Məhkəmə qərarları › İş №2-1(102)-754/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-754/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-754/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1988, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilməməsi barədə qərarın ləğv edilməsi, ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1562/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı B18 seriyalı 148324 nömrəli bakalavr diplomuna əsasən Ukraynanın Milli Nəqliyyat Universitetinin “Menecment” sahəsi üzrə "Menecer” ixtisası üzrə bakalavr təhsili, M20 033770 saylı magistr diplomuna əsasən isə Ukraynanın Milli Nəqliyyat Universitetinin “Menecment” sahəsi üzrə “Menecer” ixtisası üzrə magistr təhsili almışdır.

2. İddiaçı magistr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün c avabdehə müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbindən iddiaçının müraciətini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Milli Nəqliyyat Universitetinin “Menecment” sahəsi üzrə “Menecer” ixtisasının ölkə ərazisində tanınmasının mümkün hesab edilməməsi barədə qərarın ləğv edilməsi, Milli Nəqliyyat Universitetinin “Menecment” sahəsi üzrə “Menecer” ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Ukrayna Respublikasının Kiyev şəhərində imtahan verərək Nəqliyyat Universitetinin “Menecment” fakültəsinə qəbul olmuşdur. 2018-ci il tarixdə həmin universiteti bitirib Milli Nəqliyyat Universitetinin “Menecment” sahəsi üzrə bakalavr dərəcəsini əldə edərək “Menecer” ixtisası üzrə bakalavr dərəcəsinə layiq görülmüş, bu barədə, 15 iyun 2018-ci il tarixli, B18 N°148324 saylı diplom almışdır. Həmin diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən 2019-cu il tarixli, 017581 saylı şəhadətnaməyə əsasən Azərbaycan Respublikasında 050407 - menecment ixtisasının menecer ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent hesab edilmişdir. Bundan sonra magistr dərəcəsi almaq üçün 2019-cu ildə tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində imtahan verərək Milli Nəqliyyat Universite tinin “Menecment” fakültəsinə qəbul olunmuş, 2020-ci il tarixdə həmin universiteti bitirib, “Menecment” sahəsi üzrə magistr dərəcəsini əldə etmişdir. Bu barədə, 25 yanvar 2020-ci il tarixli, M20 N2 033770 saylı diplom verilmişdir. Cavabdeh tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması əsası ilə onun magistr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. O, müsahibə zamanı ekspert qrupunun rəyi əsasında alınan ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilməməsi barədə qərarla razı deyil.

5. Cavabdehin iddiaya dair etirazında qeyd edilmişdir ki, iddiaçı diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. C avabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədlərin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdeh imtinanın qanuni və əsaslı olmasını bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(112)-5233/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil aldığı Ukrayna Respublikasının Milli Nəqliyyat Universitetində tədris dili rus dili olduğundan, müvafiq ekspert rəyi verilməsi üçün iddiaçı ilə müsahibə rus dilində aparılmışdır. Cavabdehin etiraza əlavə etdiyi DVD video çəkilişindən məhkəmə müəyyən etmişdir ki, iddiaçının rus dilini bilmə səviyyəsi onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şübhə altına alınmasına əsas verir. Belə olan halda, iddiaçının diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsindən cavabdehin imtinası üçün səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) 2-1(103)-1562/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5233/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qəra r qəbul olunmaqla, iddia təmin edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilir ki, apellyasiya baxışı zamanı Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən iddiaçının tədris dilini (rus dilini) bilmə səviyyəsinin Ukrayna Respublikasının Milli Nəqliyyat Universitetinin Menecment sahəsi üzrə Menecer ixtisasını mənimsəməsi üçün yetərli olub-olmamasını müəyyən etmək üçün mütəxəssis rəyi alınması ilə bağlı məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, 2-1(103)-15462/2022 nömrəli qərardad qəbul edilmişdir. Bakı Dövlət Universiteti Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 16 sentyabr tarixli 2-1(103)- 1562/2022 nömrəli məktubuna cavab olaraq bildirmişdir ki, Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasında İddiaçı rus dili üzrə bilik səviy yəsinin yoxlanılması məqsədilə komissiya təşkil edilmişdir. Komissiya üzvləri iddiaçıya yazılı və şifahi tapşırıqlar vermiş, onunla müsahibə aparmışlar. Komissiyanın qərarına əsasən, İddiaçı rus dilində oxuyub, yaza bilir, peşəsi ilə bağlı mətnləri Azərbaycan dilinə tərcümə etməyi bacarır, peşəsinin terminologiyasından xəbərdardır. İddiaçı rus dili üzrə bilik səviyyəsi qənaətbəxş hesab edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyindən də göründüyü kimi, iddiaçının tədris bilmə səviyyəsi qənaətbəxşdir. Həmçinin, aldığı ixtisas üzrə biliyə yiyələnmədə dil bilmə səviyyəsinə görə çətinlik olmamışdır. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması v ə ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndindən də göründüyü kimi, mənfi rəy vermək üçün əsas olan hallar sadalanmış və onların sırasında “tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə mənfi rəy vermək” qeyd olunmamışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 3.7-ci bəndində 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəyin ekvivalentli k haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilməsi təsbit edilsə də, qərar sözügedən müddəanın tələbləri nəzərə alınmadan qəbul edilmişdir.

14. Məhkəmə tədrisi dili ilə bağlı dövlət standartlarına uyğunluğun müəyyən edilməməsinə, müvafiq müsbət rəylərin deyil, imtina qərarı üçün əsas olacaq ekspert rəyinin qəbul edilməsinə baxmayaraq iddia tələbini təmin etmişdir.

15. Məhkəmə qərarında iddia tələbinin təmin olunmasına dair gəldiyi nəticəni və mövqeyini əsaslandırmaq üçün “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununa istinad edir ki, bununla bağlı qeyd olunmuşdur ki, 11 aprel 1997-ci il tarixli “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”ya əsasə n “xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi’’ dedikdə, xarici dövlət tərəfindən təqdim edilmiş ali təhsil haqqında sənədin əslinin həqiqiliyi deyil, təqdim olunmuş kvalifikasiyanın qəbul edən Tərəf ölkələrdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi, yəni bu kvalifikasiya sahibinin akademik və peşə fəaliyyətinə buraxılması başa düşülür.

16. İddiaçının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunluğunun yoxlanılması (bakalavr dərəcəsinə malik şəxs fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlər i Azərbaycan dilində və bir xarici dildə şifahi və yazılı olaraq təqdim edə, əsaslandıra, həmçinin mütəxəssis və qeyrimütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak edə bilməlidir ki, bunun üçün də şəxsin əldə etdiyi kvalifikasiyaya dair produktiv nitq səviyyəsinə malik olması zəruridir) zamanı iddiaçının tədris dilini bilməsi reseptiv səviyyəyə uyğun olmuşdur, bu hal ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə dair tələblərə cavab vermir. Bununla da, iddiaçının əldə etdiyi bakalavr dərəcəsinin ölkə daxilindəki standartlarla uyğunsuzluq təşkil etməsi isbat edilmişdir. Lakin məhkəmə bu məsələyə dair hər hansı bir fikir bildirməmişdir.

17. İddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğu halda, bu haqda məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız mülahizələrlə kifayətlənmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi yalnız ali təhsil haqqında sənədin mövcudluğu ilə kifayətlənərək iddiaçı tərəfin mülahizələri əsasında iddia tələbini təmin etmişdir.

18. Bakı Dövlət Universitetinin mütəxəssisləri tərəfindən iddiaçının rus dilində dil biliklərinin hansı meyarlar əsasında qiymətləndirilməsi və yekunda qənaətbəxş səviyyədə olması ilə bağlı rəydə hər hansı məlumat öz əksini tapmamışdır. Halbuki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyən edilməsi Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi a ktlar əsasında yaradılmış və nostrifikasiya prosedurunun tərkib hissəsi olan Ekspert qrupu tərəfindən həyata keçirilir. Qanunvericilikdə nostrifikasiya prosesi Təhsildə Keyfiyyət Təminat Agentliyinin başlıca fəaliyyət istiqaməti və vəzifəsi olaraq təsbit olunduğundan iddiaçının xarici ali təhsil ixtisasının tanınmasına dair ekspertiza aparılması, o cümlədən tədris dili üzrə bilik səviyyəsinin yoxlanılması cavabdeh orqan tərəfindən diskresion səlahiyyət əsasında həyata keçirilir.

19. Cavabdeh məhkəmə təcrübəsinin pozulması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-667/2022 nömrəli qərarına (bənd 29) istinad edərək iş üçün əhəmiyyət kəsb edən hal kimi mütəxəssis rəyi deyil, cavabdeh tərəfindən yaradılan ekspert qrupunun rəyi olduğunun vurğulandığın ı göstərmişdir.

20. Bundan başqa, cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-43/2022 nömrəli qərarına (bənd 23) istinad edərək göstərmişdir ki, tədris proqramının və müvafiq ixtisas terminologiyasının mənimsənilməsi, təhsilin keyfiyyəti və məzmunu bilavasitə tədris dilini bilmə səviyyəsinə bağlıdır. İddiaçının diplomuna əlavədən görünür ki, iddiaçı müəyyən xarici dildə təhsil almışdır, lakin ixtisasın tanınması prosesinin tərkib hissəsi olan müsahibə zamanı, həmçinin iddiaçının ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

27. Təhsil haqqı nda dövlət sənədi... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə

29. Təhsil sahəsində dövlətin vəzifələri... 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqa nının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” (1 mart 2023-cü il tarixə qədər qüvvədə olmuşdur): İ. Ümumi müddəalar 1.1. Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.... 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqı nda Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.... İİİ. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi... 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdi yi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4. Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiya nın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublik asında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə....

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qər ardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən ) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi üçün tələb olunan şərtlərin mövcudluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərl ik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

31. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə diplomun tanınmasından cavabdehin imtinasının əsas və yeganə dəlili iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlıdır.

33. Bununla bağlı nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tədris dilini – rus dilini bilmə səviyyəsinin onun Ukrayna Respublikasın ın Milli Nəqliyyat Universitetinin Menecment sahəsinin Menecer ixtisası üzrə təhsilin mənimsəməsi üçün yetərli olub-olmaması barədə tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, məhkəmə qərardadı əsasında müvafiq mütəxəssis rəyi əldə edilərək iş materiallarına əlavə olunmuşdur.

34. Belə ki, Bakı Dövlət Universitetinin xx.xx.2022-ci il tarixli, 01-H/1377 nömrəli məktubuna əlavə edilmiş “Bakı Dövlət Universitetinin Filologiya fakültəsində İddiaçı rus dilini bilmə səviyyəsinin yoxlanılması məqsədi ilə yaradılmış müsahibə komissiyasının iclas protokolundan çıxarış”a əsasən, iddiaçının rus dili şifahi və yazılı bilik səviyyəsi kafidir, rus dilində qrammatika ilə bağlı biliyi yetərli səviyyədədir, o, verilən mətnləri və ixtisasa aid olan sözləri və ifadələri düzgün tərcümə edə bilir. Ona görə də, komissiya üzvləri iddiaçının rus dili üzrə bilik səviyyəsini qənaətbəxş hesab etmişdir.

35. Cavabdeh qeyd edilən mütəxəssis rəyi ilə razılaşmayaraq, Bakı Dövlət Universitetinin mütəxəssisləri tərəfindən iddiaçının rus dilində dil biliklərinin hansı meyarlar əsasında qiymətləndirilməsi və yekunda qənaətbəxş səviyyədə olması ilə bağlı rəydə əks olunan nəticənin mötəbərliyini mübahisələndirmişdir.

36. Lakin iş materiallarında olan müvafiq rəydən müəyyən olunur ki, iddiaçının dil biliyi Bakı Dövlət Universiteti tərəfindən yaradılan müsahibə komissiyası tərəfindən yoxlanılmış, bu zaman cavabdehin nümayəndəsi, Hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin böyük məsləhətçisi X2 da həmin komissiyanın üzvü olmuşdur. Yəni, cavabdeh müsahibənin təşkili, keçirilməsi və qiymətləndirmə meyarları barəd ə məlumatlı olmuş, bununla bağlı müsahibənin gedişatında hər hansı tələb və etiraz irəli sürməmişdir. Halhazırda da cavabdeh qeyd edilən müsahibənin keçirilməsinin və nəticələrinin mötəbərliyini şübhə altına alacaq hər hansı dəlil təqdim edə bilməmişdir.

37. Cavabdeh kassasiya şikayətinin digər dəlilində apellyasiya instansiyası məhkəməsi tərəfindən formalaşmış məhkəmə təcrübəsinin pozulması ilə bağlı qərar qəbul edildiyini bildirmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-667/2022 nömrəli qərarına (bənd 29) və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)43/2022 nömrəli qərarına (bənd 23) istinad etmişdir. Cavabdehin dəlilinə əsasən həmin qərarlarda iş üçün əhəmiyyət kəsb e dən hal kimi mütəxəssis rəyinin deyil, cavabdeh tərəfindən yaradılan ekspert qrupunun rəyinin vurğulanması göstərilmişdir.

38. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlilini əsassız hesab edərək bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında cavabdehin qeyd etdiyi məzmunda mövqe bildirilməmiş, sadəcə olaraq göstərilmişdir ki, iddiaçının rus dili biliklərinin qiymətləndirilməsi apellyasiya instansiyası məhkəməsinin hakimləri tərəfindən aparılmamalı, dil biliyinin qiymətləndirilməsi xüsusi bilik tələb edən sahə olduğundan bu barədə mütəxəssis rəyi alınmalıdır.

39. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd edilən hüquqi mövqeyinə uyğun olaraq işin hallarının hərtərəfli araşdırılması üçün iş üzrə mütəxəssis rəyinin alınması barədə qərardad qəbul etmiş və qərardadın icrasını bu sahədə xüsusi biliyə malik mütəxəssislərin fəaliyyət göstərdiyi Bakı Dövlət Universitetinə həvalə etmişdir. Məhkəmə qərardadını icra edən Bakı Dövlət Universiteti bu sahədə olan mütəxəssislərdən və cavabdehin nümayəndəsindən ibarət komissiya yaratmış və həmin komissiya hazırkı iş üzrə mütəxəssis rəyini tərtib etmişdir.

40. Qeyd edilən mütəxəssis rəyi qanunvericiliyin tələblərinə, habelə ədalətli məhkəmə araşdırmasının prinsiplərinə uyğun olaraq əldə edildiyindən, həmin rəyi tərtib edən komissiyanın üzvləri sırasında cavabdehin də nümayəndəsi olduğundan və iş üzrə müəyyən edilən işin halları ilə tam uyğunlaşdığından apellyasiya instansiyası məhkəməsi qeyd edilən mütəxəssis rəyini mötəbər sübut kim i qəbul etməkdə haqlı olmuşdur.

41. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan və iş üzrə müəyyən edilmiş hallara əsaslanmadığından, iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

42. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasının və kassasiya şikayətinin dəlilləri əsassızdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1562/2022 nömrəli, 30 noyabr 202 2-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar