Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-761/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2750/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 262 saylı sərəncamına əsasən İddiaçı Mənzil-Tikinti Kooperativinin xx.xx.2017-ci il tarixli, 27 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. 2. xx.xx.2017-ci il tarixli, 1362 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 262 saylı sərəncamı, 13277 saylı, xx.xx.2017-ci il tarixli inşaat pasp ortu və 17/87 saylı, xx.xx.2017-ci il tarixli ayrıc aktına əsasən, Bakı şəhəri, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə dair 49 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı 4 mart 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 262 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının 1-ci bəndindəki “icarə əsasında” sözü hissəsində etibarsız sayılması, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında bağlanmış 1362 saylı, xx.xx.2017-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsinin İddiaçı MTK -nın adına daimi istifadə hüququ ilə rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı ərizəsində bu qərarın 1 və 2-ci bəndlərində qeyd edilən sənədlərə istinad edərək hesab etmişdir ki, sözügedən torpaq sahəsi kooperativə daimi istifadə hüququ ilə ayrılmalı olduğundan, torpaq icarə müqaviləsi qanunvericiliyinin tələblərinin pozulması ilə bağlanmışdır. Bu səbəbdən, həmin müqavilə etibarsız sayılmalıdır.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət bildirilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4815/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qərarı ilə (hakim H.A.Ağalarov) iddia rədd edilmişdir.
7. Məhkəmə “İnzibati icraat haqqında” Qanunun 64, 65 və 67-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddia əriz əsinə görə iddiaçı cavabdehin sərəncamının qismən etibarsız hesab edilməsini xahiş edir. Lakin, iddia tələbinin maddi əsası olan, sözügedən Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin sərəncamın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmadığından sərəncamın qismən etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz.
8. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2566/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və X.A.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-4815/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qərarı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırkı işdə hüquqi marağı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 262 saylı xx.xx.2017-ci il tarixli sərəncamında Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində yaşayış binalarının İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən tikintisinin layihələndirilməsi üçün həmin torpaq sahəsinin Kooperativə “icarə əsasında” deyil, “daimi istifadə” əsasında verilməsindən ibarət olmuşdur. Bunun üçün iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək adı çəkilən sərəncamın etirarsız hesab edilməsi (müəyyən etmə və tanınma haqqında iddia) deyil, X1ın dəyişdirilməsi tələb oluna bilərdi. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını müəyyən etmədən, onun daha uğurlu iddia növündən istifadə etmək imkanının olduğunu ona bildirmədən, verilmiş tələbə mahiyyəti üzrə baxaraq onu təmin etməmiş və nəticədə zəruri araşdırmanı sonadək aparmamışdır. c) birinci instansiya məhkəməsində ikinci icraat
11. İnzibati iş təkrarən Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 262 nömrəli sərəncamının 1-ci bəndinə Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahə sində yaşayış binalarının tikintisinin layihələndirilməsinə İddiaçı MTK-ya daimi istifadə hüququ əsasında icazə verilməsi məzmununda dəyişiklik edilməsi öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasını” xahiş etmiş və ərizə məhkəmənin müvafiq qərardadına əsasən icraata qəbul edilmişdir.
12. İddiaçı tələbində bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 262 nömrəli sərəncamının 1-ci bəndinə əsasən icarə əsasında Yasamal rayonu, 3160cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. X1 əsasında xx.xx.2017-ci il tarixli 1362 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır və müqavilə yə əsasən icarə müddəti 49 il müəyyən edilmişdir. Halbuki, Torpaq Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpağının hüquqi şəxsin (İddiaçı MTK-nın) istifadəsinə verilməsi icarə əsasında deyil, daimi istifadə əsasında verilə bilərdi. Eyni zamanda, formalaşmış məhkəmə təcrübəsinə görə də dövlət torpaqları çoxmərtəbəli çoxmənzilli yaşayış evləri mənzil-tikinti kooperativinin icarəsinə deyil, daimi istifadəsinə verilir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(81)-4562/2017 nömrəli qərarına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 67 nömrəli sərəncamı ilə dövlət torpağının İddiaçı MTKnın icarəsinə verilməsi məhz Torpaq Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə zidd olduğuna görə qanunsuz hesab edilmişdir. Ona görə də hazırkı iş üzrə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2022 nömrəli, 3 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim A.Ə.Əhədova) iddia mümkün sayılmamışdır.
14. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının qaldırdığı mübahisələndirmə haqqında iddia növü üzrə müddətə dair xüsusi mümkünlük şərti ödənilmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən sərəncam iddiaçıya yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında inzibati akt olmaqla xx.xx.2017-ci il tarixlidir. Həmin sərəncam əsasında iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 1362 nömrəli icarə müqaviləsi də bağlanmışdır. İcarə müqaviləsinə əsasən icarə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 3160 -cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ünvanda yerləşən torpaq sahəsi 49 il müddətinə iddiaçının istifadəsinə verilmiş, iddiaçı isə cavabdehə hər il icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
15. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan aktın verildiyi vaxtdan, ən geci həmin akt əsasında icarə müqaviləsi bağladığı xx.xx.2017-ci il tarixdən məlumatlıdır. Hazırkı iş üzrə iddiaçı birinci dəfə sözügedən sərəncamın etibarsız sayılması ilə bağlı (İPM-in 36-cı maddəsinə uyğun) iddiasını xx.xx.2021-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirmiş, inzibati iş təkrar inzibati məhkəmə icraatına qaytarıldıqdan sonra isə xx.xx.2022-ci il tarixdə sərəncamın dəyişdirilməsi iddiasını vermişdir. Başqa sözlə, iddiaçı sərəncamdan məlu matlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır.
16. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2750/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2022 nömrəli, 3 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin tə krar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmışdır. Kassasiyaçı İPM-nin 1.2, 31.1, 31.2, 38.1, 96.5.2 və MPM-in 361.2, 418.1-ci maddələrinə istinad edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə
3. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar -3.0.27. tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə b ağlı hazırlanmış texniki sənədlər toplusu;...... Maddə
47. Tikinti obyektinin sifarişçisi...... 47.4. Sifarişçi:...... 47.4.2. tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir....... Maddə
75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları.... 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fizi ki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi...... 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar a və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə
36. İnzibati icraatda iştirakçılar.... 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təm in etməyə borcludur..... Maddə
58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfind ən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
24. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
35. İddianın mümkünlüyü -35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
38. İddia müddəti -38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər -94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərard adının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. -94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. -94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat -96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. -96.9. Ali Məhkəm ə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı -98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı m əhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün ə həmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iddia tələbi üzrə hüquqi mövqeyi nəticə etibarilə iddianın mümkünsüzlüyü barədə düzgün olmuşdur. Lakin, məhkəmə kollegiyası hazırkı mübahisəyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 262 nömrəli sərəncamının 1-ci bəndinə “Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsi ndə yaşayış binalarının tikintisinin layihələndirilməsinə İddiaçı MTK-ya daimi istifadə hüququ əsasında icazə verilməsi” məzmununda dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
30. İş materiallarına əlavə edilmiş sözügedən xx.xx.2017-ci il tarixli Sərəncama nəzər yetirdikdə müəyyən edilir ki, həmin sərəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır. Sərəncamda həmçinin torpaq sahəsində (icarə əsasında) sözləri yazılmışdır. İddiaçı hesab edir ki, torpaq icarəyə deyil, istifadəyə verilmişdir. 31. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.
32. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunların a uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququ nun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
34. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd edilən sərəncam tikiliyə icazə deyil və iddiaçının hüquq və mənafeyinə toxunması halı iş materialları ilə təsdiq edilmir.
35. Belə ki, mübahisə predmeti olan sərəncamın 3-cü bəndində açıq qeyd edilmişdir ki, bu sərəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır. Layihələndirmə ilə bağlı verilən sərəncamda torpaq sahəsinin hansı məqsədlə (icarəyə, yaxud istifadəyə) verilməsi heç bir önəm kəsb etmir. Sərəncamın məzmunundan görünür ki, yalnız layihələndirmə üçün verilmişdir.
36. Yuxarıda istinad olunan tikintiyə icazə verilməsinin ümumi qaydalarını tənzimləyən normaların anlamında da layihələndirmə üçün əsas olan inzibati akt özlüyündə iddiaçı üçün hər hansı nəticə yaratmır.
37. Belə ki, qanunvericiliyə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi, sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi əlavə olunur. Tikintiyə dair sənədlərin tam lığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini, bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qu rumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini təmin edir.
38. Beləliklə layihələndirmə üçün əsas olan sərəncam tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) olan müraciətə əlavə edilən tikinti layihəsinin tərtib edilməsi üçün əsasdır və iddiaçı üçün torpaq sahəsi ilə bağlı hər hansı hüquqi nəticə yaratmır. Torpaq sahəsinin tikinti üçün icarəyə verilməsi tərəflərin imzaladığı 26 iyul 2017-ci il tarixli icarə müqaviləsində nəzərdə tutulmuşdur.
39. Göründüyü kimi iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia mümkün sayılmamalıdır.
40. Bu xüsusda həmçinin qeyd edilməlidir ki, mübahisələndirilən sərə ncam iddiaçı üçün hər hansı hüquqi nəticə doğurmadığından, hazırkı icraatda sərəncam əhəmiyyətsiz inzibati akt olduğundan, torpağın icarəyə verilməsi icarə müqaviləsində nəzərdə tutulduğundan, iddia mümkün sayıla bilməz.
41. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
42. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habe lə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
43. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia mümkün sayılmamalıdır.
44. Apellyasiya məhkəməsi iddia müddətinin buraxılması əsası ilə iddianı mümkün saymamışdır. Lakin iddiaçının mübahisə açdığı sərəncam onun üçün hüquqi nəticə yaratmadığından, bu səbəbdən iddiaçı subyektiv hüquqa malik olmadığından İPM-n in 96.7- ci maddəsinə əsasən qərardad digər əsaslara görə düzgün olduğundan iddiaçının şikayəti təmin edilmir, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2750/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.