Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-759/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kiçik leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(106)-5 24/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, kiçik leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0371 nömrəli, xx.xx.1995-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin motoatıcı taborunun rabitə tağımının k omandiri vəzifəsindən azad edilmiş və kiçik leytenant zabit hərbi rütbəsindən məhrum edilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Kiçik leytenant hərbi rütbəsindən məhrum edildiyi vaxtdan 3 ildən çox vaxt keçdiyinə görə kiçik leytenant zabit hərbi rütbəsinin bərpa edilməsi üçün o, xx.xx.2024-cü il tarixdə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, hərbi rütbədən məhrum edilən şəxslər əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə təqdimat əsasında həmin hərbi rütbəni vermək hüquqi olan vəzifəli şəxslər tərəfindən bərpa edilə bilərlər. Azərbaycan R espublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə xx.xx.2023-cü il tarixli məktubunda göstərir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, hərbi rütbədən məhrum edilən şəxslər əvvəlki hərbi rütbəyə aidiyyəti üzrə məhkəmə orqanının qərarı ilə müvafiq icra hakimiyyətinin təqdimatına əsasən əvvəllər hərbi xidmət keçdiyi qoşun növünün komandanlığı (həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli şəxslər) tərəfindən bərpa edilə bilərlər. Hesab edir ki, onun kiçik leytenant hərbi rütbəsi bərpa edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə əsasən, hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qə rarı ilə bərpa edilirlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 184-cü maddəsinə əsasən, ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən (indiki Səfərbərlik və HXÇ üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri) irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxan rəislərə göndərilir. Azərbaycan Respublikası Silahlı X1 42-ci maddəsinə əsasən, hərbi qulluqçulara verilən intizam cəzaları yalnız bu cəzaları verən rəislər, həmçinin intizam səlahiyyəti daha böyük ola n birbaşa rəislər götürə bilərlər. Eyni vaxtda hərbi qulluqçuya verilmiş ancaq bir cəza götürülə bilər. Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rol oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin.
3. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, hərbi rütbənin verilməsi və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma, hərbi rütbənin verilməsi və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. Hazırki halda mübahisə predmeti Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1995-ci il tarixli, 0371 nömrəli əmri və əmrdən irəli gə lən iddiaçının hüquqlarını pozan hərəkətlərdir. İddiaçının mübahisələndirdiyi əmrin qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisələndirilən inzibati akt - Azərbaycan Respublikası Müdafiə nazirinin 0371 nömrəli əmridir. Bu əmr isə xx.xx.1995-ci il tarixlidir, iddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni xx.xx.1995-ci il tarixdə bitmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli 0371 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni xx.xx.2024cü il tarixində məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.
4. Şirvan İnzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) 05 avqust 2024-cü il tarixli, 2-1(120)-3220/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiy a instansiyası məhkəməsində icraat
6. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov /sədrlik edən və məruzəçi/, F.C.Hüseynov və H.X.Bəhmənov) 29 oktyabr 2024-cü il tarixli, 2-1(106)-524/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
9. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunun norması müraciət tarixinin 3 ildən tez olmamasını qeyd etsə də, onun hansı tarixədək edilməli olmasına dair məhdudiyyət qoymamışdır. Bununla da, iddiaçının hazırki iddianı qaldırmaq, məhkəməyə bu qaydada müraciət etmək hüququnun yaranması ehtiva edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı halla rda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahi sə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin e tmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qə rarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olduğundan, İnzibati Prosessual Məcəllənin 96.7-ci maddəsinə əsasən şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. İşin apellyasiya instansiyası məhkəməsi tə rəfindən araşdırılan hallarına əsasən, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1995-ci il tarixli, 0371 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (zabit hərbi rütbəsindən məhrum edilməklə) silahlı qüvvələrdən ehtiyata buraxılmışdır.
17. Aşağı instansiya məhkəmələri iddia tələbinin mümkünsüzlüyü barədə nəticəyə gələrkən ona istinad etmişlər ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə və zabit hərbi rütbəsindən məhrum edilməsinə əsas olmuş və onun üçün əlverişsiz nəticələr doğuran inzibati akt, yəni Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmri ləğv edilməmiş, dəyişdirilməm iş və hal-hazırda qüvvədədir. Belə olduğu halda, iddiaçı məqsədinə, yalnız mübahisələndirmə haqqında iddia qaldırmaqla, həmin inzibati aktın (Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1995- ci il tarixli, 0371 saylı əmrinin) ləğvinə nail olmaqla çata bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yuxarıda qeyd edilən məzmunda hüquqi yardım edilmiş, lakin iddiaçı tələbini dəyişdirməkdən imtina edərək hazırkı məzmunda iddia tələbinə baxılmasını xahiş etmişdir. Odur ki, xx.xx.1995-ci il tarixli, 0371 nömrəli əmr qüvvədə olduğundan, iddiaçının məhrum edildiyi kiçik leytenant zabit hərbi rütbəsinin bərpası üçün ilk öncə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmri həmin hissədə mübahisələndirməlidir.
18. Məhkəmə kollegiyası aşağı instansiy a məhkəmələrinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı həmin əmri mübahisələndirmək deyil, kiçik leytenant zabit hərbi rütbəsinin bərpa edilməsindən ibarətdir.
19. Qeyd edilməlidir ki, hərbi rütbənin bərpa edilməsi üçün hazırkı halda əmrin mübahisələndirilməsinə zərurət yoxdur. Belə ki, iddiaçının iddiasının hüquqi əsasını Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X2”nin 42-ci bəndi təşkil edir. Həmin bəndə əsasən ehtiyatda, yaxud istefada olan zabitlərin hərbi rütbələri aşağı salındığı gündən ən azı üç ildən sonra hərbi rütbələri bərpa edilə bilər. Başqa sözlə, iddiaçı 1995-ci il tarixli əmrin qanunsuzluğunu mübahisələndirmir, “Azərbaycan Respublikası Silahlı X2”nin 42-ci bəndinə əsasən hərbi rütbəsinin bərpa edilməsini tələb edir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmrin qüvvədə olması səbəbindən iddiaçı tərəfindən mübahisələndirilməli olması ilə bağlı mövqe əsassızdır.
20. Digər tərəfdən, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 184-cü bəndinə əsasən, ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir.
21. Sadalanan qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, hərbi rütbənin bərpa edilməsi məsələsinə hərbi komissarlıqlar, başqa sözlə, hazırkı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən irəli sürülmüş təqdimatlar əsasında müvafiq icra hakimiyyəti orqanı, yəni Müdafiə Nazirliyində baxılır və qərar qəbul edilir.
22. Hazırkı iş üzrə Müdafiə Nazirliyi o halda cavabdeh ola bilərdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçı barəsində həmin quruma təqdimat göndərmiş olsun. Lakin nə qədər ki, iddiaçının hərbi rütbəsinin bərpa edilməsi barədə təqdimat baxılması və qərar qəbul edilməsi üçün Müdafiə Nazirliyinə göndərilməmişdir, o halda Müdafiə Nazirliyinə qarşı yönəlmiş hazırkı iddia mümkün sayıla və ona mahiyyətcə baxıla bilməz.
23. Odur ki, iddiaçı müvafiq tələblə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməli (hərçənd ki, o, iddia ərizəsinin məzmununda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdiyini bildirsə də, iş materiallarında bu halı təsdiq edən heç bir sübut yoxdur), sonuncu təqdimatın verilməsindən imtina etdiyi halda həmin quruma qarşı iddia qaldırıla bilər.
24. Beləliklə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRA RA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(106)-524/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.