Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-759/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Davud oğlunun cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Davud oğlunun (bundan sonra iddiaçı) cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə – bundan sonra üçüncü şəxs) qarşı “iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-70/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2-ci qrup əlildir.
2. İddiaçı 25 sentyabr 2007-ci ildən 16 mart 2008-ci il tarixə qədər N saylı hərbi hissədə kəşfiyyat bölmə zabiti, bölmə rəisinin müavini vəzifəsində xidmət etmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışına əsasən iddiaçının travmanın hərbi xidmət vəzifələrinin yerinə yetirildiyi zaman alındığı müəyyən olunmuşdur.
4. İddiaçı 31 may 2008-ci il tarixdən yaşayış yeri üzrə mövcud olan mənzil növbəliliyində hərbi xidmət əlili kimi uçota alınmış, lakin bugünədək mənzillə təmin olunmamışdır.
5. İddiaçının ünvanladığı müraciətlə əlaqədar cavabdeh orqan tərəfindən təqdim olunmuş 16 sentyabr 2020-ci il tarixli S-128-068 saylı cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı 2-ci qrup hərbi xidmət əlili imtiyazı əsasında 31 may 2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar imtiyazları əsasında yaşayış sahəsi ilə növbəlilik qaydasında təmin olunurlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci i nstansiya məhkəməsindəki icraat
6. İddiаçı cаvаbdеhə qаrşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiа оnunlа əsаslаndırılmışdır ki, iddiaçı uzun illər müxtəlif ərazilərdə, hərbi hissələrdə hərbi xidmətdə olmuş, 16 mart 2008-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş, buna görə də hərbi xidmətdən tərxis olunmuşdur. 31 may 2008-ci ildən yaşayış yeri üzrə mövcud olan mənzil növbəliliyində hərbi xidmət əlili kimi uçotuna alınsa da, həmin ildən bəri iddiaçıya mənzil verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, iddiaçı travmanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır. Hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2-1(118)-690/2021 saylı qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında cəlb edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X2, 2-1(118)-690/2021 saylı iş) 29 iyun 2021-ci i l tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğun olaraq iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxs kimi növbədənkənar mənzillə təmin olunma hüququ qanunla birbaşa təsbit edilmişdir və başqa hallar onun bu hüququnu məhdudlaşdıra və vətəndaşın ziyanına təfsir oluna bilməz.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X4sədrlik edən və məruzəçi, X1 və X3, 2-1(105)-70/2022 saylı iş) 1 fevral 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-690/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mənzil növbəsinə götürülməsinə baxmayaraq müraciət etdiyi vaxtdan mənzillə təmin olunmasını xahiş edir. İddiaçı hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir s ıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında qeyd olunan şəxslər siyahısına aid deyildir.
14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının əlilliyi hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin məzmunundan da görünür ki, iddiaçının növbədənkənar yaşayış sahəsi ilə təmin olunma hüququnun reallaşdırılması vəzifəsi birbaşa olaraq cavabdehin üzərindədir.
16. İddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxs kimi növbədənkənar mənzillə təmin olunması hüququ qanunla birbaşa təsbit edilmişdir və başqa hallar onun bu hüququnu məhdudlaşdıra və ziyanına təfsir oluna bilməz. 17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.6-cı maddəsinin tələbinə əsasən sərəncam və ya normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublika sı Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı rəhbər tutularaq iddiaçının tələbi rədd edilmişdir. Hansı ki, qanunla iddiaçının bu hüququ birbaşa təsbit edilmişdir.
18. Sərəncamda iddiaçıya növbədənkənar qaydada mənzil verilməməsi qeyd edilməmişdir. Bu Sərəncam məhz İkinci Qarabağ döyüşlərində iştirak edən şəxslər üçün nəzərdə tutulmuşdur. İddiaçının növbədənkənar mənzillə təmin olunma hüququ qanunla birbaşa təsbit edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
16. Sosial inkişaf və dövlət 16.1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. M addə
43. Mənzil hüququ... 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ... 12.2 (5-ci bənd). Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. 12.2 (5-ci bənd). Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evi nin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir (19 may 2020-ci il tarixli dəyişikliyə qədər). “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı
21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanun iliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.
25. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, iddiaçı mənzil növbəsinə götürülməsinə baxmayaraq müraciət etdiyi vaxtdan mənzillə təmin olunmasını xahiş edir. İddiaçı hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbay can Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında qeyd olunan şəxslər siyahısına aid deyildir.
26. Belə ki, sözügedən Sərəncamla 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulan şəxslər siyahısına 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyy əti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri daxil edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız iddiaçının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında qeyd olunan şəxslərin siyahısında olmamasına istinad edilərək iddianın təmin olunmaması barədə qərar qəbul etməsi tamamilə əsassızdır.
28. Nəzərə alınmalıdır ki, qeyd olunan hal iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunması hüququnun məhdudlaşdırılması əsası kimi çıxış edə bilməz.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin sonuncu abzasının tələbləri iddiaçıya münasibətdə tam araşdırılmamışdır.
30. Belə ki, sözügedən müddəanın tələblərindən aydın olur ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evini n tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
31. Lakin hazırki iş üzrə iddiaçının əlilliyinin hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olması və əlilliklə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
32. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışında qeyd olunan məsələ, yalnız iddiaçının travmanın hərbi xidmət vəzifələrini yerinə yetirərkən almasıdır.
33. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin sonuncu abzasının tələbləri iddiaçıya münasibətdə tam araşdırılmalı və araşdırmanın nəticəsindən asılı olaraq məhkəmə qərarı qəbul olunmalıdır.
34. İddiaçı kassas iya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayətin dəlili əsaslı sayıla bilməz.
35. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 1 fevral 2022-ci il tarixli 2-1(105)-70/2022 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.