Məhkəmə qərarları › İş №2-1(102)-766/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-766/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-766/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasının mötəbərliyi; kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2000-ci ildən təyin edilməsi və yığılmış borcun birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(106)- 29/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2000-ci ildən təyin edilməsi və yığılmış borcun birdəfəyə ödənilməsi” öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1 (120)-471/2023 saylı qərarı ilə iddia rədd edilmişdir.

3. Məhkəmə qeyd etmişdir ki, DSMF Neftçala rayon şöbəsinin qərarı ilə İddiaçı səkkiz uşaq anası kimi xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, mərhum həyat yoldaşı X1 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilata müraciət edərək ona “Ailə başçısını itirməyə görə” əmək pensiyasının təyin edilməsini xahiş etmiş, ərizəsi təmin edilərək xx.xx.2022-ci il tarixdən ona ailə başçısını itirməyə görə ə mək pensiyası təyin olunmuş və əvvəl aldığı pensiya məbləği ilə hazırki pensiya məbləğinin xx.xx.2021-ci il tarixindən hesablanaraq müəyyən edilmiş 626,58 manat fərq məbləğinin cari ilin iyun ayından etibarən ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, pensiya münasibətlərini tənzimləyən qanunvericilik aktlarında əməkpensiyasının bir növündən başqa növünə keçdikdə vətəndaşın əvvəl aldığı pensiya iləsonra təyin olunmuş pensiya arasındakı fərq məbləğinin həmin pensiyanı almaq hüququnun yarandığı tarixdən ödənilməli olduğu barədə hüquq norması mövcud deyildir. Bu səbəbdən də iddiaçı iddia ərizəsində, “iddiaya qarşı etiraza münasibətində, habelə məhkəməyə təqdim etdiyi “Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə” ərizə və vəsatətlərində iddia tələbinin təmin edilməli olduğuna hüquq i tövsif verə bilməmişdir.

4. İddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(106)-29/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 10 aprel 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya 01 fevral 2022-ci il tarixdən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası ilə həmin vaxta qədər aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin (ailə başçısını itirməyə görə xx.xx.2021 -ci ildən aldığı əmək pensiyası çıxılmaqla) 01 fevral 2022-ci il tarixindən əvvəlki 3 il üçün hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya ailə başçısının itirməyə görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən təyin edilməli olsa da, adıçəkilən Qanunun 32.1-1-ci maddəsinə əsaslanmaqla iddiaçı ilk dəfə hazırkı tələblə cavabdeh inzibati orqana 20 noyabr 2021-ci il tarixli ərizə ilə (qeydə alınma tarixi 24 noyabr 2021-ci il tarixdə) müraciət etmiş və ona xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci ildən he sablanaraq ödənilmişdir. Eyni zamanda, iddiaçının cavabdehin inzibati orqana etdiyi çox saylı müraciətlərinin məzmunundan görünür ki, hazırkı iddianı qaldırmaqda onun hüquqi marağı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tarixindən əvvəlki 3 il üçün ona əvvəllər təyin olunmuş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası arasında yaranmış fərqin ödənilməsindən ibarətdir. İddiaçıya ödənilməli olan pensiya məbləğinin fərqinin ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi tarixdən geriyə əvvəlki 3 (üç) il ərzində, yəni 01 fevral 2019-cu il tarixdən hesablanaraq ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

7. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxar ılmasını məhkəmədən xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qər ara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kass asiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə v ə vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sab it təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

12. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-585/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına müvafiq olaraq formalaşmış hüquqi mövqeyə malik qərardadı mövcuddur. https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=882d4853acfc4839a63d1e74211005f4

13. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarı lmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

15. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(106)-29/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar