Məhkəmə qərarları › İş №2-1(102)-756/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-756/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-756/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respubli kasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə satılmış 0.60 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-426/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 sayl ı qərarı ilə Göyçay rayon Çayarxı bələdiyyə fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən bağçılığın inkişafı məqsədi ilə 0,60 hektar torpaq sahəsinın İddiaçı satılması qərara alınmış, “Torpaqların alqı-satqısına dair” Akta əsasən iddiaçı bələdiyyənin bank hesabına razılaşdırılmış məbləğdə ödəniş etmişdir.

2. Həmin torpaq sahəsi Nizami adına narçılıq sovxozunun istifadəsində olmuş əkin torpaq sahəsindən ayrılmış və torpaq sahəsinin yeruquruluşu sxemi DT və XK-in Göyçay rayon şöbəsi və Çayarxı bələdiyyəsi tərəfindən təsdiq edilmişdir.

3. İddiaçı Göyçay rayon Çayarxı kəndində yerləşən 0,06 hektar bağçılıq bostançılıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 21 fevral 2022-c i il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərdə ləğv edilmiş DT və XK-in Göyçay rayon şöbəsinin rəyi təqdim edilmədiyindən ərizənin icrası mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə satılmış 0.60 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə Göyçay rayon Çayarxı kəndi ərazisində bağçılığın inkişafı məqsədi ilə kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0,60 hektar torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra iddiaçı 0,60 ha torpaq sahəsinin dəyəri kimi "xxxx" ASC-in Göyçay Filialı vasitəsi ilə Çayarxı bələdiyyəsinin hesabına 455.400 AZM ödənilmişdir. Həmin qərar əsasında torpağın alqı-satqısına dair akt tərtib edilmiş və 13 mart 2004-cü il tarixdə DT və XK-ın Göyçay rayon şöbəsində qeydiyyata alınmışdır. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh DT və XK-ın Göy çay rayon şöbəsinin rəyinin təqdim edilməməsi, eləcə də bələdiyyə tərəfindən normadan artıq torpaq sahəsinin ayrılması əsas gətirilməklə hüquqların qeydə alınmasından imtina edilmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-200/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə satılmış 0.60 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.

8. Məhkə mə qeyd etmişdir ki, iddia olunan torpaq sahəsinin satılması ilə bağlı bələdiyyənin iclas protokolunu bütövlükdə əldə etmək mümkün olmasa da, hər bir halda iddiaçıya müvafiq torpaq sahəsinin satılması ilə bağlı icraatın aparılması (ilkin yeruquruluşu sənədinin tərtib edilməsi, torpaq sahəsinin dəyərinin ödənilməsi) iş materiallarından aşkar görünür. Digər tərəfdən Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli iclas protokolunun və ona əlavə edilmiş sənədlərin saxlanılmasını və tamlığını təmin etmək iddiaçının vəzifəsi olmadığından həmin sənədlərin olmamasının hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə bilməz. Həmin torpaq sahəsi ilə bağlı verilmiş ziddiyyətli məlumatlara cavabdeh orqanın məhkəmə iclasında iştirak edən nümayəndəsi (mütəxəssis) aydınlıq gətirərək bildirm işdir ki, sözügedən torpaq sahəsinə dair elektron islahat xəritəsinin məlumatları mötəbər hesab edilir və həmin məlumatlarda iddia olunan 0.60 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Belə olan halda cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-426/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X5 /məruzəçi/, X1 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-200/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. A pellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 9.1.2-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5, 8-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

14. Qeyd edilir ki, 16 saylı Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlayarkən məlum ol muşdur ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir, lakin xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normalarınıdan (0.12 ha) 5 dəfə çox verilmişdir (0.60 ha), bundan başqa, bələdiyyə qərarında qərarın tarixi xx.xx.2004, nömrəsi 12 qeyd olunmasına baxmayaraq, 13 mart 2004-cü il tarixli alqı-satqı aktında qərarın tarixi xx.xx.2004, nömrəsi isə 11 kimi qeyd olunmuşdur. Daha sonra, torpaq sahəsinin ayrılmasına dair ləğv edilmiş DT və XK-nin Göyçay rayon şöbəsinin rəyi təqdim edilməmişdir. Qeyd olunan uyğunsuzluğun olduğu halda apelyasiya instansiyası məhkəməsi bu halların heç birinə lazımi diqqət ayırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz ə mlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşın maz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla m üəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz ə mlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir:... 8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək; 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etim adı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi ba rədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. X10 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə b ağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiy yət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

26. Cavabdeh iddiaçının mövqeyini qanunsuz və əsassız hesab edərək kassasiya şikayətində aşağıdakı halları mübahisələndirmişdir:

1. İddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü normadan 5 dəfə çox olması; 2. bələdiyyə qərarında qərarın tarixi xx.xx.2004, nömrəsi 12 qeyd olunmasına baxmayaraq, 13 mart 2004-cü il tarixli alqı-satqı aktında qərarın tarixinin xx.xx.2004, nömrəsinin isə 11 kimi qeyd olunması; 3. torpaq sahəsinin ayrılmasına dair ləğv edilmiş DT və XK-nin Göyçay rayon şöbəsinin rəyinin təqdim edilməməsi.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin hər birinə ayrı ayrılıqda münasibət bildirməyi məqsədə müvafiq hesab edir. İddiaçı ayrılmış torpaq sahəsinin ölçüsünün normadan 5 dəfə çox olması

28. Ca vabdeh qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün qəsəbə və kəndlərdə xüsusi mülkiyyətə verilən torpaq sahəsinin norması 0,12 ha-dır. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə ona bu ölçüdən 5 dəfə artıq, yəni 0,60 ha torpaq sahəsi verilmişdir.

29. Cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, cavabdeh iddiaçıya satılmış torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələri torpaqlarına aid olduğunu bildirsə də, iş materiallarında olan Göyçay rayon Çayaxarı bələdiyyəsinin 20 fevral 2004-cü il tarixli qərarında mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən torpaq sahəsi nin kateqoriyasının kənd təsərrüfatına yararsız olduğu qeyd edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək müəyyən edilmişdir.

31. Odur ki, iddiaçıya 0,60 ha torpaq sahəsinin ayrılmasının qanuni əsası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 8.0.3-cü maddəsinə söykəndiyindən cavabdehin dəlili əsassızdır. Bələdiyyə qərarında qərarın tarixi xx.xx.2004, nömrəsi 12 qeyd olunmasına baxmayaraq, 13 mart 2004-cü il tarixli alqı-satqı aktında qərarın tarixinin xx.xx.2004, nömrəsinin isə 11 kimi qeyd olunması

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh işin bu halını kassasiya şikayətindən başqa apelyasiya şikayətində mübahisələndirmiş, eyni zamanda iddia ərizəsinə etirazda da işin bu halına toxunmuşdur.

33. Birinci instansiya məhkəməsinin qərarda əks edilmiş mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən sənəd iş materiallarında olan bələdiyyənin xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarından çıxarışın mötəbərliyini şübhə altına almır. Belə ki, işdə olan satılacaq torpaq sahəsinin yerquruluşu planında n görünür ki, müvafiq qərarın qəbul edilməsinədək artıq yeruquruluşu işlərinin həyata keçirilməsinə başlanılmış, həmin qərarın qəbulundan sonra iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir.

34. Bununla yanaşı cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki: “ Göyçay rayonu Çayarxı Bələdiyyəsinin 20 fevral 2004-cü il tarixli 12 saylı qərarında göstərilən 0.60 ha torpaq sahəsinə ləğv edilmiş DTXK-nın Göyçay rayon şöbəsi tərəfindən tərtib edilmiş sxematik planda koordinatlar mövcud olmadığı üçün 0.60 ha torpaq sahəsinin təyinatını, uqodiyasını, mülkiyyət növünü müəyyən etmək mümkün olmamışdır. İddiaçının naturada göstərdiyi 0.60 ha torpaq sahəsi elektron bazada təqdim olunan AzCad məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqla rı təyinatlı, “fərdi yaşayış” uqodiyalı, 0.60 ha torpaq sahəsinin 0.53 ha hissəsinin mülkiyyət növü xüsusi (JN-79F), 0.07 ha hissəsi isə bələdiyyə mülkiyyəti olaraq göstərilmişdir. Elektron bazada təqdim olunan Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat İayihəsi”ndə 0.60 ha torpaq sahəsi yerləşən ərazi bələdiyyə mülkiyyəti (994BB) kimi göstərilmişdir. Əlavə olaraq bildiririk ki, JN-79F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə 0.25 ha göstərilmişdir. Lakin AzCad məlumatlarında JN-79F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən to rpaq sahəsinin faktiki istifadə vəziyyəti nəzərə alınaraq (ərazidə çoxillik əkmələr mövcuddur) 1.8277 ha göstərilmişdir. Hər iki halda 0.25 ha (JN-79F) torpaq sahəsini çıxmaq şərtilə sözügedən 0.60 ha torpaq sahəsi təyinatı yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə məxsusdur”.

35. Eyni zamanda işdə olan Qarabaqqal Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 07 nömrəli arayışında iddiaçıya 0.60 ha torpaq sahəsinin satılması ilə bağlı qəbul edilmiş qərarın tarixi xx.xx.2004-cü il qeyd edilsə də, Qarabaqqal bələdiyyəsi xx.xx.2023-cü il tarixli 48 nömrəli məktubunda Göyçay rayon Çayarxı bələdiyyəsi 2010-cu ildə Qarabaqqal bələdiyyəsinə birləşdirilən zaman bələdiyyə sədri olmuş M.Şıxməmmədov Çayarxı bələdiyyəsinin sənədlərini Qarabaqqal bələdiyyəsinə təhvil vermədiyini bildir mişdir. Belə olan halda Qarabaqqal bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 07 nömrəli arayışında qeyd edilən məlumatların özlərinin də doğru olmadığı aydın olur və həmin məlumatların hansı sənədlər əsasında qeyd edilməsi aydın deyil.

36. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni hesab edərək bildirir ki, iddiaçı isə hüquqmüəyyənedici sənəd qismində əsli iş materiallarına əlavə edilmiş Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarından çıxarışa istinad etmişdir. Həmin qərarın mötəbərliyini şübhə altına alacaq hər hansı sübut cavabdeh orqan tərəfindən təqdim edilmədiyindən bu qərar mötəbər sübut kimi qəbul edilməlidir.

37. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia olunan to rpaq sahəsinin satılması ilə bağlı bələdiyyənin iclas protokolunu bütövlükdə əldə etmək mümkün olmasa da, hər bir halda iddiaçıya müvafiq torpaq sahəsinin satılması ilə bağlı icraatın aparılması (ilkin yeruquruluşu sənədinin tərtib edilməsi, torpaq sahəsinin dəyərinin ödənilməsi) iş materiallarından aşkar görünür. Digər tərəfdən nəzərə alınmalıdır ki, Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli iclas protokolunun və ona əlavə edilmiş sənədlərin saxlanılmasını və tamlığını təmin etmək iddiaçının vəzifəsi olmadığından həmin sənədlərin olmamasının hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə bilməz.

38. Bundan əlavə torpaq sahəsi ilə bağlı verilmiş ziddiyyətli məlumatlara cavabdeh orqanın birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən nümayəndəsi (mütəxəss is) aydınlıq gətirərək bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair elektron islahat xəritəsinin məlumatları mötəbər hesab edilir və həmin məlumatlarda iddia olunan 0.60 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Torpaq sahəsinin ayrılmasına dair ləğv edilmiş DT və XK-nin Göyçay rayon şöbəsinin rəyinin təqdim edilməməsi

39. Cavabdehin bu dəlili ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, torpaq sahəsinin ayrılmasına dair ləğv edilmiş DT və XK-nin Göyçay rayon şöbəsinin rəyinin təqdim edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Bu yanaşma inzibati hüququn təbiətinə ziddir.

40. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, cavabdehin rəyin təqdim edilməməsi əsası ilə iddia tələbinin rədd edilməli olması barədə qənaəti Konstitusiya Məhkəməsinin mövqe yinə, həmçinin formalaşmış məhkəmə təcrübəsinə ziddir.

41. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsa lma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerqurul uşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım ed ir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilən ə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)”.

42. Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edən məhkəmə kollegiyası bildirir ki, hazırki iş üzrə torpaq şöbəsinin rəyindən başqa, torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri olan digər sənədlər-qərar, alqı-satqı aktı (alqı-satqının realizə edilməsi barədə ödəniş qəbzi), torpaq sahəsinin yerləşmə planı mövcuddur. Beləliklə, torpaq şöbəsinin rəyinin olmaması iddiaçıya münasibətdə hüquqların məhdudlaşdırılması kimi qəbul edilə bilməz.

43. Bu baxımdan iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

44. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

45. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 46.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-426/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar