Məhkəmə qərarları › İş №2-1(102)-765/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-765/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-765/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, Cavabdehin nümayəndəsi x2, Cavabdehin vəkili Qənbərov Ramin Məhəmmədəli oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı “işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 noyabr tarixli 2-1(103)-2652/2018 nömrəli qərarınd an cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1957-ci il xx.xx. tarixdə doğulmuş, 1975-ci il 5 avqust tarixdən əmək fəaliyyətinə başlamış, 2004-cü il 1 sentyabr tarixədək müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 29 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının 1992-ci il 1 yanvar tarixdən 2004-cü il 1 sentyabr tarixədək işlədiyi dövrün düzgünlüyünü dəqiqləşdirmək mümkün olmamışdır. İddiaçı 2018-ci il 10 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona pen siya təyin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1992-ci il 1 yanvar tarixdən 2001-ci il 15 oktyabr tarixədək ünvan 1 bufetçi vəzifəsində, 2001-ci il 17 oktyabr tarixdən 2004-cü il 1 sentyabr tarixədək “Azərbaycan” mehmanxanasında növbətçi vəzifəsində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunmasıöhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 26 il iş sığorta stajı olduğu halda, cavabdeh ona yaşa görə əmək pensiyası təyin olunmasından əsassız olaraq imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 12 s entyabr tarixli 2-1(81)3427/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1992-ci il 1 yanvar tarixdən 2001-ci il 15 oktyabr tarixədək ünvan 1 bufetçi vəzifəsində, 2001-ci il 17 oktyabr tarixdən 2004-cü il 1 sentyabr tarixədək “Azərbaycan” mehmanxanasında növbətçi qulluqçu vəzifəsində işləməsi sosial sığorta stajı kimi nəzərə alınaraq ona 2018-ci il 25 may tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1992-ci il 1 yanvar tarixdən 2001-ci il 15 oktyabr tarixədək ünvan 1 bufetçi vəzifəsində, 2001-ci il 17 oktyabr tarixdən 2004-cü il 1 sentyabr tarixədək“ Azərbaycan” mehmanxanasında növbətçi qulluqçu vəzifəsində işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq edilir. Bundan əlavə, iddiaçının əmək stajı 25 ildən artıqdır ki, bu da iddiaçıya pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan əmək stajını ödüyür. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 noyabr tarixli 2-1(103)-2652/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 10 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 27 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın l əğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 2006-cı il 1 yanvar tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Bu Qanununun 7-ci maddəsinə əsasən, 61 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatında imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslə r istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2010-cu il 8 oktyabr tarixdə 4027 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikas ı Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.1.8-ci bəndində aşağıdakılar göstərilmişdir. Pensiya sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. İddiaçının 1992-ci il 1 yanvar tarixdən 2004-cü il 1 sentyabr tarixədək olan iş stajının düzgünlüyünü yerində yoxlamaq mümkün olmadığı səbəbindən ona əmək pensiyası təyin etmək qanuna müvafiq olmamışdır. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçın ın iddia ərizəsini təmin etmiş, bununla da maddi hüquq normaları pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyala rı haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının 1957-ci il 25 noyabr tarixdə doğulduğu nəzərə alındıqda, onun 60,5 ya şının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 1992-ci ildə qəbul edilmiş və iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1975-ci ildən əmək fəaliyyətinə başlamış, 2004-cü il 1 sentyabr tarixədək işləmiş, 25 ildən artıq iş stajına malikdir. Cavabdeh iddiaçının əmək kitabçasında onun 1992-ci il 1 yanvar tarixdən 2004-cü il 1 sentyabr tarixədək olan dövrlərin sığorta stajına hesablanmasının mümkün olmadığını qeyd etmişdir. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1988-ci il 2 iyul tarixdən 2001ci il 15 oktyabr tarixədək Bakı şəhər Ticarət və İctimai İaşə Baş İdarəsinin ünvan 1 bufetçi, 2001-ci il 17 oktyabr tarixdən 2004-cü il 1 sentyabr tarixədək “Azərbaycan” mehmanxa nasında növbətçi qulluqçu vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Cavabdehin şikayətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2010-cu il 8 oktyabr tarixdə 4027 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəs miləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na istinadına gəldikdə, əvvəla, həmin Qaydalar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 nömrəli Qərarı ilə qüvvədən düşmüşdür. Cavabdehin əsaslandığı müddəa Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə ləğv edilmişdir) 4.2. 7-ci bəndində (2012-ci il 13 iyul tarixdə edilmiş əlavələrlə) nəzərdə tutulmuşdu. Həmin bəndə əsasən, pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Cavabdehin şikayətində də qeyd olunduğu kimi, burada, söhbət əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasından gedir. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun 1992-2004-cü illərdə (mübahisələndirilən dövrdə) çalışdığı iş yerləri dövlət müəssisələri olmuşdur. Azərbaycan Resp ublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 noyabr tarixli 2-1(103)-2652/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar