Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-755/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “1ci qrup əlilliyin 2-ci qrup əlill iyə dəyişdirildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-2856/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1993-cü il tarixdə doğulmuşdur.
2. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş arayışın surətinə əsasən, 1993-cü il təvəllüdlü xəstə İddiaçı həqiqətən xx.xx.2008-ci il tarixdən halhazıradək Səhiyyə Nazirliyinin göndərişi ilə "xxxx" Dializ Mərkəzində həftədə üç dəfə proqramlaşdırılmış xroniki ambulator hemodi aliz müalicəsi alır. Diaqnozu: Xroniki pielonefrit. XBÇ, terminal mərhələ. 3. 10.12.2015-ci il tarixli, 0325003AAECN nömrəli TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsinə əsasən, İddiaçı “xroniki obstruktiv pielonefrit” əsas diaqnozu qoyulmuş, ağırlaşma - “böyrək çatmamazlığı”, yanaşı xəstəliklər isə - “xroniki obstruktiv pielonefrit” kimi qeyd olunmuşdur.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xxxxxxx0002 saylı müayinə aktından çıxarışa əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş və ona ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir 5. 19.05.2020-ci il tarixli, 828 nömrəli Azərbaycan Respublikasının Tibbi ərazi bölmələrinin idarəetmə Birliyinin Füzuli rayon Mə rkəzi xəstəxanasının Bakı şəhəri, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji xəstəxanasına ünvanladığı məktuba əsasən, İddiaçı böyrək köçürülməsindən sonrakı vəziyyətlə bağlı müayinə və müalicə üçün həmin tibb müəssisəsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktuba əsasən, ona xx.xx.2009-cu il tarixdən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış araşdırma nəticəsində əlillik altsistemində iddiaçının əlilliyi etibarsız hesab edilmiş və xx.xx.2020-ci il tarixdən ona mü avinət və təqaüd ödənişi dayandırılmışdır. İddiaçıya aldığı 11034 (on min yüz otuz dörd) manat vəsaitin geri ödənilməsi təklif olunmuşdur.
7. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 2/21738-20 nömrəli cavab məktubuna əsasən, əlillik dərəcəsinin bərpa edilməsi ilə bağlı halların yoxlanılması və müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Məsələ ilə bağlı verilmiş cavabdan məlum olmuşdur ki, iddiaçının əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0325003AAECN nömrəli göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Səhiyyə Nazirliyinin proqramlı hemodializ alan xəstələrin elektron reyestrində iddiaçının adının mövcud olmadığı müəyyən edilmiş və bu səbəbdən xxxxxxx0002 saylı müayinə əsasında aparılmış əlillik təyinatı “Əlillik” altsistemində etibarsız hesab olunmuşdur.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən verilmiş Epikrizə (3457/727 tarixli xəstəlik tarixçəsinə) əsasən, İddiaçı “son mərhələ böyrək çatışmazlığı, böyrək transplantasiyası resipiyenti” diaqnozu qoyulmuşdur.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli, ********** 1 nömrəli məktubuna əsasən, aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə İddiaçı dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş, bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı "Əlillik" altsistemində etibarsız hesab olunmuşdur. İddiaçının böyrək köçürülmə əməliyyatı ilə bağlı təqdim etdiyi tibbi sənədləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.4.2-ci bəndinə müvafiq olaraq ona xx.xx.2020ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin olunmuşdur.
10. Füzuli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİV Sinif Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.0 - Böyrək zədələnmələrinin terminal mərhələsi; Diaqnozun mətni: Xr b/ç terminal mərhələ; Meyar: 2.1. Birinci dərəcə əlillik => DİGƏR: Xr b/ç terminal mərhələ” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir.
11. Füzuli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİV SinifSidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyr ək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: XR. Böyrək çatmamazlığı.terminal mərhələ proqramlaşdırılmış hemodializ mərhələsində.Böyrəyin transplatsiyasından sonrakı vəziyyət; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.4. xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1N18.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx2564 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olmuş xroniki böyrək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə 1-ci də rəcə müddətsiz əlillik təyin olunmuş 2127 nəfər barəsində müraciət araşdırılmışdır. Həmin xəstələrdən 15 nəfəri hazırda hemodializ müalicəsi alır, 171 nəfərə böyrəkköçürmə əməliyyatı icra edilib, 929 nəfəri isə vəfat etmişdir. 164 nəfərə hemodializ müalicəsi almaq üçün hemodializ mərkəzlərinə göndəriş verilmiş, lakin xəstələr həmin mərkəzlərə müraciət etmədikləri üçün qeydiyyatdan çıxarılmışlar. 848 nəfər isə hemodializ xəstələrinin elektron registrində mövcud deyil. Qeyd olunan 1848 nəfərdən yalnız 632 nəfərə “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi” vasitəsilə ilə Tibbi-Sosial Ekspert Komissiyalarına göndəriş verilmişdir. Qalan 216 nəfər barədə məlumat mövcud deyildir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xroniki böyrək çatışmazlığının terminalı mərhələsi diaqn ozu ilə 1-ci dərəcə müddətsiz əlillik təyin olunmuş 2127 nəfər barəsində araşdırılma aparılmış və Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubu əsasında İddiaçı Füzuli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında təyin edilmiş müddətsiz İ dərəcə əlillik etibarsız hesab olunmuşdur.
14. İddiaçı cavabdehə müraciət edərək, ona təyin edilmiş İ dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ə rizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması haqqında qərarın ləğv edilməsi, İ qrup əlilliyin bərpa olunması, iyun 2020-ci il tarixdən oktyabr 2020-ci il tarix də daxil olmaqla, ümumiyyətlə almadığı pensiyanın iddiaçıya ödənilməsi barədə qərar qəbul olunmaını xahiş etmişdir.
16. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-803/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə “xx.xx.2020-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi barədə qərarın ləğv edilməsi, birinci dərəcəli əlilliyin bərpa olunması və iyun 2020-ci il tarixdən oktyabr 2020-ci il tarixədək olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə “xx.xx.2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması haqqında qərarın ləğv olunması, İ qrup əlilliyin bərpa olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır.
17. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-803/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə işin aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
18. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, iddia tələbinin “1- ci qrup əlilliyin 2-ci qrup əlilliyə dəyişdirildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması” kimi icraata qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 02 mart 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.
19. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 23 sentyabr 2008-ci il tarixdən 31 iyul 2013-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə "xxxx" Dializ Mərkəzində həftədə üç dəfə xroniki ambulator hemodializ müalicəsi almışdır. 2008-ci ildən 1-ci qrup əlil kimi ona pensiya təyin olunmuşdur, həmin pensiyanı 1 qrup əlil kimi 2008-ci ildən may 2020-ci il tarix də daxil olmaqla almışdır. İyun 2020-ci il tarixdən oktyabr 2020-ci il tarix də daxil olmaqla, ümumiyyətlə pensiya almamış dır. İddiaçı 2020-ci ilin noyabr ayından hal-hazıradək 2-ci qrup əlil kimi pensiya alır. Odur ki, cavabdehin qərarı ilə razı deyildir. O, böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasına planlı şəkildə «Canlı donorlu böyrək transplantasiyası» əməliyyatı olunmaq məqsədi ilə müraciət etmiş, donor öz anası Sevil İsgəndərova olmuşdur. 31 iyul 2013-cü il tarixdə «Canlı donorlu böyrək transplantasiyası» əməliyyatı keçirmiş, iyun 2020-ci il tarixdən İ qrup əlilliyi ləğv edilmiş, aidiyyətı orqanlara müraciət etdikdən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ona cavab olaraq bildirilmişdir ki, böyrək köçürülmə əməliyyatı olunması ilə bağlı təqdim etdiyi tibbi sənədləri nəzərə alaraq, Azərbaycan Respu blikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.4.2-ci bəndinə müvafiq olaraq ona 24.11 2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması barədə qərar verilmişdir. İddiaçı bu qərarı qanunsuz və əsassız hesab edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
20. Cavabdehin iddia tələbinə qarşı etirazında istinad etdiyi dəlillərə görə, əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən birgə aparılmış araşdırmaların nəticəsinə əsasən İddiaçı dair rəsmiləşdirilmiş göndəri ş etibarsız hesab edilmiş, bu səbəbdən həmin göndəriş əsasında onun əlillik təyinatı "Əlillik" altsistemində etibarsız hesab olunmuşdur. İddiaçının böyrək köçürülmə əməliyyatı ilə bağlı təqdim etdiyi tibbi sənədləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.4.2.-ci bəndinə müvafiq olaraq ona xx.xx.2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1532/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı 1-ci qrup əlilliyinin 2-ci qrup əlilliyə dəyişdirildiyi tarixdən bərpa edilmə si vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2016-cı tarixli göndərişi əsasında cavabdeh tərəfindən qiymətləndirilmiş və müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçıya dair göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən həmin göndəriş əsasında aparılmış əlillik təyinatı “Əlillik” altsistemində etibarsız sayılmış, iddiaçıya xx.xx.2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin t əyini barədə qərar verilmişdir. Halbuki iddiaçıya 2016-ci ildən birinci dərəcə əlillik müddətsiz təyin olunduğu üçün, qanunvericiliyin tələblərinə əsasən onun əlilliyinin etibarsız hesab edilməsi qanuna uyğun olmamışdır.
23. Bundan başqa, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2016-cı ildə qiymətləndirilmiş, birinci dərəcə əlilliyi müddətsiz təyin edilmiş, lakin təyin edilmiş əlilliyin müddəti bitməmiş, iddiaçıya heç bir məlumat vermədən, iştirakını təmin etmədən, ondan xəbərsiz, altsistem vasitəsilə etibarsız hesab edilmişdir. Halbuki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşd ur. Belə olan halda cavabdeh iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Lakin cavabdehin iddiaçını əyani müayinəyə cəlb etmədən qəbul etdiyi hər hansı qərar qanuni hesab oluna bilməz
24. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 21(103)-2856/2022 saylı (hakimlər A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanı lmışdır.
26. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından, cavabdehin iddiaçının əlilliyinin etibarsız hesab edilməsində ifadə olunan hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, ayrıca akt formasında qərar qəbul etməmişdir. Cavabdeh inzibati akt formasında hər hansı qərar qəbul etmədiyindən eyni zamanda inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmuşdur.
27. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KA SSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
28. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı yazılı etirazın və apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insa n və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə
32. Azərbaycan Respubl ikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Ümumi müddəalar 1.2-ci bənd. A zərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 34. “İnzib ati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının po zulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
35. İnzibati Prosessual Məcəllə Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
37. Apelyasiya instansiya məhk əməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları bax ımından cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş və daha sonra etibarsız hesab edilmiş 1-ci dərəcə əlilliyin bərpa olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
42. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
43. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəl illərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
44. Mübahisəyə dair iş üzrə materiallardan iddiaçının əlilliyinin qiymətləndirilməsi və ona müddətsiz birinci dərəcə əlilliyin təyin edilməsi barədə Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarının “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edildiyi görünmür. Cavabdeh tərəfindən də məhkəməyə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati aktın ləğvinə (hüquqi qüvvəsini itirməsinə) dair icraat materialları təqdim edilməmişdir. Başqa sözlə, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur. Belə ki, həmin maddəyə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv ed ilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
45. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi ilə müəyyən olunmuş qaydada iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın ləğv olunması ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.
46. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh əlilliyin təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin təyin olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və bu qərarın 31-33-cü bəndlərində istinad olunan digər normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
47. Nəzərə alınmalıdır ki, təyin olunmuş əlilliyin ləğvini şərtləndirən bu qərarın 33-cü bəndində istinad edilən normada nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan bu qərarın 46-cı bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin olunmasına dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin qiymətləndirilməsinin etibarsız sayılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
48. Bununla yanaşı həm də nəzərə almaq lazımdır ki, hazırkı qərarın 33-cü bəndində istinad olunan normalarda da əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının ləğvi nəzərdə tutulmuşdur. Həmin normaya əsasən, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi hallarda, yalnız yuxarıda qeyd olunmuş qaydada həmin qərarın ləğvi barədə qərar qəbul etməyə haqlı olardı. Digər tərəfdən, həmin normaların məzmununa əsasə n, əlilliyin ləğvi barədə qərar şəxsin müayinəsinin nəticələrinə istinadən qəbul edilə bilər. Belə ki, bu qərarın 33-cü bəndində istinad olunan normaya görə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
49. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, əyani müayinəyə cəlb edilmədən iddiaçıya aid qiymətləndirmənin nəticələri cavabdeh tərəfindən “X1” etibarsız hesab olunmuşdur. Halbuki, yuxarıda istinad olunan no rmalar baxımından müvafiq tibb qurumunun təqdim etdiyi məktub iddiaçının əlilliyinin ləğv edilməsi üçün yetərli əsas kimi qiymətləndirilə bilməz. Bu mənada hazırkı mübahisəyə münasibətdə cavabdehin əlilliyin etibarsız hesab edilməsi ilə bağlı davranışı bu qərarın 30-33-cü bəndlərində istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
50. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi və məhkəmə təcrübəsi cavabdeh tərəfindən nəzərə alınmalı və həmin təcrübəyə əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin, eləcə də digər tibb müəssisələrinin göndərişlərinin etibarsız hesab olunması nəticəsində həmin göndərişlər əsasında cavabdeh tərəfindən tə yin olunmuş əlillik təyinatının "Əlillik" altsistemində etibarsız sayılmasına dair mübahisələr üzrə Ali Məhkəmə tərəfindən xeyli sayda qərarlar qəbul edilmiş və cavabdehin davranışı qanunsuz və əsassız hesab edilmişdir (bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)-177/2023) nömrəli,17 mart 2023-cü il tarixli, 19 aprel 2023-cü il tarixli, 2-1(102)-428/2023 və digər qərarlarına).
51. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, iddiaçıya aid göndərişin sadəcə olaraq onu tərtib etmiş tibb idarəsi tərəfindən etibarsız sayılmasına istinadla əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni və bunun üzərindən şəxsə təyin olunmuş əlilliyi etibarsiz hesab etməkdə cavabdeh haqlı sayıla bilməz.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yu xarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 21(103)-2856/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.