Məhkəmə qərarları › İş №2-1(102)-762/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-762/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-762/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikinti obyektinin istismara qəbul aktının olmaması ilə əlaqədar daşınmaz əmlaka hüquqa dair çıxarışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-1206/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 277 nömrəli 16 aprel 2004cü il tarixli “Ticarət fəaliyyəti üçün köşkün daşdan tikilməsinə icazə verilməsi haqqında” sərəncamına əsasən iddiaçıya Bakı şəhər, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsi, 27 saylı binanın qarşısındakı sahədə yerləşən və onun istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir.

2. İddiaçı 23 iyul 2020-ci il ta rixdə istifadəsində olan həmin qeyri - yaşayış sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir.

3. Cavabdeh **********65 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmiş və istismara qəbul aktı sənədlər toplusuna əlavə olunmamışdır. Həmçinin, qeyri-yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 5 oktyabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, X13, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə, reyestrdən çıxarışın verilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 277 nömrəli, 16 aprel 2004-cü il tarixli “Ticarət fəaliyyəti üçün köşkün daşdan tikilməsinə icazə verilməsi haqqında” sərəncamı ilə (bundan sonra sərəncam) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış massivi, 27 saylı binanın qarşısındakı sahədə yerləşən və onun istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir. Bundan əlavə, sözügedən obye ktin xarici görünüşünə xüsusi diqqət verilməsi və ətraf sahələrin abadlaşdırılması ona həvalə edilmişdir. Bundan əvvəl sözügedən ərazidə yerləşən sahədə ticarət mağazasının tikilməsi üçün eskiz layihə hazırlanmış, həmin sərəncama uyğun olaraq tikili inşa edilmişdir. Suraxanı rayonu Layihə-smeta bürosu tərəfindən verilən bu eskiz layihə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən “Sərəncama” uyğun olaraq 18/03-8/1986/ saylı razılaşdırılma ştampına əsasən təsdiq edilmişdir. Həmin tikiliyə dair bütün vergilər və dövlət rüsumları ödənilmişdir və uçota alınması barədə vergi orqanına aid arayış iddia ərizəsinə əlavə edilmişdir. Həmin daşınmaz əmlakla bağlı hüquqlarının həyata keçirilməsini X2 həvalə etmişdir. Onun nümayəndəsi X1 daşınmaz əmlaka hüququnun dövlət q eydiyyatına alınması üçün 23 iyul 2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh istismara qəbul aktının olmaması səbəbindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinad edərək müraciətin təmin olunmasından imtina etmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmiş və istismara qəbul aktı sənədlər toplusuna əlavə olunmamışdır. Həmçinin, qeyri-yaşayış binasında idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə, iddia çıya **********65 saylı, xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Daşınmaz əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, təmir işləri aparılır və işçilər ölçü işləri aparmağa icazə verməmişlər.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: X9) 23 fevral 2021-ci il tarixli, 2-1(112)2001/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, X13, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qeyd edilən daşınmaz əmlakdan istifadə edir, həmin daşınmaz əmlakın ticarət fəaliyyəti ilə məşğul olmaq üçün Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 16 aprel 2004-cü il tarixli, 277 saylı sərəncamı ilə eskiz layihədəki ölçülərdə daşdan tikilməsinə icazə verilmişdir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X10 və X6) İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2-1(103)-1488/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə düzgün nəticəyə gəlməmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə, Səyyad Kərimov) İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(102)-181/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün hə min məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan qərar qəbul edilmişdir. İddiaçının VÖEN-ə malik olmamasının, eləcə də işin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 16 aprel 2004-cü il tarixli № 277 saylı Sərəncamının arxasına 34 saylı notariat kontoru tərəfindən müvafiq qeydin yazılmasının hazırkı iddia tələbinə heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq, sözügedən məsələlər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılma predmeti olmamış, sadəcə fakt kimi yazılmışdır. Digər tərəfdən, mübahisəli torpaq sahəsinin kimə (dövlət və ya bələdiyyəyə) məxsus olması da apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Halbuki, bu məsələ inzibati mübahisə üzrə düzgün qərar qəbul edilməsi üçün həlledici xarakter daşıyır. Belə ki, obyektin yerləşdiyi torpaq sahəsi dövlətə məxsus olduğu halda, iddiaçının tələbi, o zaman qüvvədə olmuş maddi hüquq normalarının müddəaları nəzərə alınmaqla həll edilməli, Bələdiyyəyə məxsus olduğu halda isə Bələdiyyə işə cəlb edilməli və onun rəyi də soruşulmalı, bu istiqamətdə araşdırma aparılmalı idi. d. apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X19 və X7) İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-1206/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qə rarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 277 nömrəli, 16 aprel 2004-cü il tarixli “Ticarət fəaliyyəti üçün köşkün daşdan tikilməsinə icazə verilməsi haqqında” Sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış massivi, 27 saylı binanın qarşısındakı sahədə yerləşən və onun istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir. Sözügedən ərazidə yerləşən sahədə ticarət mağazasının tikilməsi üçün eskiz layihə hazırlanmış həmin sərəncama uyğun olaraq tikili inşa edilmişdir. Suraxanı rayonu Layihə-smeta bürosu tərəfindən verilən bu eskiz layihə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq, Şəhərsalma Baş İdarəsi tərəfindən Sərə ncama uyğun olaraq, 18/03-8/1986/ saylı razılaşdırılma ştampına əsasən təsdiq edilmişdir. Həmin tikiliyə dair bütün vergilər və dövlət rüsumları iddiaçı tərəfindən ödənilmişdir və uçota alınması barədə vergi orqanına aid arayış iş materiallarına əlavə olunmuşdur. Həmçinin, mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin naturada koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və ərazinin yerquruluşu sxeminə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, X13, “Q” yaşayış massivi, 27 nömrəli binanın qarşısında yerləşən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aiddi r. Göründüyü kimi, Ali Məhkəmənin qərarındakı məcburi göstərişə uyğun araşdırma aparılaraq mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Deməli, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı 277 nömrəli, 16 aprel 2004-cü il tarixli sərəncamla iddiaçıya öz yurisdiksiyasına aid ərazidə obyektin tikilməsinə icazə vermişdir. Bundan başqa, həmin sərəncam verildiyi dövrdə cavabdehin iradlarını təşkil edən əsas tələblər (məsələn, mübahisəli obyektin istismar aktının olmaması və s.) aktual olmamışdır, bu haqda qanunvericilik sonradan qəbul edilmişdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayət inin dəlilləri

19. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd), Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 16,04.2004-cü il tarixli, 277 saylı Sərəncamında qeyd olunan Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə və həmin tikinti obyektinin istismara qəbul aktı təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci tarixli, 2-1(103)-1206/2022 saylı qərarı İdarəyə daxil olduqdan sonra İdarənin mütəxəssisləri tərəfindən qeyri-yaşayış bi nasına texniki baxış keçirilmiş və müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən, 1 mərtəbəli ayrıca tikili olan qeyri-yaşayış binasının ümumi sahəsi 22 kv.m, tikintialtı sahəsi isə 29 kv.m təşkil edir. Elektron kadastr məlumatlarına əsəsən, qeyri-yaşayış binası yaşayış binalarının əhatəsində ətrafı yaşıllıq ağacları olan ərazidə yerləşir. Həmçinin, qeyri-yaşayış binası Qaraçuxur qəsəbəsi ərazisində yerləşir. Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. 20. xx.xx.2012-ci il tarixinə qədər qüvvədə olan “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 31 -ci maddəsin in 1 -ci bəndinə əsasən, rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək icra hakimiyyəti başçısının səlahiyyətinə aid edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməs inin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;..

23. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnaməsi (6 iyun 2012-ci il tarixli 648 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmiş) Maddə

32. Mənzil-kommunal təsərrüfatı, ticarətin və əhali üçün digər xidmətlərin təşkil edilməsi sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri

1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır:... 2) qanunveric iliyə müvafiq olaraq mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai-iaşə, məişət xidməti müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirmək, istehlakçıların hüquqlarının müdafiəsini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin etmək;...

24. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şika yəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, a pellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

28. Belə ki, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 277 nömrəli, 16 aprel 2004-cü il tarixli “Ticarət fəaliyyəti üçün köşkün daşdan tikilməsinə icazə verilməsi haqqında” Sərəncamına əsasən iddiaçıya Bakı şəhər, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsi, 27 saylı binanın qarşısındakı sahədə yerləşən və onun istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir və hazərda iddiaçının hüquqi marağı həmin qeyri - yaşayış sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır. Cavabdehin imtinasının əsasını isə iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi nə uyğun sənədlərin təqdim edilməməsi, o cümlədən istismara qəbul aktının olmaması təşkil edir.

29. İşə baxan aşağı instansiya məhkəmələrinin mövqeyinə görə, istismara qəbul aktı ilə bağlı tələb tikintiyə icazənin verildiyi dövrdə qüvvədə olmamışdır.

30. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

31. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarına görə, iddiaçıya Suraxanı rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2004-cü il tarixli sərəncamı ilə tikilinin inşasına icazə verilsə də, həmin tikilinin nə zaman başa çatmasına dair məlumat yoxdur (tikilinin başa çatmasına dair mötəbər sübut iş materiallarına əlavə edilməmişdir). Belə ki, tikinti işlərinin başa çatması ilə şəxsin həmin tikili üzərində hüquqlarını n qeydə alınması proseduruna başlaması üçün əsas yaranır və həmin an üçün qüvvədə olan qanunvericilik normalarının tələblərinə uyğun qeydiyyat baş tutmalıdır. Başqa sözlə, tikintiyə icazə verildiyi anda qüvvədə olan normalar yalnız tikintiyə icazə ilə bağlı proseduru tənzimləməyə, tikintinin başa çatdığı anda qüvvədə olan normalar isə tikinti üzərində hüquqların qeydə alınması prosedurunu tənzimləməyə xidmət edir. Odur ki, aşağı instansiya məhkəmələrinin istismara qəbul aktı ilə bağlı tələb tikintiyə icazənin verildiyi dövrdə qüvvədə olmamasına dair hüquqi mövqeyi əsassızdır. Qeyd edildiyi kimi, tikintiyə icazə veridliyi dövrdə deyil, tikintinin başa çatdığı dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. (tikintinin başa çatdığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən tikintinin başlanılması və ya davam etdirilməsi ilə bağlı tələb olunan sənədlərin müvafiq olaraq tikintiyə başlanıldığı və ya tikinti dövrü ərzində qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmaması halı istisna təşkil edə bilər).

32. Beləliklə, hazırkı iş üzrə iddiaçı 2020-ci ildə hüquqların qeydə alınması üçün müraciət etdiyindən (daşınmaz əmlakın isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə minməsindən əvvəl, yəni tikintiyə icazə verildiyi xx.xx.2004-cü il tarixdən qanunun qüvvəyə mindiyi xx.xx.2004-cü il tarixədək tikilməsi iş materialları ilə təsdiqlənmədiyindən) cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş hüquqmüəyyənedici sənədlərin tələb edilməsi qanuni olmuşdur.

33. Nəzərə alınmalıdır ki, iddiaçı “Daşınma z əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim etməklə əmlak üzərində hüquqlarının qeydə alınmasını yenidən tələb edə bilər.

34. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmədiyindən cavabdehin kassasiya şikayəti təmin edilməli, barəsində şikayət verilən qərar ləğv edilməli, yeni qərar qəbul edilməklə, iddia rədd edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-1206/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar