Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-76/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Mədrəsə bələdiyyəsini n 29 dekabr 2006-cı il tarixli 13 nömrəli qərarı ilə ayrılmış 2.98 ha torpaq sahəsinin naturada mövcud olan 2.46 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(105)-195/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şamaxı rayon Mədrəsə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 nömrəli qərarı ilə Mədrəsə bələdiyyə fondunun k/t az yararlı (şərti yararsız) torpaq sahəsində tikinti məqsədi üçün iddiaçıya 2.98 ha torpaq sahəsi satılmış, bununla əlaqədar, iddiaçı bələdiyyənin hesabına torpağın dəyəri olaraq 1886 manat pul ödəmişdir.
2. Həmin torpaq sahəsinə DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və X1 kitabında xx.xx.2010-cu il tarixdə 433 nömrə ilə uçota alınmışdır.
3. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, bələdiyyə qərarı ilə satılmış 2.98 ha torpaq sahəsinin sənəd üzrə koordinatları elektron baza məlumatlarında bələdiyyənin ehtiyat fondunda olan kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid edilmişdir. Qeyd olunan torpaq sahəsi faktiki olaraq sututar (göl) kimi istifadə olunur. Bələdiyyələrin ehtiyat fon dunun kənd təsərrüfatı təyinatlı torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 13 nömrəli qərarı ilə ayrılmış 2.98 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini bu qərarın 1-3-cü bəndlərində sadalanan işin halları ilə əsaslandırmış və cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 28 avqust 2023-cü il tarixli 2-1(118)-2507/2023 nömrəli qərardadı ilə iddia tələbi plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamış, 28 avqust 2023-cü il tarixli 2-1(118)-2507/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi öz qərarında mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə "xxxx" MMC-yə sorğu ünvanlayaraq sözügedən torpaq sahəsinin kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız olması barədə məlumat verilməsini xahiş etmişdir. "xxxx" MMC özünün xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, "Torpaq sahəsinin plan və ölçü" sənədində qeyd olunan koordinatl arda yerləşən torpaq sahəsi TEKUİS məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş yeridir və keyfiyyət göstəricisi (bonitet bal) 54 bal olmaqla kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Qanunvericiliyin tələbinə əsasən kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilə bilər, bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. İşin məhkəmə araşdırması zamanı cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi Ərazi İdarəsinin mütəxəssisinə bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsini naturada göstərmi ş və həmin torpaq sahəsinin koordinatları naturada müəyyənləşdirilərək müayinə aktı tərtib edilmişdir. Sözügedən torpaq sahəsi naturada 2.46 ha təşkil edir.
11. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının nümayəndəsi Ərazi İdarəsinin mütəxəssisinə bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsini naturada göstərmiş və həmin torpaq sahəsinin koordinatları naturada müəyyənləşdirilərək DWJ məlumatlarına (Torpaq islahatının nəticələrini özündə əks etdirən yerquruluşu xəritəsi) və Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq ar aşdırılmışdır. DWJ məlumatları (Torpaq islahatının nəticələrini özündə əks etdirən yerquruluşu xəritəsi) ilə faktiki istifadəçilik arasında uyğunsuzluq vardır. Sözügedən torpaq sahəsi naturada 2.46 ha təşkil edir. DWJ məlumatlarına əsasən, naturada koordinatları müəyyənləşdirilmiş 2.46 ha torpaq sahəsinin 0.45 ha hissəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına, 2.01 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluqlara düşür. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən, naturada koordinatları müəyyənləşdirilmiş 2.46 ha torpaq sahəsinin 0.43 ha hissəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına, 2.03 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluqlara düşür.
12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 13 nömrəli qərarı ilə ayrılmış 2.98 ha torpaq sahəsinin naturada mövcud olan 2.46 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, İ.R.Quliyev və Z.İ.Məmmədov) 27 iyun 2024-cü il tarixli, 2-1(105)-195/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək i ddia təmin edilmiş, Şamaxı rayon Mədrəsə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 nömrəli qərarına əsasən iddiaçının adına ayrılmış Şamaxı rayon Mədrəsə qəsəbəsində yerləşən 2,98 ha torpaq sahəsinin naturada mövcud olan 2,46 ha torpaq sahəsi hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması (satılması) və həmin torpaq sahəsinin 2,46 ha hissəsinin onun faktiki istifadəsində olması iş materialları əsasında öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçının adına sözügedən torpaq sahəsinin s atılmasına dair bələdiyyə qərarı hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, etibarsız hesab edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Nəticə etibarilə, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Bundan əlavə, həmin torpaq sahəsinin satılması, alqı-satqı predmeti olmasına dair müvafiq rəy Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Hansı ki, torpaq sahəsinin ayrıldığı vaxt həmin dövrdə yerquruluşu, X1, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində məhz həmin komitə çıxış edirdi. Belə olan halda, torpaq sahəsinin satılmasına dair müvafiq qərar və rəy qüvvədə olmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən hazırda torpaq sahəsinin təyinatının mübahisələndirilməsi, alqı-satqı predmeti qismində çıxış edə bilməməsi kimi hala istinad etməsi, ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin, etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu baxımından, cavabdeh inzibati orqanın imtinasının və iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuş, bununla bağlı iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsaslı olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatı na alınması halları müəyyən edilmişdir. Bu halda, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitusion norma və prinsipin mahiyyətinə ziddir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
16. Kassasiya şikayətinin bütün dəlilləri iddiaçının müraciətindən imtinanın və etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassa siya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilm əsi;... Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər.... Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.... 18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaql arın istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.... 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.... Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyət inə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.... 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.... 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bey nəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.... 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə 12.
1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.... 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərq li mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.... Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatı ndan imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmad ıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, də yişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin bütün dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və imtina dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə məhkəmə kollegiyası iddianın hüquqi əsasına münasibətdə qeyd edir ki, işin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, rə ngli ortofoto görüntüsü əlavə edilmişdir. Müayinə aktından görünür ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 2,96 ha olsa da, faktiki sahə 2,46 ha təşkil edir, torpaq sahəsi qoruma zolağı ilə əhatə olunub, icazəsiz tikililər yoxdur, torpaq sahəsinin çox hissəsi sututar kimi istifadə olunur, faktiki torpaq sahəsinin ölçüsü sənəddə qeyd edilən ölçüdən azdır. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən verilmiş məlumatdan görünür ki, torpaq sahəsi naturada 2.46 ha təşkil edir, elektron baza məlumatlarında torpaq sahəsinin ayrıldığı vaxt kənd təsərrüfatı təyinatlı örüş və kolluq torpaqları kimi qeyd edilmiş, ətrafında yerləşən torpaq sahələrinə dair çıxarışlar rəsmiləşdirilmişdir, DWJ məlumatları ilə faktiki istifadə vəziyyətində uyğunsuzluq vardır, DWJ məlumatlarına əsasən naturada koordinatl arı müəyyənləşdirilmiş 2,46 ha torpaq sahəsinin 0,45 ha hissəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına, 2,01 ha hissəsinin kənd təsərrüfatı təyinatlı kolluqlara düşür, TEKUİS məlumatlarına əsasən isə 0,43 ha kənd təsərrüfatı təyinatlı örüş torpaqlara, 2,03 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluqlara düşür, ətrafında yerləşən torpaq sahələrinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır (çıxarış və sxem əlavə edilmişdir).
28. Göründüyü kimi, mübahisə predmeti olan 2,46 ha torpaq sahəsinin iddiaçıya ayrılması (satılması) və həmin torpaq sahəsinin onun faktiki istifadəsində olması iş materialları ilə öz təsdiqini tapır. Həmin torpaq sahəsinin iddiaçıya satılması barədə mövcud olan inzibati akt, yəni bələdiyyə qərarı hazırda qüvvədə olmaqla, ləğv edilməmiş, etibarsız hes ab edilməmiş və ya qüvvədən düşməmişdir.
29. Eyni zamanda, torpaq sahəsi iddiaçıya satıldığı vaxt qüvvədə olan qanunvericiliyin tələbinə əsasən yerquruluşu, X1, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı, yəni Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən də torpaq sahəsinin satılması, alqı-satqı predmeti olmasına dair müvafiq rəy verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuşdur.
30. Bundan əlavə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (qonşu torpaq sahəsinə dair müvafiq sənədlər v ə digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halları müəyyən edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan iddiaçı barəsində fərqli yanaşmanın yaranmasına səbəb olur ki, bu hal isə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitusion norma və prinsipin mahiyyətinə ziddir.
31. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kə sin bərabər hüquqları təmin edilir. 32. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
33. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçir ilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın hüquqi əsasına apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(105)-195/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.