Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-756/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ehtiyatda olan hərbi qulluqçuya kirayə haqqının ailə üzvü üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixl i, 2-1(103)-2787/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 6 dekabr 1985-ci tarixdən 13 noyabr 1987-ci il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət, 2 dekabr 1987-ci il tarixdən avqust 1988-ci il tarixədək SSRİ SQ-də və noyabr 1992-ci il tarixdən 28 iyul 2006-cı il tarixədək AR SQ-də müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının Müdafiə nazirinin 21 iyun 2006-cı il tarixli, 093 gm saylı əmri ilə ehtiyata buraxılmışdır.
2. Cavabdehin xx.xx.2007-ci il tarixli, 236 nömrəli sərəncamından çıxarışa əsasən, iddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə t əmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir.
3. Eyni zamanda, iddiaçı 5 nəfər ailə tərkibi ilə birgə (özü, arvadı, oğlu, 2 qızı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş və ailə üzvlərinin hər birinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 183 nömrəli qərarına əsasən mənzil kirayəsi haqqı ödənilmişdir.
4. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat İdarəsindən cavabdehə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən, iddiaçının iki qız övladı xx.xx.2012ci il və xx.xx.2016-cı il tarixlərdə nikaha daxil olmuşlar.
5. İddiaçının “Kapital Bank”dakı hesabından çıxarışa əsasən, 2020-ci ilin iyul ayınadək ona 450 manat kirayə haqqı ödənilmiş, daha sonra ödənilən məbləğ 150 manat (2 qıza ödənilən məbləğ qədər) azaldılmışdır.
6. İddiaçı məsələnin araşdırılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli, 394-068 nömrəli məktubla bildirmişdir ki, xx.xx.2007-ci il tarixli, 236 nömrəli sərəncama əsasən, xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmış hərbçi kimi iddiaçı yaşayış yeri üzrə cavabdehdə 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və ona, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli,183 nömrəli qərarına əsasən, 5 nəfər ailə tərkibi ilə mənzil kirayəsi haqqı ödənilmişdir. Suraxanı rayon Qeydiyyat İdarəsindən RİH-nə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən, iki qız övladı nikaha daxil olaraq ailə qurduğu müəyyən edildiyindən onlara şa mil edilməyən mənzil kirayəsi haqqının ödənilməsi qanunvericiliyinin tələblərinə uyğun olaraq dayandırılmışdır. 7. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 1208 nömrəli arayışına əsasən, iddiaçı arvadı, oğlu və iki qızı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, 3 saylı evin 2 nömrəli mənzilində qeydiyyatdadır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona ünvanlanmış M-394-068 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, pozulmuş hüquqlarının bərpa olunaraq cavabdeh tərəfindən ona 2020-ci ilin may ayından qətnamə qüvvəyə minənədək ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildən Azərbaycan ordusunda hərbi xidmət etmiş və 2006-cı ildə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən evi olmadığı üçün Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ona dörd nəfər ailə üzvü nəzərə alınmaqla, hər ay 450 manat müvəqqəti mənzil üçün kirayə haqqı təyin olunmuşdur. 2020-ci ilin may-iyun aylarında 450 manat kirayə haqqından hər ay 150 manat kəsirlə ona verilmiş, iyul, avqust, sentyabr, oktyabr ayları ona verilən kirayə haqqı tam kəsilmişdir. Cavabdeh iddiaçının iki qızının nikaha daxil olması əsasına görə kiray ə haqqının verilməsini dayandırsa da, qanunvericilikdə kirayə haqqının belə əsasla dayandırılması nəzərdə tutulmamışdır.
10. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmış hərbçi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Suraxanı Rayon İcra Hakimiyyətində 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. Suraxanı rayon Qeydiyyat İdarəsindən RİH-nə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən, iddiaçının iki qız övladı nikaha daxil olaraq ailə qurduğu müəyyən edildiyindən, onlara şamil edilməyən mənzil kirayəsi haqqının ödənilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılmışdır.
11. Bakı İnzibati Məhkəməsinin 3 avqust 2021-ci il tarixli, 2-1(112)-3190/2022 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia təmin edilmiş, cavabdehin iddiaçıya ünvanladığı M-394-068 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubu qanunsuz hesab edilməklə, iddiaçının pozulmuş hüquqları bərpa olunaraq 2020-ci ilin may ayından hazırkı qərar qüvvəyə minənədək ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının aid olduğu kateqoriyadan olan şəxslərə ödənilən kirayə haqqının məbləği müəyyən edilərkən əsas meyar onlarla birgə yaşayan ailə üzvlərinin siyahısıdır ki, iddiaçının təqdim etdiyi arayışa əsasən, onunla birlikdə yaşayan ailə üzvlərinin sayında dəyişiklik olmamışdır və o, hazırda 5 nəfər ailə üzvü (özü, arvadı, oğlu və iki qızı) ilə birlikdə kirayə götürdüyü Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, 3 saylı evin 2 nömrəli mənzilində yaşayır. İddiaçının aid olduğu kateqoriyadan olan şəxslərə ödənilən mənzil kirayəsi pulunun onunla yaşayan ailə üzvlərinin nikaha daxil olması əsası ilə dayandırılması və ya azaldılması isə qanunvericilikdə nəzərdə tutulmamışdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-402/2022 nömrəli qərarı (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) ilə cav abdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 3 avqust 2021-ci il tarixli, 2-1(112)-3190/2022 nömrəli qərarı ləğv olunmuş, iddia rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında cavabdehin iddiaçıya ünvanladığı 394-068 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna istinad etməsinə baxmayaraq iddianı təmin etmişdir. Halbuki, iş materiallarında olan həmin məktuba əsasən, RİHB-nin 236 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmış hərbçi kimi iddiaçı yaşayış yeri üzrə cavabdehdə 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli,183 nömrəli q ərarına əsasən, ona 5 nəfər ailə tərkibi ilə mənzil kirayəsi haqqı ödənilmişdir. Suraxanı rayon Qeydiyyat İdarəsindən RİH-nə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən, iki qız övladı nikaha daxil olaraq ailə qurduğu müəyyən edildiyindən, onlara şamil edilməyən mənzil kirayəsi haqqının ödənilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılmışdır. İddiaçının qızlarının ailə qurması halı mübahisələndirilmir. Belə olan halda, cavabdeh tərəfindən mənzil kirayə haqqının dayandırılması (150 manat məbləğində) qanunvericiliyin tələblərinə uyğundur.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya insta nsiyası məhkəməsində birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(102)-878/2022 nömrəli qərarı (hakimlər: K.N.Bədəlov /məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-402/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mənzil kirayə haqqının azaldılmasını, yaxud tam şəkildə kəsilməsini mübahisələndirməsi aydın deyildir və apellyasiya instansiyası məhkəməsi də bu hala qiymət verməyərək İPM-nin 13-cü maddəsinin tələbini pozmuşdur. Qanunvericilik mənzil uçotuna götürülmüş ş əxslərdən əlavə onlarla birlikdə yaşayan hər bir ailə üzvünə kompensasiya ödənilməsini nəzərdə tutmuş, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini əsaslı saysa da, iddiaçının qızlarına görə əlavə kompensasiya ödənilməli olmaması ilə bağlı mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarının müddəaları və işin halları (iddiaçının qızlarının onunla birgə yaşaması və mənzildə qeydiyyatda olmaları) baxımından əsaslandırmamışdır.
19. Bundan başqa, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçının cavabdeh inzibati orqanın davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Lakin, işə baxan apellyasiya instansiya məhkəməsi kompensasiyanın kəsilm əsi zamanı etimad hüququnun qorunub-qorunmadığını, eyni zamanda “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun inzibati icraat aparılıb-aparılmaması ilə bağlı araşdırma və qiymətləndirmə aparmamış, yalnız cavabdehin dəlillərinə isitnad etməklə iddia tələbini əsassız hesab etmiş, bununla da, İPM-nin 12.1-ci maddəsinin tələblərini pozmuşdur. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. İddiaçı işə yenidən apellyasiya qaydasında baxılarkən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbindən “qətnamə qüvvəyə minənədək” sözlərini çıxardığının nəzərə alınmasını xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(103)-2787/2022 nömrəli qərarı (hakimlər: V.Ə.Baxışova /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və V.M.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 3 avqust 2021-ci il tarixli, 2-1(112)-3190/2022 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilərək 2020-ci ilin may ayından ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin qərarındakı göstərişə müvafiq olaraq iddiaçının iştirakı ilə keçirilmiş məhkəmə iclasında iddiaçıya kirayə haqqı ödənişlərinin hansı aylarda cavabdeh tərəfindən tam kəsildiyi dəqiqləşdirilmiş və müəyyən edilmişdir ki, 2020-ci ilin iyun ayınadək iddiaçıya hər ay 450 manat kirayə haqqı ödənilmiş, hesabdan çıxarışa əsasən 2020-ci ilin iyul ayınd a 300 manat, oktyabr ayında ödənişin məbləği 300 manat olmuş, 2020-ci ilin iyun və sentyabr ayında isə kirayə haqqı ümumiyyətlə ödənilməmiş, 2020-ci ilin oktyabr ayından isə hər ay 300 manat kirayə haqqı ödənilmişdir.
23. Apellyasiya instansiya məhkəməsi iş üzrə yuxarı instansiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarında ailə üzvünün nikaha daxil olması həmin ailə üzvünə görə ödənilən müvəqqəti kirayə haqqının dayandırılması üçün əsas kimi nəzərdə tutulmadığından, hazırkı halda iddiaçının nikaha daxil olmuş ailə üzvlərinin onunla birgə yaşamadığını, nikahdan sonra yaşayış yerlərini dəyişdiklərini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh bu barədə məhkəməyə sübut təqdim etmədiyindən, o cümlədən nikaha daxil olmuş ailə üzvlərinə görə iddiaçıya 2020-ci ilin iyun ayınadək kirayə haqqı ödənildiyi üçün cavabdehin buna qanuni gözləntisi yarandığından kirayə haqqı məbləğinin 2020-ci ilin iyun və sentyabr aylarında ümumiyyətlə ödənilməməsi, digər aylarda isə 150 manat azaldılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh qeyd edir ki, yaşayış sahəs inə ehtiyacı olan vətəndaş qismində uçota alınmış hərbi qulluqçulara mənzil kirayəsi üçün ayrılmış vəsaitə qənaət edilməsi, sui-istifadə hallarının aradan qaldırılması və ödənişlərin vaxtında təmin edilməsi məqsədi ilə RİH-də mənzil növbəsində olan hərbi qulluqçuların mənzil uçot işlərinin yenidən araşdırılmasına zərurət yaranmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Suraxanı RİHB-nin xx.xx.2007-ci il tarixli, 236 saylı sərəncamına əsasən 1 nəfər ailə tərkibi ilə (özü) ehtiyatda olan hərbçi kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və ailə üzvlərinin hər birinə (arvadı, oğlu, iki qızı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 183 saylı qərarına əsasən, mənzil kirayəsi haqqı ödənilmişdir. Suraxanı rayon Qeydiyyat idarəsin dən RİH-ə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***-**** saylı məktubda iddiaçının iki qızının nikaha daxil olaraq ailə qurduğu müəyyən edildiyindən, onun hər iki övladına ödənilən mənzil kirayəsi haqqı dayandırılmışdır. Mənzil Məcəlləsinə uyğun olaraq iddiaçıdan mənzil uçot işinin yenilənməsi üçün müvafiq sənədlər (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən yaşayış, 2 №-li forma arayışı və s.) tələb edilməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə sənəd təqdim etməkdən yayınmışdır.
26. Həmçinin cavabdeh göstərir ki, Ailə Məcəlləsinə əsasən şəxs nikaha daxil olduğu andan yeni ailə münasibətləri və yeni təsərrüfat yaranır. Belə ki, Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati işin halları tam araşdırılmamış və hüquqi normalar nəzərə alınma dan əsassız qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarı:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəl dikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat,...
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. 29. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvləri nə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir....
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (m üddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar.... Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Res publikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər....
7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər....
10. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfl i araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inziba ti mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin olunmamalıdır.
34. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
35. Hazırkı iş üzrə iddiaçının hüquqi marağını müvafiq olaraq xx.xx.2012-ci il və xx.xx.2016-cı il tarixlərdə nikaha daxil olmuş iki qız övladına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 183 nömrəli qərarına əsasən mənzil kirayəsi haqqının ödənilməməsi təşkil edir.
36. Kassasiya şikayətinin də əsas dəlili iddiaçının iki qız övladının nikaha daxil olaraq ailə qurması ilə əlaqədar onlara münasibətdə mənzil kirayəsi haqqının ödənilməməli olmasından ibarətdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, h azırkı iş üzrə müvəqqəti mənzil üçün kirayə haqqının (kompensasiyanın) hesablanaraq ödənilməsi “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarı əsasında həyata keçirilir. Həmin qərara əsasən iddiaçıya 150 manat (Bakı şəhərində), onunla birlikdə yaşayan ailə üzvlərinə isə 50 faiz miqdarında kompensasiya ödənilir. 38. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququnun əsaslarını və qaydasını tənzimləyir. Həmin normada hərbi qulluqçu ilə bərabər, onunla birlikdə yaşayan ailə üzvlərinin də dövlət hesabına mənzillə təmin olunmaq hüququndan, o cümlədən həmin hüquq reallaşdırılanadək mənzil kirayə xərclərinə görə kompensasiyadan yararlanması imkanı təsbit edilmişdir.
39. Yəni qanunvericilik hərbi qulluqçuların ailə üzvlərinin dövlət hesabına mənzil hüququnu onların məhz hərbi qulluqçu ilə birlikdə yaşaması halı ilə şərtləndirmişdir.
40. İstinad edilən Qanunda “hərbi qulluqçu ilə birlikdə yaşayan ailə üzvləri” ifadəsi ailə və mənzil münasibətlərini tənzimləyən, o cümlədən yaşayış yeri üzrə qeydiyyatın əsaslarını müəyyən edən qanun normalarının tələbləri baxımından təhlil edilməlidir.
41. Mahiyyətcə mənzil hüququnun həyata keçirilməsi ilə bağlı yaranan bu cür münasibətlərdə dövlət təminatçı olmaqla bərabər, həm də iştirakçı qismində çıxış edir, başqa sözlə qeyd edilən münasibətlər yalnız hərbi qulluqçu və ailə üzvlərinin aralarında deyil, hərbi qulluqçuların onlarla birlikdə yaşayan ailə üzvləri ilə dövlət arasında yaranan münasibətlərdir.
42. Ailə Məcəlləsinin 2.1-ci maddəsində ailə üzvləri “ər-arvad, valideynlər və uşaqlar” kimi qeyd edilmişdir. Həmin normaya əsasən bu Məcəllə nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
43. Yən i Ailə Məcəlləsinin tətbiqi dairəsindən göründüyü kimi bu Məcəllənin məqsəd və vəzifələri baxımından ailə üzvü dedikdə konkret şəxslər (qan bağlılığı olan, ya da qan bağlığı olmasa da, dövlətin müəyyən etdiyi qaydada himayə götürülən şəxslər) nəzərdə tutulmuşdur. Məcəllənin məqsəd və vəzifələri baxımından önəmli olan əsas məqam şəxslər arasındakı bağlığın (ailə üzvü kimi – nikah, valideynlik, övladlıq və himayə götürülmə institutları) müəyyən edilməsidir. Məcəllənin tətbiqi baxımından ailə üzvlərinin bəzi hallarda birgə və ya ayrı yaşaması əhəmiyyət kəsb etmir. Ailə Məcəlləsi burada “birlikdə yaşama” anlayışını deyil, ailə üzvləri arasındakı vəzifələri, məsuliyyətləri və hüquqları tənzimləyir.
44. Hazırkı inzibati mübahisənin əsasında ailə üzvləri arasındakı vəzifələr, məsuliyyətlər və h üquqlar deyil, birlikdə yaşayan ailə üzvü ilə inzibati orqan arasındakı münasibətlər dayandığından Ailə Məcəlləsinin hazırkı işə birbaşa tətbiqi düzgün hesab oluna bilməz.
45. Ailə üzvlərinin birlikdə yaşaması onların “faktiki birliyini”, eyni yaşayış sahəsində birgə təsərrüfat aparmalarını ehtiva edir. Prinsip etibarilə, hərbi qulluqçunun eyni yaşayış sahəsində birgə təsərrüfat apardığı bütün şəxslərin, yəni ailə üzvü olmayan digər şəxslərin “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2-ci maddəsində müəyyən edilmiş mənzil hüququ olmadığı kimi, onunla birlikdə yaşamayan bütün ailə üzvləri də belə bir hüquqa malik deyildir, bu hüququn yaranması “ailə üzvü olma” və “birlikdə yaşama” kimi iki təməl şərtin vəhdət halında mövcud olmasına dayanır.
46. Ailə Məcəlləsinin 9.4-cü maddəsində təsb it edilmişdir ki, ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 9 aprel 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, nikah münasibətləri nikaha girən şəxslər üçün xüsusi status yaradır. Nikahda olan ər-arvadın bilərəkdən və şüurlu surətdə girdikləri münasibətin doğurduğu hüquqi nəticələr bu növ qarşılıqlı münasibətləri digər birgəyaşayış növlərindən fərqləndirir. Ər-arvadın qarşılıqlı münasibətlərində vacib məsələ qarşılıqlı öhdəliklərin mövcudluğudur. Tərəflərin münasibətlərinin uzunmüddətli olmasına baxmayaraq, onlar arasında məcburi hüquqi qüvvəyə malik olan qarşılıqlı öhdəliklərin olmaması onların birgə yaşayışını ərlə arvadın birgə yaşayı şından tamamilə fərqləndirir.
48. Nəticə etibarilə, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaq quran, qanunvericiliyin tələbinə uyğun şəkildə nikahlanan şəxslər arasında ailə münasibətləri, bilavasitə əmlak və şəxsi qeyri-əmlak münasibətləri, belə nikahdan irəli gələn hüquq və vəzifələri yaranır. Beləliklə, nikahın bağlanması özü-özlüyündə ərarvaddan ən azı birinin yaşayış yerinin dəyişməsi, yeni birgə təsərrüfatın yaradılması ilə nəticələnir.
49. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarına əsasən iddiaçının iki qız övladı müvafiq olaraq xx.xx.2012-ci il və xx.xx.2016-cı il tarixlərdə nikaha daxil olmuşlar. İddiaçının özü də bu xüsusatı mübahisələndirməmişdir. İddiaçı, sadəcə olaraq nikah bağlamış iki qız övladının yaşadığı mənzildə qeydi yyatda olmasına əsaslanaraq qızları üçün verilən kirayə haqqının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərini qanunsuz hesab edir. 50. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında is tifadə hüququnu ehtiva etmir.
51. Yəni iddiaçının onunla birlikdə yaşamayan ailə üzvü ilə eyni yaşayış yeri üzrə qeydiyyatda olması, onun ailə münasibətlərinə söykənən mənzil hüququ ilə bağlı tələbi üçün və dolayısı ilə bu tələbin dövlət tərəfindən təmin edilməsi üçün əsas hesab edilmir.
52. Yekun olaraq, məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti mənzil üçün kirayə haqqı iddiaçının 2 qız övladına münasibətdə dayandırılmış və bu dayandırılma həmin şəxslərin (iddiaçının qızlarının) nikah bağlamaları və yeni ailə yaradaraq öz ailəsinə məxsus birgə təsərrüfat aparmaları ilə əsaslandırılmışdır.
53. Məhkəmə kollegiyası bu xüsusatla bağlı cavabdeh inzibati orqanın hərəkətlərini qanunvericiliyin tələblərinə uyğun hesab edərək göstərir ki, iddiaçının digər şəxslərlə nikah bağlayan, nikah bağlandı ğı andan ər-arvad kimi hüquq və vəzifələri yaranan, eləcə də, nikah bağladıqları şəxslərlə birgə təsərrüfat yaradan qızlarına münasibətdə müvəqqəti mənzil üçün kirayə haqqının (kompensasiyanın) hesablanaraq ödənilməsi ilə bağlı “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında qeyd edilən “birlikdə yaşayan hər bir ailə üzvü” anlayışı tətbiq edilə bilməz.
54. Odur ki, kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır.
55. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İ nzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 21(103)-2787/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin olunmasın. Qərar qətidir.