Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-767/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinəqarşı iş üzrə QƏRARDAD (kassasiya icraatına xitam verilməsi barədə) iş № 2-1(102)-767/19 Bakı şəhəri 13 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanı nda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili XXXun iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2018ci il tarixli, 2-1(103)-2338/18 saylı qərarından verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehi n 09 fevral 2018-ci il tarixli, **********14 nömrəli imtina aktının, eləcə də həmin aktda istinad edilən 20 oktyabr 2017-ci il tarixli, **********89 saylı aktının əsassız hesab edilərək Badamdar qəsəbəsində “Köhnə Bağlar” ərazisində döngə 71-də yerləşən1200 kv.metr torpaq sahəsindən ibarət mövcud bağ sahəsinə mülkiyyət hüququnu iddiaçının adına qeydiyyata almaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçıbildirmişdirki,Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində “Köhnə Bağlar” ünvanda yerləşən 0,12 ha torpaq sahəsi Səbail rayonu İcra Hakimiyyətinin 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamına və 2005-ci il tarixl i, 181 məktubla verilmiş cizgiyə əsasən, 71 nömrəli bağ kimi 1200 kv.metr kimi qeydə alınmış və onun istifadəsindədir. Torpaq sahəsih asarlanmışdır, müəyyən torpaq işləri, müvəqqəti tikinti işləri də görülmüşdür. Torpaq sahəsinin üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə etdiyi müraciətlər, sonuncu tərəfindən qanunsuz olaraq təmin olunmamışdır. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının müraciəti ilə bağlı çöl ölçmə işləri keçirilmiş və torpaq sahəsində hasarlanma və mərzlənmə işləri tam aparılmadığı müəyyən edilmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının 807 saylı, 11 mart 1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmişdir və həmin sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktii vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən torpaq sahəsi digər fiziki şəxsin istifadəsindədir. İddiaçının növbəti müraciətinə də eyni məzmunda cavab verilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, torpaq sahəsi mübahisəli olduğundan həmin sahənin kimə məxsus olması ilə bağı İH-nə sorğu göndərilişdir. Səbail rayon İcra Hakimiyyətinnin məktubunda göstərilir ki, qeyd olunan ərazidə iddiaçıya mövcud bağ sahəsinin onun adına sənədləşdirilməsinə və fərdi yaşayış evinin tikintisinə dair sərəncam verilmişdir. İddiaçının istinad etdiyi sərəncam torpaq sahəsinin ayrılmasını nəzərdə tutmur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2 -1(81)-2001/18 saylı qərarı (hakim Miminat Hacıbəyova) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçıya Səbail rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evinin tikintisi üçün bağ sahələri ərazisində torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, Səbail rayon İcra Hakimiyyətinin başçısının birinci müavini tərəfindən təsdiq olunmuşdur. Cizgidə torpaq sahəsi aydın və dəqiq şəkildə göstərilmiş və bu məlumatların sərəncamda göstərilməməsi kimi formal əsaslar iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmaması üçün əsas deyildir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2-1(103)-2338/2018 saylı qərarı ilə (sədrlik edən hakim Səriyyə Seyidova, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 65, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1, 5, 6, 7-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Daha sonra cavabdeh vəsatət təqdim edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2-1(103)-2338/18 saylı qərarından verdiyi kassasiya şikayətini geri götürür. On a görə də şikayətin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş edir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin geri götürülməsi barədə vəsatəti müdafiə edərək, kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəsatətə etiraz etmədiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Hüquqi məsələlər Məhkəmə kollegiyası məruzəçinin məsələyə dair məruzəsini dinləyib, işin materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməli, kassasiya şikayəti geri qaytarılmalı və kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM): - 97.1-ci m addəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər; - 97.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir; - 97.3-ci maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Məhkəmə kollegiyası göstərilmiş müddəalara əsaslanmaqla belə nəticəyə gəlir ki, kassasiya şikayətinin geri götürülməsi onu vermiş iddiaçının qanunla müəyyən edilmiş hüququ olduğundan və hazırki iş üzrə şifahi məhkəmə baxışı başlanmadığından, iddiaçının kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin olunmalı, kassasiya şikayəti geri gaytarılmalıdır. Eyni zamanda, cavabdehə izah et məklə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 21(103)-2338/18 saylı qərarından onun tərəfindən yenidən şikayətin verilməsi istisna olunur. Bununla da, məhkəmə kollegiyası belə nitəcəyə gəlir ki, iddiaçı tərəfindən ona tanınan hüququndan istifadə edərək kassasiya şikayətindən imtina edilməsi qanuna zidd deyildir və hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyinin pozulmasına səbəb olmur. Bu əsasla iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməklə, kassasiya icraatına xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi XXX tərəfindən verilmiş vəsat ət təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2-1(103)-2338/ saylı qərarı cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri gaytarılsın və kassasiya icraaatına xitam verilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-767/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-767/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver