Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-755/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkün sayılmaması, şikayət üzrə müddətin ötürülməsi, prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(104)-741/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə cavabdehin ərizəsinə və kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin (hakim G.T.Əliyeva) 24 iyul 2023-cü il tarixli, 21(114)-1617/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, Gəncə şəhər 1 saylı Vək il Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, son zamanlar vəkillərin fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsi üçün müxtəlifyönümlü fəaliyyətlərin həyata keçirilməsinə, məhkəmə-hüquq sistemində çoxnövlü islahatların aparılmasına, Vəkillər Kollegiyasının formal vəkilliyə qarşı çoxsaylı çağırışlar edərək, bununla mübarizə aparmasına Cavabdeh öz peşə fəaliyyətinə peşəkarcasına yanaşmamış, dövlət hesabına hüquqi yardımı keyfiyyətli, səriştəli və peşəkar şəkildə, laqiyincə həyata keçirməmiş və formal vəkilliklə məşğul olmuşdur. Həmin əməllər isə cavabdehin Vəkillər Kollegiyasından xaric edilməsi üçün qanunla nəzərdə tutulan və yetərli olan əsaslardır.
4. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və onun şikayətinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.İsgəndərova və A.V.Bayramov) 05 oktyabr 2023-cü il tarixli, 2-1(104)-741/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1617/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. Cavabdeh 30 noyabr 2023-cü il tarixdə kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(104)741/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Cavabdeh 02 may 2024-cü il tarixdə prosessual müddətin bərpası barədə ərizə təqdim edərək qərardan kassasiya şikayəti verilməsi müddətinin üzrlü səbəbbdən ötürülməsini nəzərə alaraq bərpa edilməsini xahiş etmişdir.
9. Cavabdeh kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətdə prosessual müddətin ötürülməsinin səbəbini xəstəliyi, müalicə alması, səhhəti ilə əlaqələndirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olun madıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olun duğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYA Sİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
12. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
13. İş materiallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh 30 noyabr 2023cü il tarixdə vəkillə müqavilə bağlamaqla elə həmin tarixdə də kassasiya şikayətini Gəncə Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi, cavabdeh tərəfində n kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən qanunla müəyyən olunmuş 1 aylıq müddət ötürülməklə verilmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsi n və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
15. Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən cavabdehə göndərilmiş 02 fevral 2024-cü il tarixli bildirişdə cavabdehin və vəkilinin Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(104)-741/2023 saylı qərarının elektron imza ilə təsdiq edilməklə cavabdehə məxsus şəxsi elektron kabinetə 25 oktyabr 2023-cü il tarixdə yerləşdi rildiyi, lakin həmin qərardan kassasiya şikayətinin 30 noyabr 2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya məhkəməsinə təqdim edildiyi nəzərinə çatdırılmış, cavabdehə prosessual müddətin buraxılmadığını təsdiq edən sübutları 2024-cü il 23 fevral tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına təqdim etməsi təklif olunmuş, əks təqdirdə, şikayət üzrə kassasiya mümkün sayılmayacağı bildirilmişdir.
16. Cavabdeh kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət (ərizə) təqdim etmiş və vəsatətdə prosessual müddətin ötürülməsinin səbəbini xəstəliyi, müalicə alması, səhhəti ilə əlaqələndir mişdir. Xəstəliklə bağlı sənədlərin iş materiallarında olduğunu bildirmişdir.
17. Təqdim edilmiş xəstəliklə bağlı sənədlərə münasibətdə kollegiya qeyd edir ki, həmin sənədlərin hazırkı kassasiya şikayətinin vaxtında verilməməsi ilə bağlı əlaqəsi müəyyən olunmur. Hazırkı halda cavabdehin ərizəsində istinad etdiyi hallar müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.
18. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə cavabdehin ərizəsində istinad etdiyi hallar müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.
19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kas sasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(104)-741/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.