Məhkəmə qərarları › İş №2-1(102)-762/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-762/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-762/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması) Hakimlər: Zakir Quliyev - məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair qeydiyyatın reyestrdən çıxarışa daxil edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2022-ci il tarixli, 2-1(105)-50/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE *******; FİN xxxxxxx) xxxx tarixində Bakı şəhərində doğulmuşdur. O, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla ünvan1 ünvanında yaşayır.

2. X7 4 iyun 2003-cü il tarixli 191283 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Masazır kəndində faktiki 12140,1 m2 torpaq sahəsində yerləşən, yaşayış sahəsi 29,2 m2, köməkçi sahəsi 30,0 m2 olan 2 otaqdan ibarət yaşayış evini İddiaçı satmışdır.

3. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qey diyyatı İdarəsi tərəfindən verilmiş 29407 nömrə ilə reyestr kitabında qeydə alınmış Qeydiyyat vəsiqəsinə əsasən yaşayış sahəsi 29,2 m2, köməkçi sahəsi 30,0 m2 olan 2 otaqdan ibarət yaşayış evi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

4. Eyni zamanda, 445 inventar nömrəli, 29407 qeydiyyat nömrəli Fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin texniki pasportu iddiaçının adına tərtib edilmiş, digər tikililərlə yanaşı yaşayış evinin texniki göstəriciləri də qeyd edilmişdir.

5. İddiaçı 6 sentyabr 2019-cu il tarixində cavabdehə müraciət edərək Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

6. Cavabdeh 16 sentyabr 2019-cu il tarixli imtina məktubunda bildirmişdir ki, ap arılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 29407 nömrəli qeydiyyat vəsiqəsi və 445 inventar nömrəli texniki pasportda göstərilən mülkiyyət hüququ ilə iddiaçıya məxsus fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Baxış keçirilmiş ərazidə 1,1556 ha. torpaq sahəsi və 1990,5 m2 ümumi sahəsi olan icazəsiz müxtəlif təyinatlı tikililər aşkar edilmişdir. Həmin torpaq sahəsinə və tikililərə dair hüquqmüəyyənedici və texniki sənədlər hazırkı ərizəyə əlavə edilməmişdir. Habelə, sözügedən qeydiyyat vəsiqəsi və texniki pasportun baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstə rilməmişdir. Bundan başqa, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələrindən kənarda ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrinin üzərində yerləşdiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi, həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1,1556 ha. həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 4 iyun 2003-cü il tarixli 4Ə-149 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Həmin alqı-satqı müqaviləsində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir. Bundan başa, X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən daşınmaz əmlakın əvvəlki mülkiyyətçisinə və iddiaçıya verilmiş evin texniki pasp ortunun torpaq sahəsinin planı M 1:1000 və torpaq sahəsinin şərhi hissələrində öz əksini tapmışdır. Cavabdeh orqan isə göstərilən halları nəzərə almamış, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almaqdan əsassız olaraq imtina etmişdir. Cavabdehin imtina məktubunda göstərdiyi səbəb “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində öz əksini tapmamışdır.

9. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynilik təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 2019-cu il tarixində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində eyni məzmunlu iddia qaldırmış və məhkəmənin 25 dekabr 2019-cu il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılaraq ic raata xitam verilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2-1(118)-78/2021 nömrəli qərarına əsasən (hakim İsmayıl Quliyev) iddia qismən təmin edilmiş, iddiaçının Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən mənzil iddiaçının xüsusi mülkiyyəti olduğundan və mənzil “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minməzdən əvvəl əldə edildiyindən həmin 29407 nömrəli Qeydiyyat vəsiqəsi Qanunun 8.0.5-ci maddəsinə uyğun olaraq yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasdır. Həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha. torpaq sahəs inə isə iddiaçının mülkiyyət hüququnun yaranmasının hər hansı bir hüquqi əsası mövcud olmadığından, iddia tələbi həmin hissədə təmin oluna bilməz. İddiaçının təqdim etdiyi 445 inventar nömrəli texniki pasportda başqa tikililər də mövcud olduğundan həmin texniki sənəd ancaq iddiaçıya məxsus evin texniki pasportu kimi qəbul edilə bilməz. Bu hal olmasa belə, qeyd edilən texniki pasport sırf iddiaçıya məxsus evin texniki pasportu olsa belə yenə də həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması üçün hüquqi əsas mövcud deyil.

12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 1 fevral 2022-ci il tarixli 2-1(105)-50/2022 nömrəli qərarına əsasən (sədrlik edən Rəşadət Ağayev, hakimlər Hökümə Babayeva, İlqar Dəmirov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2-1(118)-78/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evini X3 alqı-satqı müqaviləsi əsasında əldə edərkən torpaq sahəsinə dair heç bir rəsmi sənəd olmamış, digər tərəfdən istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində torpaq sahəsinin ölçüsünün 1.1556 ha. göstərilməsinə baxmayaraq həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına dair iş də heç bir sənəd mövcud deyildir. Bu da özüözlüyündə iddia tələbinin torpaq sahəsinə dair hissəsinin əsassız olmasını təsdiq edir.

15. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2022-ci il tarixli 2-1(105)-50/2022 nömrəli qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3680 saylı, 19 mart 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayon, Masazır kəndində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətinin 445 inventar nömrəli texniki pasportda göstərilən ölçülərə uyğunluğu təsdiq olunmuşdur.

17. Bundan başqa nəzərə alınmalıdır ki, torpaq sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Bu günə kimi heç bir dövlət orqanı iddiaçıya qarşı iddia qaldırmamış və torpaq sahəsinə dair mülkiyyət hüquqlarını mübahisələndirməmişdir. İddiaçı alqı-satqı ilə əmlak əldə edən zaman yalnız tikilini deyil, hasara alınmış və üzərində tikililər olan torpaq sahəsini almışdır. İddiaçının niyyəti tikilini satın almaq deyil, torpaq sahəsini almaq olmuşdur. Məhkəmə isə qeyd edilən hallara münasibət bildirməmişdir.

18. Qarşı tərəf məhkəmə proseslərində iştirak etməmişdir. Ümumiyyətlə iddia qarşı heç bir rəsmi və əsaslandırmış etiraz belə verməmişdir.

19. Məhkəmənin əsaslandırılmamış qərar qəbul etməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında, Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçının faktiki istifadəsində və mülkiyyətində olan, heç kəsin etiraz etmədiyi və hüquqlarını mübahisələndirmədiyi sahədə hüquqlarını tam şəkildə həyata keçirə bilmir. Torpaq sahəsinə sərəncam vermək kimi fundamental hüququ pozulmuş olur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-) 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədl ərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlər üzərində hüquqların əldə edilməs ini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı.

23. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı i şə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qə rara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası apellyasiya instansiya sı məhkəməsinin 01.02.2022-ci il tarixli qərarı və həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29407 nömrə ilə reyestr kitabında qeydə alınmış Qeydiyyat vəsiqəsinə əsasən yaşayış sahəsi 29.2 kv. metr, köməkçi sahəsi 30,0 kv. metr 2 otaqdan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 445 inventar nömrəli, 29407 qeydiyyat nömrəli Fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin texniki pasportu İddiaçı adına tərtib edilmiş, digər tikililərlə yanaşı yaşayış evinin texniki göstəricilərində qeyd edilmişdir.

27. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3680 saylı, 19 mart 2021-ci il tarixli ekspert rəyinə görə, Abşeron rayonu, Masazır kəndində yerləşən “A” literli fərdi yaşayış evinin faktiki vəziyyəti texniki pasportda qeyd olunan ölçülərə uyğun gəlir.

28. Məlum olduğu kimi, apellyasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, “birinci instansiya məhkəməsinin İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsinə dair tələbinə münasibətdə iddianın həmin hissədə təmin edilməsi, iddianın digər hissəsinə, yəni həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha həyətyanı torpaq sahəsi üzərin də mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi barədə hissəsinə münasibətdə həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun yaranmasının hər hansı bir hüquqi əsası mövcud olmadığından iddianın həmin hissədə təmin edilməməsinə dair gəldiyi yekun nəticə əsaslı olmuşdur”.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda bağlanılmış 04 iyun 2003-cü il tarixli 4Ə-149 reyestr nömrəsi ilə təsdiq edilmiş 191283 saylı müqaviləyə əsasən, X1 rayonu, Masazır kəndində faktiki 12140,1 kv. metr torpaq sahəsində yerləşən 29 kv. metr əsas, 30 kv. metr köməkçi sahədən ibarət 2 otaqlı evini İddiaçı 25.000.000 manata satmışdır. Lakin həmin m üqavilənin bağlanmasına əsas olan X4 adına tərtib olunmuş Qeydiyyat Vəsiqəsində sonuncuya məxsus daşınmaz əmlak yalnız 29 kv. metr əsas, 30 kv. metr köməkçi sahədən ibarət 2 otaqlı yaşayış evindən ibarət olması təsdiq edilir, X4 adına tərtib olunmuş Qeydiyyat Vəsiqəsində torpaq sahəsinin mülkiyyətində olmasına dair heç bir qeyd yoxdur.

30. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 05 noyabr 2021-ci il tarixli cavab məktubunda mübahisələndirilən yaşayış evinin X4 adına ilkin qeydiyyata alınmasına əsas olan sənədlərin arxiv əsaslarında aşkar edilmədiyindən həmin sənədlərin təqdim edilməsinin mümkün olmaması bildirilmişdir.

31. Buna görə də a pellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, “hazırki qərarın 26-28-ci bəndində istinad edilən normalara əsasən İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin həmin evin qeydiyyat vəsiqəsinə əsasən reyestrdən çıxarışla əvəz edilməklə torpağa dair də birgə sənədin verilməsindən imtinası torpaq sahəsinə aid hissədə əsaslı olmuşdur.”

32. Belə ki, “İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evini X3 alqı-satqı müqaviləsi əsasında əldə edərkən torpaq sahəsinə dair heç bir rəsmi sənəd olmamış, digər tərəfdən istər iddia ərizəsində, istərsə də apelyasiya şikayətində torpaq sahəsinin ölçüsünün 1.1556 ha göstərilməsinə baxmayaraq həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına dair işdə heç bir sənəd mövcud deyil dir. Bu da özü-özlüyündə iddia tələbinin torpaq sahəsinə dair hissəsinin əsassız olmasını təsdiq edir.”

33. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddiasının texniki pasportda göstərilən 1.1556 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi barədə hissəsinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsinin dəyişdirilmədən saxlanılması ilə razı deyil və hesab edir ki, iddianın apellyasiya instansiyası məhkəməsi həmin hissəsinə aid sübutlar və işin halları tam və hərtərəfli araşdırılmamışdır.

34. Belə ki, işdə olan (iş səh. 5) X8 Atakişiyev arasında 04.06.2003-cü il tarixdə bağlanılmış 29,2 kv.m. yaşayış sahə si və 30,0 kv.m. köməkçi sahədən ibarət olan, notariat qaydasında təsdiq edilmiş 191283 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin otaqlar Abşeron rayon, Masazır kəndində faktiki 12.140,1 kv.m. sahəsində yerləşir. Həmin fakt işin 13-18 səhifələrində olan texniki pasportda da təsdiq olunur.

35. Beləliklə, 2003-cü ildə sözügedən texniki pasportda artıq mövcud olmuşdur.

36. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, məlum olduğu kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlər üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı və fərmanın tə sdiq etdiyi sözügedən siyahı mövcuddur.

37. Həmin siyahının 1-ci və 2.4-cü bəndlərində yazılmışdır ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları ittifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədləri (1-ci bənd); üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib edilmiş texniki pasport (2.4-cü bənd).

38. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı işi həll edərkən sözügedən məsələni yəni iddiaçıya məxsus yaşayış evinin torpaq sahəs inə münasibətdə 1 yanvar 2001-ci il tarixədək texniki inventarlaşdırma orqanları tərəfindən texniki pasportunun R.Rəsulovun və yaxud qeyrisinin adına tərtib edilib-edilməməsinə dair heç bir araşdırma aparmamış, halbuki işin adıçəkilən halı qanuni və əsaslı məhkəmə qərarının çıxarılması üçün həlledici xarakter daşıyır.

39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, yəni iddianın təmin edilməmiş hissəsinə dair birinci instansiya məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarının apellyasiya instansiyası məhkəməsinin 1 fevral 2022-ci il tarixli, 2-1(105)-50/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

40. Şərh ed ilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2022-ci il tarixli, 2-1(105)-50/2021 nömrəli qərarı qismən, yəni Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-1(118)-78/2021 nömrəli qərarının iddianın iddiaçıya məxsus evin yerləşdiyi və texniki pasportunda göstərilən 1,1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi barədə hissəsində təmin edilməməsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə gön dərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar