Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-756/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-756/19 Bakı şəhəri 06 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Ş öbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2-1(107)-635/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 iyun 1993-cü il tarixdən 10 avqust 2009-cu il tarixədək Azərbaycan DRES-də (hazırda “xxxx” MMC) kimya sexində kimyəvi analiz üzrə laborant, 10 avqust 2009-cu il tarixdən 05 yanvar 2015-ci il tarixədək kimya sexində kimyəvi su təminzlənməsi üzrə aparatçı işlədiyi güzəştli iş stajı kimi hesablanması və 52 yaşdan, yəni 02 iyun 2007ci il tarixdən həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 12 iyun 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 01 may 2005-ci il tarixində Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olmuş, 1972-ci ildən 1993-cü ilədək Kəlbəcər rayon Çaykənd kəndində XXX adına kolxozda tütünçü işləmişdir ki, həmin fakt Mingəçevir şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 13 aprel 2016-cı il tarixli, 2(051)-1139/2016 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. İddiaçı həmçinin, 02 iyun 1993-cü il tarixdən 10 avqust 2009-cu il tarixədək Azərbaycan DRES-də (hal-hazırda “xxxx” MMC) kimya sexində kimyəvi analiz üzrə laborant, daha sonra isə 10 avqust 2009-cu il tarixdən 05 yanvar 2015-ci il tarixədək isə kimya sexində kimyəvi su təmizlənməsi üzrə aparatçı vəzifəsində işləmişdir. Onun işi qazan və turbinləri kimyəvi təmizlənmiş su ilə təmin etməkdən ibarət olmuşdur ki, bu peşələr ona güzəştli şərtlərlə pensiya hüququnu verən siyahıda nəzərdə tutulmuşdur. Onun 35 ildən çox ümumi və 20 ildən çox zərərli şəraitdə iş stajı olduğundan, onun 52 yaşının tamam olduğu tarixdə qüvvədə olmuş əmək pensiyaları qanunvericiliyinin tələblərinə əsasən güzəştli şərtlərlə həmin yaşdan əmək pensiyası hüququnun yaranmasına baxmayaraq, cavabdeh ona 12 dekabr 2014-cü il tarixdən ümumi əsaslarla əmək pensiyası təyin etmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair müraciəti əsasında onun əmək kitabçası və “xxxx” MMC-nin 13 aprel 2018-ci il tarixli, 201-12 saylı arayışı nəzərdən keçirilmişdir. Lakin iddiaçının 02 iyun 1993-cü il tarixdən işlədiyi elektrik stansiyasının kimya sexində laborant və 10 avqust 2009-cu il tarixdən 05 yanvar 2015-ci il tarixədək işlədiyi elektrik stansiyasının kim ya sexinin kimyəvi su təmizlənməsi üzrə aparatçısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1052/2018 saylı qərarı ilə (hakim Rüfət Məcidov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının 1972-ci ildən 1993-cü ilədək Kəlbəcər rayon Çaykənd kəndində XXX adına kolxozda tütünçü işləməsi faktı məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə öz təsdiqini tapmış, bununla da iddiaçı 20 ildən artıq ümumi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixl i, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda öz əksini tapmış peşə üzrə 10 ildən artıq xüsusi staja malik olduğundan, cavabdeh iddiaçının hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindn təqdim olunmuş sənədləri araşdıraraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməli idi. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 12 iyun 2005-ci il tarixdən yarandığından pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixdən təyin oluna biləcəyinə baxmayaraq, iddiaçı əmək pensiyanın 12 iyun 2007-ci il tarixdən təyin edilməsini tələb etdiyindən, ona məhz tələbində nəzərdə tutulmuş tarixdən pensiya təyin edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2-1(107)-635/2018 saylı qərarı ilə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarın qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və bildirmişdir ki, iddiaçıya 12 iyun 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən ona 12 dekabr 2014-cü il tarixdən ödənilmiş pensiyanın fərqi nəzərə alınmalıdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8, 31.1, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmu ş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə müəyyən edilir. İddiaçının isə tütünçü, elektrik stansiyasının kimya sexində kimyəvi analiz üzrə laborant və kimyəvi su təmizləmə üzrə aparatçı peşələri həmin siyahıda nəzərdə tutulmadığından iddiaçının güzəştli iş stajı yaranmamışdır. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatlar ı Məhkəmə kollegiyasının iclasında iddiaçıvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən ed ilmişdir. İddiaçı xx xxxx 1955-ci il tarixdə Kəlbəcər rayonu Çaykənd kəndində doğulmuşdur. O, 1972-ci il tarixdən 1993-cü il tarixədək Kəlbəcər rayon Çaykənd kəndində XXX adına kolxozda tütünçü, 02 iyun 1993-cü il tarixdən 07 avqust 2009-cu il tarixədək Azərbaycan DRESS-də kimyəvi analiz üzrə laborant, 07 avqust 2009-cu il tarixdən 05 yanvar 2015-ci il tarixədək kimyəvi su təmizləmə üzrə aparatçı işləmişdir. İddiaçı zərərli iş şəraitində işlədiyi üçün 02 iyun 1993-cü il tarixdən 31 dekabr 2006-cı il tarixədək 12%, 01 yanvar 2007-ci il tarixdən 05 yanvar 2015-ci il tarixədək 16% miqdarında ona əlavə əmək haqqı ödənilmişdir. Onun qeyd olunan illərdə kolxozda tütünçü işləməsi Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 13 aprel 2016-cı il tarixli, 2(051)-1139/2016 nömrəli qətnaməsi, digər işlərdə işləməsi adına açılmış 16 yanvar 2003-cü il tarixli, ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçı 16 dekabr 2014-cü il tarixdə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş sonuncu 29 yanvar 2015-ci il tarixli, 50 nömrəli qərarla 12 dekabr.2014-cü il tarixdən ona yaşa görə əmək pensiyası təyin etmişdir. O, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsini təqdim edərək 2016-cı ilin iyun ayında cavabdehə müraciət etmiş, sonuncu onun pensiya məbləğini yenidən hesablamış, lakin ona güzəştli şərtlə pensiya təyin etməmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan onun müraciətini 07 may 2018-ci il tarixli, 57/1530 nömrəli məktubla cavablandıraraq bildirmişdir ki, onun işlədiyi müəss isələr hazırda fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin harada saxlanılması məlum olmadığından onun işlədiyi illərin yerində qarşılıqlı yoxlanılması mümkün olmamış və həmin illər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının qanunverciliklə tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajı olmadığı üçün tələbin təmin edilməsindən imtina edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və pr osessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ümumi və tütünçü kimi işlədiyi peşə üzrə xüsusi stajı toplandığından, qanunun zamana görə qüvvədə olmuş maddələrinə əsasən onun güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına əsas olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il tarixli, 12 saylı qərarında iddiaçının işlədiyi peşələr nəzərdə tutulmadığından, ona düzgün olaraq yaşa görə pensiya təyin edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının pensiya hüququnun yarandığına istinad edilən 12 iyun 2007-ci il tarixində qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş q anun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 0 1 avqust 1997-ci il tarixinə olan redaksiyasına görə 13-cü maddəsindəmüəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: qadınlar — 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasını n 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Bu müddəaların tələblərindən göründüyü kimi, kolxozda tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında çalışan qadınların 01 yanvar 2006-cı ilə qədər həmin sahədə azı 15 il işləməsi, ümumi iş stajının azı 20 il olması - həmin şəxslərə 52 yaşın tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün əsasdır. İddiaçının ümumi iş stajınn toplanması mübahisə edilməmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ iddiaçının güzəştli şərtlərlə pensiya hüququnu yaradan xüsusi i ş stajı ilə bağlıdır. İşin hallarından göründüyü kimi, iddiaçının 1972-ci ildən 1993-cü ilədək Kəlbəcər rayon Çaykənd kəndində XXX adına kolxozda tütünçü işləməsi faktı məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə öz təsdiqini tapmış, cavabdeh tərəfindən bu hal mübahisə edilməmişdir. Bununla isə belə nəticə əldə olunur ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ onun 52 yaşı tamam olan 12 iyun 2007-ci il tarixində yaranmışdır, çünki 01 yanvar 2006-cı il tarixinə qədər onun tərəfindən həm ümumi, həm xüsusi iş stajı toplanmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin nəticısi ilə razılaşaraq hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranmasının hüquqi əsasları cavabdehin istinadına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il ta rixli, 12 saylı qərarına uyğun deyil, yuxarıda göstərilmiş qanunvericiliyin tələbləriə əsasən müəyyən edilməli idi. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2-1(107)-635/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-756/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-756/2019
06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver