Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-760/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlük şərti; mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan R espublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “torpaq sahəsinin DWJ elektron bazasında əvvəlki yerində iddiaçıların adına yerləşdirilməsi və cavabdeh tərəfindən üçüncü şəxsin adına tərtib edilmiş sənədlərin əvvəlki vəziyyətinə geri qaytarılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(107)-387/2022 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN-265B KOD 40504018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 68 nömrəli qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi X2 (iddiaçı M.İbrahinxəlilovanın əri, iddiaçılar İddiaçı2 və İddiaçı3 atası) mülkiyyətinə verilmişdir.
2. RX seriyalı ******* nömrəli çıxarışa əsasən, 0.111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Qeyd olunan çıxarışa və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli, 2-1(84)-29/2016 nömrəli qərarına əsasən həmin torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli, 040463 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
3. RX seriyalı ******* nömrəli çıxarışa əsasən, 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Qeyd olunan çıxarışa və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli, 2-1( 84)-29/2016 nömrəli qərarına əsasən həmin torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli, 040462 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. 4. 19.10.2015-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, müqavilə üzrə satıcılar X10, X13, X11 və X8 ümumi sahəsi 0.0653 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə özlərinə məxsus hissələrini alıcı X1. Bununla bağlı üçüncü şəxs X4 adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan müqavilə və çıxarışa əsasən, həmin torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
5. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli, 2-1(84)-29/2016 nömrəli qərarına əsasən, həmin iş üzrə iddiaçı X9 cavabdeh Azərbayca n Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu, Kərimli kəndində yerləşən xx.xx.2015-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.111 ha və 12 iyun 2015-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.0653 ha torpaq sahələrinə X4 adına torpaq sahəsinin plan və ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Oğuz rayonu, Kərimli kəndində yerləşən, 27 yanvar 2015-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən 0.111 ha və 12 iyun 2015-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən 0.0653 ha torpaq sahələrinə X4 adına torpaq sahəsinin plan və ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur.
6. JN-0908 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Oğuz rayonu, Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli, 4-ə-1/56- 57 saylı alqı-satqı müqavilələri ilə satılmış 0.11 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 mülkiyyətinə verilmiş və dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.2003-cü il tarixdə 03 nömrə ilə qeydiyyata alınmışdır.
7. JN-426 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Oğuz rayon AİK-in xx.xx.1998-ci il tarixli, 68 nömrəli qərarı ilə 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X21 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və dövlət aktların ın qeydiyyatı kitabında 7419 nömrə ilə qeydiyyata alınmışdır.
8. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 9 iyun 2015-ci il tarixli, 2-1(84)-500/2015 nömrəli qərarına əsasən həmin iş üzrə iddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixli, JN424 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında Oğuz rayonu, Kərimli kəndində yerləşən 2.16 ha torpaq sahəsinin adına rəsmiləşdirilmiş 2.0956 ha hissəsindən əlavə, yerdə qalan 0.0653 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qər ar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə xx.xx.1999cu il tarixli, JN-424 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında Oğuz rayonu, Kərimli kəndində yerləşən 2.16 ha torpaq sahəsinin iddiaçının adına rəsmiləşən 2.0956 ha hissəsindən əlavə, yerdə qalan 0.0653 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması öhdəliyi qoyulmuşdur.
9. JN-424 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı ilə 2.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. 10. xx.xx.2008-ci il tarixdə tərtib edilmiş, reyestr nömrəsi ********** 20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” və MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Oğuz rayonu, Kərimli kəndində mülkiyyətində olan 0.05586 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə üçüncü şəxsə məxsusdur.
11. JN-0913 kod 40504018 nömrəli ““Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Oğuz rayonu, Kərimli bələdiyyəsinin 4 noyabr 2004-cü il tarixli, 25 nömrəli qərarı ilə 560 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün üçüncü şəxsin mülkiyyətinə verilmiş və sənəd dövlət aktı qeydiyyatı kitabında xx.xx.2005-ci il tarixdə 21 nömrə ilə qeydiyyata alınmışdır.
12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-24/2021 nömrəli qərarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaç ı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X9) “cavabdeh tərəfindən üçüncü şəxs X4 adına verilmiş 8 sentyabr 2008-ci il tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 27 yanvar 2015-ci il tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, 12 iyun 2015-ci il tarixli, 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 24 oktyabr 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədləri nin (xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu”, xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********42, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********89, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-1(102)-1810/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-24/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin təmin olunmaması barədə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)203/2021 nö mrəli qərarından verilmiş kassasiya şikayəti təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır.
14. İddiaçıların müraciətinə cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********10 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, müraciətdə göstərilən torpaq sahələrinə dair plan və ölçü sənədlərinin ləğv edilməsi və ya dəyişdirilməsi cavabdehin səlahiyyətləri daxilində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
15. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayon AİK-nin 1998-ci il 05 avqust tarixli, 68 saylı qərarı əsasında tərtib edilmiş JN-265 B nömrəli 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.25 ha torpaq sahəsinin DWJ elektron bazasında ə vvəlki yerində iddiaçıların adına yerləşdirilməsi və cavabdeh tərəfindən üçüncü şəxsin adına tərtib edilmiş sənədlərin əvvəlki vəziyyətinə geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Oğuz rayon “Qələbə" kolxozunun 27 yanvar 1994-cü il tarixli, 03 saylı iclasının qərarı ilə iddiaçıya və ailə üzvlərinə bağ salmaq üçün əkinə yararsız sahədən 0.25 ha torpaq sahəsi ayrılmışdır. Həmin 0.25 ha torpaq sahəsi Oğuz rayonu, AİK-nın xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı əsasında JN-265B kod 40504018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə da şəhadətnamə” ilə mərhum X2 adına sənədləşdirilmişdir. Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 5 oktyabr 2010-ci il tarixli qətnaməsindən də göründüyü kimi, Oğuz rayon AİK-nin 1998- ci il 05 avqust tarixli, 68 saylı qərarı ilə X2 mülkiyyətinə verilmiş 0,25 ha pay torpaq sahəsi, onun üçün tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-265 В nömrəli (kod: ********), 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatlarına əsasən Oğuz-Yevlax şosse yolu ilə Oğuz-İsmayıllı şosse yolunun kəsişmə nöqtəsindən 90 metrdən sonra başlayaraq Oğuz-Qəbələ şosse yolu istiqamətində kanal boyu 86 metr, şosse yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 metr, ticarət obyektindən ayıran su arxı boyu 32 metr, şosse yolundan alma bağına doğru 31 metr olan ərazidə yerləşmişdir. Oğuz rayonu Kərimli kəndində yerləşən, JN-265B KOD 40504018 nömrəli şəhadətnamə əsasında iddiaçılara məxsus olan həmin torpaq sahəsi ilə bağlı məlumatlar rəsmi olaraq elektron kadastr məlumatları bazasına daxil edilmişdir. Həmin qətnamənin 4-cü səhifəsində göstərilir ki, iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2009-cı il tarixli, 8055 saylı rəyindən görünür ki, A.Haşımovun və İddiaçı2 mülkiyyətlərində olan torpaq sahələrinin ətraf qonşuluqda yerləşən torpaq sahələrinin sərhədləri ilə üst-üstə düşməsi faktı müəyyən edilmir. Həmin qətnamədə göstərilir ki, Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsinin 04 oktyabr 2010-cu il tarixli, 270 saylı məktubundan görünür ki, Oğuz rayon Kərimli kənd sakini X7 və X12 arasında məhkəmə mübahisəsi olan torpaq sahəsinə yenidən baxış keçirilərək, əvvəlki arxiv sənədlərinə istinad edilərək ölçmə işləri aparılmışdır. Ölçmə işləri əvvəllər mövcud olan hal-hazırda qazılaraq ye ri müəyyənləşdirilmiş su arxından başlayır. Həmin su arxı X23 İbrahimxəlilovun mülkiyyətinə verilmiş torpaq sahələrini ayırır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-265B KOD 40504018 nömrəli X3 verilmiş mülkiyyət Şəhadətnaməsinin cizgilərinə uyğun olaraq birinci nöqtəni su arxının kənarından götürərək Oğuz-İsmayıllı şosse yolu boyunca 86 metr ölçərək ikinci nöqtənin yeri müəyyən edilmişdir. İkinci nöqtədən 32 metr ölçərək üçüncü nöqtə müəyyən edilmişdir. Sonra birinci nöqtədən istifadəyə uyğun 32 metr məsafədə dördüncü nöqtə müəyyənləşdirilmişdir. Ölçmə çizgidə olan formada yerə köçürülmüş və köçürülmə zamanı Araz Həşimovun mülkiyyətində olan torpaq sahəsinin Sabir İbrahimxəlilov tərəfindən zəbt edilməsi müəyyənləşdirilməmişdir. xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqq ında şəhadətnamədə mərhum X2 həyat yoldaşı və övladları olan iddiaçılar onun vərəsələri olaraq qeyd edilmişdir və həmin torpaq sahəsi hal-hazırda mərhumun vərəsələrinin mülkiyyətindədir. Bütün bunlara baxmayaraq, Oğuz rayonu, AİK-nın xx.xx.1998-ci il tarixli, 68 saylı qərarı əsasında verilmiş JN-265B kod 40504018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə iddiaçılara məxsus olan 0.25 ha torpaq sahəsinin koordinatlarının yerləşdiyi yerdə (yəni Oğuz-Yevlax şose yolu ilə Oğuz-İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 metrdən sonra başlayaraq Oğuz-Qəbələ şosse yolu istiqamətində kanal boyu 86 metr, şosse yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 metr, ticarət obyektindən ayıran su arxı boyu 32 metr, şosse yolundan alma bağına doğru 31 metr olan ərazidə) olmaqla cavabdeh tərəfindən X4 adına olan 4 torpaq sahəsinə aid çıxarışlara: 1) 08 sentyabr 2008-ci il tarixli, ******* nömrəli, 2) 27 yanvar 2015-ci il tarixli, ******* nömrəli, 3)12 iyun 2015-ci il tarixli, 00660000 nömrəli, 4) 24 oktyabr 2015-cil il tarixli, ******* nömrəli çıxarışlara) əlavə kimi, lakin qanunsuz olaraq plan və ölçü sənədləri tərtib edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********24 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətinin nəticə hissəsində qeyd edilmişdir ki, JN-265B KOD 40504018 nömrəli şəhadətnamə Mərkəzin Elektron bazasında yoxdur. Bu qanunsuz hərəkətlə iddiaçıların mülkiyyət hüququ pozulmuş və hal-hazırda qanuni qüvvəyə minmiş qətnaməyə görə iddiaçılar, mülkiyyətlərinə verilmiş həmin 0,25 ha torpaq sahəsindən istifadə edə bilmirlər.
17. Cavabdeh və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilmişdir.
18. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-939/2022 nömrəli qərardadı (hakim V.Ə.Musayev) ilə iddia mümkün sayılmamışdır.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Əvvəllər plan-ölçü sənədlərinin ləğv edilməsi şəklində ifadə edilən iddia ərizəsinin tərtibatı dəyişdirilərək, iddia tələbi “plan-ölçü sənədlərinin əvvəlki vəziyyətinə geri qaytarılması” şəkilində ifadə edilsə də, mahiyyət etibarilə hər iki tələb eyni hüquqi nəticənin əldə edilməsinə yönəlmiş dir. Buna görə də əvvəlki iş üzrə qanuni qüvvəyə minmiş qərarının mövcudluğu, hazırki iddia tələbinə baxılmasının mümkünlüyünü istisna edir.
20. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq icraata qəbul olunmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat
21. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(107)-387/2022 nömrəli qərardadı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-939/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
24. İddiaçıların kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq göstərilmişdir ki, onlar məhkəmə qərarına əsasən mövcud tələbi formalaşdıraraq inzibati orqanın hərəkəti nəticəsində iddiaçıların pozulmuş hüquq və qanunla qorunan marağının məhkəmə müdafiəsi təminatından istifadə etmişlər. Bu onların qanunla verilmiş hüququdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası düzgün hüquqi nəticəyə gəlməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (116)24/2021 nömrəli qərarının aid olduğu tələbə əsasən iddiaçıların qanunla qorunan marağı ilə hazırkı iddia üzrə marağın tam fərqləndiyini müəyyən edə bilməmiş və bu iki tələbi tədqiq edərkən subyektin qanunla qorunan marağının əsas anlayışından kənara çıxmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçıların kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığını n yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, müb ahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 15.1. Məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər.... 15.5. İPM-in 78-ci maddəsinə əsa sən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəm əsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instan siyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşk il edir. Kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür.
33. Belə ki, apelyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
36. İddiaçıların kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, əvvəlki iş üzrə hallar hazırkı işin hallarından fərqlənir. Lakin iddia olunan bu fərq işin halları ilə deyil, iddia tələbinin fərqli ifadə tərzi ilə bağlıdır. Belə ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-24/2021 nömrəli qərarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “cavabdeh tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən üçüncü şəxs X4 adına verilmiş 8 sentyabr 2008-ci il tarixli, ******* nömrəli, 27 yanvar 2015-ci il tarixli, ******* nömrəli, 12 iyun 2015-ci il tarixli, 00660000 nömrəli, 24 oktyabr 2015-ci il tarixli, ******* nömrəli çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin (xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********20- 06301 olan “Daşınmaz əmlakın texniki pasportu”, xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********42, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********89, xx.xx.2016cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir.
37. Birinci instansiya məhkəməsinin həmin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1810/2021 nömrəli qərarının qəbul edilməsi ilə qanuni qüvvəyə minmişdir.
38. Hazırkı işdə isə iddiaçılar üçüncü şəxsin adına verilmiş plan və ölçü sənədlərinin birbaşa ləğvini deyil, “plan-ölçü sənədlərinin əvvəlki vəziyyətinə geri qaytarılması”nı tələb edir. Qeyd olunmalıdır ki, iddia tələbinin bu şəkildə ifadə edilməsi əslində iddiaçının nail olmaq i stədiyi nəticə anlamında iddianın mahiyyətini dəyişmir və iddianın mümkünlüyü ilə bağlı prosessual məhdudiyyətlərdən yayınmaq məqsədi ilə vahid hüquqi maraqla ehtiva olunan eyni tələbin pərdələnməsi kimi qiymətləndirilməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə həm tərəflər-iddiaçılar, cavabdeh inzibati orqan, üçüncü şəxs, həm mübahisə predmeti olan torpaq sahəsi və həm də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eynidir. Başqa sözlə, hər iki iş üzrə iddiaçının tələbi onun həqiqi niyyəti və hüquqi marağı baxımından üçüncü şəxsin adına verilmiş plan və ölçü sənədləri ilə bağlıdır və həmin sənədlərin ləğvinə yönəlmişdir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında ifadə olunmuş hü quqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
41. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini ö zündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarı).
42. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli qərarı).
43. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan xüsusat iddianın mümkünlük şərtlərinə aiddir və hazırki mübahi səyə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğuna istinadən iddianı mümkün saymamaqda apellyasiya instansiyası məhkəməsi haqlı sayılmalıdır. Belə ki, üçüncü şəxsin adına verilmiş plan və ölçü sənədləri iddiaçı tərəfindən əvvəllər də inzibati məhkəmə qaydasında mübahisələndirilmiş, lakin məhkəmə qərarı ilə iddia tələbi rədd edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir.
44. Nəzərə almaq lazımdır ki, İPM-in 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu qayda hazırkı mübahisəyə münasibətdə də tətbiq olunmalıdır.
45. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına və İPM-nin tələblərinə uyğundur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 21(107)-387/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.