Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-76/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: (kassasiya mümkünsüz, kassasiya şikayətinin vəkilsiz verilməsi) GİRİŞ HİSSƏ: Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlunun sədrliyi, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı inzibati aktın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2157/2019 saylı, xx x xxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə xx xxxxxx 2020-ci il tarixdə, Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli **********260100 nömrəli inzibati aktın ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1750/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə (hakim: Z.M.Tağıyev) iddia mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2157/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S,Seyidova və İ.B.Əhmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1750/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)2157/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmiş və kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmam ışdır. Bununla əlaqədar iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması xx xxxxxx 2020-ci il tarixinə təyin edilmiş, bu barədə, ona müvafiq məhkəmə bildirişi göndərilməklə həmin tarixədək yuxarıda qeyd olunan nöqsanın aradan qaldırılması təklif olunmuşdur. Lakin iddiaçı mümkünlük məsələsinə baxılması ilə əlaqədar təyin olunmuş iclasda iştirak etməmiş, müəyyən edilmiş müddətdə qeyd edilən nöqsan onun tərəfindən aradan qaldırılmamış, qanunla müəyyən edilmiş tələblərə cavab verən, vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti məhkəmə kollegiyasına təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaçı tərəfindən veri lmiş şikayət üzrə kassasiyanın mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in müddəalarına görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. (maddə 67.1, 407.3, 407.4) Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imt ina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçının hazırkı şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan maddələrini rəhbər tutaraq, qərara aldım: Respublikası İPM-nin 96.2, 96.3-cü Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2157/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-76/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-76/2020
08.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver