Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-757/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “X3 təyin edilmiş yaşa görə əmək pensiy asının dövlət qulluqçusu kimi yenidən hesablanması və vəfat etdiyi xx.xx.2021-ci il tarixədək pensiya fərqinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-3025/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X5 ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanmasını və təyin olunduğu tarixdən yaranmış fərqin ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 15 yanvar 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. X5 11 fevral 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək dövlət qulluğuna görə pensiya təyin olunması və təyin olunmuş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı X2 arvadı İddiaçı 1 noyabr 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək X2 xx.xx.2021-ci il tarixdə vəfat etdiyini bildirmiş, İddiaçının prosessual hüquqi varisi tanınmasını xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 iddiaçı qismində iştirakına xitam verilərək iddiaçı qismində İddiaçı iştirakı nəzərə alınmışdır.
6. İddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək X1 təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması və öldüyü xx.xx.2021-ci il tarixədək pensiya fərqinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərardadı ilə “X3 təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması və vəfat etdiyi 13 oktyabr 2021-ci il tarixədək pensiya fərqinin ödənilməsi” olaraq dəyişdirilmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, X5 1972-ci ilin sentyabr ayından başlayaraq müxtəlif təşkilat və dövlət orqanlarında işləməklə sonuncu dəfə 12 yanvar 1999-cu il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1999cu il tarixli 02 saylı əmrinə əsasən Saatlı rayon Kənd Təsərrüfatı İdarəsi ləğv edildiyindən iddiaçı da tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra 07 mart 2019-cu il tarixdən AR ƏƏSMN yanında DSMF-nin Xəzər rayon Şöbəsi tərəfindən iddiaçının müraciətinə əsasən əmək pensiyası təyin olunmuşdur. Sonradan həmin Şöbəyə müraciət edərək iddiaçıya 16 ildən artıq müddət ərzində dövlət qulluğu xidmətinə görə pensiya təyin edilməsini tələb etmişdir. Müraciəti əsasında iddiaçıya 2019-cu ilin sentyabrında pensiyaya çıxdığı gündən etibarən dövlət qulluğu pensiyası təyin olunsa da, bu günədək iddiaçıya həmin pensiya ödənilmir. İddiaçı X5 qeyd etmişdir ki, tələbi üzrə bütün qanuni, rəsmi sənədləri vardır. Dəfələrlə bu barədə nazirliyin müxtəlif idarələrinə müraciətlər etsə də, müxtəlif bəhanələrlə həmin pensiya iddiaçıya ödənilmir. Bu səbəbdən məcbur olaraq məhkəməyə müraciət etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 təyin edilmiş yaş a görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması və vəfat etdiyi xx.xx.2021-ci il tarixədək pensiya fərqinin ödənilməsinə dair müraciətinə münasibət bildirilməsi üçün bir ay müddət təyin edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə bağlı dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq, mərhum həyat yoldaşı X8 dövlət qulluğu stajı 15 i ldən az (11 il 9 ay 22 gün (xx.xx.1986-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir. Bununla əlaqədar vaxtilə mərhuma ödənilmiş əmək pensiyasının sabiq dövlət qulluqçusu kimi qanunvericiliyə əsasən mümkün hesab edilməmişdir
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-651/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, X1 təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması və öldüyü xx.xx.2021-ci il tarixədək pensiya fərqinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən dövr iddiaçının Saatlı rayon X6 və X6 xx.xx.1986-xx.xx.1998 -ci illər işlədiyi dövrlər mərhumun qulluq etməsi Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı və əmrlərlə təsdiqlənir. X9 tərəfindən təqdim edilən rəyə əsasən müəyyən olunur ki, mərhum X2 Saatlı Rayon X6 və Azərbaycan SSR X12 Komitəsinin Əsaslı tikinti şöbəsinin rəisi - X7 sədr müavini vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmalıdır. X9 tərəfindən təqdim edilən rəy onunla əsaslandırılmışdır ki, rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olan böyük mütəxəssis vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrinin aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Beləliklə, iddiaçının dö vlət qulluğu vəzifəsində qulluq stajının ən azı 15 il olduğu müəyyən edilir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-3025/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəli lləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Dövlət qulluğu haqqında” Qanun Maddə
23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzif əsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.... 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 21. “Əmək pensiyaları haqqında” Qanun Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasını n məbləği arasındakı fərq qədər əlavə ödənilir....
22. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi” Qaydaları
9. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
23. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi ü çün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”: 1.17. Rayon (şəhər) X4 icraiyyə komitəsinin aparatında:...bütün ixtisaslardan mühəndislər,... Uyğunlaşdırıldığı vəzifə: 1.17. Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: məsləhətçi
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barə də qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
28. Cavabdeh hesab edir ki, X8 dövlət qulluğu stajı 15 ildən az - 11 il 9 ay 22 gün (xx.xx.1986-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir. Başqa sözlə, cavabdeh xx.xx.1986-xx.xx.1998-ci il tarixləri arasındakı müddəti mübahisələndirmir.
29. Bununla yanaşı, iş materiallarına əlavə olunmuş Saatlı rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2019-cu il tarixli 34 nömrəli arayışı ilə müəyyən olunur ki, X5 xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Saatlı rayon İcraiyyə Komitəsinin Memarlıq və Tikinti şöbəsində “mühəndis” vəzifəsində işləmiş və eyni zamanda təsərrüfat hesablı qrupu n rəhbəri olmuşdur.
30. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
31. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilmə si üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.7-ci bəndinə əsasən, Rayon (şəhər) X4 icraiyyə komitəsinin aparatında “bütün ixtisaslardan mühəndislər” vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında “məsləhətçi” vəzifəsinə uyğunlaşdırılmışdır.
32. Həmin normanın tələbinə uyğun olaraq X2 xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Saatlı rayon İcraiyyə Komitəsinin Memarlıq və Tikinti şöb əsində “mühəndis” vəzifəsində işlədiyi 3 il 4 ay 10 gün dövlət qulluğu stajına hesablandıqda, onun dövlət qulluğunda stajı 15 il 2 ay 2 gün təşkil edir.
33. Beləliklə, X2 dövlət qulluğunda stajı 15 ildən artıq olduğundan, ona təyin edilmiş əmək pensiyası dövlət qulluğundakı iş stajları nəzərə alınmaqla yenidən hesablanmalıdır.
34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-3025/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.