Məhkəmə qərarları › İş №2-1(102)-756/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-756/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-756/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanması Hakimlər: Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə oğlu, Səyyad Kərimovdan ibarət tərkibdə İddiaçı Qəhraman oğlu (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyind ə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı (bundan sonra mətndə cavabdehlər) qarşı “pensiyanın yenidən hesablanaması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2783/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 26.4.1942-ci ildə Tumanyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İddiaçıya 1 oktyabr 1993-cü il tarixdən yaşa görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçı barəsində 21464 nömrəli, xx.xx.2007-ci il tarixli m əlumat vərəqəsi göndərilmiş, həmin məlumat vərəqəsində, iddiaçının tərxis olunduğu vəzifə DİN-in İstintaq İdarəsi müstəntiqi, hərbi rütbəsi, polkovnik leytenant, cəmi iş stajı 30 il, 4 ay, 14 gün təşkil etdiyi göstərilmişdir.

3. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 iyul 1993-cü il tarixli, 1108 ş/h nömrəli əmri ilə Azərbaycan Respublikası DİN-in İstintaq İdarəsinin istintaq hissəsinin mühüm işlər üzrə baş müstəntiqi vəzifəsindən azad olunaraq, həmin İdarənin istintaq hissəsinin müstəntiqi vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 avqust 1993-cü il tarixli, 1508 ş/h nömrəli əmri ilə DİN-in İstintaq İdarəsinin istintaq hissəsinin müstəntiqi vəzifəsindən 30 sentyabr 1993-cü il tarixdən yaş həddinə görə ehtiyata buraxılmışdır. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 16 iyun 2020-ci il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 aprel 1992-ci ildə daxili işlər orqanlarında son yaş həddi sayılan 50 yaşının tamam olması ilə əlaqədar, 27 aprel 1992-ci il tarixdən Azərbaycan Respublikası daxili işlər orqanlarından tərxis olunmasına dair konstitusion hüququnun tanınması; onun Azərbaycan Respublikası 29 aprel 1992-ci il tarixli, 109 nömrəli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanununa əsasən dövlət tərəfindən təminatı verilmiş (29 aprel 1992-ci ildə daxili işlər orqanlarında son yaş həddi sayılan 50 yaşının tamam olması ilə əlaqədar) əldə etdiyi daimi və ömürlük pensiya təminatına, məhz bu qanunda göstərildiyi kimi, hüququ, o cüml ədən, onun 27 aprel 1992-ci il tarixdən 30 sentyabr 1993-cü il tarix də, daxil olmaqla (Azərbaycan Respublikası DİN-dən tərxis olunma gününədək) xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsi pul təminatına uyğun pensiya almaq hüququnun tanınması; onun 27 aprel 1992-ci il tarixdən, 30 sentyabr 1993-cü ilədək pensiyasının Azərbaycan Respublikası DİN İstintaq İdarəsinin xüsusilə mühim işlər üzrə baş müstəntiq vəzifəsinin pul təminatına uyğun təyin edilməsi və həmin müddət ərzində ona ödənilməmiş pensiyanın indeksləşdirilmə, inflyasiya və əlavələr, eləcə də, istehlak qiymətlərin artım indeksi nəzərə alınmaqla ödənilməsi, eləcə də, ona ödənilməmiş pensiya hissəsinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmiş faiz hesab ilə məbləğin ödənilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması; 1 oktyabr 1993-cü ildən bu günədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsi maaşına uyğun əldə etdiyi pensiya hüququnun tanınması; onun pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsi maaşına uyğun yenidən hesablanması və 1 oktyabr 1993-cü ildən bu günədək, bu müddət ərzində inflyasiya, indeksasiya və istehlak qiymətlərinin artımı indeksləri nəzərə alınmaqla tam həcmdə ona ödənilməsinin cavabdehlərin üzərinə qoyulması; ona ödənilməmiş pensiya məbləğindən istifadə olunaraq, gəlir əldə edilməsi nəzərə alınmaqla, Azərbaycan Respubl ikası Mərkəzi Bankının hesab tarifi faizinə uyğun olaraq həmin gəlirdən faiz hesabı ilə ona 1 oktyabr 1993-cü il tarixdən müvafiq pul məbləğinin ödənilməsinin cavabdehlərin üzərinə qoyulması, ona dəymiş maddi və mənəvi ziyanın kompensasiyasının 27 aprel 1992-ci il tarixdən bu günədək hər gün üçün 1 manat məbləğində və məhkəmə xərclərinin ağlabatan həcmdə ödənilməsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, daxili işlər orqanlarında, demək olar ki, bütün xidmətini 11 iyul 1967-ci ildən xidmətdə son yaş həddinə qədər (26 aprel 1992-ci il) Sovet İttifaqı mövcud olan zaman keçirmişdir. Bu müddət ərzində də, onu pensiya hüququ formalaşmışdır. 1992-ci ilin aprel ayında SSRİ süquta uğrayandan sonra onun daxili işlər orq anlarında xidmət etmə yaş müddətinin son həddi – 50 yaşı tamam olmuş və qüvvədə olan qanunvericiliyə əsasən o, dərhal pensiyaya buraxılmalıdır. Bu tarixə, onun xidmət müddəti, o cümlədən, həmin vaxt 4 il ərzində tutduğu xüsusilə mühüm işlər üzrə baş mütəntiq vəzifəsi daxil olmaqla, 30 il təşkil etmişdir ki, bununla əlaqədar həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29 aprel 1992-ci il tarixli, 109 nömrəli Qanununa əsasən o, tutduğu xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsi maaşına uyğun dövlət tərəfindən təminatı verilmiş ömürlük pensiya hüququ əldə etmişdir. Bu Qanuna əsasən əldə edilmiş hüququ sonsuz və ömürlük qüvvədə qalır. Buna baxmayaraq, onu pensiyaya çıxarmaq əvəzinə, qanunsuz olaraq 1.5 il xidmətdə saxlamış, onu 27 ap rel 1992-ci ildən 30 sentyabr 1993-cü il tarix daxil olmaqla pensiyaya çıxmaq və pensiya almaq hüququndan məhrum etmişlər. Bundan başqa qanunvericiliyin onu qeyd-şərtsiz tərxis etmək tələblərini icra etmək əvəzinə, faktiki tərxis olunmasına ay yarım qalmış qanuni əsaslar olmadan onu daha az maaşı olan müstəntiq vəzifəsinə keçirmiş, sonradan pensiyaya çıxararaq az miqdarda pensiya təyin etmişlər ki, bununla da, hələ 26 aprel 1992-ci ildə ömürlük əldə etdiyi xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsinə uyğun və dövlət tərəfindən təminatı verilmiş hüquqdan onu məhrum etmişlər. Hazırda ona az miqdarda pensiya verilməsi davam edir. Pozulmuş Konstitusiya hüquqlarının bərpa edilməsi barədə xahişləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi rəhbərliyi tərəfindən sadəcə olaraq rədd edil miş, çox güman ki, pensiyaya dair məsələlərdə qanunun aliliyinin təmin edilməsi bir o qədər də, səlahiyyəti olan şəxsləri heç maraqlandırmır. 1992-1993-cü illərə dair daxili işlər orqanlarında xidmət keçmə qaydalarını tənzimləyən hüquqi-normativ aktların ona təqdim edilməsi barədə xahişlərinə etinasız yanaşılaraq, onun konstitusion hüqularının bərpa edilməsinə maneələr törədilmişdir.

6. Cavabdeh iddia ərizəsinə dair etirazına əsasəni, iddiaçı heç bir üzrlü səbəb olmadan qanunvercilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Yəni iddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məh kəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bu səbəbdən də, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-3645/2021 saylı 30 iyun 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı onun daha az maaşlı vəzifəyə keçirilməsi və silahlı qüvvələrdən ehtiyata buraxılması barədə əmrləri mübahisələndirməmiş, hazırda həmin əmrlər qüvvədədir. Cavabdeh tərəfindən sözügedən əmrlərə və qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiaçı barəsində məlumat vərəqəsi tərtib edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu n Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) göndərilmiş və sonuncu tərəfindən sözügedən məlumat vərəqəsində göstərilən təminat xərcliyinə uyğun olaraq, iddiaçının pensiya məbləği yenidən hesablanmışdır Göründüyü kimi, məhkəmə araşdırması zamanı hər iki cavabdehə münasibətdə iddiaçının göstərdiyi dəlillər öz təsdiqini tapmamış, cavabdehlər tərəfindən işin hazırki hallarına əsasən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir Məhkəmə iddia tələbinin 1 oktyabr 1993-cü ildən bu günədək, bu müddət ərzində inflyasiya, indeksasiya və istehlak qiymətlərinin artımı nəzərə alınmaqla tam həcm də ona ödənilməsi, ona ödənilməmiş pensiya məbləğindən istifadə olunaraq, gəlir əldə edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının hesab tarifi faizinə uyğun olaraq həmin gəlirdən faiz hesabı ilə ona 1 oktyabr 1993-cü il tarixdən müvafiq pul məbləğinin ödənilməsi və dəymiş maddi və mənəvi ziyanın kompensasiyasının və məhkmə xərclərinin ağlabatan həcmdə ödənilməsi hissələri ilə bağlı qeyd edir ki, həmin tələblərin hüquqi müqəddaratı ilkin tələblərlə bağlı olduğundan, ilkin tələblərin əsaslı olması isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, sözügedən iddia tələbləri müzakirə olunmadan təmin edilməməlidir.

9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin xahiş edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməs indəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X5, 2-1(103)-2783/2021 saylı 15 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı barəsində istədiyi məlumatların əksini tapacağı yeni məlumat vərəqəsinin Daxili İşlər Nazirliyi tərəfindən verilmədiyi təqdirdə, onun barəsində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 21464 nömrəli xx.xx.2007-ci il tarixli məlumat vərəqəsi əsasında pensiyasının yenidən hesablanması qeyri-mümkündür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçının cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” barədə tələbi olmadığından, “pensiyasının yenidən hesablanması” tələbi üzrə isə həmin inzibati orqan iddiaya cavab verməli orqan hesab olunmadığından, eyni zamanda digər cavabdeh- DSMF –nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona iddiaçı barəsində müvafiq inzibati orqan (DİN) tərəfindən yeni məlumat vərəqəsinin verilmədiyi halda iddiaçının pensiyasının istinad etdiyi hallarla bağlı yenidən hesablanmasını həyata keçirmək kimi bir səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyi üçün iddiaçının iddiası qeyri-mümkündür.

12. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən baxılmaq üçün apelylasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıların ın izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. DİN Maliyyə-Plan idarəsi öz çoxsaylı cavablarında, o cümlədən: xx.xx.2019 il,xx.xx.2019 il, xx.xx.2019 il, xx.xx.2019 il, xx.xx.2019 il, xx.xx.2020 il, xx.xx.2020 il,xx.xx.2020 il, 26.09. 2020 il, xx.xx.2020 il, xx.xx.2020 il, xx.xx.2020 il tarixli məktublarında göstərmişdir ki, "Məlumat üçün bildiririk ki, Azərbaycan RespublikasıPrezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 1 yanvar 2007-ci il tarixindən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları Dövlət Sosial Müdafıə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi həyata keçirir. Pensiya təminatı barədə aidiyyatı üzrə Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə mür aciət etməniz məqsədəmüvafıqdir". Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı cavablarında qeyd etmişlər ki, daxili işlər orqanlarının əməkdaşlarına pensiyanın təyin edilməsi və yenidən hesablanması DİN-dən daxil olan məlumat vərəqəsinə əsasən həyata keçirirlər. Bununla yanaşı nazirlik nədənsə hesab edir ki, mərıə aid olan halda ödənilməyən pensiyanm yalnız 3 ildən artıq olmayan hissəsi ödənilə bilər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 may 2001-ci il tarixli qərarı ilə Konstitusiyanın 25 və 38-ci maddələrinə, habelə bir sıra beynəlxalq aktlara, xüsusən Ümumdünya İnsan hüquqları Bəyənnaməsinin 12-ci maddəsinə uyğun gəlmədiyinə görə "Vətəndaşlann pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin 1-ci hissəsi qüvvədən düşmüş hesab edilmişdir. Bu cür humanist, insani və nəhayət qanuni qərardan 5 il sonra "Əmək pensiyaları haqqında" Qanun meydana gəlir və özündə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və deməli Konstitusiyaya zidd olan normalar əks etdirir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) Hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımla r da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;. (-).

18. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri süb utları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassas iya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş ş ikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

19. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHK ƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olduğu kimi, iddiaçıya xx.xx.1993-cü il tarixdən yaşa görə pensiya təyin edilmişdir. Onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçı barəsində 21464 nömrəli, xx.xx.2007-ci il tarixli məlumat vərəqəsi göndərilmiş, həmin məlumat vərəqəsində, iddiaçının tərxis olunduğu vəzifə DİN-in İstintaq İdarəsi müstə ntiqi, hərbi rütbəsi, polkovnik leytenant, cəmi iş stajı 30 il, 4 ay, 14 gün təşkil etdiyi, xx.xx.1993-cü il tarixdən pensiya təyin edildiyi, pensiya təyin edilməsi üçün xx.xx.1992-ci il tarixli, 109 nömrəli Qanununun əsas göstərilməsi və iddiaçının cəmi pul təminatının 337.95 manat olması barədə məlumatlar göstərilmişdir.

23. Hazırki iş “təyin edilmiş pensiyasının yenidən düzgün hesablanması və ödənilməyən pensiya məbləğinin indeksasiya edilərək ödənilməsinə, maddi və mənəvi ziyanın ödənilməsi”nə yönəlmiş və cavabdehlər qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qoyulmuşdur.

24. Məhkəmə kollegiyası hesab edir ki, cavab deh qismində göstərilmiş Daxili İşlər Nazirliyi iddiaçının qeyd olunan iddia tələblərinə cavab verilməli orqan deyildir. İddiaçıya tələb etdiyi pensiyanın yenidən hesablanması üçün istədiyi məlumatların göstərildiyi yeni məlumat vərəqəsi Daxili İşlər Nazirliyi tərəfindən işlənib verildikdən sonra onun pensiyasının həmin məlumat vərəqəsindəki məlumatlar əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yenidən hesablanması mümkündür.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ona iddiaçı barəsində müvafiq inzibati orqan (DİN) tərəf indən yeni məlumat vərəqəsinin verilmədiyi halda iddiaçının pensiyasının istinad etdiyi hallarla bağlı yenidən hesablanmasını həyata keçirmək kimi bir səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyi üçün iddiaçının iddiası qeyri-mümkündür.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd etmişdir ki, yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə yeni müraciət etmişdir. 27.Qeyd olunmalıdır ki, iddiaçı barəsində istədiyi məlumatların əksini tapacağı yeni məlumat vərəqəsinin Daxili İşlər Nazirliyi tərəfindən verilmədiyi təqdirdə, onun barəsində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 21464 nömrəli xx.xx.2007-ci il tarixli məlumat vərəqəsi əsasında pensiyasının yenidən hesablanması qeyri-mümkündür.

28. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı A pellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2783/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2783/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar