Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-757/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddia müddəti, iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğvi ” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)190/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 16 avqust 1978-ci ildə Qubadlı rayonu, Qayalı kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçı cavabdehin 29 may 2021-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası daxili işləri orqanlarında xidmət keçmə haqqında Əsasnamənin” 135-ci maddəsinin 9-cu bəndinə (daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət etdiyinə görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur.
3. İddiaçı 15 iyun 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, qüsursuz xidmətini nəzərə alaraq daxili işləri orqanlarında xidmətə bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Naz irliyinin Daxili Təhqiqatlar İdarəsinin 9 iyul 2021-ci il tarixli məktubu ilə Qusar RPŞ-nin Samur PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən ciddi nöqsanlara yol verdiyinə görə, iddiaçının daxili işlər orqanlarında xidmətdən xaric edilməsinin əsaslı olduğu bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 27 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əmrdən şikayət verilməsi üçün buraxılmış prosessual müddə tin bərpa edilməsini xahiş etmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1619/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və iddianın mümkün sayılmaması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyü, həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyi üçün iddianı mümkün sayılmamalıdır.
8. Birinci instansiya məhkəməsinin qərardadından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-190/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1619/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi, iddia müddətinin buraxılmasının üzürlü hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq, iddiaçı müddətin ötürülməsinin üzürlü sayılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh tərəfindən kassasiya şikayətinə qa rşı etiraz təqdim olunmuşdur. Etirazda kassasiya şikayətinin təmin olunmaması, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-190/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə (İPM) Maddə Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. (-). Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma h issəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Q ərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tut ulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİÇİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir.
16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunmamış, iddianın mümkünlüyü ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəblərdən şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərardadı ləğv olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
18. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutla rla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
19. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəm ə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. İddianın mümkünlük şərtləri, o cümlədən müddətlə bağlı mümkünlük şərti inzibati məhkəmə icraatının istənilən mərhələsində işə baxan məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən yoxlanılmalıdır.
20. Apellyasiya instansiya məhkəməsi müddətin buraxılması səbəbi ilə iddianı mümkün saymamış və bu barədə qərardadında qeyd etmişdir ki, iddiaçının xidmətdən xaric edilməsi barəd ə əmrin mübahisələndirilməsi ilə bağlı inzibati orqana müraciəti həmin əmrin məhkəmədə mübahisələndirilməsi üçün müddətin axımını dayandırmır.
21. Apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 13-cü bəndində istinad olunmuş normanın məzmununa görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Başqa sözlə, məhkəmədə mübahisələndirmə haqqında iddia qaldırma müddətinin axımı, inzibati aktdan şikayət verilmədiyi hallarda həmin aktın, şikayət verildiyi hallarda isə həmin şikayət üzrə qəbul edilmiş qərarın şəxsə təqdim edildiyi və ya bu barədə ona rəsmi məlumatın verildiyi vaxtdan başlayır.
22. Hazırkı mübahisə üzrə iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçının tələbi onun xidmətdən xaric edilməsi barədə əmrin ləğvinə yönəlmişdir. İnzibati prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt), yəni hazırkı mübahisəyə münasibətdə həm əmr, həm də şikayət instansiyasının şikayət üzrə qərarı mübahisələndirmə haqqında iddianın predm eti ola bilər.
23. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mübahisələndirmə haqqında iddialar üzrə müddətlə bağlı mümkünlük şərtinə əməl olunmasının yoxlanılması zamanı, məhkəmə obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixini, eləcə də iddiaçının şikayət instansiyasına müraciəti üzrə qəbul olunmuş qərarın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixini, bunun üzərindən məhkəmədə iddia qaldırma müddətinin axımının başlandığı anı araşdırmağa və müəyyən etməyə borcludur. Məhkəmə yalnız bundan sonra iddia müddətinin buraxılması ilə bağlı məsələyə qiymət verməyə haqlı sayıla bilər.
24. Hazırkı mübahisəyə münasibətdə məhkəmə yuxarıda qeyd edilən qa ydaya əməl etmədən və iddiaçının inzibati orqana müraciətinə əmrdən verilmiş şikayət anlamında qiymət vermədən müddətin buraxılması barədə əsassız qənaətə gəlmişdir. Halbuki, iddiaçının əmrlə bağlı Daxili İşlər Nazirliyinə müraciəti, məzmun baxımından həmin əmrə yenidən baxılması və onun üçün yeni, əlverişli qərarın qəbulu ilə bağlı gözləntiləri və hüquqi marağı kontekstində qiymətləndirilməli idi.
25. İddiaçının iş üzrə materiallara əlavə olunmuş mübahisələndirilən əmrlə bağlı Daxili İşlər Nazirliyinə 15 iyun 2021-ci il tarixli müraciəti və həmin müraciətlə bağlı cavabdehin iddiaçıya ünvanlandığı 9 iyul 2021-ci il tarixli məktubda iddiaçının Qusar RPŞnin Samur PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən ciddi nöqsanlara yol verdiyinə görə daxili işlər orqan larında xidmətdən əsaslı xaric olunması barədə bildirdikləri, xüsusilə də iddiaçının müraciətində və cavabdehin məktubunda əks olunmuş iradə ifadəsi bu qərarın 20-ci bəndində qeyd olunanlar baxımından nəzərə alınmalı və qiymətləndirilməli idi. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçı onun barəsində qəbul edilmiş əmrdən məhz narazı qaldığı üçün və hüquqlarını müdafiə etmək məqsədilə “İnzibati icraat haqqında” Qanunun 71-ci maddəsi anlamında müraciət hüququndan istifadə etmişdir.
26. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62-ci və 59.1.5-ci maddələrinə uyğun olaraq mübahisələndirilən əmrin iddiaçıya təqdim edilməsi, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti, eləcə də bununla bağlı şəxs in şikayət verə biləcəyi orqan haqqında iddiaçıya məlumat verilməsi barədə iş materiallarında yetərli sübut yoxdur.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıda istinad olunan prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən, həmin qərardad ləğv olunmalı və iş qeyd edilən normaların tələbləri təmin olunmaqla yenidən baxılması üçün təkrar apellyasiya baxışına göndərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2-1(105)-190/2022 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.