Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-759/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.02.2018-ci il tarixli 2-1(81)-680/2018 saylı qərarına izahın verilməsi” barədə ərizəsinə dair iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, Borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövl ət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin (bundan sonra borclu) “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.02.2018-ci il tarixli 2-1(81)680/2018 saylı qərarına izahın verilməsi” barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 8-1(103)-16/18 saylı, 6 noyabr 2018-ci il tarixli qərardadından borclunun verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 9 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1024/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəq ədi rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-680/2018 saylı, 9 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Borclu 4 sentyabr 2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2018-ci il tarixli 21(81)-680/2018 saylı qərarına izahın verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2018-ci il tarixli 2-1(81)680/2018 nömrəli qərarı ilə iddiaçının 4 sentyabr 1972-ci il tarixdən 4 sentyabr 1974-cü ilədək Suriya Ərəb Respublikasının Neft Şirkətində tərcüməçi işlədiyi, 29 noyabr 1977-ci ildən 12 iyul 1981-ci ilə qədər SSRİ Müdafiə Nazirliyinin xətti ilə Liviya Ərəb Respublikasında hərbi qulluqda olduğu, 18.03.1986-cı il tarixdən 29.05.1988ci ilədək Suriya Ərəb Respublikasında tərcüməçi işlədiyi dövrdə əmək haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və 2010-cu il tarixdən bu günədək olan müddət ərzində əmək pensiyasında yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)680/2018 nömrəli 20 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın icrası zamanı bəzi anlaşılmazlıqlar yaranmışdır. Belə ki, iddiaçının pensiyasının yenidən əmək haqqı əsasında hesablanması barədə qərar qəbul edilsə də, orta aylıq əmək haqqı arayışı şöbəyə təqdim e dilməmiş, hansı dövrün orta aylığına əsasən pensiyanın hesablanması bilinmir. Pensiya hesablama qaydalarına əsasən son 24 ay və ya istənilən 60 ay haqqında şöbəyə vətəndaş tərəfindən arayışlar təqdim edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 8-1(81)-75/19 saylı iş) 19 sentyabr 2018-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsi ərizəni rədd etməsini onunla əsaslandırmışdır ki, borclunun hazırkı ərizəsində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)680/2018 saylı, 9 fevral 2018-ci il tarixli qərarına hər hansı izahın verilməsi deyil, pensiya hesablama qaydalarına əsasən son 24 ay və ya istənilən 60 ay haqqında şöbəyə iddiaçı tərəfindən arayışlar təqdim edilməsini xahiş etdiyindən ərizə rədd edilməlidir. 1 saylı Bakı İnzibat i-iqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qərardadı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçı, X3 və X4, 8-1(103)-16/18 saylı iş) 6 noyabr 2018-ci il tarixli qərardadla, borclunun apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlanılmışdır. Borclu 26 dekabr 2018-ci il tarixdə qərardadın surətini almış, 4 yanvar 2019-cu il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 6 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Pensiya hesablama qaydalarına əsasən son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay ərzində şöbəyə vətəndaş tərəfindən arayışlar təqdim edilməlidir, lakin həmin arayışların iddiaçı tərəfindən təqdim edilməsi mümkün olmamışdır. Həmçinin qərarda qeyd edilən illər pensiya təyin edilərkən sığorta stajı kimi qəbul edilərək bu günədək ödənilir. əsaslandırma hissəsi: Tələbkar və borclu məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Borclunun kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində ((İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Borclu birinci instansiya məhkəməsinin qərarına izah verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin qərarı işdə mövcud deyildir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 10 aprel 2018-ci il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Lakin apellyasiya instansiyası məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin qərarının n əticə hissəsi konkret göstərilməmişdir. İPM-in 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir (230.3-cü maddə). “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayı lan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 fevral tarixli 2-1(81)-680/2018 saylı qərarına izah verilməsini xahiş etmişdir. Cavabdeh ərizəsində qeyd edir ki, məhkəmə qərarında pensiyanın orta aylıq əmək haqqına uyğun hesablanması barədə onların üzərinə öhdəlik qoymuşdur, iddiaçı orta aylıq əmək haqqı barədə arayış təqdim etmədiyindən onlar məhkəmə qərarını icra edə bilmirlər, bu səbəbdən qərara izah verilməsi zərurəti yaranmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, lazımi sübutlar əsas işin materialında olduğundan məhkəmə qərarına izah verilməsi ilə bağlı ərizəyə iddia ərizəsi üzrə başlanmış inzibati məhkəmə icraatının davamı k imi obyektiv baxıla bilər, lakin ərizə üzrə ayrıca icraat açılmaqla baxılmışdır. Bundan başqa, ərizədə qeyd edilən izah olunası məhkəmə qərarı hazırkı işdə mövcud olmadığından da ərizəyə ətraflı hüquqi qiymət verilməsi istisna edilir. Borclu iddiaçının lazım olan dövrlə bağlı orta aylıq əmək haqqı barədə arayış təqdim etmədiyini bildirir, iddiaçı isə belə arayışın cavabdehə verildiyini israr edir. Məhkəmə tərəfindən iddiaçının pensiya işinə baxılmaqla orta aylıq əmək haqqının pensiya işində olub-olmamasına aydınlıq gətirilə bilər. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, təkrar işə baxılan zaman hüquqi qiymətləndirmə zamanı həm də əlavə sənədlərin və ya məlumatların tələb olunması ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəalarının tələbləri gözlənilməlidir. İPM-in 12.1-ci maddəs inə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 8-1(103)-16/18 saylı, 6 noyabr 2018-ci il tarixli qərardadıləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-759/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-759/2019
09.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver