Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-765/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi; hüququn ölmüş şəxsə məxsus olması; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı (üçüncü şəxsər: X24, Maraqlı şəxs1 və Maraqlı şəxs2) “RX seriyalı, ******* saylı çıxarışın qismən (İddiaçı aid hissədə-A literli fərdi yaşayış evi ½ hissə; ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixdə qeydə alınmış) ləğv edilməsini və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin ölmüş X8 aid olması və bu hüququn qeydə alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 noyabr 2024-cü il tarixli, 2-1(106)463/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Maraqlı şəxs1 tərəfindən v erilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1989-cu il tarixli 111/29 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən, xx.xx.1974-cü il tarixdə vəfat etmiş X14 miras qalmış Astara şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 5 ünvanında 600 kv.m. torpaq sahəsində yerləşən 62.5 kv.m olan fərdi yaşayış evinin varisləri nəvələri-X17 və X25 müəyyən edilmişdir. 2. xx.xx.1989-cu il tarixdə iddiaçı həmin evin ½ hissəsinə - 31.25 kv.m sahəyə mülkiyyət hüququ ilə qeydiyyat vəsiqəsi alır. 3. xx.xx.1989-cu il tarixli bağışlama müqaviləsi ilə İddiaçı Astara şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 5 ünvanda yerləşən 2 otaqdan ibarət, ümumi yararlı sahəsi 31.25 kv.m, o cümlədən yaşayış sahəsi 21.4 kv.m olan evinin ½ hissəsini X4 bağışlamışdır və X10 bəxşiş edilən yaşayış evini bütövlükdə qəbul etmişdir. 4. 1989 ilin avqust ayında X18 və X4 həmin fərdi yaşayış evinə dair texniki pasport verilmişdir.
5. RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə A literli fərdi yaşayış evi ½ hissəsi ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına, A literli fərdi yaşayış evi ½ hissə, A1 literli fərdi yaşayış evi tam ********** qeydiyyat nömrəsi ilə X15 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 6. xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqaviləyə əsasən, İddiaçı və X6 şəhəri, Mehdi Hüseyn küçəsi, ev 4 ünvanda yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi y aşayış evinin ½ hissəsini ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evini ½ hissədə Maraqlı şəxs1 hədiyyə etmişlər.
7. RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə Maraqlı şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. İddiaçı cavabdeh Maraqlı şəxs1 və qeyrilərinə qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi ilə bağlı Astara rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(018)-1547/2017 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. 9. 29.09.2017-ci il tarixdə X10 ona məxsus əmlakı qızı İddiaçı vəsiyyət etmişdir. 10. 15.10.2017-ci il tarixində İddiaçı anası Hüseynova Ziniyyət vəfat etmiş və xx.xx.2017-ci il tarixində mərhumun adından vərəsəlik işi açılmışdır.
11. İddiaçı cavabdehə müraciət edərək onun adına olan xx.xx.2016-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini və ona düşən ½ payın təkrarən mərhum anasının adına qeydiyyata alınmasını xahiş etmişdir.
12. Cavabdeh 24 iyul 2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, mübahisələndirilən həmin fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd olaraq 18 may 1989-cu il tarixli, № 1H-29 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” əsasında 1/2 hissədə olmaqla İddiaç ı Oktay qızına və digər 1/2 hissədə isə qardaşı X18 mərhum X14 miras qalmışdır. Belə ki, Xidmətin Milli Qeydiyyat Sistemində hər-hansı bir əmlaka dair yaranmış hüquqların qeydiyyatı təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Həmin fərdi yaşayış evinin 1/2 hissəsinin X12 mərhum anasının adına keçməsi barədə arxiv statuslu sənədlərin sırasında hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixdən əmələ gəlir. Miras əmlak olaraq həmin fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd olaraq 18 may 1989-cu il tarixli, № 1H-29 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrində 1/2 hissədə olmaqla İddiaçı və digər 1/2 hissədə isə X16 hüquqları tanınmış və sonradan isə hər ikisinin adından notarial təsdiqlənmiş müqavilələr əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. İddiaçı Oktay qızının mərhum anasının 1/2 hissədə pay hüquqları dövlət reyestrində qeydə alınmadığı səbəbdən miras paya dair vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, RX seriyalı, ******* saylı çıxarı şın qismən (İddiaçı aid hissədə-A literli fərdi yaşayış evi ½ hissə; ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixdə qeydə alınmış) ləğv edilməsi və Astara şəhəri, Mehdi Hüseyn küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsinin ölmüş X8 aid olması və bu hüququn qeydə alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ona və qardaşı X18 1989-cu il tarixdə ünvan 2 ünvanda 600 kv/metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 1/2 hissədə pay verilmişdir. Həmin evin ½ hissəsinin mülkiyyətində olduğunu əsas götürərək o, həmin hissədəki payı X2 25 may 1989-cu ildə bağışlamışdır. X2 bağışladığı ev 17 avqust 1989cu il tarixdə 259 nö mrə ilə qeydə alınmışdır. Həmin tarixdən evin 1/2 hissəsi anasının mülkiyyətindədir. Anası 15 oktyabr 2017-ci il tarixdə vəfat etmiş, həmin dövrə qədər o, mülkiyyətində olan fərdi yaşayış evinin 1/2 hissəsini heç kimə bağışlamamış və kiməsə satmamışdır. Lakin DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi 12 may 2016-cı il tarixdə ona məlum olmayan sənədlərə əsasən anasına məxsus fərdi yaşayış evinin 1/2 hissəsini onun adına qeydə alaraq Seriya RX ******* saylı çıxarışla qeydiyyat vəsiqəsi vermiş və həmin evin 1/2 hissəsini onun mülkiyyətinə keçirmişdir. Həmin qeydiyyat vəsiqəsi saxta tərtib olunmuş, onun həmin ünvanda hər hansı bir mülkiyyəti yoxdur, həmin evin 1/2 hissəsi anasına məxsusdur və onun mülkiyyətindədir. Seriya RX ******* saylı qeydiyyat vəsiqəsini əsas götürərək 12 iyun 2016-cı il tarixdə Astara notariat kontorunda bağışlama müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən ev Maraqlı şəxs1 mülkiyyətinə keçmişdir və Maraqlı şəxs1 adına Seriya RX ******* saylı qeydiyyat vəsiqəsi verilmişdir. Bağışlama müqaviləsi bağlanılarkən ona həmin evin bağışlanması izah edilməmişdir. Əgər onun mülkiyyətində hər hansı bir ev yoxdursa o, mülkiyyətində olmayan evi necə bağışlaya bilərdi? Lakin saxta tərtib olunmuş qeydiyyat vəsiqəsi əsas götürülərək bağışlanma müqaviləsi imzalanmış va həmin mülkiyyət Səidə Axindovanın adına keçirilmiş və onun adına Seriya RX ******* saylı qeydiyyat vəsiqəsi verilmişdir.
15. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisələndirilən həmin fərdi yaşayış ev i hüquqmüəyyənedici sənəd olaraq “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrində 1/2 hissədə olmaqla İddiaçı və digər 1/2 hissədə isə X16 hüquqları tanınmış və sonradan isə hər ikisinin adından notarial təsdiqlənmiş müqavilələr əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. Xidmətin Milli Qeydiyyat Sistemində hər-hansı bir əmlaka dair yaranmış hüquqların qeydiyyatı təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Həmin fərdi yaşayış evinin 1/2 hissəsinin X12 mərhum anasının adına keçməsi barədə arxiv statuslu sənədlərin sırasında hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır. İddiaçı Oktay qızının mərhum anasının 1/2 hissədə pay hüquqları dövlət reyestrində qeydə alınmadığı səbəbdən miras paya dair vərəsəlik üzrə yaranmış hüquqla rın qeydiyyata alınması mümkün olmamışdır.
16. Şirvan İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(120)- 1754/2024 nömrəli qərarı ilə (hakim A.Hüseynova) iddia təmin edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarış qismən (İddiaçı aid hissədəA literli fərdi yaşayış evi ½ hissə; ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixdə qeydə alınmış) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) ölmüş Hüseynova Zinyyət (Zinyət) Rüstəm qızına aid olması, bu hüququn qeydə alınmasının mümkünlüyü ba rədə arayışın (çıxarışın) verilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən daşınmaz əmlakın bağışlanması barədə müqavilə ilə İddiaçı 1989-cu il tarixdə mərhum anasına bağışlamış olduğu və 1989-cu il tarixli, 259 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportla X9 adına qeydə alınmış Astara şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsini qanuna zidd olaraq İddiaçı adına xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışla qeydə alınmış və xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqavilə ilə İddiaçı mübahisəli fərdi yaşayış evinin ½ hissəsini Maraqlı şə xs1 hədiyyə etmişdir. Bununla da cavabdeh orqan tərəfindən X1 mülkiyyət hüquqları pozulmuş və 1989-cu il tarixli, 259 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportla fərdi yaşayış evi X25 və X9 adına qeydə alınmış olsa da, cavabdeh orqan tərəfindən bu hüquqmüəyyənedici sənəd olaraq qəbul edilməmişdir.
18. Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs1 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 noyabr 2024-cü il tarixli, 2-1(106)-463/2024 nömrəli qərarı ilə (hakimlər: F.Hüseynov - sədrlik edən və məruzəçi, S.Həsənov və H.Bəhmənov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci in stansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh Astara şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair arxiv statuslu sənədlər sırasında X3 adına hüquqmüəyyənedici sənəd aşkar edilmədiyini bildirsə də, özünün birinci instansiya məhkəməsinə təqdim etdiyi 02 noyabr 2022-ci il tarixli müşaiyət məktubuna əlavə edilmiş arxiv sənədlərində texniki göstəriciləri O.Sadıxovun və Z.Hüseynovanın adlarına işlənmiş 1989-cu il tarixli, 259 inventar nömrəli yaşayış evinin texniki pasportunun verilməsinə əsas kimi bağışlama müqaviləsi əlavə edilmişdir. Bu hal onu de məyə əsas verir ki, cavabdeh orqan həmin evin ½ hissəsinin iddiaçı tərəfindən X4 bağışlanması və müvafiq müqavilə bağlanması barədə məlumatlı olduğu halda, habelə texniki göstəricilərin Z.Hüseynovanın adına işlənməsinə baxmayaraq, sonradan evin paylı mülkiyyət kimi iddiaçının və O.Axundovun adlarına qeydə alınmasını həyata keçirmişdir.
21. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəlləsinin 139-1.1.8ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə istinad etmişdir.
22. Cavabdeh üçüncü şəxs Maraqlı şəxs1 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) cavabdehin kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqaviləyə əsasən, İddiaçı Oktay qızı və X7 şəhəri, Mehdi Hüseyn küçəsi, ev 4 ünvanda yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evinin ½ hissəsini, Maraqlı şəxs1 hədiyyə etmişlər. Məhz həmin Müqavilə əsasında sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyali,0876961 saylı, xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Bundan əlavə, Maraqlı şəxs1 tərəfindən Liter-A-1 ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evinin 88.3 kv.m hissəsi və 0.06 torpaq sahəsinin 0. 026 ha hissəsi xx.xx.2023-cü il tarixli, 4Ə-1500 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Maraqlı şəxs2 adına özgəninkiləşdirilmiş, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, birinci halda çıxarışın verilməsinə əsas xx.xx.2016-cı il tarixli Bağışlama Müqaviləsi olmuş, həmin Müqavilə indiyədək qüvvədədir, tərəflər onu mübahisələndirməmişlər. İkinci halda isə çıxarışın verilməsinə əsas xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsi olmuş, həmin Müqavilə də indiyədək qüvvədədir, tərəflər onu mübahisələndirməmişlər. X1 isə adına isə ümumiyyətlə heç bir çıxarış rəsmiləşdirilməmiş, onun hüquqları heç vaxt qeydiyyata alınmamışdır. Belə olan halda isə iddia tələbini təmin oluna bilməzdi. Apellyasiya məhkəmə si Mülki Məcəlləsinin 140-cı maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinin tələblərinin pozulmasına yol vermişdir. Belə ki, məhkəmə qərarı ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə aİınmış RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışı qismən - İddiaçı aid hissədə - “A” literli fərdi yaşayış evinin ½ hissəsində ləğv edilməsi barədə qərar qəbul etsə də həmin çıxarış ********** qeydiyyat nömrə ilə Maraqlı şəxs1 adına RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilməsi nəticəsində artıq ləğv edilmişdir. Yəni artıq ləğv edilmiş çıxarışın qismən ləğv edilməsinin icrası mümkün deyil. Bundan əlavə, miras əmlak olaraq həmin fərdi yaşayış evi hüquqmüəyyənedici s ənəd olaraq xx.xx.1989-cu il tarixli, №1H-29 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrində ½ hissədə olmaqla İddiaçı və digər 1/2 hissədə isə X16 hüquqları tanınmış və sonradan isə hər iksinin adından notarial təsdiqlənmiş müqavilə əsasında X19 adına özgəninkiləşdirilmiş, onun adına ********** qeydiyyat nömrə ilə RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra, Maraqlı şəxs1 tərəfindən Liter-A-1 ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evinin 88.3 kv.m hissəsi və 0.06 torpaq sahəsinin 0.026 ha hissəsi xx.xx.2023-cü il tarixli, 4Ə1500 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Maraqlı şəxs2 adına özgəninkiləşdirilmiş, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-c ü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında sözügedən fərdi yaşayış evinin 88.3 kv.m hissəsinə və 0.026 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Maraqlı şəxs1 isə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən fərdi yaşayış evinin 208.2 kv.m hissəsini və 0.06 ha torpaq sahəsinin 0.034 ha hissəsini öz mülkiyyətində saxlamışdır. Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və Maraqlı şəxs1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış hazırda qüvvədədir və ləğv edilməmişdir. Belə olan halda isə X5 gələcəkdə hüququn qeydə alınması mümkün olmayacaq. Bununla yanaşı, həmin fərdi yaşayış evinin ½ hissəsinin X12 mərhum anasının adına keçməsi barədə arxiv statuslu sənədlərin sırasında hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. b) üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
24. Üçüncü şəxs Maraqlı şəxs1 kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin, Mülki Məcəllənin 152.1, 158.1.2 və 158.4-cü maddələrinin tələblərinin pozulmasını bildirmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyya tı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;...
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 28. “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı 29. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı KASSASİYAN İN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
34. İş materialları ilə müəyyən olunur ki, xx.xx.1989-cu il tarixli 111/29 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən, xx.xx.1974-cü il tarixdə vəfat etmiş X14 miras qalmış Astara şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 5 ünvanında yerləşən 62.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin varisləri nəvələri-X17 və X25 müəyyən edilmişdir. Sonradan iddiaçı xx.xx.1989-cu ildə həmin 62.5 kv.m evin ½ hissəsinə qeydiyyat vəsiqəsi almış və xx.xx.1989-cu il tarixli bağışlama müqaviləsi ilə İddiaçı Astara şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 5 ünvanda yerləşən 2 otaqdan ibarət, ümumi yararlı sahəsi 31.25 kv.m, yaşayış sahəsi 21.4 kv.m olan evinin ½ hissəsini anası X11 bağışlamışdır. Həmin ildə X9 adına yaşayış evinin texniki pasportu veril mişdir.
35. İşin hallarından müəyyən olunur ki, sonra iddiaçı özünə aid payın ½ hissəsini anası X11 bağışladıqdan sonra sonuncunun həmin əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmamışdır.
36. Həmçinin İşin hallarından müəyyən olunur ki, RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə A literli fərdi yaşayış evi ½ hissəsi ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına, A literli fərdi yaşayış evi ½ hissə, A1 literli fərdi yaşayış evi tam ********** qeydiyyat nömrəsi ilə X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənəd olaraq X14 miras qalmış Astara şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin varisləri nəvələri-X17 və X15 müəyyən edilməsi barədə xx.xx.1989-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnamənin təsdiq edilmiş surəti və plansxemlər təqdim edilmişdir.
37. Burada qeyd olunmalıdır ki, vərəsəlik qaydasında iddiaçıya keçən əmlak M.Hüseyn küçəsi 5 ünvanında yerləşməklə ümumi sahəsi 62.5 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi olan 31.25 kv.m. təşkil edir.
38. Bundan sonra xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqaviləyə əsasən, İddiaçı və X6 şəhəri, Mehdi Hüseyn küçəsi, ev 4 ünvanda yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evinin ½ hissəsini ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evini ½ hissədə Maraqlı şəxs1 hədiyyə etmişlər. Hədiyyə alan hazırda üçüncü şəxs olan Maraqlı şəxs1 həmin əmlaka dair mülkiyyət hüquqları RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışla dövlət qeydiyyatına alınmışdır.
39. Hazırda isə iddiaçının hüquqi marağı Astara şəhəri, Mehdi Hüseyn küçəsi ev 4 ünvanda yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evinə verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışın ona aid ½ hissədə ləğv edilməsinə və həmin hissəyə dair X2 aid olması barədə arayışın verilməsinə yönəlib.
40. Yuxarıda şərh edilmiş işin hallarından müəyyən edilir ki, 1989-cü ildə vərəsəlik hüququ ilə iddiaçıya keçən ümumi sahəsi 62.5 kv.m olan 5 nömrəli fərdi yaşayış evidir və iddiaçının anasına bağışladığı 31.25 kv.m. evin ½ hissəsi olmuşdur. Lakin hazırda iddiaçı 4 nömrəli ümumi sahəsi 296.5 kv.m olan fərdi yaşayış evinə münasibətdə çıxarışın qismən sahənin ½ hissəyə (148.25 kv.m) münasibətdə ləğv edilməsini tələb edir və tələbinin əsası kimi iddiaçı və onun anası arasında bağışlama müqaviləsini göstərmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir.
42. Aşağıdakı səbəblərə görə işin halları üzrə apellyasiya məhkəməsi tərəfindən aparılmamış zəruri əlavə araşdırmaya və qiymətləndirməyə ehtiyac vardır.
43. İlk öncə müəyyən edilməli olan hal - ünvan 3 ünvanlarının eyni ünvan olubolmamasıdır.
44. Ünvan eyni olduğu təqdirdə fərdi yaşayış evinin sahəsində olan uyğunsuzluq və həmin uyğunsuzluğun səbəbləri apellyasiya məhkəməsi tərəfindən araşdırılmalı və müəyyən edilməlidir.
45. Belə ki, apellyasiya məhkəməsi tərəfindən araşdırlmalı digər bir məsələ 1989cu ildə iddiaçı tərəfindən ümumi yararlı sahəsi 31.25 kv.m, yaşayış sahəsi 21.4 kv.m olan evinin ½ hissəsini X2 bağışladıqdan sonra, həmin fərdi yaşayış evinin texniki pasportunda ev sahibləri kimi X25 ½ pay və X13 ½ pay kimi qeyd edilməsidir. Belə ki, bağışlama müqaviləsindən göründüyü kimi, iddiaçı özünə məxsus 31.25 kv.m. həcmində olan evin payını tam deyil yalnız ½ hissəsini bağışlamış və iddiaçının anası olan X13 həmin payın ½ hissəyə mülkiyyət hüququnun qeydə ala bilərdi. Lakin apellyasiya məhkəməsi bu istiqamətdə araşdırma aparmadan iddianın təmin edərək xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarış qismən (İddiaçı aid hissədə-A literli fərdi yaşayış evi ½ hissə; ********** qeydiyyat nömrəs i ilə, xx.xx.2016-cı il tarixdə qeydə alınmış) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) ölmüş Hüseynova Zinyyət (Zinyət) Rüstəm qızına aid olması, bu hüququn qeydə alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir.
46. Beləliklə, qeyd olunan halların araşdırılması və bununla əlaqədar sübutların qiymətləndirilməsi ilə bağlı İPM-in 12-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
47. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. (“N.Əbilovun şikayət i üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı)
48. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (“S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 6 noyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla işin hallarını hərtərəfli araşdırmalı və iş üzrə qanuni və əsaslı qərar qəbul etməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 noyabr 2024-cü il tarixli, 21(106)-463/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.