Məhkəmə qərarları › İş №2-1(102)-767/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-767/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-767/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənildiyi iddia edilən pul vəsaitinin tutulmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin tutulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(106)-484/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin qayınatası X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə əmək pensiyası mərhuma məxsus kart hesabına tam məbləğdə – 1803,92 manat köçürülmüşdür.

2. Cavabdeh xx.xx.2020-ci il tarixli ərizə ilə iddiaçıya müraciət edərək, xx.xx.2020ci il tarixdə vəfat etmiş qayınatası X1 dəfnini təşkil etdiyini bildirmiş və dəfn pulunun ona ödənilməsini xahiş etmişdir.

3. İddiaçı tərəfindən cavabdehə 600 manat dəfn müavinəti hesablanaraq onun mərhum qayınatasının kart hesabına ödənilmiş 1803,92 manat məbləğindən çıxılmış, qalan 1203,92 manat məbləğində pul vəsaiti isə cavabdehdən tələb edilmişdir.

4. Cavabdeh həmin vəsaiti mərhumun kart hesabından götürmədiyini bildirərək, tələb olunan pul vəsaitini iddiaçının hesabına ödəməkdən imtina etmişdir. 5. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci tarixdə DSMF-nin xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubuna əsasən mərhum X1 hesabında olan 1353,48 manat vəsait DSMF-yə geri qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 1203,92 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barəd ə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək qayınatası X1 xx.xx.2020-ci il tarixdə vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh mərhum qayınatasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni iddiaçıya vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2020-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Cavabdehin iddiaçıya dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə uyğun olaraq ona ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200 manat) üç misli miqdarında (600 manat) dəfn müavinəti hesabl anaraq artıq ödənilmiş 1803,92 manat məbləğindən çıxılmış, qalan 1203,92 manat məbləğində pul vəsaiti isə bu günədək iddiaçının hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Cavabdehə yaranmış borcun iddiaçının hesabına ödənilməsi barədə müraciət edilmiş, əks halda qanuna müvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarıl ır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, iddianın təmin olunması xahiş edilmişdir.

8. Cavabdeh iddiaya qarşı etiraz edərək, iddianın əsassız olduğunu, sözügedən kart hesabından onun tərəfindən hər hansı bir pul məbləğinin çəkilmədiyini, yalnız çəkdiyi dəfn xərclərinin ona ödənilməsi barədə iddiaçıya müraciət etdiyini bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir.

9. Şirvan İnzibati Məhkəməsinin (hakim: Hilal Nəcəfov) 25 iyun 2024-cü il tarixli, 21(120)-245/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixədək təyinatı üzrə köçürülən vəsaitdən (sonuncu mədaxil xx.xx.2020-ci il tarixdə) mə rhum X1 istifadəsində olan 6768 67** **** 5275 nömrəli plastik kartın bağlı olduğu hesabdan 2021-2023-cü illər ərzində bankomat vasitəsilə məxaric əməliyyatının aparılmadığı müəyyənləşdirilmişdir. xx.xx.2021-ci tarixdə DSMF-nin xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubuna əsasən hesabda olan 1353,48 manat vəsait DSMF-yə geri qaytarılmışdır. Beləliklə, iddiaçının cavabdehdən tələb etdiyi artıq ödənilmiş 1203,92 manat iddiaçının hesabına geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı geri qaytarılan pulun yenidən tutulmasını tələb etməkdə haqsız olmuşdur.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (h akimlər: Samir Həsənov /sədrlik edən və məruzəçi/, Fikrət Hüseynov və Qasım Əliyev) 22 oktyabr 2024cü il tarixli, 2-1(106)-484/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən pul vəsaitinin geri qaytarılması ilə bağlı iddiaçının tələbi o halda əsaslı hesab oluna bilər ki, cavabdeh tərəfindən mərhumun kart hesabından pul vəsaiti götürülsün və buna hüquqi əsası olmasın. İşin hallarından görünür ki, cavabdeh tərəfindən ümumiyyətlə mərhumun kart hesabından pul vəsaiti götürülməmiş, əksinə mərhumun dəfn xərcləri onun tərəfindən çəkilmişdir. Məhz ca vabdehin də iddiaçıya müraciət etməkdə məqsədi onun tərəfindən çəkilmiş dəfn xərclərinin ona ödənilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, mərhum X1 pensiya kartından pul vəsaitinin cavabdeh tərəfindən götürülməsi sübuta yetirilmir və bunun əksini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi 1203,92 manat iddiaçının hesabına geri qaytarılmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şik ayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilmə si bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasland ırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblər i göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı inst ansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi artıq ödənildiyi iddia edil ən 1203,92 manat əmək pensiyası məbləğinin cavabdehdən tutulmasına nail olmaqdan ibarətdir.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından artıq ödənildiyi iddia edilən 1203,92 manat əmək pensiyası məbləğinin cavabdehdən tutulması üçün əsasların mövcud olması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(106)-484/2024 nömrəli qərarı dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar