Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-766/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddiaçının sənədlərinin qəbul edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1850/18 saylı 03 avqust 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı Iddiaçı 1995-ci ildə SSRİ DİN Ekaterinburq Ali Məktəbini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. İddiaçı 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə diplomunun tanınması ilə bağlı müraciət etmiş, Nazirlik 19.09.2008-ci il tarixli X-****/**-** saylı məktubla müraciətə cavab olaraq bildirmişdir ki, diplom və diplomun əlavəsi verən ölkənin Təhsil Nazirliyi tərəfindən apostil möhürü ilə leqallaşdırılmalı, dövlət notariusu tərəfindən təsdiq olunmuş, azərbaycan dilinə tərcümə edilmiş sənədlərin surətləri Təhsil Nazirliyinə təqdim edilməli, tələb olunan sənədlərin təhvil verilmədiyi halda müraciətlə bağlı qərar qəbul edilməsi mümkün deyildir. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı 19.12.2017ci il tarixdə sənədlərini Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Sənəd Qəbul Komissiyasına təqdim etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 21.12.2017-ci il tarixli 638 saylı məktubu ilə bildirmişdir ki, iddiaçı 1995-ci ildə SSRİ DİN Ekaterinburq Ali Məktəbini hüquqşünaslıq ixtisası üzrə bitirmiş, lakin diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmamışdır. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Vəkillər Kollegiyasına iddiaçının sənədlərinin qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1362/2018 saylı 04 may 2018-ci il tari xli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1362/2018 saylı 04 may 2018-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1850/18 saylı 03 avqust 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1362/2018 saylı 04 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının diplomunnu tanınmasını təsdiq edən sübutun tələb edilməsi qanuni və əsaslı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1850/18 saylı 03 avqust 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. K assasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı 1985-ci ildən 1995-ci ilə kimi RF-nın hüquqmühafizə orqanlarında çalışmışdır. 1996-cı ildən 2001-ci ilə qədər Azərbaycan Respublikası ƏN MQİBİ-nin ədliyyə polis orqanlarında xidmətini davam etdirmişdir. Ədliyyə polisinin ləğvindən sonra müstəqil hüuquqşünas kimi fəaliyyət göstərmiş, hal-hazırda da hüquqi xidmət göstərir. İddiaçı vəkillər kollegiyasına qəbul olunmaq üçün bütün sənədləri əlavə etməklə ərizə ilə müraciət etmiş, lakin cavabdeh iddiaçının diplomunun Təhsil Nazirliyi tərəfindən tanınmamasını əsas gətirərək bundan imtina etmişdir. İddiaçı hesab edir ki, onun Ədliyyə Nazirliyində işləməsi onun diplomunun faktiki olaraq tanınması anlamına gəlir. Belə ki, o, ali məktəbə SSRİ dövründə daxil olmuş, dövlət lərarası müqavilələrə görə isə onun diplomu bütün respublikalarda avtomatik olaraq tanınır. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 12, 25,71-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə isitnad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1850/18 saylı 03 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1850/18 saylı 03 avqust 2018-ci il tarixli qər arının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1850/18 saylı 03 avqust 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1850/18 saylı 03 avqust 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı 19.12.2017ci il tar ixdə sənədlərini Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Sənəd Qəbul Komissiyasına təqdim etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 21.12.2017-ci il tarixli 638 saylı məktub ilə bildirmişdir ki, iddiaçı 1995-ci ildə SSRİ DİN Ekaterinburq Ali Məktəbini hüquqşünaslıq ixtisası üzrə bitirmiş, lakin diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmamışdır. Hazırkı iş üzrə iddiaçının 1995-ci ildə SSRİ DİN Ekaterinburq Ali Məktəbini hüquqşünaslıq ixtisası üzrə bitirməsi və həmin müsəssisə tərəfindən verilmiş diplomun apostil olunmaması və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmaması işin mübahisəsiz hallarına aiddir. İddiaçı Azərbaycan Respublikasında təhsil almadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə t əsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (Nostrifikasiya) Qaydaları”na əsasən onun diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmalıdır. Belə ki, sözügedən qaydalar 13.05.2003-cü il tarixdə qüvvəyə minsə də, yəni iddiaçının təhsil aldığı dövrdən sonra, iddiaçı həmin qaydaların qüvvədə olduğu vaxtda cavabdehə müraciət etdiyindən cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, apellyasiya instasniya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasını təsdiq edən sübutun tələb edilməsi qanuni və əsaslı olmuşdur. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tə dqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə q ərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1850/18 saylı 03 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-766/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-766/2019
06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver