Məhkəmə qərarları › İş №2-1(102)-758/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-758/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-758/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, şəxsin ərizəsi əsasında dövlət qulluğuna xitam. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1ci maddəsinə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad ol unmağı barədə cavabdehin 27 iyul 2020-ci il tarixli, **********6 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-565/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1993-cü ildən ƏƏSMN-nin Xaçmaz rayon şöbəsində mühasib vəzifəsinə təyin edilmiş və 27 iyul 2020-ci il tarixinədək həmin vəzifədə işləmişdir.

2. İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmuş, nazirlikdə yenidən struktur dəyişikliyi ilə əlaqədar işə qəbul barədə ərizə təqdim edərək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini və yeni yaranmış “Dövlət Sosial Müdafi Fondu”nda müvafiq işlə təmin olunmasını tələb etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının tələblərinin təmin olunmasından imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun işdən azad olunmasına dair 27 iyul 2020-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyinin ca vabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ƏƏSMN-nin Xaçmaz rayon şöbəsində mühasib vəzifəsində işləmiş və cavabdehin 27 iyul 2020-ci il tarixli əmrilə işdən azad edilmişdir. Həmin əmr ona təzyiq altında, öz arzusu ilə işdən azad olunma barədə yazdığı ərizə əsasında verildiyindən əmri qanunsuz hesab edir, ona görə də hesab edir ki, həmin əmr ləğv edilməli və işə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

5. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı 03 iyul 2020-ci il tarixdə ərizə ilə müraciət edərək həmin tarixindən öz arzusu ilə tutduğu vəzifədən azad edilmə sini xahiş etmiş və onun dövlət qulluğuna 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmrlə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: dövlət qulluqçusunun öz arzusu ilə; dövlət orqanı ləğv edildikdə; dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, onlar həmin vəzifələrdən imtina etmədikdə; qanunvericilikdə daha uzun müddət müəyyə n edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfin dən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 3-cü hissəsinə əsasən, heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Yuxarıda yazılanlardan göründüyü kimi, iddiaçı 03 iyul 2020-ci il tarixdə öz ərizəsi ilə işəgötürənə müraciət edərək onu 27 iyul 2020- ci il tarixdə 1 ay xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad etməyi xahiş etmişdir. Bu halda işəgötürən “Dövləq qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsində qeyd edilən hüququndan istifadə etməmiş və ərizədə qeyd edilən gün iddiaçının əmək müqaviləsinə xitam vermişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-998/2021 nömrəli (sədrlik edən hakim C.Məmmədov ) qərarı ilə iddia təmin edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin birinci hissəsinə münasibətdə İddiaçı 03 iyul 2020-ci il tarixində nazirliyə müraciət edərək öz xahişi ilə işdən azad olunmağını istəmişdir. İddiaçının xahişi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli ******** **6 nömrəli əmrilə onun dövlət qulluğuna xitam verilmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. İddiaçının öz arzusu ilə tutuduğu vəzifədən azad olunması barədə iradəsinə uyğun olmayan ərizəsi mübahisələndirilmədiyi tədqirdə, həmin ərizənin əsasında işdən azad olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmrinin ləğv edilməsi mümkün deyil. Çünki mübahisə predmeti olan 27 iyul 2020-ci il tarixli əmr İddiaçı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsi əsasında qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin birin ci hissəsi təmin edilə bilməz. İddia tələbinin ikinci hissəsinə gəlincə isə məhkəmə qeyd edir ki, ikinci tələb birinci tələbdən asılı olduğuna və birinci tələbin təmin edilməsi mümkün olmadığına görə iddia tələbinin ikinci hissəsinin də təmin edilməsi mümkün deyil.

8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-565/2021 nömrəli (hakimlər: R.Ağayev - sədrlik edən və məruzəçi, H.Babayeva və İ.Dəmirov ) qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-998/2021 saylı qərarı dəyişdirilmədən s axlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin qəbul etdiyi inzibati aktı mübahisələndirir, halbuki inzibati akt iddiaçının özünün yazdığı ərizə əsasında qəbul edilmiş, lakin iddiaçı yazmış olduğu ərizəsindən imtina edilməsi barədə mübahisə açmamışdır. Bu baxımdan cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir.

11. İddiaçı tərəf kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, a) kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şika yətinin dəlilləri, iddia ərizəsinin məzmunu ilə eynidir. Bundan başqa, kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işdən qanunsuz çıxarılmağı barədə **********, № -li,xx.xx.2020-ci il tarixdə verilmiş əmrin ləğv edilməsi və işə bərpa olunmama dair iddianı “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 33.3-cü maddəsini əsas götürərək təmin etməmişdir. Belə ki,"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 2.5-ci madəsində göstərilir: "Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir" İddiaçı DSMF-nun Xaçmaz rayon şöbəsində adi məsləhətçi işlədiyi üçün onun əmək münasibətləri də Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tənzimlənməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı daxil olmuş yazılı etirazda kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)565/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qeyd edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

33. Dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarını n pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasi ya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya mümkündür.Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məh kəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.

20. Məhkəmə tərkibi qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

21. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkə məsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına görə, İddiaçı özü xx.xx.2020-ci ildə ərizə yazaraq bir ay xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və xx.xx.2020-ci il tarixli əmrlə onun xx.xx.2020-ci il tarixdən öz xahişi ilə işdən azad olunması barədə əmr imzalanmışdır. Həmin əmr imzalanan vaxtadək iddiaçının yazmış olduğu ərizəsindən imtina barədə heç bir müraciəti olmamış və işəgötürənin xx.xx.2020-ci il tarixli əmri ilə hazırki qərarın 14-cü bəndində istinad edilən qanun normasına istinad edilməklə işdən azad ediləndən sonra, yenidən iddiaçının xx.xx.2020 -ci il tarixli ərizəsinə əsasən o, 14 avqust 2020-ci il tarixdən Fondun regional ərazi filialında ştatdankənar işçi vəzifəsinə qəbul edilmiş və 20 noyabr 2020-ci il tarixli əmrlə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Nəhayət, əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra onunla əmək müqaviləsinin müddətinin uzadılmaması səbəbindən hazırki iddianı qaldırmışdır ki, bu da qanunvericiliyin tələbləri baxımından mümkün deyil, eyni zamanda cavabdeh tərəfin təqdim etdiyi sənədlərdən də göründüyü kimi, hətta iddiaçının işləmiş olduğu şöbədə mühasib ixtisası üzrə ştatlar belə, artıq mövcud deyildir. Yəni, iddiaçının işdən azad edilməsi barədə cavabdehin xx.xx.2020- ci il tarixli əmrinə əlavə edilmiş siyahıdan görünür ki, iddiaçının işləmiş olduğu Xaçmaz rayon şəbəsində 20-dən art ıq işçi ştatı olmaqla, o, məsləhətçi vəzifəsində işləmişdir. Lakin cavabdehin apelyasiya instansiyası məhkəməsinə təqdim etdiyi Xaçmaz rayon xidmət nümayəndəliyinin ştat cədvəlindən görünür ki, nümayəndəlikdə mövcud olan vəzifələr Rəhbərlikdə: 1 - direktor, 1 - direktor müavini; Sənədlərlə iş üzrə vətəndaş qəbulu sektorunda: 1 - sektor müdiri, 1 - baş mütəxəssis, 1 - mütəxəssis; İnvertarlaşdırma, arxiv və təsərrüfat sektorunda: 1 - sektor müdiri, 1 baş mütəxəssis, 1 - böyük mütəxəssis olmaqla, cəmi 8 ştat nəzərdə tutulmuşdur (i.v. 34-35; 102).

23. Göründüyü kimi, iddiaçı cavabdehin qəbul etdiyi inzibati aktı mübahisələndirir, halbuki inzibati akt iddiaçının özünün iradəsinə uyğun olaraq könüllü yazdığı ərizə əsasında qəbul edilmiş, bunun əksi məhkəmə araşdırılmaları zamanı sübuta yetiril məmişdir. Həmçinin, iddiaçı yazmış olduğu ərizəsindən imtina edilməsi barədə mübahisə açmamışdır. Bu baxımdan, cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir.

24. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-565/2021 saylı iş üzrə 02 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar