Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-76/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1998, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2271/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Ə295ş/h016-21 nömrəli, 28 oktyabr 2021-ci il tarixli əmri ilə DİN-in Baş X1 İdarəsinə bilavasitə tabe olan Komendant xidmətinin polis nəfəri İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric olunmuşdur.
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 28 oktyabr 2021-ci il tarixli, 295ş/h-016-21 nömrəli əmrinin ləğv edilməsinə və işə bərpa olunmas ına dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5828/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) iddia mümkün sayılmamışdır.
4. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2271/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5828/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. İddiaçı kassasiya şikayəti ilə eyni vaxtda apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə də təqdim etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbə b olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıd ır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
11. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
12. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin ha lları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
13. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
14. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
15. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı apellyasiya məhkəməsinin qərarını 20 avqust 2022-ci il tarixdə almış, kassasiya şikayətini isə 11 oktyabr 2022-ci il tarixdə vermişdir.
16. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair təqdim etdiyi ərizədə məhkəmə qərarını rəsmi qaydada alsa da, səhhəti ilə bağlı vəkillə müqavilə bağlaya bilmədiyini və bu səbəbdən müddəti ötürdüyünü qeyd etmişdir.
17. Məhkəmə kollegiya sı bununla bağlı qeyd edir ki, ərizəçi tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılması, onun vəkillə müqavilə bağlamaq imkanını istisna edən xəstəliyi və həmin xəstəlikdən müalicə olunması ilə bağlı məhkəməyə hər hansı mötəbər sənəd təqdim edilməmişdir. Onun ərizədə istinad etdiyi əsaslar müddətin buraxılmasına haqq qazandıra və ötürülmüş müddətin bərpası üçün yetərli sayıla bilməz. Kassasiya şikayətinin bu qərarın 8-ci bəndində istinad olunan norma ilə müəyyən edilən müddət çərçivəsində verilməsi üçün iddiaçı tərəfin kifayət qədər zamanı olmuşdur. Müddətin buraxılması ilə bağlı ərizədə qeyd edilənlər müddətin bərpa edilməsini zəruri edən üzürlü səbəblər hesab oluna bilməz.
18. Odur ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bər pası barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməməli, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.
19. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2271/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir.