Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-761/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********2764 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1743/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********2764 nömrəli qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 21 noyabr 2022-ci tarixli, 2-1(112)-4505/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
2. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 s entyabr 2023-cü il tarixli, 2-1(103)-1743/2023 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci tarixli, 2-1(112)-4505/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir.
3. İddiaçı 20 noyabr 2023-cü il tarixdə poçt vasitəsilə həmin qərardan kassasiya şikayəti vermiş, şikayət xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şi kayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
5. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.
6. Belə ki, kassasiya şikayətinin mümkünlüyünün əsasları dedikdə, kassasiya şikayətinin, İnzibati Prosessual Məcəllənin 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
7. Hazırkı mübahisəyə dair iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli 2-1(103)-1743/2023 nömrəli qərarı 15 sentyabr 2023-cü il tarixdə, saat 12:10-da iddiaçının vəkili və nümayəndəsi Vəkil Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda, iddiaçı tərəfindən həmin qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin axımı da məhz, həmin tarixdən başlamış, oktyabr ayının 15-i qeyri-iş günü olduğundan 16 oktyabr 2023-cü il tarixdə bitmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən həmin qərardan kassasiya şikayəti 20 noyabr 2023-cü il tarixdə poçta təhvil verilmişdir.
8. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 4-cü bəndində istinad olunan qanunvericilik normalarının tələbləri baxımından, apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddət iddiaçı tərəfindən buraxılmışdır.
9. Bununla əlaqədar, iddiaçıya məhkəmə bildirişi göndərilməklə, 23 fevral 2024-cü il tarixədək yuxarıda göstərilən nöqsanın a radan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məlumat verilmişdir.
10. İddiaçı həmin məhkəmə bildirişinə münasibət bildirməmiş, məhkəməyə prosessual müddətin buraxılmadığını təsdiq edən hər hansı sübut və ya buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) təqdim etməmişdir. Odur ki, kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
11. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1743/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.