Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-754/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi hakim, İlqar Hüseynov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştl i şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)212/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İddiaçı (Ş/V-0*******, FİN- xxxxxxx) xx.xx.1960-cı ildə Qazax rayonunda anadan olub, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi, ev.10/3-də yaşayır.
2. İddiaçı iş materiallarına əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, 21 mart 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış və 12 yanvar 2001-ci il tarixdən hal-hazıradək "xxxx" QSC-nin Tunel qurğuları xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə) peşəsində çalışır. Ağır işdə işləməyi və bununla bağlı əmək stajına malik olmağı haqqında "xxxx" QSC tərəfindən ona 7 oktyabr 2020-ci il tarixli və A/261 nömrəli arayış verilmişdir.
3. İddiaçının H3 seriyalı, ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, 24 oktyabr 1979-cu il tarixdən 28 dekabr 1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
4. İddiaçının 20 iyul 2020-ci il tarixdən, yəni 60 yaşından güzəşti şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmış və bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
5. Cavabdeh inzibati orqanın 26 oktyabr 2020-ci il tarixli, **********2 nömrəli imtina məktubu ilə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası h üququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci nəqliyyat bölməsinin metropolitenlər bəndinə əsasən onun güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququnun olmadığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı 20 oktyabr 2020-ci il tarixli, **********2 saylı inzibati aktın (imtina məktubunun) qanunsuz hesab edilməsi və onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12.01.2001-ci il tarixdən hazıradək "xxxx" QSC-nin Tunel qurğuları xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi, zərər li iş şəraiti ilə) peşəsində çalışır. Ümumilikdə həqiqi hərbi xidmətdə olduğu 2 il müddət də daxil olmaqla 34 ildən çox müddətə əmək stajına malikdir. Həmin staj müddətindən 19 il 10 ay müddətini güzəştli və zərərli iş şəraiti ilə bağlı əmək stajı təşkil edir. Belə ki, 12.01.2001-ci il tarixdən hazıradək "xxxx" QSC-nin Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə) çalışır. Hazırda onun 60 yaşı vardır. Ağır işlərdə işlədiyi və bununla bağlı əmək stajına malik olması haqda "xxxx" QSC tərəfindən ona 07.10.2020-ci il tarixi və A/261 nömrəli arayış verilmişdir. Qeyd olunan müddətdə işlədiyi əmək stajı əmək kitabçasına işlənmiş və 20.07.2020-ci il tarixdən etibarən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Bu məsələ ilə əlaqəda r iddiaçı cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdehin 20 oktyabr 2020-ci il tarixli, **********2 saylı məktubunda (inzibati aktında) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci nəqliyyat bölməsinin metropolitenlər bəndinə əsasən onun güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququnun olmadığını qeyd etmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci bənd ində yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verildiyi müəyyən edilmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 22 iyun 1978-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında 12.01.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-də tunel fəhləsi peşəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən cəmiyyətdə iddiaçının işlədiyi tunel fəhləsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolite nlər bəndində (21.5) nəzərdə tutulmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 1 iyul 2021-ci il tarixli, 2-1(112)-2713/2021 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 12.01.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-də tunel fəhləsi peşəsində işlədiyi müddət güzəştli iş stajı hesab olunmadığından, iddiaçı 60 yaşının tamam olduğu 20 iyul 2020-ci il tarixinə qədər 12 il 6 aydan çox güzəştli iş stajı toplamadığından ona cavabdeh tərəfindən güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansi ya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi baradə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-212/2022 nömrəli (hakimlər Azər Hüseynov- sədrlik edən və məruzəçi, Həmid Həmidov və Aida Hüseyn) qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdeh inzibati orqanın 20 oktyabr 2020-ci il tarixli, **********2 saylı imtinası qanunsuz hesab edilmiş, iddiaçıya 20.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
13. Apellyasiya instans iyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 60 yaşına çatdığı 20.07.2020-ci il tarixdə azı 25 il sığorta stajına malik olmuş, bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə təsbit olunmuş işlərdə çalışmışdır. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Beləliklə, onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi baradə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
16. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair etiraz iddia ərizəsilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çat dıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: bənd 21.5 Metropolitenlər - yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr;
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq m ünasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kol legiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. İş üzrə təqdim edilmiş sənədlərdəndə göründüyü kimi, iddiaçı xx.xx.1960-cı il tarixdə Qazax rayonunda anadan olmuş, НЗ seriyalı ******* saylı hərbi biletin təsdiq edilmiş surətinə əsasən, iddiaçı 24 oktyabr 1979-cu il tarixdən 28 dekabr 1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
26. İddiaçıya məxsus 22 iyun 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 21.03.1978-ci il tarixdən 15.08.1 979-cu il tarixədək Qazax Tikinti-Quraşdırma İdarəsində fəhlə, 15.01.1982-ci il tarixdən 20.09.1985- ci il tarixədək Aşıq Alı adına Ağstafa 7 illik musiqi məktəbində qarmon müəllimi, 02.01.1986-cı il tarixdən 01.07.1993-cü il tarixədək Qazax rayon Kosalar üzümçülük sovxozunun da gözətçi, fəhlə, 12.01.2001-ci il tarixdən 18.07.2014-cü il tarixədək Bakı Metropolitenində tunel fəhləsi peşəsində çalışmışdır. (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixindən hal-hazıradək "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 2 saylı tunel qurğuları distansiyasının İV sahəsində 5-ci dərəcəli tunel fəhləsi peşəsində işləyir. (tuneldə yalnız gecə işi, zərərli iş şəraiti ilə).
27. Hazırkı mübahisə üzrə cavabdeh tərəfindən pensiyanın təyin edilməsindən imtina edilməsinə əsas olaraq iddiaçının 12.01.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-də işlədiyi tunel fəhləsi peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı göstərilmişdir.
28. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş A/324 nömrəli, 08.12.2021-ci il tarixli arayışa görə, iddiaçı həqiqətən 12.01 2001-ci il tarixindən 18.07.2014-cü il tarixədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixdən bu günədək "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 2 saylı tunel qurğuları distansiyasının İV sahəsində 5- ci dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraiti ilə).
29. Belə ki, mübahisəyə dair iş üzrə materiallara əsasən, Y. Məmmədov güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 20 il 10 ay 26 gün (iyirmi il on ay iyirmi altı gün) təşkil edir (06.12 2021-ci il tarixinə) və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000
2. Metropolitenlər bəndinin 2300200а a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aiddir (drenajçılar).
30. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı çalışdığı tunel fəhləsi peşəsinin iş şəraiti və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində (drenajçılar) əks olunan peşənin iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir. Qeyd: T unel fəhləsi peşəsinin əsas vəzifə və funksiyaları istismarda olan tunellərdə bütün növ axıntıların ləğvi, tunellərin və drenajların yuyulması tikinti materiallarının yüklənməsi və boşaldılması, pnevmatik alət vasitəsilə turbinlərdə tikişlərin pərçimlənməsi, perferatorların və çəkiclərin işə hazırlanması, detalların dəyişdirilməsi və s. işlərdən ibarətdir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2330 -dan 0530 -dək) tunel fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir.
31. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı nın 12.01.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-də işlədiyi tunel fəhləsi peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aiddir.
32. Belə ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında (21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində) və 21.06.1993-cü il tarixli 320 saylı qərarda (23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000
2. Metropolitenlər bəndinin 2300200а a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu (drenajçılar) ilə) güzəştli ş ərtlərə görə əmək pensiyası hüququ verən peşə kimi təsbit olunmuşdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 60 yaşına çatdığı 20.07.2020-ci il tarixdə azı 25 il sığorta stajına malik olmuş, bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə təsbit olunmuş işlərdə çalışmışdır. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Beləliklə, onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
34. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edil məməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 21(103)-212/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.