Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-768/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəs inə qarşı torpaq sahəsinə dair çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2482/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 06 mart 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Badamdar qəsəbəsində fərdi evlərin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhər icra Hakimiyyətinin 3/104 nömrəli, 27.03.1991-ci il tarixli sərəncamına və rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib olunmuş akt və yerləşmə cizgisinə istinad edilərək Səbail rayon icra Hakimiyyəti baş çısının 807 saylı, 11.03.1995-ci il tarixli, “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə” sərəncamı ilə İddiaçı (bundan sonra iddiaçı) fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı xxxx, “Köhnə bağlar” sahəsində yerləşən 0.12 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdehin 28.12.2017ci il tarixli, **********78 saylı məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı xxxx, “Köhnə bağlar” sahəsində yerləşən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət h üquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xxxx, “Köhnə bağlar” sahəsində yerləşən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndə rilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 2-1(81)-1236/2018 saylı qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilmiş, Səbail rayon İcra Hakimiyyəti Başçısının 807 saylı, 11.03.1995-ci il tarixli sərəncamı ilə ayrılmış xxxx, “Köhnə bağlar” sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası qanuni olmamışdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 07 noyabr 2018-ci tarixli, 21(103)-2482/2018 nömrəli qərarı ilə (sədrlik edən: S.S.Seydova, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 2-1(81)-1236/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2018-ci tarixli, 2-1(103)-2482/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillər inə görə, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Bundan əlavə, müvafiq torpaq sahəsi şosse yolundan 8 metr aralı məsafədə yerləşir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 sentyabr 2015-ci il tarixli, 298 nömrəli qərarının 1-ci bəndinə əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində; yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bi r hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində təsdiq edilmişdir. Qeyd olunanlardan əlavə, Səbail rayon İcra Hakimiyyəti Başçısının 807 saylı, 11.03.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Şikayətdə daha sonra qeyd edilir ki, müvafiq inzibati işlə bağlı sonuncu - 07.11.2018ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə bildiriş məhkəmə tərəfindən cavabdehə göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 07 noyabr 2018-ci tarixli, 2-1(103)-2482/2018 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin h eç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbu l olunmuş aktlar əsas hesab olunur. Analoji norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunduğu kimi, sözügedən torpaq sahəsi Səbail rayon icra Hakimiyyəti başçısının 807 saylı, 11.03.1995-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmışdır. “Torpaq islah atı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bundan əlavə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin” 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpa qlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Göründüyü kimi, qey d olunanlar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əmələ gəlməsi və dövlət qeydiyyatına alınması üçün əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olu nmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətində qeyd edilir ki, mübahisəli torpaq sahəsi şosse yolundan 8 metr aralı məsafədə yerləşir, həmçinin torpaq sahəsinin ayrılması barədə sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qey d edir ki, hazırki iş üzrə keçirilmiş 14.06.2018-ci il tarixli, 9208 nömrəli torpaqşünaslıq ekspertizasının rəyində qeyd edilir ki, xxxx, “Köhnə bağlar” sahəsində yerləşən, iddiaçının istifadəsində olan 0.12 ha torpaq sahəsi Badamdar şossesindən 13.5 m aralıda yerləşir, iddiaçının istifadəsində olan torpaq sahəsinin uzunluğu Badamdar şossesinə paralel vəziyyətdə 40.0 metr, eni isə 30.0 metr təşkil edir. Həmçinin qeyd olunmalıdır ki, Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəsi tərəfindən verilmiş, Səbail rayon İcra Hakimiyyəti başçısınin birinci müavini tərəfindən təsdiq edilmiş 18.01.2005-ci il tarixli yerləşmə cizgisindən görünür ki, iddiaçıya ayrılmış torpağın sahəsi 1200 kv.metrdir.(0.12 ha). Şikayətdə daha sonra qeyd edilir ki, müvafiq inzibati işlə bağlı sonuncu - 07. 11.2018ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə apellyasiya instansiya məhkəməsinin bildirişi İdarəyə - cavabdehə göndərilməmişdir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, 02.11.2018-ci il tarixdə keçirilmiş məhkəmə prosesində cavabdehin nümayəndəsi X1 iştirak etmiş, işin 07.11.2018-ci il tarixə, saat 10:50-yə təxirə alınması barədə iclasın sonunda bütün proses iştirakçıları kimi ona da məlumat verilmiş və o, bu barədə müvafiq məhkəmə qəbzinə imza etmişdir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək iddiaçının qanuni əsaslarla istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmas ından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığına görə haqlı olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. İddiaçı tərəfindən təqdim edilən hüquqmüəyyənedici sənədlər mübahisəli torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Cavabdeh tərəfindən kasassiya şikayətində göstərilən arqumentlərin heç bir hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdi rilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2018-ci tarixli, 2-1(103)-2482/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-768/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-768/2019
06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver