Məhkəmə qərarları › İş №2-1(102)-76/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-76/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-76/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin sonuncu göndəriş nəzərə alınmaqla təyin edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 09 iyun 2023-cü il tarixli, 2-1(103)-2204/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 26 fevral 2009-cu il tarixli göndəriş əsasında sağ bazu sümüyünün epikondiluslardan keçən bitişmiş sınığı, sağ dirsək oyağının postravmatik varus deformasıyası, bazu və ya dirsək oynağının laxlanması, 12 mart 2014-cü il tarixli göndəriş əsasında sağ bazu sümüyünün kondilusların bitişmiş sınığı, oynaqlarda varus deformasiyası, bazu və ya dirsək oynağının laxlanması, 12 mart 2015-ci il tarixli göndəriş əsasında sağ bazu sümüklərinin kondilusların bitişmiş sınığı, oynaqlarda varus deformasiyası, bazu və ya dirsək oynağının laxlanması, 14 mart 2016-ci il tarixli göndəriş əsasında sağ bazu sümüklərinin kondilusların bitişmiş sınığı, oynaqların varus deformasiyası, bazu və ya dirsək oynağının laxlanması səbəbi ilə əlillik təyin edilmişdir.

2. İddiaçıya 22 iyun 2021-ci il tarixli göndəriş əsasında M21.1.Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sağ bazu sümüyün distal 1/3 kondiluslardan keçən bitişik sınığı və dirsək oynağın postravmatik varus deformasiyası xəstəliklə əlaqədardır diaqnozu qoyulmuşdur. Ağırlaşma - M62.5 - Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Postravmatik atrofiyası; M24.5 - Oynaqların kontrakturası. Sağ oynağının kontrakturası; S42.4 - Bazu sümüyünün aşağı ucunun sınığı. Sağ bazunun kondiluslarından keçən q/düzgün bitişmiş sınığı və dirsək oynağın varus deformasiyası; M2 1.8 - Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları. Sağ bazunun nəzərə çarpan varus deformasiyası; R52.1 - Müalicəyə tabe olmayan daimi ağrı. Yanaşı xəstəliklər G24.8- Digər distoniyalar. Vegetativ damar distoniyası. 3. 02 oktyabr 2021-ci il tarixli, 2709003AAC80 nömrəli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu M21.1.Digər rubrikalarda təsnif olunmayan varus deformasiya ilə əlaqədardır. Ağırlaşma - M24.5- Oynaqların kontrakturası. R52.1- Müalicəyə tabe olmayan daimi ağrı. M21.8- Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları. S42.4- Bazu sümüyünün aşağı ucunun sınığı. M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Yanaşı xəstəliklər - G24.8- Digər distoniyalar. Vegetativ damar distoniyası.

4. İddiaçının üçüncü dərəcə əlilliyinin müddəti xx.xx.20 21-ci il tarixdə bitmiş, 02 oktyabr 2021-ci il tarixdə rəsmiləşdirilmiş 2709003AAC80 nömrəli göndəriş əsasında əlillik təyin edilməsi ilə bağlı müraciət etmiş, cavabdeh inzibati orqan imtina edərək bildirmişdir ki, şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gələrsə, həmin ağırlaşmalar altı (və ya iki) aylıq müayinə və müalicədən sonra aradan qalxmadığı hallarda yeni göndəriş verilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini hazırkı qərarın 1-4 -cü bəndlərində sadalanan işin halları ilə əsaslandırmışdır.

7. Cavabdeh inzibati orqan yazılı etirazını hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan işin halları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın müvafiq maddələri ilə əsaslandırmışdır.

8. İşin məhkəmə araşdırması zamanı təqdim edilmiş ilkin ekspert rəyində qeyd edilmişdir ki, canlı müayinə zamanı iddiaçının sağ bazunun yuxarı 1/3-də sümükdə əyrilik var. Həmçinin, göndərişdə əks olunan diaqnozlar nəzərə alınmaqla aşkar olunan patofunksional dəyişikliklə onda əlilliyin təyininə əsas verə biləcək xəstəlik yoxdur.

9. Məhkəmə isə həmin rəyin prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsi qənaətinə gələrək təkrar ekspertiza təyin etmişdir. Belə ki, ilkin ekspert rəyindən görünür ki, ekspertizada yoxlamada cavabdehin əməkdaşı olan X3 iştirak etmişdir.

10. Təkrar ekspertiza zamanı təqdim edilmiş növbəti ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı 08 fevral 2022-ci il tarixdə TSEK-in ekspertləri ilə birgə müayinədən keçirilmişdir, onun şəxsi müayinəsində müəyyən edilən xəstəlik patofunksional dəyişikliklə əlillik dərəcəsinin təyin edilməsi üçün əsas vermir. Lakin budəfəki rəydə əvvəlki rəydən fərqli olaraq ekspertiza tədqiqatı zamanı iddi açının canlı müayinəsi həyata keçirilməmiş, TSEK-in ekspertləri ilə birgə 08 fevral 2022-ci il tarixdə keçirilən müayinə əsas götürülmüşdür.

11. Təkrar ekspertiza zamanı 21 oktyabr 2022-ci il tarixli məktubla daxil olmuş növbəti rəydə qeyd edilmişdir ki, iddiaçıda “Sağ bazu sümüyünün distal 1/3-nin bitişmiş sınığı və dirsək oynağının posttravmatik varus deformasiyası. Dirsək oynağının kəskin konturakturası: açma 145, bükmə

115. Postoperasion kobud kelloid çapıqlar. Ətrafın əzələ atrofiyası. Funskiya pozğunluğu. Daimi ağrı sindromu” olduğu müəyyən edilmiş, şəxsin reabilitasiya olunsa belə, tam sağalmasının mümkün olmadığı qeyd edilmişdir. Eyni zamanda rəydə, 2709003AAC80 saylı göndərişlə göndərilmiş 88 saylı arayışda qeyd olunmuş xəstəliklərin iddiaçıda aşkar olunduğu, lakin həmin xəstəlikl ərin əlilliyin təyini üçün əsas vermədiyi göstərilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 03 fevral 2023-cü il tarixli 21(112)-502/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 12 mart 2021-ci il tarixdən 3-cü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hər üç ekspert rəyinin iş üzrə sübut əhəmiyyəti daşıması şübhəlidir. İş üzrə xüsusi bilik tələb edən sahə olmasına baxmayaraq, xüsusi bilik tələb edən mübahisə ilə bağlı xüsusi biliyə malik olan şəxslərin də mövqeyi öz əksini tapmışdır ki, qeyd olunan hallar ekspert rəyi olmadan da ən azından hazırkı iş üzrə yekun nəticəyə gəlinməsinə əsas verir. Belə ki, iddiaçının istər əvvəlki göndərişlərinin, istərsə də hazırkı göndərişlərinin tərtibatında və Agentliyə göndərilməsində verilmiş rəylər həkim rəyləridir. Yəni, müvafiq ixtisaslı biliyə malik olan və reallıqda əlilliyin təyini üçün göndərişlərin göndərilməsi ilə əlaqədar daha böyük təcrübəyə malik olan həkim rəyləri onu deməyə əsas verir ki, iddiaçıda mövcud olan diaqnozlar əlilliyin təyini üçün əsasdır. Qeyd edilməlidir ki, iddiaçıda mövcud olan əsas diaqnozla əvvəlki göndərişlərdə əlilliyin təyininə əsas olan diaqnoz uyğun olmuşdur. Lakin göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə isə əsas diaqnoz kimi M21.1 diaqnozu birbaşa öz əksini tapmasa da, ən azından, onun ağırlaşması kimi M24.5 diaqnozunda olan xəstəlik, yəni oynaqların kontrakturası Əsasnamədə öz əksini birbaşa tapmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, forma 88 arayışında əks olunan xəstəliklərin iddiaçıda olması bilavasitə son ekspert rəyində də öz əksini tapmışdır. Bu hal isə həm əsas xəstəliyin, həmçinin də xəstəliyin ağırlaşmasının iddiaçıda aşkar olunduğunu təsdiq edir. Məhkəmə hesab etmişdir ki, həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin müddətsiz təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmış, əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəy yənləşdirilmişdir. Lakin xüsusi olaraq qeyd edilmişdir ki, iddiaçıya əlillik təyinatından imtina edilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Bundan başqa, cavabdeh iddiaçıya əlillik təyin etməkdən imtina edərkən onun əlavə müalicəyə ehtiyacı olduğunu bildirmişdir. Hər nə qədər də ekspert rəyləri sübut qismində çıxış etməsə də, ekspertiza tədqiqatı zamanı həm Məhkəmə Tibbi Ekspertiza və X1 eksperti, həmçinin də TSEK-in həkim eksperti iddiaçıda olan xəstəliklərin tam sağalmasının mümkün olmadığını bildirmişdir. Göründüyü kimi, cavabdehin istinad etdiyi müddəa ilkin əlillik statusunda olmayan, əlillik müddəti bitdikdən sonra müraciət edən şəxslərə münasibətdə şəxsin eyni xəstəl iklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə, ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərtin tətbiqini istisna edir. Bu zaman təkrar müraciət edən şəxslər üçün yeganə şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlıdır ki, iddiaçıda da əlilliyin təyininə əsas olan xəstəliyin mövcudluğu tam təsdiq edilmişdir. Beləliklə, istər əsas diaqnoz, istərsə də ağırlaşmalar iddiaçıya əlilliyin təyinatı üçün əsas verir.

14. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və R.Ə.Səmədov) 09 iyun 2023-cü il tarixli, 21(103)-2204/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-502/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

18. Cavabdeh inzibati orqan kassasiya şikayətində iddiaya qarşı etirazında sad aladığı qanunvericilik normalarını sadalamış və əlavə olaraq bildirmişdir ki, cavabdeh inzibati orqan yalnız göndərişdə əlillik üçün əsaslar olduqda əlillik təyin etmək səlahiyyətinə malikdir. Məhkəmə faktiki olaraq dövlət orqanının əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmaması və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”: Bənd 1.2. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasın ın Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respu blikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müə yyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. Bənd 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X2 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

21. Azərbaycan Respublikası Nazirlər Kabineti nin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane ol an sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Mad də 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenid ən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkə mədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olsa da, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 2709003AAC80 nömrəli göndəriş nəzər ə alınmaqla, əlillik təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

27. Əvvəla, məhkəmə kollegiyası qərarın dəyişdirilməyən hissəsinə, yəni iddiaçıya üçüncü dərəcəli əlilliyin təyin edilməli olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə münasibətdə qeyd edir ki, hazırki qərarın 21-ci bəndində istinad olunan Qaydaların tələblərindən göründüyü kimi, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması əlilliyin təyini ü çün əsasdır. Cavabdeh inzibati orqanın mövqeyi ondan ibarətdir ki, iddiaçı həmin müddət ərzində müalicə olunmadığından, ona əlillik təyin edilməsi mümkün deyildir. Lakin Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi ilə bağlı şərt müəyyən edilmişdir ki, bəndin tələbinə əsasən, bu zaman şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt aradan qalxmış olur. Əlilliyin təyinində həmin maddədə nəzərdə tutulan şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat poz untularının olması ilə bağlı olur ki, ekspert rəyi ilə də əlilliyin təyini üçün əsas verən xəstəliyin iddiaçıda mövcud olması aşkar göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin istinad etdiyi hal ilkin əlillik statusunda olmayan, əlillik müddəti bitdikdən sonra müraciət edən şəxslərə münasibətdə şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərtin tətbiqini istisna edir. Bu zaman təkrar müraciət edən şəxslər üçün yeganə şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntula rının olması ilə bağlıdır ki, iddiaçıda əlilliyin təyininə səbəb olan xəstəliyin mövcudluğu tam təsdiq edilmişdir. Başqa sözlə, istər əsas diaqnoz, istərsə də, ağırlaşmalar iddiaçıya əlilliyin təyin edilməsi üçün əsas verir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilən hissəsinə, yəni əlilliyin hansı tarixdən təyin edilməli olmasına münasibətdə qeyd edir ki, iddiaçıya təyin edilmiş əlillik müddəti sonuncu dəfə xx.xx.2016-cı il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, iddiaçı sonuncu dəfə 02 oktyabr 2021-ci il tarixdə rəsmiləşdirilmiş 2709003AAC80 nömrəli göndəriş əsasında əlillik təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncunun imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlillik müddəti 2021-ci ilin mart ayının 12-də bitsə də, yuxarıda qeyd edilən səbəblərdən sonuncu, yəni 02 oktyabr 2021-ci il tarixdə rəsmiləşdirilmiş 2709003AAC80 nömrəli göndəriş nəticəsində verilmiş imtina hazırkı məhkəmə araşdırmasının predmetini təşkil edir və bu imtinanın əsassız olması öz təsdiqini tapdığından, iddiaçıya məhz həmin göndəriş nəzərə alınmaqla əlillik təyin edilməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2023-cü il tarixli, 2 1(103)-2204/2023 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 2709003AAC80 nömrəli göndəriş nəzərə alınmaqla, əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar