Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-768/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması, etimad hüququnun qorunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiyadan tutulmuş ödənişlərin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3537/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 123 nömrəli qərarı ilə İddiaçı yaşa görə xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. 3. 24 iyun 2022-ci il tarixdə cavabdeh Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya məktub ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsa sən xx.xx.2010-xx.xx.2018-ci tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Bakı sərnişin stansiyasında qatar tərtibatçısının köməkçisi vəzifəsində işlədiyi müəyyən olunmuşdur. İddiaçının işlədiyi qatar tərtibatçısının köməkçisi vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 20 gün (xx.xx.1980-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edildiyi bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24611,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyi, bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Filialın hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmış pensiya ödənişinin bər pa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə doğulub. xx.xx.1972-ci ildən xx.xx.1980-ci ilədək müxtəlif peşə sahələrində işləməklə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1980-ci il dəmir-yolu sexində 3-cü dərəcəli qatar tərtibçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü ildə həmin yerdəcə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1987-ci ildə teplovozun maşinisti vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1988-ci ildə yük-daşıyan vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci ildə öz ərizəsinə əsasən i şdən azad edilmişdir. xx.xx.2000-ci ildə Azərbaycan Dövlət Dəmir X6 İB-yə baqaj təsərrüfatına qatarda yük və baqaj qəbul edən vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2010-cu ildə ADY QSC-də texniki parka qatar tərtibatçısının köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2018-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2015-ci ildə iddiaçıya DSMF Bakı şəhəri Pirallahı rayon şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Lakin sonradan iddiaçıya təyin edilmiş pensiya dayandırılaraq bildirilmişdir ki, onun işlədiyi vəzifələr güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün əsas vermir. Bu səbəbdən də ona artıq ödənilmiş 26611,52 manat pul vəsaiti könüllü şəkildə büdcəyə qaytarılmalıdır. Cavabdehin bu qərarı qanunsuzdur və “İnz ibati icraat haqqında” Qanunun tələblərinə ziddir.
6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, araşdırma zamanı vaxtilə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının xx.xx.2010-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSCnin Bakı sərnişin stansiyasında qatar tərtibatçısının vəzifəsində işlədiyi müəyyən olunmuşdur. İddiaçının işlədiyi qatar köməkçisi vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ vermir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 20 gün xx.xx.1980-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsi tərəfind ən qanunvericiliyə zidd olaraq 60 yaşdan əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti iddiaçıya xx.xx.2015xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24611,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia rədd edilməlidir.
7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2015-ci il tarixli qərarın ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarın və artıq ödənilmiş pensiyanın geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, xx.xx.2015-ci il tarixli qərar la təyin edilmiş pensiyanın bərpa edilməsi və əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq ona ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(112)-1989/2023 saylı qərarı ilə (hakim X7) iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə DSMF-in Pirallahı rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 123 nömrəli qərarının ləğv ed ilməsinə dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarı və iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2015-ci il tarixli, 123 nömrəli qərarla təyin edilmiş pensiya bərpa edilməklə iddiaçının pensiyasından tutulmuş ödənişlərin hesablanıb geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəx s kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh tərəfindən isə bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3537/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(112)-1989/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1, 9.8-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
16. Kassator bildirmişdir ki, iddiaçının Mərkəzi filiala təqdim etdiyi sənədlərdə xx.xx.1984-xx.xx.1998-ci il tarixləri aralığındakı dövr ərzində "xxxx" ASC-də qaynaqçı vəzifəsində işlədiy i qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı inzibati orqan tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq "xxxx" ASC-nin arxivində iddiaçının işləməsinə dair əməkhaqqı cədvəllərinin aşkarlanmadığı, həmçinin adıçəkilən müəssisə tərəfindən 1992-ci ildən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilmədiyini müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Qeyd olunan faktlar müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də həmin dövrün iddiaçı Z.Ş.Hümmətovun əmək stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (14 il 8 ay (xx.xx.1976xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1984xx.xx.1992-ci il tarixləri arasınd akı dövrlər) güzəştli iş stajı isə 12 il 6 aydan az (2 il 11 ay 1 gün (xx.xx.1980-xx.xx.1983-cü il tarixləri arasındakı dövrlər) təşkil edir.
17. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabı sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13713.65 manat təşkil edir.
18. Daha sonra aparılan araşdırılma zamanı iddiaçının xx.xx.1984-xx.xx.1998-ci illər üzrə əməkhaqqı cədvəlləri əldə olunmuş və iş yen idən araşdırılma aparılması üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına göndərilmişdir. Mərkəzi filial işi yenidən araşdıraraq, iddiaçının mübahisələndirilməyən iş stajının aşağıdakı kimi olduğunu müəyyən etmişdir: X1 ümumi iş stajı (21 il 7 ay 9 gün (xx.xx.2006-cı il tarixədək 17 il 7 ay 9 gün əmək stajı xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1983-cü il, 1984-cü il tarixdə 11 ay, 1986-cı il tarixdə 2 ay, 1987-ci il tarixdə 12 ay, 1988-ci il tarixdə 2 ay, 1989-cu il tarixdə 12 ay, 1990-cı il tarixdə 12 ay 1991-ci il tarixdə 12 ay, 1992-ci il tarixdə 12 ay, 1993-cı il tarixdə 12 ay, 1994-cü il tarixdə 11 ay, 1995-ci il tarixdə 10 ay, 1996-cı il tarixdə 5 ay, 1997-ci il tarixdə 4 ay, 1998-cı il tarixdə 1 ay tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixdən sonra 4 il sığorta stajı), güzəştli iş stajı isə (2 il 11 ay 1 gün (xx.xx.1980-xx.xx.1982-ci tarixləri arasındakı dövrlər)) təşkil edir.
19. Bundan başqa, Zakir Hümmətovun xx.xx.2023-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 18343,90 manat təşkil edir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar olmamışdır. Eyn zamanda hüquqi əsaslar da olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edil ir. Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabin eti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; 23. “Əmək pensiyaları haqqında” A zərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı 2.4.1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları i nzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şika yətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Q anunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılma sından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olar aq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə q aydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qə rarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normala rının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
32. Əvvəla, məhkəmə kollegiyası onu bildirməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti kifayət qədər qeyri-dəqiqdir. Belə ki, iş İddiaçı aid olsa da, kassasiya şikayətinin əsaslandırma hissəsində olan məlumatlar X2 haqqındadır. Şikayətdə nəinki adlar, hətt a illər, eləcə də pensiya kapitalı ilə bağlı məlumatlar da (şikayətin əvvəlində pensiya kapitalının 13713,65 manat, sonradan isə 18343,90 manat təşkil etdiyi göstərilmişdir) uyğunsuz formada əks edilmişdir.
33. Məhkəmə kollegiyası cavabdehin bu yanaşmasını qeyri-konsturktiv hesab edərək bildirir ki, şikayətin bu formada tərtibi düzgün olmamaqla yanaşı vətəndaşlar arasında inzibati orqanın nüfuzuna xələl gətirə bilən hal kimi qəbul edilir. Belə ki, dövlətin təmsilçisi kimi inzibati orqan tərəfindən belə xətalara yol verilməsi vətəndaşların və digər şəxslərin orqana inam və etimadının mənfi şəkildə formalaşmasına səbəb olur.
34. Bundan əlavə şikayətdə iddiaçının ümumi stajının 25 ildən az olması və bu səbəbdən də onun pensiya hüququnun yaranmadığı qeyd edilir.
35. Cavabdehin bu dəlilinə müna sibətdə məhkəmə kollegiyası bildirir ki, inzibati orqanın mövqeyi hazırki işdə dəyişkən xarakterə malik olmuşdur. Belə ki, cavabdeh əvvəllər iddiaçının 25 ildən az ümumi stajı olduğunu bildirməmiş, hətta iddia tələbinə etirazda, eləcə də apelyasiya şikayətində iddiaçının ümumi stajının 25 ildən çox olduğunu təsdiq etmişdir. (iddia ərizəsinə etirazda ümumi stajın 32 il 9 ay 19 gün olması qeyd edilib (cild 1, iş vər 60)).
36. İddiaçının ümumi iş stajı ilə məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli və xx.xx.2000-ci il tarixli əmək kitabçalarında iddiaçının hərbi xidmət də daxil olmaqla 32 il 9 ay 19 gün ümumi əmək stajı mövcuddur. Həmin əmək kitabçalarının mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş və ümumi iş stajının təsdi qi üçün sübut kimi qəbul edilmişdir. Odur ki, iddiaçının ümumi iş stajının 25 ildən az olması ilə bağlı cavabdehin dəlili əsassızdır, heç bir faktiki və hüquqi əsasa söykənmir.
37. İddiaçının güzəştli iş stajının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün yetərli olmaması, yəni 12 il 6 aydan az olması ilə bağlı şikayətin dəlili də məhkəmə kollegiyası tərəfindən araşdırılmış və həmin dəlillərin də əsassız olduğu müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən pensiya işinin materiallarında "xxxx" QSC Bakı Sərnişin Stansiyası tərəfindən iddiaçıya verilmiş 11 iyun 2015-ci il tarixli dəqiqləşdirici arayış mövcuddur. Həmin arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Bakı sərnişin stansiyasına qatar tərtibatçısı köməkçisi pe şəsinə qəbul edilmişdir (əmr 317, xx.xx.2010) və hal-hazıra kimi qeyd olunan peşədə işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.4-cü bölməsi (səhifə 132) “Nəqliyyata”a uyğun olaraq pensiya almaq hüququna malikdir (cild 1, iş vər 84).
38. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu hal da, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyə n edilməlidir.
39. Bundan əlavə, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubda qatar tərtibatçısı və qatar tərtibatçısı köməkçisinin iş qaydası və vəzifə təlimatlarına əsaslanmaqla qatar tərtibatçısı və qatar tərtibatçısının köməkçisi vəzifələrini eyniləşdirmişdir.
40. Eyni zamanda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazirlə Kabinetinin 09 fevral 2024-cü il tarixli Qərarının 1.1-ci bəndinin tələbinə əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzif ələrin və göstəricilərin Siyahı”sında təsdiq edilmiş ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər.
41. Yuxarıda qeyd edilən dəyişikliyi hazırki işə tətbiq edən məhkəmə kollegiyası bildirir ki, qatar tərtibatçısı köməkçisi vəzifəsində işlədiyi müddət də istisnasız olaraq iddiaçının güzəştli iş stajına daxil edilməlidir.
42. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyy at bölməsinin (21) Dəmiryol nəqliyyatı, lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) adı çəkilməsə də, lakin əslində köməkçinin əməyi də müvafiq ağır sahədə tətbiq olunduğundan, onların da stajı güzəştli şərlərlə əmək pensiyası almağa imkan verən staj kimi qəbul edilməlidir.
43. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası artıq ödənilmiş pensiyanın geri qaytarılması ilə bağlı da münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
44. Məhkəmə tərkibi qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olar aq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan etmədiyini bildirir.
45. Həmçinin məhkəmə kollegiyası bildirir ki, inzibati orqanın hazırki davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. Belə ki, “İn zibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 46. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət mar aqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitin i qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur.
47. Beləliklə, yuxarıda qeyd olunanlardan aydın olur ki, cavabdeh artıq ödənilmiş məbləği geri tutarkən qanunvericiliyin normalarını pozmuş, onun bu hərəkətinin qanuni əsası olmamışdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
49. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Məhkəmə kollegiyası şə rh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3537/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.