verilmişdir. Sözügedən müqaviləyə əsasən MMC-nin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə MMC-nin adına çıxarış verilmişdir. Sözügedən hüquqmüəyyənedici sənədlərdən görünür ki, icarədə olan torpaq sahəsi su fondu kateqoriyasına aid torpaq sahəsidir. cavabdehin etirazı:
6. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi qanunvericiliyin tələblərinə zidd olduğundan, iddia tələbi ə saslandırılmadığından və heç bir fakta və dəlilə söykənməyən formal olaraq qaldırılmış iddia olduğundan rədd edilməlidir.
7. Mübahisələndirilən vergi məbləğinin hesablanmasının mahiyyəti ilə bağlı bildirilir ki, cəmiyyət xx.xx.2022-ci il tarixdə 2019-cu il üzrə torpaq vergisinə dair vergi orqanına təqdim etdiyi dəqiqləşdirilmiş bəyannaməsində hər-hansı vergi öhdəliyinin yaranmamasını bəyan etmişdir.
8. Qeyd olunan bəyannamə kameral vergi yoxlaması ilə yoxlanan zaman cəmiyyətin istifadəsində Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə bağlanılmış xx.xx.2017-ci il tarixli 16 nömrəli icarə müqaviləsinə əsasən 73,38 hektar və 126,62 hektar olmaqla 2.000.000 kv.m (200 hektar) sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələrinin olduğu müəyyən edilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli, **********788600 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən həmin hal aradan qaldırılmadığı, yəni cəmiyyətin istifadəsində olan 200 hektar digər xüsusi təyinatlı torpaq sahələrinə görə 159.600 manat ((10000/100) x 4 + (1.990.000/100) x 8) torpaq vergisi könüllü olaraq vergi orqanına bəyan edilmədiyi üçün iddiaçı MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********379700 nömrəli qərar qəbul edilmişdir.
9. Göründüyü kimi vergi ödəyicisinin torpaq vergisi öhdəlikləri sənədlər əsasında müəyyən edilmiş və mübahisələndirilən qərarla ona 159.600 manat məbləğdə torpaq vergisi hesablanmışdır.
10. İddiaçı vergi orqanının qəbul etdiy i qərarın nə üçün əsassız olmasını iddia ərizəsində əsaslandıra bilməməsi ilə yanaşı, istinad edərək bildirdiyi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən digər xüsusi təyinatlı torpaq sahələrinin vergitutma obyekti olmasını görməzdən gəlmişdir. İddiaçı öz fərziyyəsinə uyğun olaraq Vergi Məcəlləsinin 206.3-cü maddəsini şərh etməyə çalışması zamanı diqqətdən qaçırmışdır ki, Vergi Məcəlləsi vergitutma obyekti ilə yanaşı vergi azadolmalarını da müəyyən edən qanunvericilik aktı olduğundan həmin Məcəllədə su fondu torpaqlara görə torpaq vergisindən azadolma nəzərdə tutulmamışdır. Əksinə Vergi Məcəlləsinin 206.3-cü maddəsində xüsusi təyinatlı torpaqların bir neçəsi sadalanmaqla yerdə qalan xüsusi təyinatlı torpaq digər xüsusi təyinatlı torpaqlar kimi göstərilmiş dir. Həmçinin Vergi Məcəlləsinin 207.1.3-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar torpaq vergisinə cəlb edilmir.
11. Göründüyü kimi, Vergi Məcəlləsinin 207.1.3-cü maddəsinə əsasən su fondu torpaqları yalnız fiziki və hüquqi şəxslərə istifadəyə verilmədiyi halda torpaq vergisinə cəlb edilmir. Ancaq yuxarıda qeyd olunduğu kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə bağlanılmış xx.xx.2017-ci il tarixli 16 nömrəli icarə müqaviləsinə əsasən 2.000.000 kv.m (200 hektar) torpaq sahəsi iddiaçının istifadəsindədir. Məhkəmə sorğularına cavab, mütəxəssis rəyi:
12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il ta rixli, 322/2-1537/2023 nömrəli məktubunda qeyd olunur ki, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyət akvakultura kimi müəyyən edilmişdir. Eyni zamanda keçmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2008-ci il 22 dekabr tarixli 155 nömrəli əmri və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008-ci il 14 noyabr tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş “X2 Təsnifatı”nda “Balıqçılıq və Balıqyetişdirmə” bölməsi 03 kodu altında ayrıca iqtisadi fəaliyyət növü kimi müə yyən edilmişdir.
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 5-21-3-35/2-2333/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən qeyd olunur ki, elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin “X1 X3”ndəki xəritəsinə əsasən, mübahisəli 200,0 ha torpaq sahəsi dövlət mülkiyyətinə (Kür çayı) aid olmaqla, kateqoriyası su fondu torpaqları (dəniz, su anbarları, göllər, çaylar və s.), uqodiyası çaylar və arxlardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1165/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 205-ci maddəsinə görə f iziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.
16. Vergi Məcəlləsinin 207-ci maddəsi torpaq vergisinə münasibətdə vergi güzəştlərini müəyyən etməkdədir.
17. Vergi Məcəlləsinin 207.1-ci maddəsinə əsasən aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir: 207.1.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları; 207.1.2. Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar; 207.1.3. fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar; 207.1.4. dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 98-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.
19. İşin hallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə vergi borcunun hesablanması onun təqdim etdiyi bəyannamə əsasında vergi orqanında olan məlumatlar üzrə həyata keçirilmişd ir. İddiaçı tələbini əsaslandırmaq üçün onun icarəsində olan su fondu torpaqlarına görə qanunvericiliklə vergi borcunun hesablanmalı olmamasına istinad etsə də, məhkəmə araşdırması ilə iddiaçıya münasibətdə icarəsinə verilmiş dövlət mülkiyyətində olan su fondu torpaqlarına görə torpaq vergisinin hesablanmasını istisna edən şərtlər müəyyən edilməmişdir. İddiaçının icarəsinə verilmiş torpaq sahəsi dövlət mülkiyyətində olan su fondu torpaqlarına aid torpaq sahəsidir, müvafiq müqavilə ilə hüquqi şəxs olan iddiaçının istifadəsinə verilmişdir. Göstərilən normanın tələbləri baxımından həmin torpaq sahəsinə münasibətdə güzəştlərin tətbiq edilməsi istisna olunur.
20. Beləliklə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin mübahisələ ndirilən qərarı əsaslıdır, cavabdehin iddiaçıya münasibətdə vergi borcunun hesablanması ilə bağlı qərarın qəbul olunması ilə nəticələnmiş hərəkətləri qanunauyğundur, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur.
21. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-480/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(116)-1165/2023 nömrəli qərarı dəyişdirilmədən saxl anılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
24. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
25. Şikayətin dəlillərinə görə, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, hüquq normalarını düzgün tətbiq etməmişdir.
26. Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi cavabdeh iddiaçının istifadəsində 200 ha torpaq sahəsinin olduğunu və həmin sahəyə görə torpaq vergisinin ödənilməli olduğu qənaətinə gəlmişdir.
27. Bununla bağlı qeyd edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyət inin xx.xx.2017-ci il tarixli 86 saylı sərəncamına uyğun olaraq iddiaçı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin arasında bağlanmış xx.xx.2017-ci il tarixli İcarə müqaviləsi əsasında 200 ha “su fondu torpaq sahəsi” iddiaçının icarəsinə verilmişdir. Sözügedən müqaviləyə əsasən iddiaçının icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və bu barədə iddiaçının adına çıxarış verilmişdir. Həmin hüquqmüəyyənedici sənədlərdən görünür ki, icarədə olan torpaq sahəsi "su fondu" kateqoriyasına aid torpaq sahəsidir.
28. Məhkəmə Vergi Məcəlləsinin 207-ci maddəsinə istinadən yuxarıda sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olan su fondu torpaq sahəsinə aid olmasına və həmin torpaq sahəsinin müvafiq müqavilə əsasında iddiaçının istifadəsinə verilməsinə əsaslanmışdır. Nəzərə ç atdırılması zəruridir ki, torpaq vergisi üzrə vergi dərəcələri Vergi Məcəlləsinin 206-cı maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 206.3-cü maddəsində torpaq vergisinə cəlb edilməli olan torpaq sahələrinin kateqoriyaları da dəqiq ifadə edilməklə kateqoriyalar üzrə müvafiq vergi dərəcələri müəyyənləşdirilmişdir. Həmin normada “su fondu” torpaq kateqoriyası üçün vergi dərəcəsi müəyyənləşdirilməmişdir.
29. Həmçinin qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində kameral vergi yoxlaması əsasında qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37-ci maddəsinin də tələblərinin pozulmasına dair iddia tələbinin əsasına heç bir hüquqi qiymət verməmişdir. Cavabdeh yuxarıda istinad olunan normada təsbit olunan müddətə əhəmiyyət vermədən iddiaç ı barəsində kameral vergi yoxlaması üzrə qərar qəbul etmişdir ki, bu da istinad olunan normanın tələbləri ilə ziddiyyət təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
149. Normativ hüquqi aktlar... Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
97. Torpaq haqqının formaları
1. Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur.
2. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir. Mad də
98. Torpaq vergisi Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.
33. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə
6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir:... 6.1.6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.4. Bu Məcəllənin 16.2-ci və 16.3-cü maddələrinə müvafiq olaraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir. Maddə
203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Maddə
204. Verginin ödəyiciləri
204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə
205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisəl ərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Maddə
208. Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.... 208.4. Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır. 208.5. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir...
34. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində... aşağıdakı dəyişikliklər edilsin:... 1.75. 203.1-ci maddədə “istifadəçilərinin” sözü “torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin” sözləri ilə əvəz edilsin; 1.76. 204-cü maddəyə “istifadəsində” sözündən əvvəl “icarə və ya digər əsa slarla” sözləri və “fiziki şəxslər” sözlərindən əvvəl “, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən” sözləri əlavə edilsin; 1.77. 205-ci maddəyə “istifadəsində” sözündən əvvəl “icarə və ya digər əsaslarla” sözləri əlavə edilsin;... Maddə
2. Keçid müddəaları... 2.7. Bu Qanunun 2.1-2.6-cı maddələri nəzərə alınmaqla, bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Bakı şəhəri, 3 dekabr 2021-ci il № 406-VİQD
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilmə si barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Mad də 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
110. Prosessual xərcləri ödəmək vəzifəsi 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilir.
37. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Kassasiya şikayəti təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
39. Vergi Məcəlləsinin 2019-cu ildə qüvvədə olan redaksiyasına görə, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir (maddə 204). Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Resp ublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır (maddə 205).
40. Normaların məzmunundan göründüyü kimi, icarəyə verilmiş torpaq sahələri mübahisələndirilən inzibati aktın aid olduğu 2019-cu ildə vergitutma obyekti olmamışdır, Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləri olmuşlar.
41. Yuxarıda qeyd olunduğu kimi, sözügedən torpaq sahələri iddiaçıya icarə hüququ ilə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində də iddiaçının icarə hüququ qeydə alınmışdır. 42. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli Qanununun yux arıda istinad edilən normalarından da göründüyü kimi, icarəyə verilmiş torpaq sahələri Vergi Məcəlləsində yalnız xx.xx.2022-ci il tarixdən vergitutma obyekti kimi təsbit olunmuşdur.
43. Nəzərə alınmalıdır ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun.
44. Cavabdeh vergi məsuliyyətinə dair qərar verərkə n qanunçuluq prinsipinin tələblərini pozmuş, həmin dövrdə qanunla nəzərdə tutulmadığı halda, icarəyə verilmiş torpaq sahəsinə münasibətdə iddiaçının üzərinə vergi öhdəliyi qoymuşdur.
45. Cavabdeh həmin məzmunda qərarı xx.xx.2022-ci il tarixdən qüvvəyə minən normaya əsasən də qəbul edə bilməzdi. Belə ki, bu, qanunun retroaktiv tətbiqi nəticəsini yaratmaqla Konstitusiyanın 149-cu maddəsi baxımından yolverilməzdir.
46. Beləliklə, icarədə olan torpaq sahələri 2019-cu ildə vergitutma obyekti olmadığından, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********379700 nömrəli qərarının hüquqi əsası olmamışdır.
47. Yuxarıda qeyd olunan hüquq normaları apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilmədiyind ən, bununla da məhkəmə iddianın rədd edilməsi ilə bağlı səhv nəticəyə gəldiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.
48. İcraat üzrə prosessual xərclər İPM-in 110.1-ci maddəsinə uyğun olaraq həll edilir.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-480/2023 nömrəli qərarı ləğv edilir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********379700 nömrəli qərarı ləğv edilir. İcraat üzrə prosessual xərclər cavabdehə aid edilir. Qərar qətidir.