Məhkəmə qərarları › İş №2-1(102)-764/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-764/2023

04.04.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-764/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-3229/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1978-ci ildə Bakı Dəniz yolları məktəbinə daxil olmuş, xx.xx.1981-ci ildə gəmi sürücülüyü ixtisasını bitirmişdir.

2. Azərbaycan Dövlət Dəniz Akademiyasının xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı 1978-1981-ci illərdə Bakı dəniz yolları məktəbində əyani formada təhsil almışdır. 3. ИT-İ ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1982-ci ildə Bakı Dəniz Limanında “Orbita” gəmisinə 1 dərəcəli matros vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1983- cü ildə “Maştaqi” gəmisinə növbə i lə kapitan köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü ildə əsasən “Buxtoviy” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə, xx.xx.1985-ci ildə “Kosmos” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə, xx.xx.1986-cı ildə “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə, xx.xx.1987-ci ildə “Sputnik” gəmisinə müvəqqəti kapitan vəzifəsinə, xx.xx.1988-ci ildə “Kosmos” gəmisinə müvəqqəti kapitan vəzifəsinə, xx.xx.1988-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə, xx.xx.1988-ci ildə “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə, xx.xx.1991-ci ildə “Zarya” üzən gəmisinə müvəqqəti böyük mexanik vəzifəsinə, xx.xx.1991-ci ildə “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə, xx.xx.1999-cu ildə “Araz” üzən gəmisinə növbə mexaniki vəzifəsinə, xx.xx.2000-ci ildə Kür gəmisində kapitan növbə mexaniki vəzifəsinə, xx.xx.2003-cü ildə “Kür” gəmisinə kapitan vəzifəsinə, xx.xx.2006-cı ildə “S.Əsgərova” gəmisinə kapitan vəzifəsinə, xx.xx.2006-cı ildə Donanma Xidmət Terminalının gəzinti sahəsinin rəisi-ll kateqoriyalı xəzinədar vəzifəsinə, xx.xx.2013-cü ildə Donanma Xidmət Terminalında məsləhətçi kapitan vəzifəsinə, xx.xx.2014-cü ildə liman kapitanının müavini vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmişdir. xx.xx.2014-cü ildə X1 Mərkəzinin bələdçi xidmətinə bölmə müdiri vəzifəsinə, xx.xx.2019-cu ildə bələdçi xidmətinə xidmət rəisi vəzifəsinə keçirilmişdir. 4. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, İRD 021 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1982-ci ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) “Orbita” gəmisinə 1 dərəcəli matros vəzif əsinə işə qəbul edilmişdir, müxtəlif vəzifələrdə çalışmışdır, xx.xx.2014-cü il tarixli əmrə əsasən Liman kapitanının müavini vəzifəsinə keçirilmişdir və xx.xx.2014-cü il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir.

5. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********1 nömrəli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişil ər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə gör ə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) və xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edilir. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSCnin sizə dair 30 mart 2021-ci il tarixli İRD 021 nömrəli arayışında istinad edilən qərarın 21ci bölmənin (21.2) bəndinin “b” yarımbəndinə əsasən güzəştli iş stajınız yoxdur, həmin arayışda xx.xx.1982- xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə işləd iyi matros, növbə kapitan köməkçisi, kapitan köməkçisi, kapitan, növbə mexaniki, böyük mexanik-növbə kapitan köməkçisi, kapitan növbə mexaniki, gəzinti sahəsinin rəisi-İİ kateqoriyalı xəzinədar, məsləhətçi kapitan, liman kapitanının müavini vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “a” yarımbəndinə uyğun olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə Mərkəzi Filiala yuxarıda qeyd olunan müvafiq arayış təqdim edildikdən sonra baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək 1978-1981ci illər ərzində Bakı Dəniz yolları məktəbində təhsil müddətinin ümumi iş stajına daxil edilməsi, ona 09 yanvar 2018-ci il tarixindən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 2018-ci ildən hazırkı vaxta qədər yığılan pensiya məbləği fərqinin birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1978-1981-ci illərdə Bakı Dəniz yolları məktəbində əyani təhsil aldıqdan sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işə qəbul edilmişdir. 1982-ci ildən hazırkı vaxta qədər Gəmidə “üzən heyət” tərkibində güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışır. İddiaçı 01 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Həmin idarə müxtəlif əsaslarla ona pensiya təyin etməkdən imtina etmişdir. İddiaçı xx xxxxxx 1961-ci ildə anadan olmuşdur. 2018-ci ildə 57 yaşı tamam olduğu üçün 09 yanvar 2018-ci ildə pensiya hüququ yaranmışdır. İki dəfə XŞTMF-a müraciət etməyinə baxmayaraq ona hələ də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməyib. 21 fevral 2020-ci il tarixli DSMF-nin XŞTMF-ı tərəfindən ona verilən cavabda bildirilmişdir ki, iddiaçının 2006cı ilə qədər olan ümumi iş stajı 25 ildən azdır, ona görə də ona pensiya təyin edilməsi mümkün deyil. İddiaçı yenidən cavabdehə müraci ət edərək 1978-1981-ci illərdə təhsil aldığı müddətin də ümumi iş stajına daxil olmasını və ümumi iş stajının 2006-cı ilə qədər 25 ildən çox olduğunu sübut etmişdir və təkrarən ona pensiya təyin edilməsini xahiş etmişdir. 26 may 2021-ci il tarixli cavab məktubunda cavabdeh tərəf bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair 30 mart 2021-ci il tarixli İRD 021 nömrəli arayışında istinad edilən qərarın 21-ci bölmənin (21.2) bəndinin “b” yarımbəndinə əsasən güzəştli iş stajınız yoxdur. Halbuki, həmin arayışda qeyd olunur ki, iddiaçının 14 il mexanik kimi güzəştli şərtlərlə iş stajı var. 12 aprel 2021-ci il tarixli İRD 023 saylı arayışda dəqiqliyi ilə qeyd edilir ki, İddiaçı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində Bakı Beynəlxalq Dəniz Ticar ət Limanına məxsus gəmilərdə üzən heyətdə müxtəlif vəzifələrdə çalışmışdır və üzən heyət kimi 24 il 9 ay iş stajı vardır. Lakin cavabdeh tərəf bu arayışı da nəzərə almadan 26 may 2021-ci il tarixli cavab məktubu ilə iddiaçıya pensiya təyin etməyi əsassız olaraq təxirə almış və bu günə qədər ona hələ də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməmişdir. İddiaçı ümumi və güzəştli şərtlərlə tam əmək stajını 2006-cı ilin yanvarın 1-dək topladığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 2006-cı il yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməlidir. Həmin Qanunun 13cü maddəsinin b) bəndində deyilir ki, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, və zifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin dövrdə qüvvədə olan Qanunla yaş həddi iki il artırıldığına görə iddiaçının pensiya hüququ 57 yaşda, yəni 2018-ci il yanvarın 9-da yaranır. Lakin XŞTMF qanunsuz olaraq iddiaçının Bakı Dəniz yolları məktəbində əyani formada aldığı təhsil müddətini ümumi iş stajına daxil etməmişdir. 2007-ci il 23 yanvar tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına 2 nömrəli əlavənin 23003010 saylı koduna əsasən iddiaçı üzən heyətə daxil olan şəx s kimi güzəştli şərtlərlə pensiya hüququ verən staja malikdir və ona görə də ona 2018-ci ilin yanvar ayının 1-dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

9. Cavabdeh orqan məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı 01 fevral 2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfin dən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri s ənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) və xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair 30 mart 2021-ci il tarixli İRD 021 nömrəli arayışında istinad edilən qərarın 21-ci bölmənin (21.2) bəndinin “b” yarımbəndinə əsasən güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildirilir ki, iddiaçının həmin arayışda xx.x x.1982-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə işlədiyi matros, növbə kapitan köməkçisi, kapitan köməkçisi, kapitan, növbə mexaniki, böyük mexanik-növbə kapitan köməkçisi, kapitan növbə mexaniki, gəzinti sahəsinin rəisi-İİ kateqoriyalı xəzinədar, məsləhətçi kapitan, liman kapitanının müavini vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “a” yarımbəndinə uyğun olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməkl ə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüs usi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(112)-1209/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş lakin iddia tələbi pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi hissəsində təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, əmək kitabçasına əsasən xx.xx.1978-xx.xx.1981-ci il tarixədək təhsil dövrü 03 il 04 ay, əmək fəaliyyəti dövrü xx.xx.1982- xx.xx.2006-cı il tarixədək 23 il 10 ay 15 gün olmaqla, ümumilikdə 27 il 02 ay 15 gün təşkil edir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 ümumi iş stajı topladığı müəyyən olunur.

12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi növbə mexaniki vəzifəsi üzən heyətdə 23003010 kodlu Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinə deyil, Üzən heyətdə 23003020 kodu altında xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlərə (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla) aid olan “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” peşələrinə aiddir. Bundan əlavə, adıçəkilən Siyahıda mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifələrinin adlarında olan “mexanik” anlayışı ümumi anlayışdır, peşənin və ya vəzifənin növünü və onun peşə məzmunu ifadə edir. Növbə mexaniki anlayışı isə funksional anlamda vəzifəni və onun statusunu ifadə edir. Yəni hər iki peşədə işləyənlər eyni vəzifəni, vəzifə təlimatlarındakı eyni əmək funksiyalarını icra edirlər, hər iki peşə (ad) üzrə adlarda fərq olsa da əmək funksiyaları, işin icra edildiyi əmək şəraiti eynidir, fərq yalnız iş qrafikində olan növbəlilikdədir. Bu mənada məhkəmə hesab etmişdir ki, adıçəkilən siyahıda nəzərdə tutulmuş “mexanik (....)” anlayışı məzmun baxımından həm də növbə mexaniki vəzifəsini də ehtiva edir. Beləliklə, iddiaçının xx.xx.1988-xx.xx.2003-cü ilədək dövr 14 il 10 ay 08 gün olmaqla onun güzəştli iş satjına hesablanmalıdır.

13. Cavabdeh apellyasiya şik ayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-3229/2022 nömrəli qərarı ilə (hakimlər S.Bəktaşi – sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1334/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sos ial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur

16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətini imtina məktubu, iddia ərizəsinə qarşı etiraz və apelyasiya şikayəti ilə eyni məzmunda tərtib etmiş və mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə, “Əmək pensiyaları haqqında” qanununun 9-cu maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən d övrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: (xx.xx.2006-cı ilədək) qüvvədə olmuş. Maddə 67 Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Maddə 69 İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 70 Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış saz işlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 22. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi b arədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 28 saylı bölmənin (kod 23000000-Nəqliyyat) 3-cü bəndinin (kod 23003000Dəniz və çay donanması) 1 saylı yarımbəndinə (kod 23003010-Üzən heyət) əlavə edilən “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” (23003020—23484). 23. a) İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakt iki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Ş ikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normal arının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Nəzərə almaq lazımdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə lazımi inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

34. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan h alları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

35. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı onun 1978-1981-ci illər ərzində Bakı Dəniz yolları məktəbində təhsil müddətinin ümumi iş stajına daxil edilməsi, ona 09 yanvar 2018ci il tarixindən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 2018-ci ildən hazırkı vaxta qədər yığılan pensiya məbləği fərqinin birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razıla şaraq qeyd edir ki, işəgötürənin təqdim etdiyi güzəştli arayışlarda İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 28 saylı bölmənin (kod 23000000-Nəqliyyat) 3-cü bəndinin (kod 23003000-Dəniz və çay donanması) 1 saylı yarımbəndinə (kod 23003010-Üzən heyət) əlavə edilən “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” (23003020—23484) vəzifəsinə uyğun hesab etmişdir.

37. Cavabd eh iddiaçının işlədiyi matros, kapitan köməkçisi və kapitan vəzifələrinin üzən heyətə aid olub-olmaması barəsində, həmin vəzifələrin, eləcə də növbə mexaniki, böyük mexanik-növbə kapitan köməkçisi, kapitan növbə mexaniki, gəzinti sahəsinin rəisi-İİ kateqoriyalı xəzinədar, məsləhətçi kapitan, liman kapitanının müavini vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “a” yarımbəndinə uyğun olub-olmaması barədə hər hansı məlumatın qeyd edilmədiyi, eyni zamanda həmin vəzifələrdə 21-ci bölmənin (21.2) bəndinin “b” yarımbəndinə əsasən güzəştli iş stajı olmadığına istinad etmişdir.

38. Kollegiya apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının işlədiyi xx.xx.2006-cı il tarixədək olan vəzifələrlə bağlı hüquq münasibətlərinin yarandığı dövrü tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 Dəniz və çay donanması yarımbölməsində 23003010 1) Üzən heyət bəndində iki yarımbənd: - Birincisi, 23003010 kodu altında Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla); - İkincisi 23003020 kodu altında Xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla) yarımbəndləri nəzərdə tutulmuşdur.

39. Bundan başqa həmin siyahıda daha sonra gələn vəzifələr 13156 duru yanacaqla işləyən gəmi ocaqçıları, 13502 bütün adlarda maşinistlər, 14706 bütün adlarda motorçular, 23484 mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər, 25410 elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzifələri 23003010 kodu ilə göstərilən yarımbəndə deyil, bilavasitə 23003020 kodu altında xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər yarımbəndinin tərkibindədir, həmin yarımbəndə daxil olan vəzifələrin təsnifatıdır.

40. Hazırkı iş üzrə iddiaçın ın işlədiyi xx.xx.1988-ci il tarixdə “Vosxod” üzən gəmisində növbə mexaniki, xx.xx.1991-ci il tarixdə “Zarya” üzən gəmisinə müvəqqəti böyük mexanik, xx.xx.1991-ci il tarixdə “Vosxod” üzən gəmisinə növbə mexaniki, xx.xx.1999-cu il tarixdə “Araz” üzən gəmisinə növbə mexaniki, xx.xx.2000-xx.xx.2003-cü illərdə “Kür” gəmisində növbə mexaniki vəzifəsində işlədiyi vəzifələr adıçəkilən Siyahının 23003020-23484 “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifəsinə uyğundur.

41. Eyni zamanda iddiaçının növbə mexaniki vəzifəsində işlədiyi “Vosxod”, “Zarya” “Araz”, “Kür” gəmiləri “Vosxod” əsasən Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi olmaqla xidməti köməkçi donanma və ya liman donanması gəmilərinə aid olmuşdur.

42. Beləliklə, iddiaçının işlədiyi növbə mexa niki vəzifəsi üzən heyətdə 23003010 kodlu Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinə deyil, Üzən heyətdə 23003020 kodu altında xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlərə (xidməti gedişgəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla) aid olan “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” peşələrinə aiddir.

43. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən Siyahıda mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifələrinin adlarında olan “mexanik” anlayışı ümumi anlayışdır, peşənin və ya vəzifənin növünü və onun peşə məzmunu ifadə edir. Növbə mexaniki anlayışı isə funksional anlamda vəzifəni və onun statusunu ifadə edir. Yəni hər iki peşədə işlə yənlər eyni vəzifəni, vəzifə təlimatlarındakı eyni əmək funksiyalarını icra edirlər, hər iki peşə (ad) üzrə adlarda fərq olsa da əmək funksiyaları, işin icra edildiyi əmək şəraiti eynidir, fərq yalnız iş qrafikində olan növbəlilikdədir. Bu mənada məhkəmə hesab etmişdir ki, adıçəkilən siyahıda nəzərdə tutulmuş “mexanik (....)” anlayışı məzmun baxımından həm də növbə mexaniki vəzifəsini də ehtiva edir.

44. Kollegiya hesab edir ki, iddiaçının xx.xx.1988-xx.xx.2003-cü ilədək olan dövr 14 il 10 ay 08 gün olmaqla onun güzəştli iş stajına hesablanmalıdır.

45. Bundan başqa iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-ci il tarixədək 27 il 02 ay 15 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.

46. Kollegiya eyni zamanda apellyas iya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya ödənilməli olan pensiya fərqinin birdəfəlik ödənilməsi qanunvericilik baxımından yolverilməzdir.

47. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi müddəası nəzərdə tutulmamışdır. Qanunun yuxarıda qeyd olunan 32.1-1-ci maddəsi qeyd edilən məsələni tənzimləməklə pensiya fərqinin birdəfəlik deyil, hissəvi şəkildə - ümumi məbləğin ötən dövrdəki ayların saylarına bölünməklə ödənilməsini bilavasitə nəzərdə tutmuşdur. Odur ki, iddiaçının pensiya fərqinin birdəfəlik ödənilməsi tələbinin hüquqi əsası yoxdur və iddia həmin hissədə təmin edilə bilməz.

48. Beləliklə kollegiya hesab edir ki, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Ə mək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət etdiyi 3 il əvvəlki tarixdən hesablanmalıdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyab r 2022-ci il tarixli, 21(103)-3229/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar