Məhkəmə qərarları › İş №2-1(102)-759/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-759/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-759/2020 25.02.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Azər Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, İddiaçı və vəkili Şahin Dadaşovun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2882/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2014 və xx. xx.2015-ci il tarixli qeyri normativ xarakterli akt məzmunu daşıyan qərar (əmr-sərəmcam-rəyi) verildiyi tarixdən ləğv edilməsi üçün Bakı Şəhər icra Hakimiyyətinin üzərinə cavabdeh-Sabunçu rayonu İcra Hakimiyyətinə qarşı xüsusi icraat qaydasında mülki icraat üzrə məhkəmədə iddia qaldırılmasına məcburetmə barədə qərar çıxarılması və bununla Sabunçu rayonu İcra Hakimiyyətinin 21.04.2014 və xx.xx.2015-cı il tarixli qeyri normativ xarakterli akt məzmunu daşıyan qərarı-aktının (əmr-qərar- sərəmcam-rəy-aktı) məhkəmə yolu ilə verildiyi tarixdən ləğv edilməsi, iddia ərizəsində birləşdirdiyi cinayət tərkibli mülki qanun pozuntuları üzrə qanunsuz olaraq yolu və torpağı zəbt edən qanuni sahib olmayan X3 qarşı yolun açılması və qanunsuz tikililərin sökülməsi barədə qərarın qəbul edilməsi üçün Bakı Şəh ər İcra Hakimiyyətinin üzərinə mülki icraat qaydasında iddia qaldırılmasına məcburetmə barədə qərar çıxarılması, X2 qanunsuz itifadəsində olan torpağa, yolun qalan ərazisini qanunsuz özgəninkiləşdirən digər şəxslərin istifadəsində olan torpaqlara həbs qoyulması üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmədə iddia qaldırmasına məcburetmə barədə qətnamə çıxarılması, bir-biri ilə bağlı hallar üzrə və qanunsuz qərar və hərəkətləri ilə dövlət mülkiyyətinin özgəninkiləşdirilməsində iştirak edən bir-biri ilə bağlı olan: a) Sabunçu rayonu Polis İdarəsinin, b) Sabunçu rayonu Prokurorluğunun; c) Sabunçu rayonu İcra Hakimiyyətinin; d) Nardaran qəsəbəsi Bələdiyyəsinin məsul şəxsləri; e) dövlətə məxsus torpaqları zəbt edərək ayrı-ayrı şəxslərə satan X1 barəsində cinayət xarakterli hərəkətlərini araşdıramaq üçün Bakı Şəhər İcra Hakimiyyətini hüquq mühafizə orqanları qarşısında iddia qaldırmağa məcburetmə barədə qərar çıxarılması, məcburetmə haqqında iddia vasitəsi kimi Bakı şəhər İcra Hakimiyyətinin öhdəliklərinin icrası haqqında müddət müəyyən edən qərar qəbul edilməsi, iddiaçının təqdim etdiyi konkret faktları hüquqi əhəmiyyəti olan faktlar kimi qəbul edilərək, cavabdehə əsas faktlar kimi təqdim edilməsi barədəiddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3626/2019 nömrəli (sədrlik edən hakim Ş.Süleymanova) qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, işin baxılması üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2882/2019 nömrəli (hakimlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, V.Ağayev və C.Yusifov) qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı kasasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Ş.Dadaşov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı də vəkili Ş.Dadaşovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini Ali Məhkəm ənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Əsaslandırma hissəsi: Cavabdeh məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, kasasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 201 9-cu il tarixli Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanın 3.1-ci bəndinə əsasən və “Məhkəmə və Hakimlər haqqında” Qanununda dəyişiklər edilməsi barədə xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 1 saylı və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmələri xx xxxxxx 2020-ci il tarixdən Bakı İnzibati Məhkəməsi kimi fəaliyyətə başlamışdır. Yəni, hazırda 1 və 2 saylı İnzibati-İqtisadi Məhkəmələri artıq mövcud deyil. Bu səbəbdən də aidiyyət mübahisə predmeti deyil. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya icraatına xitam verilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qərara aldı: Kasasiya icraatına xitam verilsin. İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar