Məhkəmə qərarları › İş №2-1(102)-766/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-766/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-766/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: azaldılmış pensiyasının bütün sonrakı artımları nəzərə alınmaqla bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı “01 oktyabr 2021-ci il tarixindən azaldılmış pensiyasının bütün sonrakı artımları nəzərə alınmaqla bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-47/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 11 oktyabr 2021-ci il tarixli, 85/142 nömrəli və 26 oktyabr 2021-ci il tarixli, 85/150 nömrəli məktublardan aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 20.11 və 20.12-ci maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilər kən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 3-12-ci bəndlərinə zidd olaraq vəzifə səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavələr və son 60 ayda qulluq stajına görə əlavə 10% və 20% olduğu halda qeyri-qanuni olaraq 30% miqdarında hesablanmışdır. İddiaçının pensiyası yenidən hesablanmış, nəticədə 233 manat 32 qəpik artıq pul vəsaiti ödənilmişdir. 01 sentyabr 2021-ci il tarixdən sizin aylıq əmək pensiyanızın məbləği 1049 manat 51 qəpik müəyyənləşdirilmişdir. 2. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 30 yanvar 2023-cü il tarixli, 35/15 nömrəli məktubdan məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 maddəsinin 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Qulluq stajı aylıq vəzifə maaşına əlavə haqq (faizlə) 1 ildən - 5 ilədək 5, 5 ildən - 10 ilədək 10, 10 ildən 15 ilədək 20, 15 ildən yuxarı 30 faiz əlavə hesablanır. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqq qulluq keçdiyi dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu hesabına verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları bənd

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun son 24 ayda və ya istənilən ardıcıl 60 aydakı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağ lı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənişlərdəki artımları nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdi r ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənişlərdəki artımları nəzərdə tutur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək haqqındakı sonrakı artımların, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun bərpası, pensiyaya deputatlıq vəsaitinin daxil edilməsi, dövlət məvacibində sonrakı artımların hesablanıb verilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyası alır və bu sahədə 31 il stajı vardır. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ona 30 faiz staj pulu verilməli idi. Həmçinin 2019-cu ilin avqust ayında dövlət qulluqçularının maaşlarının 50 faiz artması barədə Prezidentin fərmanının əleyhinə onun pensiyası 19 faiz artırılmışdır. Bu barədə Naxçıvan MR DSMF-nin rəhbərliyinə etdiyi şikayətlə əlaqədar göndərilmiş təftiş komissiyası və Kəngərli rayon şöbəsinin rəhbərliyi ilə onun pensiyası Prezidentin sərəncamına uyğun olaraq təkrar hesablanmışdır. Bunlardan başqa Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 27 noyabr 2003-cü il tarixli, K-95 nömrəli əmri ilə ona İİİ dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilməsi barədə əmr əmək kitabçasında qeyd edilmişdir. Lakin əmək pensiyası hesablanarkən bu nəzərə alınmamışdır. İddiaçı onu da bildirir ki, Xİİ çağırış 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Xalq Deputatı seçilmişdir. Lakin əmək pensiyası hesablanarkən deputat kimi fəaliyyət göstərdiyi illərdə nəzərə alınmamışdır. Ümumiyyətlə onun dövlət qulluqçusu kimi işlədiyi illər düzgün hesablanmamışdır. Bununla bağlı Naxçıvan MR DSMF publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə oktyabr 2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Ona verilən cavabda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2,1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 3-12-ci bəndlərinə zidd olaraq vəzifə səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavələr və son 60 ayda vəzifə maaşına 30 faiz əlavə qeyri-qanuni olaraq hesablanmışdır. “Naxçıvan MR DSMF” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə 17 yanvar 2023-cü il tarixli ərizəsində kəsilmiş pensiyadan başqa pensiyasına deputatlığının və ixtisas dərəcəsinin də əlavə olunmasını bildi rmişdir. Lakin ona ünvanlanmış məktubda bu barədə heç bir cavab verilməmişdir. Təkrar olaraq xx.xx.2023-cü il tarixli məktubla şöbəyə bu barədə yenidən sorğu etmişdir. Şikayəti ilə əlaqədar olaraq ona göndərilən cavab məktubunda bildirilir ki, ”...pensiya işinə baxılmış, təqdim etdiyi sənədlərdə 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Xalq Deputatı olmağı ilə bağlı heç bir sənədin olmadığı aşkar olunmuşdur.” Bu cavab tam yalnışdır. Hətta sənədlərini təqdim edəndə il ərzində aldığı yardım sənədlərinin surətlərini də təqdim etmişdir. İddiaçı yuxarıda göstərilənləri rəhbər tutaraq, məhkəmədən əmək haqqındakı sonrakı artımların, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun bərpası, pensiyaya deputatlıq vəsaitinin daxil edilməsi, dövlət məvacibində sonrakı artımların hesablanıb veri lməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında qeyd etmişdir ki, xx xxxx 1949-cu il tarixdə anadan olmuş, Kəngərli rayonu Qabıllı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 17 yanvar 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə ərizə ilə əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 maddəsinin 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən a rdıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: qulluq stajı aylıq vəzifə maaşına əlavə haqq (faizlə) 1 ildən - 5 ilədək 5%, 5 ildən 10 ilədək 10 %, 10 ildən 15 ilədək 20%, 15 ildən yuxarı 30 % əlavə hesablanır. Dövlət qulluqçusuna dövlət-qulluğunda qulluq stajına görə əlavə haqq qulluq keçdiyi orqan üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu hesabına verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesa blanarkən xidmət etdiyi, işlədiyi və qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları bənd

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun son 24 ayda və ya istənilən ardıcıl 60 aydakı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsi Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”,1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqından sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar”, “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənişlərdəki artımları nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənişlərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il tarixli Qərarında göstəri lmişdir ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

6. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim E.H.Hüseynov) 26 iyul 2023-cü il tarixli, 2-1(122)-298/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı “əmək haqqındakı sonrakı artımların, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun bərpası, pensiyaya deputatlıq vəsaitinin daxil edilməsi, dövlət məvacibində sonrakı artımların hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya öz arzusu ilə 1988-ci ilin noyabr ayından 1991-ci ilin yanvar ayınadək işlədiyi İliç rayon XDS İcraiyyə Komitəsinin sədrinin müavini vəzifəsində işlədiyi və 1991-ci ilin mart ayından, 1994-cü ilədək olan müvafiq dövrlər üzrə işlədiyi vəzifələr götürülməklə pensiya təyin edilmişdır. İlkin olaraq vətəndaşın pensiya təyinatı qanunvericiliyə uyğun aparılmış, sonradan hesablanma aparılaraq vəzifə səlahiyyətlərinin icrasına görə əlavə 15% və həmin dövrdə aldığı qulluq stajına görə 10% və 20%, yəni 52 ay 10% və 8 ay isə 20% əlavə haqlar hesablanmalı olduğu halda, 60 aya bütövlükdə aylıq vəzifə maaşına 30% hər ay əlavə haqq ödənilməklə hesablanılmışdır. Sonradan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 99 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə düzəliş aparılaraq yenidən hesablanma qanunvericiliyə uyğun olaraq aparılmışdır. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbləri baxımından da qeyd etmək lazımdır ki, iddiaçının istinad etdiyi dəlillər iddianın təsdiqi üçün yetərli əsas deyil.

8. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2-1(122)-293/2023 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı ərizə ilə müraciət edərək tələbini dəqiqləşdirmiş, kollegiya qərar qəbul edərək apellyasiya şikayətinə “01 oktyabr 2021-ci il tarixindən azaldılmış pensiyasının bütün sonrakı artımları nəzərə alınmaqla bərpa o lunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində baxılmasını qərara almışdır.

10. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-47/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: S.H.Novruzov, hakimlər: Ə.K.Allahverdiyev və S.M.Qarayev) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2-1(122)-298/2023 nömrəli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “01 oktyabr 2021-ci il tarixdən azaldılmış pensiyanın bütün sonrakı artımlar nəzərə alınmaqla bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının təmin edilməsi, İd diaçı 01 oktyabr 2021-ci il tarixdən azaldılmış pensiyasının bütün sonrakı artımlar nəzərə alınmaqla bərpa olunması öhdəliyinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatının qanuna uyğun olmadığını” aşkar etdiyinə istinad etməklə “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi-iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən təyin edilmiş pensiya məbləğinin azaldılması qənaətinə gəlmişdir. İddiaçı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” Kəngərli rayon şöbəsinə müraciət edərək mövcud mübahisəli halın araşdırılmasını tələb etsə də, cavabdeh orqan inzibati icraata başlamamış, müvafiq qurumlara verdiyi sorğular əsasında iddiaçıya pensiya məbləğinin sabit qalması barədə məktub vasitəsilə məlumat verməklə kifayətlənmişdir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ a. Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində imtina məktubunun, iddia ərizəsinə etirazın dəlilləri təkrarlanmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qo runur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqan ın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mü bahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin q aldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi azaldılmış pensiyanın bərpa edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

23. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 2

4. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatının qanuna uyğun olmadığını” aşkar etdiyinə istinad etməklə “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi-iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən təyin edilmiş pensiya məbləğinin azaldılması qənaətinə gəlmişdir. 25. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvan landığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

26. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, cavadeh inzibati orqan təyin edilmiş pensiyanın məbləğini azaltmaqda haqlı sayıla bilməz. 27. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati ak t hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni q ərar qəbul etməyə borcludur. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

28. Bu zaman həm də nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunması prinsipinin tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyətinin qorunduğu hallarda yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir.

29. Odur ki, 01 oktyabr 2021-ci il tarixdən azaldılmış pensiyasının bütün sonrakı artımlar nəzərə alınmaqla bərpa olunması öhdəliyi Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fo nduna həvalə edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

30. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-47/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar