Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-761/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: siyahıya alınmış əmlakın satılması, məhkəmə icraatı zamanı siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “si yahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(106)-522/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı vergi öhdəliklərini yerinə yetirmədiyindən dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə 162591,17 manat məbləğində borcu yaranmış, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixli, **********3 nömrəli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus 165000 manat məbləğində əmlak (“Hyundai yük” markalı nəqliyyat vasitəsi 40000 manat məbləğində, “X6” markalı nə qliyyat vasitəsi 20000 manat məbləğində, “Hyundai HD 78” yük markalı 30000 manat məbləğində, “Hyundai HD 72yük” markalı nəqliyyat vasitəsi 15000 manat məbləğində,” X5” minik markalı nəqliyyat vasitəsi 35000 manat məbləğində, “X5 Parado” markalı nəqliyyat vasitəsi 25000 manat məbləğində qiymətləndirilmişdir) siyahıya alınmışdır.
2. Cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 162591,17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 165000 manat məbləğində siyahıya alınmış əmlakının satılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini əsaslandırarkən işin hallarında göstərilən xüsusatlara istinad etmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
6. Şirvan İnzibati Məhkəməsinin (hakim: H.N.Nəcəfov) 26 iyul 2024-cü il tarixli 21(120)-1713/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1625991,17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış “Hyundai yük” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Hd 78 yük” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Land-Cruıser” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı **BX-*** dövlət qeydiyyat nişanlı, Hyundai Hd72 Yük” markalı ** -CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdehin borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən tam təmin edilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin “Toyota Land-Cruıser-Prado” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2009-cu il tarixdən Cavabdeh mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 90- BZ-901 dövlət qeydiyyat nişanları verilərək X2 adına qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının satılması barədə tələb irəli sürdüyü həmin avtonəqliyyat vasitəsi hazırda cavabdehin deyil, başq a şəxsin mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün hazırda başqa şəxsin mülkiyyətində olan əmlakın siyahıya alınaraq satılması yolverilməzdir. Belə olan halda, “Toyota Land-Cruıser-Prado” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmış əmlaklar sırasından çıxarılmalı və digər nəqliyyat vasitələri hərrac vasitəsi ilə satılaraq əldə edilmiş vəsait cavabdehin borcunun ödənilməsi istiqamətində istifadə edilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həs ənov /sədrlik edən və məruzəçi/, P.T.Əhmədov və S.İ.Mayılov) 23 oktyabr 2024-cü il tarixli, 21(106)-522/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, siyahıya alınmış avtomobillər onun mülkiyyətində deyil, başqa şəxsin -X1 mülkiyyətindədir. Bundan əlavə, onun 165.000 manat borcu nun olması da ağlabatan deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər … 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müdd əaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək... Maddə
89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.... 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalın da iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.... Maddə
90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin ol unması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər....
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə q ərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
19. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə məxsus olan və siyahıya alınmış “Hyundai yük” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Hd 78 yük” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Land-Cruıser” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Hd72 Yük” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vas itələrinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılmasına dair birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlasa da, cavabdehin kassasiya şikayətinin dəlillərindən və əlavə etdiyi sənədlərdən görünür ki, işə apellyasiya icraatında baxılarkən satılması tələb edilən nəqliyyat vasitələrinin mülkiyyətçisi artıq dəyişmişdir.
20. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi siyahıya alınmış əmlakların cavabdehin mülkiyyətində olub-olmamasını araşdırmadan qərar qəbul etmiş, bununla da İPM-in 12.1-ci maddəsinin tələbini pozmuşdur.
21. Qeyd edilməlidir ki, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, siyahıya alınmış əmlak digər şəxsin mülkiyyətində olduqda, həmin əmlak cavabdehin vergi borcunun ödənilməsi məqsə di üçün satıla bilməz. Əks yanaşma, nəqliyyat vasitəsinin yeni sahibinin Konstitusiyada təsbit edilmiş mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Əgər, hazırkı halda iddiaçının siyahıya aldığı əmlak cavabdehin faktiki olaraq mülkiyyətində deyilsə, iddia təmin edilsə belə, məhkəmə qərarı icra keyfiyyətinə malik olmayacaqdır.
22. Odur ki, siyahıya alınmış əmlakların cavabdehin mülkiyyətində olub-olmaması ilə bağlı işin halları təkrar apellyasiya baxışında qiymətləndirilməklə iş üzrə qərar qəbul edilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(106)-522/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə