Məhkəmə qərarları › İş №2-1(102)-755/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-755/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-755/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzər Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 55 yaş 6 ay yaş həddindən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Zakir Quliyev(məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxslər: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyi) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-215/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V: AZE 0*******, FİN: xxxxxxx) xx.xx.1954-cü il tarixdə Naxçıvan MR, Ordubad ray., Behrud kəndində anadan olub, Bakı şəh., 7 MKR, ev. 28, m.13-də qe ydiyyatda olmaqla yaşayır.

2. İddiaçıya DSMF-nin Binəqədi rayon şöbəsinin 06 aprel 2011-ci il tarixli 275 nömrəli qərarına əsəsən 07 mart 2011-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə 138,66 manat pensiya təyin edilmişdir.

3. İddiaçı ona 55 yaş 6 ay yaş həddinin tamam olduğu 7 sentyabr 2009-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması və pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir.

4. Cavabdeh iddiaçıya müvafiq olaraq 24 sentyabr 2019-cu il tarixli, **********8 nömrəli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, ona artıq 07 mart 2011-ci il tarixdə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonra iddia təl əbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının əmək haqqı nəzərə alınmaqla hesablanması, cavabdeh inzibati orqana müraciət tarixindən geriyə 3 il müddətinə hesablanmaqla fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.1972-ci ildən xx.xx.1972-ci ilə kimi (4 ay 14 gün) Naxçıvan MSSR-nin Ordubad rayo nunda Parağaçay dağ mədənində 2-ci dərəcəli nümunə götürən vəzifəsində işləmiş, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək (3 ay 10 gün) X1 2-ci dərəcəli fəhlə vəzifəsində işləmiş, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (8 ay 27 gün) Qazaxstan SSR X2 Uzen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator vəzifəsində işləmiş, xx.xx.1974-cü ildə hərbi xidmətə çağırışla bağlı işdən azad edilmiş. xx.xx.1974-cü ildə yenidən işə götürülmüş və xx.xx.1974-cü ilə kimi (22 gün) Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator vəzifəsində işləmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il) hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildən xx.xx.1989-cu ilə kimi (13 il 13 gün) Qazaxstan SSR X2 Uzen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator daha sonra 5-ci dərəcəli operator vəzifəsində işləmiş. xx.xx.1990-cı ildə Bakı şəhəri “Aztsvet” Avtomobil nəqliyyatı müəssisində yükboşaltma məntəqəsinə fəhlə vəzifəsinə işə qəbul olmuş xx.xx.2010-cu il tarixinə kimi həmin müəssisədə işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.1998-ci ilə kimi 8 il 5 ay 11 gün əmək stajı vardır. xx.xx.1972-ci ildən xx.xx.1998-ci ilə ümumi əmək stajı 25 il 10 gün, xüsusi əmək stajı isə 13 il 9 ay 22 gün təşkil edir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında A zərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 №-li siyahısının aşağıdakı əlavəsində onun işlədiyi istehsal sahələri, daşıdığı vəzifə öz əksini tapmışdır (2130200а—15866 quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar). Onun 01 avqust 1998-ci il tarixinə kimi 25 il 10 gün ümumi, 13 il 9 ay 22 gün xüsusi sığorta stajının olduğu nəzərə alındıqda ona 55 il 6 ay yaş həddi tamam olduqda güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçası və xarici dildə tərtib edilmiş 3 ədəd sənəd təqdim etmişdir. Xarici dildə qeyd edilmiş sənədlər iddiaçı tərəfindən Azərbaycan Respublikasının dövlət dilin ə tərcümə edilmədən təqdim edildiyindən onlar sübut qismində qəbul edilə bilməzlər. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçalarına baxdıqda iddiaçının qeyd etdiyi xx.xx.1976-cı ildən xx.xx.1989-cu ilə kimi Qazaxıstan SSR X3 Uzün şəhərində Neft-Qaz idarəsinin nəzdində olan yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator daha sonra 5-ci dərəcəli operator vəzifəsində işləməsi barədə qeydlərin əmək kitabçasında olmaması müəyyən edilmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən sənədi təqdim etməmişdir. İddiaçının özünün iddia ərizəsində qeyd etdiyi işdə işləməsi onun təqdim etdiyi əmək kitabçasında qeyd edilməmişdir. İddiaçı iddia e tdiyi güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək hər-hansı bir sübutu təqdim etməmişdir. İddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu tətbiq edilə bilməz. Belə ki, həmin qanun qüvvədə olan müddət ərzində iddiaçının yaşı 51 olmaqla 13-cü maddənin b bəndində qeyd edilən 55 yaşdan az olmuşdur. Həmçinin iddiaçıya güzəştli şərtlərlə pensiya təyinat hüququ verən həmin peşələrdə işləməsini təsdiq edəcək sübutlar (arayışlar) olmadığından onun iddia ərizəsində qeyd etdiyi peşələrdə işləməsi sübuta yetirilməmişdir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququnu təsdiq edəcək sənədlər təqdim edilsə belə, onda yenə də iddiaçının iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Belə ki, güzəştli şərtlərə yaşa görə əmək pensiyasının əmək haqqına uyğun hesablanm ası mövcud qanunvericilikdə nəzərdə tutulmadığından pensiyanın yenidən hesablanması mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi ilə əlaqədar ancaq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə tətbiqi mümkündür. Qanunun 9.8ci maddəsi heç bir halda pensiya məbləğinə, onun hesablanma qaydasına əvvəl mövcud olmuş qanunvericiliyin tətbiqini nəzərdə tutmur. Digər sözlə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, yani onun güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını sübut edəcək dəlillər təqdim ediləcəyi təqdirdə ona təyin ediləcək pensiya hal-hazırda qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 10-cu maddəsinə əsasən hesablana bilər.

8. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-289/2021 nömrəl i qərarı ilə (hakim - Aytən Oruczadə) iddia təmin edilmiş, iddiaçıya 55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (xx.xx.2019) geriyə 3 il üzrə yəni, xx.xx.2016-cı il tarixindən fərq məbləğinin hesablanıb iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, 10.2, 23.2, 27-ci maddələrini, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13, 67-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının 1998-ci ilin avqust ayının 1-dək 25 ildən az olmayan ümumi stajı, bu müddətin azı 12 il 6 ay ını həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda təsdiqini tapdığından (kod: 2130200a-15866) onun 55 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-215/20 22 nömrəli, qərarı ilə (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Aida Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-289/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublik ası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənət xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sosial sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayı həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləöindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiy a hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası NK-nın xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayı güzəştli İşlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən əmək stajını hesablayanda xx.xx.1998-ci il tarixədək iş stajı 24 il 11 ay 25 gün təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı tərəfindən kassasiya şikayətinə edilməmişdir. qarşı yazılı etiraz təqdim TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

17. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa g örə pensiya hüququna malikdirlər. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi: kod: 2130200a-15 866 (quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar)

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn ink işafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuş, Əmək şəraiti zərərli və ağır olan sahədə işlədiyini, işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib 55 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

25. Cavabdehin şikayətinin dəl illərinə görə iddiaçının 1 avqust 1998-ci il tarixə qədər ümumi stajı 24 il 11 ay 25 gün olmaqla 25 ildən az təşkil edir.

26. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

27. Hazırkı qərarın 17-18-ci bəndlərində göstərilən normaların tələblərinə əsasən 2 saylı Siyahı üzrə 55 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 1 avqust 1998-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 1 avqust 1998-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

28. Birinci elementə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1972-ci ilə kimi (4 ay 15 gün) Naxçıva n MSSR-nin Ordubad rayonunda Parağaçay dağ mədənində 2-ci dərəcəli nümunə götürən vəzifəsində işləmiş, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək (3 ay 11 gün) X1 2-ci dərəcəli fəhlə vəzifəsində işləmiş, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (8 ay 28 gün) Qazaxstan SSR X2 Üzen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator vəzifəsində işləmiş, xx.xx.1974cü ildən xx.xx.1976-cı ilədək (2 il 1 ay 14 gün) hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildən xx.xx.1989-cu ilə kimi (13 il 14 gün) Qazaxstan SSR X2 Üzen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator daha sonra 5-ci dərəcəli operator vəzifələr ində işləmiş, xx.xx.1990-cı ildə Bakı şəhəri “Aztsvet” Avtomobil nəqliyyatı müəssisində yükboşaltma məntəqəsinə fəhlə vəzifəsinə işə qəbul olmuş, xx.xx.2010-cu il tarixinə kimi həmin müəssisədə işləmişdir.

29. Beləliklə də iddiaçının 1 avqust 1998-ci il tarixə ümumi iş stajı 25 ildən artıq təşkil etmişdir, buda onu deməyə əsas verir ki, cavabdehin kassasiya şikayətinin bu dəlili əsassızdır.

30. İkinci elementə, yəni güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (8 ay 28 gün) və xx.xx.1976-cı ildən xx.xx.1989-cu ilə kimi (13 il 14 gün) Qazaxıstan SSR X2 Üzen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə operator işlədiyi vəzifələri güzəştli s taja daxil edilir.

31. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»-da iddiaçının istinad etdiyi vəzifələrin (peşələrin) adları Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində 2130200a-15866 kodu altında quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator kimi təsbit olunmuşdur.

32. Bütün yuxarıda göstərilənlərə əsəsən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 ya nvar 2022-ci il tarixli, 2-1(103)-215/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 21(103)-215/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar