Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-760/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1991-ci il tarixli; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı “3 fevral 2020-ci il tarixli 0050/ş nömrəli əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2-1(105)24/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və Xüsusi riskli xilasetmə və Mühafizə alayının (N saylı hərbi hissə) Mühafizə taborunun Mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçi vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti 0770/Ş nömrəli əmrə əsasən Xüsusi Riskli Xilasetmə Xi dmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının (N saylı hərbi hissə) Mühafizə taborunun Mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçisi gizir İddiaçı tutduğu vəzifədən azad edilmiş və Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taboru (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə bölüyünün İstehkam və pirotexnik taqımının mütəxəssis-pirotexniki vəzifəsinə təyin edilmişdir.
3. Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (N saylı hərbi hissə) bəzi hərbi qulluqçuları (o cümlədən iddiaçı) narko-testdən keçirilmək üçün “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə göndərilmiş və sonuncunun 30 yanvar 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçının narko-testinin “pozitiv” dir.
4. Azərbaycan Respublikası Səh iyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının 4 fevral 2020-ci il tarixli müayinənin (iddiaçının öz təşəbbüsü ilə həyata keçirilmişdir) nəticəsindən görünür ki, İddiaçı qanında narkotik maddələr aşkar edilməmişdir.
5. Azərbaycan Respublikası Cavabdeh 5 fevral 2020-ci il tarixli 018/Ş nömrəli əmri ilə iddiaçı xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış, əmrdə iddiaçının narkotik maddələrdən istifadə etməsi halının aşkar edilməsi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia tələbi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 3 fevral 2020-ci il tarixli, 0050/ş nömrəli əmrin ləğv edilməsi və onun həqiqi hərbi xidmətə bərpa edilməsi ö hdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin dekabr ayının 20-dən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin mühafizə taborunda mütəxəssis-mühafizəçi işləmiş, son bir ilə yaxındır ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin mühafizə-mütəxəssisi vəzifəsində işləmiş və işlədiyi müddətdə dəfələrlə qüsursuz xidmətinə görə təltif edilmişdir. Bu vaxta qədər hər hansı inzibati tənbehə məruz qalmamışdır. 30 yanvar 2020-ci il tarixdə xidmət etdiyi hərbi hissənin komandiri baş leytenant Vəli Vəlibəyovun göstərişi ilə məcburi narkotest müayinəsindən keçirilmişlər. Həmin testin nəticələrinə görə guya sidik analizində narkotik müəyyən e dildiyindən işdən azad edilmişdir. O, bununla razılaşmamış və öz təşəbbüsü ilə Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasına müraciət etmiş və narkoloji testdən keçmişdir. 4 fevral 2020-ci il tarixli laborator cavabdan tam aydın olmuşdur ki, onun qanında hər hansı narkotikin əlamətləri movcud olmamışdır. Əsassız olaraq işdən azad edilməsi ilə əlaqədar İdarəyə müraciət etsə də, rəhbərliyin qəbuluna düşə bilməmiş, kadrlar idarəsində ona bildirilmişdir ki, əgər işdən çıxması barədə ərizə yazarsa sonradan o, işə götürülə bilər. Əgər ərizə yazmasa ümumiyyətlə heç vaxt işə qəbul etməyəcəklər. Ona görə də ərizə yazmış, lakin həmin ərizə onun iradəsini ifadə etmir ona görə ki, işdən çıxmaq istəməmişdir. Həmin ərizəsi etibarsız sayılmalıdır.
8. Biri nci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Xaçmaz rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş cavab məktubunda qeyd edilmişdir ki, 30 yanvar 2020-ci il tarixdə saat 15:30 radələrində narkotik maddələrin olub-olmamasını aşkar etmək üçün İddiaçı sidik analizi götürülmüş, Analizin cavabı “pozitiv” olmuşdur (THC(+) marixuana, AMP(+) psixotrop maddələr aşkar olunmuşdur).
9. İddiaçının nümayındısi vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə narkoloji ekspertizasınıntəyin olunmasını xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 4 mart 2021-ci il tarixli, 2-1(118)-144/2021 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 4 may 2021-ci il tarixli, 2-1(118)-144/2021 nömrəli qərarı (hakim: V.Əzizova) ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Ca vabdeh tərəfindən İddiaçı barəsində verilmiş 3 fevral 2020-ci il tarixli, 0050/ş nömrəli əmrin ləğv edilməsi və onun həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Cavabdeh Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (N saylı hərbi hissə) Xüsusi Riskli xilasetmə bölüyünün istehkam və pirotexnik tağımının mütəxəssis pirotexniki gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəinin “e” bəndi(xidməti uyğunsuzluğa görə) əsas götürülərək həqiqi xərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ilə fərdi söhbət aparılması barədə iş materiallarına iki ədəd söhbət vərəqi əlavə olunsa da, həmin söhbət vərəqlərinin arasında cəmi 3 gün müddət verilmiş dir. Söhbət vərəqləri iş materiallarına əlavə edilməmişdir. Bundan başqa Əsasnamənin 163-cü maddəsi pozularaq iddiaçı buraxılmazdan əvvəl onun barəsində hərbi-həkim komissiyasının rəyi alınmamışdır. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bir sıra pozuntularla həyata keçirilmişdir. Həmçinin yuxarıda göstərilən əmrdə “əmrin verilməsi üçün əsas” bəndində Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetməvə mühafizə taborunun (N saylı hərbi hissə) komandiri baş leytenan Vəli Vəlibəyovun 30 yanvar 2020-ci il tarixli 37/37-023 N-li məktubu,təqdimatı və “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X4 30 yanvar 2020-ci il tarixli 138 nömrəli məktubu göstərilmişdir. İstinad olunan “Xaçmaz rayon Mərkəzi Xəstəxanası”nın 30 yanvar 2020-ci il tarixli 138 nömrəli məktubunda sadəcə 4 nəfərin, o cümlədən İddiaçı Xaçmaz RMX-nın həkim-narkoloqu tərəfindən müayinə olunması və onlarda narkotestlərin pozitiv olması qeyd edilmişdir. Həmin məktubda nümunələrin qan və ya sidikdən götürülməsi, yoxlamanın hansı cihazla aparılması, məhz hansı narkotik maddələrin aşkar edilməsi, hətta yoxlamanı aparan və rəy verən həkimin adı və soyadı belə göstərilməmişdir. Məhkəmə prosesində zamanı dindirilən ekspert M.Allahverdiyevanın şərhini nəzərə alaraq məhkəmə hesab edir ki, 30 yanvar 2020-ci il tarixdə İddiaçı verdiyi narkotestin cavabının “pozitiv” çıxması ilə onun 4 fevral 2020-ci il tarixdə, yəni 5 gündən sonra qandan verdiyi analizlərin cavabının “neqativ” çıxması üst-üstə düşmür və ağlabatan deyildir. Cəmi 5 gündən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyası tərəfindən aparılmış qan və sidik nümunələrinin ətraflı yoxlaması zamanı bütün göstəricilərin neqativ çıxması Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 30 yanvar 2020-ci il tarixli məktubunun mötəbərliyini təkzib edir. İddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-1(105)-467/2021 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
14. Məhkəmə-tibb i ekspertizasının 8 dekabr 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiapezin törəmələri, salisatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. 15.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2-1(105)-24/2022 nömrəli qərarı (hakimlər: R.Ağayev (sədrlik edən və məruzəçi) H.Babayeva və R.Nəbizadə) ilə Sumqayıt İnzibati Məhkəməsinin 4 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia rədd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaş mayaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində yazmış olduğu işdən azad edilməsi barədə təqririn iradəsinə uyğun olmadığını vurğulasa da, həmin təqririn yazıldığı 30 yanvar 2020-ci il tarixindən məhkəməyə müraciət etdiyi 6 mart 2020-ci il tarixinədək nə xidmət etdiyi hərbi hissə komandirinə, nə də ki, Xidmətin rəhbərliyinə hər hansı formada (ərizə, teleqram və ya şifahi qaydada) müraciət etməmiş, bu da özüözlüyündə 30 yanvar 2020-ci il tarixində yazmış olduğu təqririn əsasının hələ 29 noyabr 2019-cu il tarixdə aparılan söhbət vərəqəsindəki müraciəti ilə üst-üstə düşməsi ilə əlaqəli olmasını göstərir, digər tərəfdən həmin təqririn yazılması hərbi qulluqçuların bir qisminin növbəti narkotestin cavabı olaraq “pozitiv” nəticə alınması ilə də əlaqələndirilə bilər. Bundan əlavə, cavabdeh Xid mətin öhdəsinə düşən vəzifələrin icrasını təmin etmək üçün hərbi qulluqçularının müvafiq həkim yoxlamalarından keçirilməsi işin xüsusi riskli xüsusiyyətindən irəli gəldiyindən “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 30 yanvar 2020-ci il tarixli, 138 saylı məktubundan da göründüyü kimi, Xaçmaz RMX-nın həkim-narkoloqu tərəfindən müayinə olunmuş 4 şəxsdə, o cümlədən İddiaçı narkotesti “pozitiv” olduğundan sonuncunun həmin Xidmətdə saxlanılmasının mümkünsüzlüyü barədə Xidmət rəpbərliyinin 3 fevral 2020-ci il tarixli 0050/ş nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında qeyd etdiyi ekspert M.Allahverdiyevanın şərhinin əsas tutularaq gəldiyi qənaəti, əsassız hesab edilir ona görə ki, məhkəmə qərarının beşinci vərəqəsinin sonuncu abzasında istinad edilən M.Allahverdiyeva adlı ekspert (i.v.102) məhkəmə iclasında dindirilməmişdir. Əlavə olaraq, İddiaçı yoxlanılan zaman labarator nəticələrində zərərli maddələrin aşkar edilməməsi, sonuncunun təxminən bir il öncə yoxlanılması zamanı müəyyən olunmuş “pozitiv” nəticənin əsassızlığına dəlalət edə bilməz ona görə ki, iddiaçının həqiqi xidmətdə olduğu Xidmətin vəzifəli şəxsləri tərəfindən iddiaçıya qarşı qərəzliliyin olması barədə məhkəmə araşdırması zamanı hər hansı hal müəyyən olunmamış, əksinə belə bir halın aşkarlanmasından bir aydan artıq müddətdən əvvəl aparılmış istər 1-ci söhbət zamanı, istərsədə “pozitiv” nəticənin aşkar olunmasından sonra aparılmış 2-ci söhbət zamanı iddiaçı qə bul edilmiş qərarla tam razı olduğunu, xahiş və iddiasının olmamasını imzası ilə təsdiq edib yazmışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayətində işin hallarını və iddia tələbinin əsasını təşkil edən dəlilləri sadalamış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya mübahisələndirilən əmr gec təqdim olunmuş, təqdim edildikdən sonra isə müddət ötürülmədən məhkəməyə müraciət edilmişdir. Bu isə onu göstərir ki, iddiaçı qəbul edilən qərardan narazıdır. Bundan əlavə, məhkəmə ekspert rəyinə düzgün və tam formada qiymət verməmişdir. Belə ki, ekspert qarşısında iki sual qoyulmuşdur: 1) İddiaç ı qanından, sidiyindən, saç tükündən nümunələr götürülməklə onun narkotik vasitələrdən istifadə edib-etməməsi müəyyənləşdirilsin və 2) "Xaçmaz rayon Mərkəzi Xəstəxanası" PHŞ tərəfindən verilmiş 30 yanvar 2020-ci il tarixli arayışa əsasən sidikdə narkotikin müəyyən edilməsi ilə, Respublika Gigiyena və X1Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasının 4 fevral 2020-ci il tarixli müayinəsində İddiaçı sidik və qanında zəhərli kimyəvi maddələr aşkar edilməməsilə bağlı ziddiyyətli halın olub-olmamasına aydınlıq gətirilsin. Lakin məhkəmə ekspertin skrininq-testlə bağlı rəyini nəzərə almamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz daxil olmuş, etirazda apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi r. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); 21. “İnzibati icraat haqqında” Qanun Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübut larla bağlı deyildir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya i nstansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
26. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mü bahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. Hazırkı iş üzrə iddiaçının tələbi Azərbaycan Respublikası Cavabdeh 5 fevral 2020-ci il tarixli 018/Ş nömrəli əmrinin ləğvi və onun həqiqi hərbi xidmətə bərpa edilməsi ilə bağlıdır.
28. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları, o cümlədən cavabdehin dəlilləri ilə müəyyən olunur ki, mübahisələndirilən əmrin qəbul edilmə səbəbi “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən göndərilmiş 30 yanvar 2020-ci il tarixli məktubda iddiaçının narko-testinin nəticəsi “pozitiv” olmasının qeyd edilməsidir.
29. İşə baxan apellyasiya instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçının narko-testinin “pozi tivdir, həmçinin 30 yanvar 2020-ci il tarixdə yazdığı təqrirdə, həmçinin onunla aparılmış söhbətlərdə (29 noyabr 2019 və 30 yanvar 2020-ci il tarixli) cavabdehin qərarı ilə razı olduğunu bildirmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçının yazdığı 30 yanvar 2020-ci il tarixli təqrirdən (iş v. 46) və söhbət vərəqələrindən (iş v.126-127) onun narkotik maddələrdən istifadə əsası ilə hərbi xidmətdən ehtiyata buraxılmasına razı olduğu müəyyən olunmur. Bu halı iddiaçı ilə aparılmış ilk söhbətin 29 noyabr 2019-cu il tarixdə olması da təsdiqləyir. Halbuki, narkotestin nəticəsi ilə bağlı məktub 30 yanvar 2020-ci il tarixlidir. Belə olan halda isə, iddiaçının narkotik maddələrdən istifadə etdiyinə görə ehtiyata burax ılmalı olması ilə bağlı cavabdehin qərarı ilə razı olması sadə məntiqə uyğun deyildir.
31. Digər tərəfdən, qeyd edilməlidir ki, mübahisələndirilən qərar iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktdır. İnzibati icraat haqqında qanunvericiliyin müddəalarına əsasən isə, əlverişsiz inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. İnzibati icraat zamanı isə ilk növbədə inzibati orqan özü obyektiv və hərtərəfli araşdırma prinsipinə tabedir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə əsasən inzibati orqan, o cümlədən də cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasın dan və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
32. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda və həm də hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
33. Qanunvericinin bu yanaşma sının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hü quqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir.
34. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifə si inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı.
35. Hazırkı iş üzrə isə, yuxarıda qeyd olunan normaların və prinsiplərin əksinə olaraq, iş materiallarında olan sənədlərdən iddiaçıya barəsində cavabdehin təşəbbüsü ilə aparılmış narko-testin nəticəsinin təqdim edilməsi, onun alınmış nəticəyə dair münasibətinin öyrənilməsi, iddiaçıya narkotik vasitələrdən istifadəyə görə ehtiyata buraxılacağı barədə məlumat verilməsi, onunla bu barədə söhbət aparılması, iddiaçıya narkotik vasitələrdən istifadə etməməsi barədə sübutların təqdim edilməsinə şərait yaradılması, başqa sözlə, inzibati icraatın düzgün aparılması müəyyən olunmur. Digər tərəfdən, c avabdeh orqanının istinad etdiyi testin mötəbərliliyi iddiaçı tərəfindən təqdim edilmiş laboratoriya testinin nəticəsi ilə mübahisələndirilsə də, cavabdeh bu ziddiyyətli halın aradan qaldırılması üçün əlavə araşdırma aparmamış, iddiaçının xeyrinə ola biləcək halları nəzərə almadan, yalnız onun ziyanına olan testin nəticəsinə istinad etməklə, iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir.
36. Qeyd edilən bu hallar, həmçinin işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, məhkəmə tərəfindən iş materiallarında olan ziddiyyətli hallar aradan qaldırılması istiqamətində hərəkətlər edilməmiş, sadəcə iddiaçının təqrirdə qeyd etdiklərinə və söhbət vərəqəsində yazılanlara istinad etməklə, iddiaçının ehtiyata buraxılmasının onun iradəsinə uyğun olması nəticəsinə gəl mişdir. Eyni zamanda, iddiaçı barəsində aparılmış narko-testin mötəbərliliyi ilə bağlı da məhkəmə araşdırması natamam aparılmış, bununla bağlı məhkəmə tərəfindən lazımi qiymətləndirmə aparılmamışdır. Belə ki, məhkəmə iddiaçı barəsində aparılmış narko-test zamanı analizin kim tərəfindən və hansı şəraitdə götürülməsi ilə bağlı akt, iddiaçı barəsində testin aparılması barədə protokol və s. iş materiallarında yoxdur və məhkəmə tərəfindən tələb edilməmişdir. Eyni zamanda, iddiaçının 4 fevral 2020-ci il tarixdə keçdiyi müaəyinənin nəticəsi də (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının 4 fevral 2020-ci il tarixli müayinənin nəticəsindən görünür ki, İddiaçı qanında narkotik maddələr aşkar edilməmişdir) ilkin aparılan tə stin mötəbərliliyini şübhə altına alır. Bundan əlavə, məhkəmə tərəfindən iddiaçı barəsində aparılan testin həqiqətə uyğunluğu ilə bağlı işdəki sübutlara (ekspert izahatı, ekspert rəyi) hərtərəfli qiymət verilməmiş, apellyasiya instansiya məhkəməsi həmin sübutlarla razı olmadığını bildirsə də, bu istiqamətdə əlavə araşdırma aparmamışdır.
37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsasdır. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasi ya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2-1(105)-24/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.