Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-77/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı şəhəri İddiaçı Cavabdeh1 AAAAAAAAAA qızına və Cavabdeh2 qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: kompensasiya ödənilməklə evin boşaldılması 07.01.2020 GİRİŞ HİSSƏ Hakimlər: Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyətinin vəkili X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri İddiaçı və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdehlər Cavabdeh1 AAAAAAAAAA qızı və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə evin boşaldılması haqqında iddia tələbin ə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Cavabdeh1 AAAAAAAAAA qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Bakı şəhəri İddiaçı və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdehlər Cavabdeh1 AAAAAAAAAA qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan – iddiaçı İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacla rı üçün alınması ilə bağlı mülkiyyətçi – Cavabdeh1 28.000 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova; iş No 2-1(81)-1542/2019) iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan – iddiaçı İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi; ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi – iddiaçı Cavabdeh1 28.000 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşay ış evinin boşaldılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və İ.Əhmədov; iş № 21(103)-1846/2019)Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan Cavabdeh1 kassasiya şikayəti verərək, qərarı ləğv edib, iddiadan imtina barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək maddi və prosessual hüquq no rmalarını pozmuşdur, nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı İcra Hakimiyətinin vəkili X.Quliyeva kassasiya şikayəyinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə Cavabdeh1 və 3-cü şəxs Nazirliyin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələri nə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. İddiaçı İcra Hakimiyyətinin iddia tələbində qeyd edilənlərə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı, xx.xx.2018-ci il tarixli Qərarına əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələrinin kəsişməsindəki ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Həmin Qərarda müəyyən edilmiş əraziyə S.Rüstəmov küçəsindəki 45 saylı fərdi yaşayış evi də daxildir. İşin materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs inin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 45 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3, X4, X2, X5 və Cavabdeh1 AAAAAAAAAA qızının adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 mülkiyyətçi kimi, Cavabdeh2 isə onun ailə üzvü olmaqla qeyd edilən evdə yaşayır və qeydiyyatdadırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda adı çəkilən Qərarının icrası məqsədi ilə cavabdeh İcra Hakimiyyəti «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələ blərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. İşin materiallarında olan, müstəqil qiymətləndici kimi cəlb olunmuş «xxxx» MMC-nin tərtib etdiyi xx.xx.2018-ci il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”da ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın faktiki mövcud olan sahəsi (12,8 kv.m əsas sahə və 5,2 kv.m köməkçi sahə), 2018-ci il iyun ayına olan bazar dəyəri (hər 1 kv.m 1.250 manat), «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növləri (o cümlədən Azərbaycan Respublikası Prezidentinin 689 saylı xx.xx.2007-ci il tarixli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə və 2 aylıq kirayə h aqqı və köçmək xərci də daxil olmaqla) nəzərə alınaraq, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 28.000 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuş, bu zaman qiymətləndirmə MKİS-43 tərəfindən xx.xx.2014-cü il tarixdə hazırlanmış cizgidə (bax i.v 6) qeyd olunmuş daşınmaz əmlakın sahəsinə uyğun əsaslandırılmışdır. İddiaçı İcra Hakimiyyətinin iddia ərizəsinə görə, O, Cavabdeh1 danışıq (alqı-satqı müqvailəsinin bağlanması) yolu ilə həmin şəxsin mülkiyyətçisi olduğu daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərmələ, yuxarıda qeyd edilən 28.000 manat məbləğində kompensasiyanı (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, mülkiyyətçi Cavabdeh1 təklif olunan kompensasiyanı alm aqdan imtina etmişdir. Eyni zamanda işin materiallarında olan, Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə sifariş edilmiş və “xxxx” İxtisaslaşdırılmış Konsaltinq Şirkəti tərəfindən xx.xx.2019cu il tarixdə icra olunmuş mütəxəssis rəyinə uyğun olaraq (bax i.v. 74) ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın orta bazar dəyəri 69.075 manat məbləğində qiymətləndirimiş, bu zaman vizual baxış aparılmaqla qiymətləndirilən əmlakın ümumi sahəsi 23,39 kv.m (faktiki isə 27,63 kv.m), bundan 13,34 kv.m - əsas və 14,29 kv.m köməkçi sahələr kimi götürülmüşdür. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, mülki qanunvericilik dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakı yaşayış və ya qeyri-yaşayış sahə si, yaxud torpaq sahəsi olmasını fərqləndirmədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdir. Hazırkı iş üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurları Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmişdir. Bu normativ hüquqi aktlar nəzər alınmaqla iddiaçı İcra Hakimiyyəti - «alan orqan» kimi, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də, iddiaçı İcra Hakimiyyətinin iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh1 28.000 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evi boşaldılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, Cavabdeh1 kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Araşdırılan qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrək «xxxx» MMC-nin tərtib etdiyi xx.xx.2018-ci il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a və onda müəyyən edilmiş daşınmaz əmlakın sahəsinə və qmyətinə istinad etmişdir. Halbuki, işin materialarında Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə sifariş edilmiş və “xxxx” İxtisaslaşdırılmış Konsaltinq Şirkəti tərəfindən xx.xx.2019-cu il tarixdə icra olunmuş mütəxəssis rəyi mövcuddur ki, burada eyni daşıqmaz əmlakın sahəsi və bazar qiyməti fərqli ölçülərdə müəy yən edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi öz qərarında sonuncu sənədə hər hansı hüquqi qiymət verməmişdir. Halbuki, bu sənədlə cavadeh Cavabdeh1 özünün qanunla qorunan hüquqlarını qorumağı çalışmışdır. Bununla da, aydın olur ki, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisənin ədalətli həllinə nail ola bilməmişdir. Bu əsaslarla işin yenidən apellyasiya instansiya məhkəməsində araşdırılmasına ehtiyac yaranmışdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəm ənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərar ı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 AAAAAAAAAA qızının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-77/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-77/2020
07.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver