Məhkəmə qərarları › İş №2-1(102)-76/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-76/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-76/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, eyni mübahisəyə əvvəllər baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı Şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “yaşayış sahəsi ilə təmin edilmə vəzifəsinin həvalə olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(103)-1416/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışına əsasən iddiaçı ümumi xəstəlik səbəbindən birinci dərəcəli əlildir.

2. Bakı şəhər X1 xx.xx.1988-ci il tarixli, 426 saylı qərarına əsasən, iddiaçı 1 nəfər ailə üzvü ilə (özü) iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür.

3. Cavabdehin x xxxxxx 1992-ci il tarixli sərəncamı ilə iddiaçı ailə tərkibi 1 nəfər özü olmaqla mənzil növbəsinə götürülmüş və adı yaşayış yerində mənzil növbəsinə dayana nların siyahısına salınmışdır.

4. Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxx 2013-cü il tarixli 426 saylı sərəncamına əsasən, iddiaçının mənzil uçot işi yaşayış yeri üzrə qəbul edilərək, mənzil növbəsi birləşdirilmiş və o əvvəlki növbəyə götürülmə tarixi (xx.xx.1988-ci il) saxlanılmaqla 2 nəfər ailə üzvü ilə yaşayış yeri üzrə ümumi əsaslarla mənzil növbəsinə götürülmüş və mənzil növbəsi ümumi siyahıya əlavə olunmuşdur.

5. Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxx 2014-cü il tarixli 86 saylı sərəncamına əsasən, iddiaçının mənzil növbəsi, 2 nəfər ailə (özü, nəvəsi) nəvəsinin 1-ci qrup əlilliyi nəzərə alınaraq xx.xx.2013-cü il tarixdən imtiyazlı siyahıya əlavə edilmişdir.

6. Cavabdeh x xxx 2019-cu il tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, iddiaçı xx.xx.1988-ci il tarixdən ümumi əsaslarla Bakı şəhəri Cavabdehndə mənzil növbəsinə qəbul edilmiş, hal-hazırda cavabdehin balansında boş mənzil olmadığından mənzil növbəsində dayanmış vətəndaşların, o cümlədən güzəştli əsaslarla mənzil almaq hüququ olan şəxslərin mənzillə təmin edilməsi məsələsinə baxılacaqdır.

7. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli qərarına uyğun olaraq qəzalı vəziyyətdə olan evlərin sökülüb yenidən tikintisinə razılıq verilməsinə dair hüquqi və fiziki şəxslərdən cavabdehə müraciət daxil olarsa iddiaçıya məxsus qəzalı vəziyyətdə olan evin sökülüb yenidən tikinti si müraciət edən şəxsə təklif ediləcəkdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1140/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı cavabdeh Sabunçu RİH-ə qarşı xx.xx.1988-ci il tarixdən növbədənkənar əsaslarla mənzil növbəsinə götürülməsi və tam şəraitli mənzilin verilməsi vəzifəsinin həvalə olunması tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1469/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Qərardad qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona boşalan mənzil fondundan yaşayış sahəsi ilə təmin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Lenin rayon icraiyyə komitəsinin xx xxxxxxxx 1987-ci il tarixli, 33/22 saylı Qərarı ilə ona verilmiş Sabunçu qəsəbəsi, C.Şərifov küçəsi, ev 50, 12 “A” saylı mənzil yaşayış üçün yararsızdır. Fövqəladə Hallar Nazirliyinin xx.xx.2017-ci il tarixli aktına əsasən mənzil qəzalıdır, orada yaşamaq mümkün deyil, sakinlərin həyatı üçün təhlükəlidir. Özü birinci qrup əlildir və 1981-ci il tarixdən əmək veteranıdır. xx.xx.1988-ci ildən, 31 ildən artıqdır müddətdir ki, mənzil növbəsinə dayanmışdır. X11 Stepan oviç Böyük Vətən Müharibəsi iştirakçısıdır. 19421945-ci illərdə vuruşub, Berlin şəhərini azad etmiş, “İgidlik ordeni” ilə təltif edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(82)- 2202/2016 saylı qərarı ilə Pilot layihə üzrə mənzil istismar sahələrinin, ümumi həyətlər, hamamsız evlər sökülməlidir.

11. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, iddiaçı 1 nəfər ailə üzvü ilə (özü) Bakı şəhər X1 x xxxxxxxx 1988-ci il tarixli qərarına əsasən iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Bakı şəhəri Cavabdeh başçısının x xxxxxx 1992-ci il tarixli sərəncamına əsasən iddiaçıya 2 nəfər ailə üzvü ilə (özü və nəvəsi) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş, daha sonra həmin icra hakimiyyətinin xx xxxxxx 2013-cü il tarixli sərəncamı ilə təqaüdə çıxm ası ilə əlaqədar iş yeri üzrə mənzil növbəsi yaşayış yerinə köçürülərək əvvəlki növbəyə götürülmə tarixi (xx.xx.1988) saxlanılmış, 2 nəfər ailə üzvü ilə yaşayış yeri üzrə ümumi əsaslarla mənzil növbəsinə götürülmüşdür. Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxx 2014-cü il tarixli 86 saylı sərəncamı ilə İddiaçı mənzil növbəsi 2 nəfər ailə üzvü ilə nəvəsi X3 İ qrup əlilliyi nəzərə alınaraq xx xxxxxx 2013-cü il tarixdən imtiyazlı siyahıya əlavə edilmişdir. İddiaçı hal-hazırda yaşayış yeri üzrə ümumi əsaslarla mənzil növbəsində dayanan vətəndaşların siyahısında 344-cü, İ qrup ümumi əlil kimi mənzil növbəsində dayanan vətəndaşların siyahısında 75-cidir. Hal-hazırda Bakı şəhəri Cavabdehndə boş mənzil fondu olmadığından vətəndaşların növbəlilik əsasında mənzillə təmin edilməsi məsələsinə baxılmır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1140/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-2327/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

13. Qərardadın əsaslarına görə, eyni iddia ilə bağlı əvvəllər mahiyyəti üzrə qərar qəbul edildiyindən, başqa sözlə, mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə mahiyyəti üzrə hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz.

14. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X6 və X7, 2-1(107)-1416/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.

16. İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

17. Konstitusiyada təsbit olunmuş mülkiy yət hüququnun müdafiə vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

18. Eyni zamanda, bu hüquq beynəlxalq hüquqi aktlarda təsbit olunaraq, müstəqil məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur (“İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni n 8-ci maddəsi, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi).

19. Konstitusiya Məhkəməsinin Plenumu (M.Bayramovun şikayəti üzrə xx xxxx 2011-ci il) qeyd etməyi zəruri hesab edir ki, hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir.

20. İddiaçının hüququnun bərpa edilməsinə dair inzibati işə baxan məhkəmə Konstitusiyanın 60-cı maddəsinin yuxarıda qeyd olunan prinsiplərinə zidd olaraq, iddiaçının hüquqlarının müdafiəsinə təminat verilmədiyini göstərməklə kifayətlənərək, qanuni əsaslarına hüquqi qiymət v erməmişdir. İddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu pozur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-c ü maddəsi). Tətbiq edilən hüquq

24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mü mkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə. 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır: (-); 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; (-). Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qər ardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelya siya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyek tiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna et mir. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunmamışdır.

28. İddiaçı cavabdeh icra hakimiyyətində güzəştli mənzil növbəsindədir və icra hakimiyyətində boşalan mənzil fondundan yaşayış sahəsi ilə təmin edilməsini xahiş etmişdir.

29. İddiaçının əsas dəlili ondan ibarətdir ki, apelyasiya məhkəməsi iddianı mümkün saymamaqla haqlı olmamışdır.

30. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. İddiaçı bildirir ki, xx xxxxxx 2013-cü ildən rayon icra hakimiyyətində mənzillə bağlı imtiyazlı siyahıda, xx xxxx 2017-ci ildən isə həm də gözdən əlillərin siyahısında növbədədir. Buna baxmayaraq cavabdeh onu mənzillə təmin etmir.

32. Apelyasiya məhkəməsinin mövqeyinə görə mübahisə ilə bağlı əvvəllər eyni tərəflər arasında, eyni predmet barə sində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı artıq mövcud olduğundan, İPM-in 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddiaçının eyni iddiasına yenidən baxıla bilməz və həmin iddia bu səbəbdən mümkün sayılmamalıdır.

33. Hazırkı işdə iddianın predmeti boşalan mənzil fondundan yaşayış sahəsi ilə təmin edilmədir.

34. İddiaçı hətta ilkin iddia ərizəsində konkret ünvanlarda olan mənzillərdən birinin ona verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Apelyasiya məhkəməsinin istinad etdiyi məhkəmə qərarından görünür ki, həmin işdə iddianın predmeti xx.xx.1988-ci il tarixdən növbədənkənar əsaslarla mənzil növbəsinə götürülməsi və tam şəraitli mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi olmuşdur.

36. Göründüyü kimi, hazırkı işdə olan iddia ilə əvvəlki işdə olmuş iddia tələbi fərqli olmuşdur.

37. Odur ki, hazırkı vəziyyətdə iddianı mümkün saymamaqla məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır.

38. İddia tələbi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında sadalanan iddianın mümkünlük şərtləri apelyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.

39. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.

40. Odur ki, qərardadın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

41. Apelyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət işin birinci instansiya məhkəməsinə göndərilməsi hissəsində təmin oluna bilməz.

42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1416/2020 saylı, xx xxxxxx 2020-ci tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar