Məhkəmə qərarları › İş №2-1(102)-758/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-758/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-758/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri DövlətKomitəsi yanında Daşınmaz Əmlakın DövlətReyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə Açar söz: bağ sahəsinə plan-sxemin verilməsindən imtina GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair plan sxemin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1 03)-2773/2019 saylı 05.12.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən ***** saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən, Ünvan yerləşən, sahəsi 0,25 ha olan 18b saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmiş, 22.05.2012-ci il tarixində sözügedən bağ sahəsinin öz adına rəsmiləşdirilməsi üçün plan-sxemin alınması məqsədilə ləğv olunmuş Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin arxiv sənədlərinin saxlandığı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan 26.05.2012-ci il tarixli, ******* saylı məktubu ilə sözügedən bağ sahəsinin arxiv qovluğu İdarədə aşkar edilmədiyindən ərizənin icrasının mümkün olmadığını, həmçinin yeni icarə müqaviləsinin bağlanmasının İdarənin səlahiyyətləri xaricində olduğunu bildirmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ***** saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən, iddiaçının Ünvan yerləşən sahəsi 0,25 ha olan 18 b saylı bağ sahəsinin icarəçisi hesab edilməsi və müvafiq bağ sahəsinə dair plan-sxemin verilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bi ldirmişdir ki, iddiaçı tərəfindən müvafiq orderin arxiv arayışı təqdim olunmadan bu bağ sahəsinə dair plan-sxemin verilməsi tələbi qanunauyğun deyil. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli, 2in(82)1549/2012 nömrəli qərarına əsasən, iddia təmin edilmişdir. Həmin məhkəmə qərarı cavabdeh İdarə tərəfindən icra edilərək, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən ***** saylı, icarə müqaviləsinə əsasən verilmiş Ünvan yerləşən sahəsi 0,25 ha olan 18 b saylı bağ sahəsinə mövcud vəziyyətdə uyğun plan-sxem, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən Çıxarış və “Torpaq sahəsnin planı və ölçüsü” sənədi tərtib edilib verilmişdir. Bundan sonra Suraxanı rayon İcra Hakimiyyə ti ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 11 iyul 2012-ci il tarixli qərarının ləğv edilməsi, inzibati iş üzrə icraatın ərizəçi İcra Hakimiyyətinin 3-cü şəxs qismində cəlb edilməklə təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2016-cı il tarixli, 2in(82)1549/2012 nömrəli qərardadı ilə ərizəçi Suraxanı rayon İcra Hakimiyyətinin mübahisə ilə bağlı yeni açılmış hallara dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Suraxanı rayon İcra Hakimiyyəti həmin qərardaddan apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2016-cı il tarixli, 2in(82)-1549/2012 nömrəli qərardadının ləğv olunaraq Suraxanı RİH üçüncü şəxs qismində cəlb edilməklə iş üzr ə icraatın təzələnməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 avqust 2016-cı il tarixli, 2-1(103)1899/2016 nömrəli qərardadı ilə ərizəçi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2016-cı il tarixli yeni açılmış hallarla bağlı ərizəçi Suraxanı İcra Hakimiyyəti tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan başqa ərizəçi Bakı şəhər İcra Hakimiyyəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasına apellyasiya şikayəti verərək, inzibati iş üzrə icraa tın Bakı şəhər İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə təzələnməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizəçi Bakı şəhər İcra Hakimiyyəti ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin, ərizəçi Suraxanı rayon İcra Hakimiyyəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasına apellyasiya şikayəti verərə k, həmin qərarın ləğv edilməsi, inzibati iş üzrə icraatın Suraxanı İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə təzələnməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 avqust 2016-cı il tarixli, 2-1(103)1899/2016 nömrəli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyətinin zəruri cəlbetmə qismində 3-cü şəxs kimi işə cəlb edilməsi və onun tərəfindən apellyasiya şikayəti vermə müddətinin buraxılmamış hesab edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin mümkün hesab edilməsi və apellyasiya şikayətinn icraata qəbul edilməsi, Suraxanı rayon İcra Hakimiyyətinin 3-cü şəxs qismində inzibati icraata cəlb edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 may 2017-cı il ta rixli, 2-1(103)41/2017 nömrəli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli qərarının ləğv edilməsi, işin 3-cü şəxslərin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bundan sonra işə təkrarən baxan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.10.2017-ci il tarixli, 2-1(82)-3832/2017 nömrəli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2018-cı il tarixli, 2-1(103)24/2018 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2-1(82)-3832/2017 nömrəli qərardadının dəyişd irilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh, iddiaçını bağ sahəsinin icarəçisi kimi tanımaq və plan-sxem adlı sənəd tərtib etmək səlahiyyətinə malik deyil, onun belə bir vəzifəsi ümumiyyətlə müəyyən edilmir, mübahisə predmeti ilə bağlı cavabdeh qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, onun hazırki tələbə dair iddiası mümkün sayıla bilməz. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 aprel 2018-ci il tarixli, 2-1(102)-638/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2018-cı il tarixli qərardadının Ünvan yerləşən sahəs 0,25 ha olan 18b nömrəli bağ sahəsinə dair plan-sxemin verilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qərardadın digər hissədə dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin qismən təmin olunması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, mübahisəli bağ sahəsinin icarəçisi hesab edilməsi hissəsində məhkəmələr iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmiş, lakin maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişlər. Belə ki, torpaq sahəsinə plan-ölçü sənədinin tərtib edilməsi cavabdehin bilavasitə xidməti vəzifəsinə aid olduğundan mümkünsüzlük barədə qərardad həmin hissədə ləğv edilməlidir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 29 iyun 2018-cı il tarixli, 2-1(103)1519/2018 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərardadının ləğv olunması, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 2-1(82)3835/2018 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2-1(103)-441/2019 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 21(82)-3835/2018 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinin 6 və 7-ci maddələrinə əsasən, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. İş materiallarına isə iddiaçıya torpaq ayrılması barədə müqavilə əlavə olunsa da, müqavilənin ayrılmaz hissəsi olan torpaq sahəsinin təsdiq edilmiş planının mövcudluğu işin məhkəmə araşdırması ilə müəyyən edilmir. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.08.2019-cu il tarixli, 2-1(102)-1824/2019 nömrəli qərarına əsasən, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2-1(103)-441/2019 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi qərarında mübahisəli bağ sahəsi ilə əlaqədar Birliklə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin arxiv əsaslarının olmamasını həmin müqavilənin mötəbərliliyinə şübhə yaradan məqam kimi qəbul etmiş, lakin bu hal (müqavilənin əsaslarının olmaması halı) məhkəmə tərəfinən axıra qədər araşdırılmamışdır, arxiv sənədlərinin saxlanılmasına məsul olan şəxslər dəvət edilərək dindirilməmişdir. Məhkəmədə yaranmış şübhələr iddiaçının əleyhinə istifadə edilməməlidir, çünki iddiaçı tərəf həmin arxiv sənədlərinin saxlanılmasına görə məsuliyyət da şımır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(103)-2773/2019 nömrəli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3835/2018 nömrəli iş üzrə qəbul etdiyi 14.09.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının icarə müqaviləsi kimi məhkəməyə təqdim etdiyi sənədin arxiv əsası yoxdur, mötəbər sübut kimi hesab oluna bilməz. Odur ki, iddia edilən torpaq sahəsinin iddiaçıya 1990-cı ildə Bakı Şəhər Bağlar Təsərrüfatının İstismarı və İnkişafı Birliyi tərəfindən naturada təhvil verilməsi, Hövsan qəsəbəsinin hüdudları daxilində yerləşməsi, iddia qaldırılarkən onun qanuni sahibliyində olması barədə işdə hər hansı sübut mövcud deyil. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə sözügedən icarə müqaviləsini mötəbər sübut saymadıqda apellyasiya instansiya məhkəməsi heç bir normaya istinad etməmiş, iş üzrə Ali Məhkəmənin göstərişlərini pozmuş, müqavilənin əsaslarının olmaması məhkəmənin qərarında əsaslandırılmamış və iddia tələbinin rədd olunmasının yeganə əsası iddiaçının icarəsinə torpaq sahəsi verilərkən icarə müqaviləsinin lazımi qaydada rəsmiləşdirilməməsi olmuşdur. Kassator, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 324.5-ci, İnzibati Prosessual Məcəlləsinin 92.0.6, 96.5, 96.8 və 96.11-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(103)2773/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın plan-ölçü sənədinin verilməsi hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, ş ikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(103)-2773/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, nə Bakı Şəhər Bağlar Təsərrüfatının İstismarı və İnkişafı Birliyində, nə də Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində iddiaçıya torpaq sahəsi ayrılması barədə heç bir sənəd aşkarlanmamışdır. Bu səbəbdən, apellyasiya instansiya məhkəməsi həmin müqavilənin arxiv əsasının olmadığını bildirmiş, iddiaçı isə kassasiya şikayətinin dəlillərində məhkəmənin bu məsələ ilə bağlı mövqeyini doğru hesab etməyərək həmin məhkəmənin maddi və prosessual qanunvericiliyi pozduğunu bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmış, müvafiq sorğular verilmiş və nəticədə müəyyən edilmişdir ki, plan-sxemin verilməsi tələb edilən torpaq sahəsinin bağ sahəsi kimi iddiaçının 1990-cı ildən faktiki sahibliyində olması və 4 tərəfdən hasara alınması barədə iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyil, iddiaçının “icarə müqaviləsi” kimi məhkəməyə təqdim etdiyi sənədin əsli mövcud deyil, iddiaçının təqdim etdiyi notariat qaydasında təsdiqlənən sənəd isə həmin icarə müqaviləsinin əslinin yox, fotosurətinin təsdiqidir. Beləliklə, kassasiya şikayətinin dəlillə rində iddiaçı məhkəmənin qərarını əsaslandırmadığını bildirsə də, göründüyü kimi, iddia edilən torpaq sahəsinin iddiaçıya 1990-cı ildə Bakı Şəhər Bağlar Təsərrüfatının İstismarı və İnkişafı Birliyi tərəfindən naturada təhvil verilməsi, Hövsan qəsəbəsinin hüdudları daxilində yerləşməsi, iddia qaldırılarkən onun qanuni sahibliyində olması barədə işdə hər hansı sübut mövcud deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən ic arə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır. Göründüyü kimi, hazırki iş üzrə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsası kimi iddiaçının bağ sahəsinə dair verilən icarə müqaviləsinin mövcudluğu apellyasiya instansiya məhkəməsində təsdiq olunmamışdır. İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqa n iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iş üzrə inzibati aktın (torpaq sahəsinin plan-sxemi) qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğu (icarə müqaviləsinin arxiv əsasının olmaması) öz təsdiqini tapmış, iddiaçı isə bunun əksini iddia etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. İnzibati-Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirm ək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnz ibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(103)-2773/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar