Məhkəmə qərarları › İş №2-1(102)-765/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-765/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-765/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 2-1(103)-1277/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsində baş ehtiyat hissələri İdarəsində böyük mühəndis vəzifəsində, xx.xx.1986cı ildən xx.xx.1989-cu ilədək Azərbaycan Respublikası Dövlət Aqrar Sənaye Komitəsində Baş ehtiyat hissələri İdarəsində aparıcı mühəndis vəzifəsində işlədiyi dövr dövlət qulluqçusu hesablamaqla təqaüdünün yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İd diaçı 18 oktyabr 2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmiş və ərizə məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4455/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1277/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı, həmçinin kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə verərək ötürülmüş müddətin üzrlü hesab edilməsini və müddətin bərpa olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə mə lumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

8. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

9. İşin materiallarına görə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli qərarının surəti iddiaçıya 15 sentyabr 2022-ci il tarixdə bilavasitə məhkəmədə qəbzə imza edilməklə şəxsən təqdim edilmişdir.

10. İddiaçı həmin qərardan 30 noyabr 2022-ci il tarixdə kassasiya şikayəti vermişdir.

11. Beləliklə, prosessual müddət 1 ay 16 gün ötürülmüşdür.

12. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

13. İddiaçı müddətin bərpası barədə ərizəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı onun yaşadığı ünvana 15 noyabr 2022-ci ildə çatdırılsa da, xəstəliyi ilə əlaqədar mənzilində olmamış, məhkəmənin qərarının məzmunu ilə tanış ola bilməmişdir. Eyni zamanda, pensiyaçı olaraq cəmi 314 manat pensiya aldığını bildirmiş və maddi imkansızlığı ilə əlaqəli vəkillə müqavilə bağlamaq imkanı məhdud olmuşdur.

14. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi halları müddətin ötürülməsinin üzrlü səbəbi kim i qəbul etmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli qərarının surəti iddiaçıya 15 sentyabr 2022-ci il tarixdə bilavasitə məhkəmədə qəbzə imza edilməklə şəxsən təqdim edilmişdir.

15. Qeyd olunan tarixdən başlayaraq iddiaçının sərəncamında 1 ay sərbəst müddət olmuşdur. Həmin müddətdən istifadə etmək imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

16. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual müddətin bərpasına dair ərizə təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 21(103)-1277/2022 nömrəli qə rarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar