Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-756/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: tikiliyə hüququn qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X4, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (bundan sonra cavab deh) qarşı “torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış binası və yardımçı tikililər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-676/20219 saylı, 18 dekabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 avqust 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: ünvan ndə yerləşən digər təyinatlı 4,06 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir və mülkiyyət hüququ 24.05.2016-cı il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adın a daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış binası və yardımçı tikililər tikdirmiş və tikilinin layihəsi hazırlanaraq şəhərin baş memarı tərəfindən təsdiq edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası və yardımçı tikililər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı 9 iyul 2019-cu il tarixli məktubla bildirmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün tələb olunan sənədlər Mülki Məcəllənin 139-cu və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 12ci maddələrinə uyğun təqdim ediləcəyi təqdirdə və müayinə baxış keçirildikdən sonra sözügedən anbar binas ı və yardımçı tikililərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi məsələsinə baxıla bilər. İddiaçı 18 iyul 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 4,08 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası və yardımçı tikililər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 28.08.2019-cu il tarixli məktubla iddia tələbinə etiraz etmiş və etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eyni əsaslandırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(84)-1207/2019 saylı iş) 9 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 4,08 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası və yardımçı tikililər üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbi baxımından iddiaçı hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədləri cavabdehə təqdim etmişdir. Belə ki, İcra hakimiyyətinin Memarlıq şöbəsi tərəfindən təsdiq edilmiş layihə sənədləri tikintiyə başlanılmasına ic azəni ehtiva edir. Tikinti obyektinin istismarına icazəyə münasibətdə isə məhkəmə qeyd edir ki, tikintinin başa çatdırılması və istifadə edilməsinə dair hər hansı sübut mövcud deyildir. Belə hallara münasibətdə isə qanunverici qabaqcadan dövlət qeydiyyatına alınma prosedurunu müəyyən etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.2-ci maddəsinə əsasən, tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 9 oktyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X6 və X2, 2-1(107)-676/ 2019 saylı iş) 18 dekabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 24 dekabr 2019-cu il tarixdə qərarın surətini almış, 24 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməmiş, maraqlı tərəf kimi Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi prosesə cəlb edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsasların-Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərarının, tik inti layihəsinin memarlıq planlaşdırma bölməsinin, tikinti obyektinin istismarına icazənin təqdim edilməməsi qeydiyyatın aparılmasını mümkünsüz edir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikililərə daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınmasını xahiş etmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı sub yektiv hüquqa malik olmuşdur. ünvan ndə yerləşən 4,06 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış binası və yardımçı tikililər inşa etmiş və bütün tikililərin layihəsi şəhərin baş memarı tərəfindən təsdiq edilmişdir. İddiaçı 4,08 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası və yardımçı tikililər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqq ında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsaslar sadalanmışdır. Cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (01.01.2013-cü il tarixdən sonra) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulmuş tikintiyə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə təqdim edilmədiyindən iddiaçının tələbi əsaslı olmamışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı tikinti obyektlərinin tikintisinə ic azə tələb olunmur. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur (79.2-ci maddə). Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (80.1-ci maddə). İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikililərin hündürlü 12 metrdən, mərtəbələrin sayı 3-dən çox olmayan tikililər inşa etmiş və tikililərin eskiz layihəsi hazırlanaraq Şəki şəhər İcra Hakimiyyəti başçısı Aparatı Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış, baş memar tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İddiaçının inşa etdiyi bəzi tikililər Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinin tələb etdiyi həddən aşağı olmuşdur. Belə olan halda bu kimi tikililərə hətta həmin Məcəllənin 80-ci maddəsində nəzərdə tutulan məlumatlandırma icraatı belə tətbiq edilmir. Digər tikililər isə Məcəllənin 80-ci maddəsinin tələb etdiyi kimi, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmamışdır. İddiaçının mülkiyyətində inşa etdiyi tikililər Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1 və 80.1-ci maddələrinin tələbinə cavab verdiyindən həmin tikililərə icazə qərarının olması və istismara qəbul aktı tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və y a istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb edilir. Göründüyü kimi, cavabdehin tələb etdiyi kimi iddiaçının inşa etdiyi tikililər tikintisinə icazə tələb olunan tikinti obyektləri olmadığı üçün tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə nəzərə tutulmamışdır. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-551/2020 saylı 24 iyun 2020-ci il tarixli qərarında “Daşınmaz əmlakın dövlət r eyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə istinad edərək inşa ediləm tikili tikintisinə icazə tələb olunan tikinti obyektləri olmadığı üçün tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazənin alınmasının nəzərə tutulmadığı vurğulanmışdır. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-676/2019 sa ylı, 18 dekabr 2019-cu il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-756/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-756/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver