Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-759/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin cavabdeh Qəbələ rayonu Soltan-Nuxa bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; 2011-ci ildən əvvəlki münasibətlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin cavabdeh Qəbələ rayonu Soltan-Nuxa bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının qismən, İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinə aid hissəsinin ləğv edilməsi barədə” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş “iddia ərizəsinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair” ərizəyə inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-599/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının və xx.xx.2006-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın qismən ləğv edilməsi” barədə qərar qəbul edilm əsini xahiş etmişdir.
2. Eyni zamanda iddiaçı, “buraxılmış iddia müddətinin bərpa edilməsinə dair” ərizə təqdim edərək iddia müddətinin əsaslı səbəbdən buraxılmasını bildirmiş və bərpa edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının qismən, İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinə aid hissəsinin ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü i l tarixli, 2-1(116)-2504/2023 nömrəli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2504/2023 nömrəli qərardadı ilə (hakim V.Musayev) İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin “iddia müddətinin bərpasına dair” ərizəsi mümkün sayılmamış, İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin cavabdeh Qəbələ rayonu Soltan-Nuxa bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının qismən, "xxxx" Tikinti, Turizm və Ticarət koLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinə aid hissəsinin ləğv edilməsi barədə” iddia ərizəsi mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müddətinin buraxıl masını 5 il öncə 2017-2018ci il tarixdə tərəfindən aradan qaldırılması mümkün olmayan real təhdid, hədə-qorxu ilə əlaqədar olması ilə əsaslandırsa da, həmin hədə-qorxunun kimliyi bilinməyən şəxslər tərəfindən ona edilmiş telefon zəngindən ibarət olmasını bildirir. Nəzərə alınmalıdır ki, iddiaçı ona edilmiş hədə-qorxularla bağlı ümumiyyətlə hüquq mühafizə orqanlarına müraciət etməmiş və onu təhdid edən şəxslərin kimliyini öyrənməyə cəhd etməmişdir. Belə olan halda məhkəmə qeyd olunan halları buraxılmış müddətin bərpası üçün zəruri olan sübut qismində qəbul etmir.
7. Mübahisələndirilən qərarın qəbul edilməsindən xx.xx.2017-ci il tarixdə iddiaçının məlumatlı olması iş materiallarından aşkar göründüyündən və hazırkı iddia ərizəsi 5 ildən artıq müddət keçdikdən sonra verildiyindən müddətin bura xılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutlar təqdim edilməlidir. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-599/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər V.Məlikov /sədrlik edən və məruzəçi/, E.Hüseynov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apel lyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD MMG şirkətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisad Kollegiyasının qərarına əsasən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2012-ci il tarixli 2-1(107)-1/2012 saylı qərardadı icra olunaraq, Soltan-Nuxa bələdiyyəsi tərəfindən satılmış 7.0 ha torpaq sahəsinin bələdiyyənin xx.xx.2004-cü il tarixli alqı-sat qı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsində torpaq kadastrında qeydiyyata alınmış, həmin torpaq sahəsinə plan ölçü sənədi tərtib edilməklə, iddiaçının mülkiyyət hüququ tanınmış 7.0 ha torpaq sahəsinin mülkiyyət hüququn dövlət reyestrində qeydiyyata alınması üçün şirkətin mülkiyyəti olan 7.0 ha torpaq sahəsinin 21.83 ha torpaq sahəsinin daxilində Soltan-Nuxa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 saylı qərarına əsasən Gilan MMC- nin direktoru X1 mülkiyyətinə verilmiş 21.83 ha torpaq sahəsilə üst-üstə düşüb-düşməməsi araşdırılmamış, 21.83 ha torpaq sahəsinin eyni olub-olmaması müəyyən edilməmiş, iş üzrə xüsusi əhəmiyyət kəsb edən faktiki hallara hüquqi münasibət bildirilməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv h üququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
15. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icras ı haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxı lmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icr aat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikay ətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhk əmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
21. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkü nlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur
22. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetir ilməlidir.
23. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
25. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
26. Hazırkı işin faktiki hallarına əsasən, iddiaçı Qəbələ rayonu Soltan-Nuxa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 saylı qərarının İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinə aid hissə də ləğv edilməsinə nail olmaqdır. Sözügedən qərardan görünür ki, bələdiyyənin kənd təsərrüfatına yararlı torpaq sahəsindən "xxxx" MMC-yə 21.83 ha torpaq sahəsi satılması qərara alınmışdır.
27. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən qərardan iddiaçının xx.xx.2017-ci il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərkən məlumatlı olması işin mübahisəsiz halıdır və təqdim edilmiş “buraxılmış iddia müddətinin bərpasına dair” vəsatətdə iddiaçı özü də bunu qeyd edir. (məhkəmənin 2-1(84)-44/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır).
28. Bununla bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı müddətin buraxılmasını 5 il öncə 2017-2018-ci il tarixdə tərəfindən aradan qaldırılması mümkün olmayan real təhdid, hədə-qorxu ilə əlaqədar olması ilə əsaslandırsa da, həmin hədəqorxunun kimliyi bilinməyən şəxslər tərəfindən ona edilmiş telefon zəngindən ibarət olmasını bildirir. Nəzərə alınmalıdır ki, iddiaçı ona edilmiş hədə-qorxularla bağlı ümumiyyətlə hüquq mühafizə orqanlarına müraciət etməmiş və onu təhdid edən şəxslərin kimliyini öyrənməyə cəhd etməmişdir.
29. Qeyd edilməlidir ki, mübahisələndirilən qərar qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
30. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.
31. Artıq formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011- ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
32. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət pros es iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir və 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Hazırkı halda isə müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməməsi ilə bərabər, müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxmas ı da əsaslandırılmamış və müvafiq sübutlar təqdim edilməmişdir.
33. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-599/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.